EN اردو Roman AZ
🌐
English اردو Roman Azerbaijani
🏠 🔍
0:00
İNŞİQAQ (YARILMA) SURƏSİ
Məkkədə nazil olmuşdur, iyirmi beş ayədir.
بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيْمِ
اِذَا السَّمَآءُ انْشَقَّتْۙ‏(1)
<font color="000000"><b>(1) Göylər yarılacağı</b></font>
وَاَذِنَتْ لِرَبِّهَا وَحُقَّتْۙ‏(2)
<font color="000000"><b>(2) Və öz Rəbbi(nin mütləq iradəsi)nə qulaq asacağı zaman; (Onun belə etməsi) daha layiqlidir.</b></font>
وَاِذَا الْاَرْضُ مُدَّتْؕ‏(3)
<font color="000000"><b>(3) Yer genişlənəcəyi (böyüyüb dağlarsız, dənizlərsiz, dümdüz olacağı) zaman,</b></font>
وَاَلْقَتْ مَا فِيْهَا وَتَخَلَّتْۙ‏(4)
<font color="000000"><b>(4) Qoynunda olanları çölə tullayıb boşaldacağı zaman,</b></font>
وَاَذِنَتْ لِرَبِّهَا وَحُقَّتْؕ‏(5)
<font color="000000"><b>(5) Öz Rəbbi(nin mütləq iradəsi)nə qulaq asacağı zaman; (Onun belə etməsi) daha layiqlidir. (Bu iki cümlədə məqsəd budur ki: «İnsan öz Rəbbinə qovuşacaq və onunla haqq-hesab çəkiləcəkdir»).</b></font>
يٰۤاَيُّهَا الْاِنْسَانُ اِنَّكَ كَادِحٌ اِلٰى رَبِّكَ كَدْحًا فَمُلٰقِيْهِ‌ۚ‏(6)
<font color="000000"><b>(6) Ey insan, şübhəsiz, sən öz Rəbbin(in camal və cəlalını, savab və cəzasını görməy)ə doğru böyük bir səylə (yaradılışla və təbii yol ilə) çalışıb çabalayırsan. Beləliklə, sən Ona qovuşacaqsan.</b></font>
فَاَمَّا مَنْ اُوْتِىَ كِتٰبَهٗ بِيَمِيْنِهٖۙ‏(7)
<font color="000000"><b>(7) Kimin əməl dəftəri sağ əlinə verilərsə</b></font>
فَسَوْفَ يُحَاسَبُ حِسَابًا يَّسِيْرًا ۙ‏(8)
<font color="000000"><b>(8) Onunla tez, asan, haqq-hesab çəkiləcək.</b></font>
وَّيَنْقَلِبُ اِلٰٓى اَهْلِهٖ مَسْرُوْرًا ؕ‏(9)
<font color="000000"><b>(9) Və o, yaxınlarının (Cənnətdəki doğmalarının, huri və qılmanların) yanına sevinc və şadlıqla qayıdar.</b></font>
وَاَمَّا مَنْ اُوْتِىَ كِتٰبَهٗ وَرَآءَ ظَهْرِهٖۙ‏(10)
<font color="000000"><b>(10) Kimin əməl dəftəri arxa tərəfindən (sol əlinə) verilərsə,</b></font>
فَسَوْفَ يَدْعُوْا ثُبُوْرًا ۙ‏(11)
<font color="000000"><b>(11) O, tezliklə fəryad edib öz ölümünü istəyər.</b></font>
وَّيَصْلٰى سَعِيْرًا ؕ‏(12)
<font color="000000"><b>(12) Və şölə çəkən oda daxil olar və yanar.</b></font>
اِنَّهٗ كَانَ فِىْۤ اَهْلِهٖ مَسْرُوْرًا ؕ‏(13)
<font color="000000"><b>(13) O, öz yaxınlarının arasında (axirətdən qəflətdə, mal-dövlət və rütbəyə görə) sevinc içində idi.</b></font>
اِنَّهٗ ظَنَّ اَنْ لَّنْ يَّحُوْرَ ۛۚ‏(14)
<font color="000000"><b>(14) O elə zənn edirdi ki, əsla (Allaha tərəf) qayıtmayacaq.</b></font>
بَلٰٓى ۛۚ اِنَّ رَبَّهٗ كَانَ بِهٖ بَصِيْرًا ؕ‏(15)
<font color="000000"><b>(15) Xeyr (qayıdacaqdır), həqiqətən, Rəbbi daim onun (hər bir) halını görəndir.</b></font>
فَلَاۤ اُقْسِمُ بِالشَّفَقِۙ‏(16)
<font color="000000"><b>(16) Xeyr, and olsun (qürubdan sonrakı) məğribin qırmızılığına (şəfəqə),</b></font>
وَالَّيْلِ وَمَا وَسَقَۙ‏(17)
<font color="000000"><b>(17) Və and olsun gecəyə və (gecənin) topladıqlarına (gündüz ora-bura yayılmış canlılara),</b></font>
وَالْقَمَرِ اِذَا اتَّسَقَۙ‏(18)
<font color="000000"><b>(18) And olsun hilal halında tədriclə nuru kamilləşməkdə (bədirlənməkdə olan) aya ki,</b></font>
لَتَرْكَبُنَّ طَبَقًا عَنْ طَبَقٍؕ‏(19)
<font color="000000"><b>(19) Şübhəsiz, siz haldan-hala düşəcəksiniz! (Dünyada cisminizin təkamül yolu nütfə halından ölüm halına kimi otuz haldan çoxdur. Ruhunuzun təkamül yolu isə İslamı qəbul etməkdən İlahi yaxınlıq olan kamaladəkdir. Dünyadan sonra Bərzəxə daxil olmaq, Qiyamətə keçmək və onun duracaqlarından Cənnətə və Cəhənnəmə daxil olmağa qədər yol gedəcəksiniz).</b></font>
فَمَا لَهُمْ لَا يُؤْمِنُوْنَۙ‏(20)
<font color="000000"><b>(20) Bəs, onlara nə olub ki, iman gətirmirlər?!</b></font>
وَاِذَا قُرِئَ عَلَيْهِمُ الْقُرْاٰنُ لَا يَسْجُدُوْنَ ؕ ۩‏(21)
<font color="000000"><b>(21) Onlara Quran oxunduqda, səcdəyə qapanmırlar?!</b></font>
بَلِ الَّذِيْنَ كَفَرُوْا يُكَذِّبُوْنَۖ‏(22)
<font color="000000"><b>(22) Əksinə, kafir olanlar daim təkzib edirlər.</b></font>
وَاللّٰهُ اَعْلَمُ بِمَا يُوْعُوْنَۖ‏(23)
<font color="000000"><b>(23) Allah onların öz qəlblərində gizlətdiklərini (küfr və inadı) daha yaxşı biləndir.</b></font>
فَبَشِّرْهُمْ بِعَذَابٍ اَلِيْمٍۙ‏(24)
<font color="000000"><b>(24) Belə isə, onlara ağrılı bir əzabın mücdəsini ver!</b></font>
اِلَّا الَّذِيْنَ اٰمَنُوْا وَعَمِلُوا الصّٰلِحٰتِ لَهُمْ اَجْرٌ غَيْرُ مَمْنُوْنٍ‏(25)
<font color="000000"><b>(25) Yalnız iman gətib yaxşı iş görənlərdən başqa. Onlar üçün minnətsiz və bitib-tükənmək bilməyən bir mükafat vardır.</b></font>