ENGLISH | اردو | Roman | Azerbaijani
🏠 🔍
0:00
FƏLƏQ (SÜBH) SURƏSİ
Məkkədə nazil olmuşdur, beş ayədir.
بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيْمِ
قُلْ اَعُوْذُ بِرَبِّ الْفَلَقِۙ‏(1)
(1) (Ya Peyğəmbər!) De: «Pənah aparıram sübhün Rəbbinə, (bulaqların və bitkilərin çıxması ilə yarılan yerin, övladların doğulması ilə əmələ gələn qohumluq əlaqələrinin və ölülərin dirilməsi üçün yarılan qəbirlərin Rəbbinə)!
مِنْ شَرِّ مَا خَلَقَۙ‏(2)
(2) Yaratdıqlarının şərindən (şərr sahib olan – şeytanlar, xəbis cinlər və maddi şərlərdən).
وَمِنْ شَرِّ غَاسِقٍ اِذَا وَقَبَۙ‏(3)
(3) Və (zülmətə) bürünməkdə olan qaranlıq gecənin şərindən və hücum edən hər hansı bir şər mövcudun şərrindən.
وَمِنْ شَرِّ النَّفّٰثٰتِ فِى الْعُقَدِۙ‏(4)
(4) Və düyünlərə üfürən (cadugər) qadınların şərindən.
وَمِنْ شَرِّ حَاسِدٍ اِذَا حَسَدَ‏(5)
(5) Və paxıllıq etdiyi zaman paxılın şərindən».