EN اردو Roman AZ
🌐
English اردو Roman Azerbaijani
🏠 🔍
0:00
TARİQ (GECƏ GƏLƏN) SURƏSİ
Məkkədə nazil olmuşdur, on yeddi ayədir.
بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيْمِ
وَالسَّمَآءِ وَالطَّارِقِۙ‏(1)
<font color="000000"><b>(1) And olsun göyə və gecə gələnə!</b></font>
وَمَاۤ اَدْرٰٮكَ مَا الطَّارِقُۙ‏(2)
<font color="000000"><b>(2) Sən nə bilirsən o, gecə gələn nədir?!</b></font>
النَّجْمُ الثَّاقِبُۙ‏(3)
<font color="000000"><b>(3) O, (nuru qaranlıqları) yaran parlaq bir ulduzdur.</b></font>
اِنْ كُلُّ نَفْسٍ لَّمَّا عَلَيْهَا حَافِظٌؕ‏(4)
<font color="000000"><b>(4) (Bütün bunlara and olsun) elə bir kəs yoxdur ki, onun (və əməllərinin) üzərində (əqidə və əməllərini səhifələrdə yazmaqla onu dünyada hadisələrdən saxlayan və Bərzəxdə və Qiyamətdə – əbədi mənzilin sərhədinə yetişənəcən onu qoruyan bir şəxsdən, ya bir dəstədən ibarət olan) bir gözətçi olmasın!</b></font>
فَلْيَنْظُرِ الْاِنْسَانُ مِمَّ خُلِقَؕ‏(5)
<font color="000000"><b>(5) Elə isə, insan baxmalıdır ki, nədən yaradılmışdır.</b></font>
خُلِقَ مِنْ مَّآءٍ دَافِقٍۙ‏(6)
<font color="000000"><b>(6) O, sıçrayan bir sudan (kişi və qadın nütfəsinin qatışığından) yaradılmışdır.</b></font>
يَّخْرُجُ مِنْۢ بَيْنِ الصُّلْبِ وَالتَّرَآئِبِؕ‏(7)
<font color="000000"><b>(7) O, (su kişinin) belindən və (qadının) sinə sümüyünün arasından çıxır.</b></font>
اِنَّهٗ عَلٰى رَجْعِهٖ لَقَادِرٌؕ‏(8)
<font color="000000"><b>(8) Şübhəsiz ki, O (yaradan Allah) onu (insanı ölümdən sonra həyata) qaytarmağa da qadirdir.</b></font>
يَوْمَ تُبْلَى السَّرَآئِرُۙ‏(9)
<font color="000000"><b>(9) Gizlin sirlərin aşkar olacaqı (beyinlərin imanı və küfrü, nəfslərin fəzilətləri və rəzilətləri, qəlblərin sirləri və əməllərin gizliləri meydana çıxacağı) gün</b></font>
فَمَا لَهٗ مِنْ قُوَّةٍ وَّلَا نَاصِرٍؕ‏(10)
<font color="000000"><b>(10) (O gün, İlahi əzabının müqabilində) onun nə bir gücü, nə də bir köməkçisi olar.</b></font>
وَالسَّمَآءِ ذَاتِ الرَّجْعِۙ‏(11)
<font color="000000"><b>(11) And olsun dönüşü olan göyə! (Buxarlar göyə qalxdıqdan sonra yağış şəklində qayıdırlar və ulduzları qürub etdikdən sonra şərq tərəfdən geri qayıdırlar.)</b></font>
وَالْاَرْضِ ذَاتِ الصَّدْعِۙ‏(12)
<font color="000000"><b>(12) And olsun (bulaqların qaynaması, bitkilərin bitməsi və Qiyamət günü qoynundakıları çölə tökmək üçün) yarıqları olan yerə ki,</b></font>
اِنَّهٗ لَقَوْلٌ فَصْلٌۙ‏(13)
<font color="000000"><b>(13) Quran şübhəsiz, (haqla batili) ayıran qəti bir kəlamdır!</b></font>
وَّمَا هُوَ بِالْهَزْلِؕ‏(14)
<font color="000000"><b>(14) Və əsla boş bir söz və zarafat deyildir!</b></font>
اِنَّهُمْ يَكِيْدُوْنَ كَيْدًا ۙ‏(15)
<font color="000000"><b>(15) Əlbəttə, onlar daim hiylə və məkr işlədirlər.</b></font>
وَّاَكِيْدُ كَيْدًا ۚۖ‏(16)
<font color="000000"><b>(16) Və mən də (hiylələrinin müqabilində) bir tədbir tökərəm.</b></font>
فَمَهِّلِ الْكٰفِرِيْنَ اَمْهِلْهُمْ رُوَيْدًا‏(17)
<font color="000000"><b>(17) Belə isə, (ya Peyğəmbər!) kafirlərə möhlət ver və onları bir az öz başlarına burax (bir müddət mücadilə, mübarizə və intiqama başlama).</b></font>