Məkkədə nazil olmuşdur, dörd ayədir.
بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيْمِ
لِاِيْلٰفِ قُرَيْشٍۙ(1)
<font color="000000"><b>(1) Qüreyşin (həm bir-biri ilə, həm də Məkkə əhalisi və torpağı ilə) ülfəti və ünsiyyəti üçün (fil sahiblərini məhv etdi ki, onlar sonuncu Peyğəmbərin zühurunu dərk etsinlər və ona iman gətirsinlər).</b></font>
اٖلٰفِهِمْ رِحْلَةَ الشِّتَآءِ وَالصَّيْفِۚ(2)
<font color="000000"><b>(2) Qışda (Yəmənə sarı) və yayda (Şama sarı) olan köçə onların ülfət (və meyl) bağlamaları üçün.</b></font>
فَلْيَعْبُدُوْا رَبَّ هٰذَا الْبَيْتِۙ(3)
<font color="000000"><b>(3) Bu evin (əzəmətli Kəbənin) Rəbbinə ibadət etsinlər.</b></font>
الَّذِىْۤ اَطْعَمَهُمْ مِّنْ جُوْعٍ ۙ وَّاٰمَنَهُمْ مِّنْ خَوْفٍ(4)
<font color="000000"><b>(4) O Allaha ki, onlara aclıq zamanı yemək verdi və qorxudan amanda saxladı.</b></font>