FATİHƏ (KİTABI AÇAN) SURƏSİ
Məkkədə nazil olmuşdur, yeddi ayədir.
بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيْمِ(1)
(1) Bağışlayan və mehriban Allahın adı ilə.
اَلْحَمْدُ لِلّٰهِ رَبِّ الْعٰلَمِيْنَۙ(2)
(2) Həmd və sitayiş aləmlərin (mələklər, insanlar, cinlər, heyvanlar və cansız əşyalar aləminin) idarə edəni, mütləq hökmdarı və yaradaraq nəzmə salanı olan Allaha məxsusdur..
الرَّحْمٰنِ الرَّحِيْمِۙ(3)
(3) (Rəhmət və mehribanlığı bu dünyada hamıya, axirətdə isə yalnız möminlərə şamil olan) Rəhimli və mehriban Allaha.
مٰلِكِ يَوْمِ الدِّيْنِؕ(4)
(4) Cəza gününün sahib və hökmdarına.
اِيَّاكَ نَعْبُدُ وَاِيَّاكَ نَسْتَعِيْنُؕ(5)
(5) (Pərvərdigara!) Yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik.
اِهْدِنَا الصِّرَاطَ الْمُسْتَقِيْمَۙ(6)
(6) Bizi (əqidə, elm, əxlaq və əməllərdə) doğru yola hidayət (və həmin yolda dayanıqlı) et.
صِرَاطَ الَّذِيْنَ اَنْعَمْتَ عَلَيْهِمْ ۙ غَيْرِ الْمَغْضُوْبِ عَلَيْهِمْ وَلَا الضَّآلِّيْنَ(7)
(7) (Peyğəmbərlər və onların həqiqi ardıcılları kimi) nemət verdiyin kəslərin – (Sənin) qəzəb(in)ə düçar olmamış və azmamışların yoluna!