Məkkədə nazil olmuşdur, yeddi ayədir.
بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيْمِ
اَرَءَيْتَ الَّذِىْ يُكَذِّبُ بِالدِّيْنِؕ(1)
<font color="000000"><b>(1) (Ya Peyğəmbər!) Allahın dinini və cəza gününü yalan hesab edəni gördünmü?</b></font>
فَذٰلِكَ الَّذِىْ يَدُعُّ الْيَتِيْمَۙ(2)
<font color="000000"><b>(2) Bəli, o, həmin o kəsdir ki, yetimi hiddətlə qovar.</b></font>
وَ لَا يَحُضُّ عَلٰى طَعَامِ الْمِسْكِيْنِؕ(3)
<font color="000000"><b>(3) Və (heç kimi) yoxsulları yedirtməyə rəğbətləndirməz.</b></font>
فَوَيْلٌ لِّلْمُصَلِّيْنَۙ(4)
<font color="000000"><b>(4) Vay halına o namaz qılanların ki,</b></font>
الَّذِيْنَ هُمْ عَنْ صَلَاتِهِمْ سَاهُوْنَۙ(5)
<font color="000000"><b>(5) Onlar öz namazlarından qafildirlər və ona etinasızdırlar.</b></font>
الَّذِيْنَ هُمْ يُرَآءُوْنَۙ(6)
<font color="000000"><b>(6) Onlar riyakarlıq edər,</b></font>
وَيَمْنَعُوْنَ الْمَاعُوْنَ(7)
<font color="000000"><b>(7) Və ehtiyac olan şeyləri (borc, zəkat, sədəqə, ev ləvazimatı və s. başqalarından) əsirgəyərlər. (Yetimi qovmaq və fəqirə (miskinə) etinasız yanaşmaq dini inkar etmək əlamətlərindəndirsə, onda vay halına namazdan qafil olanın, əməldə riyakarlıq edənin və zəkata mane olanın! Onların günahı daha böyükdür).</b></font>