Ey Allahım, Öz evinin həccini mənə ruzi et,
فِي عَامِيْ هٰذَا وَفِيْ كُلِّ عَامٍ
bu il və gələn illərdə
مَا اَبْقَيْتَنِيْ فِيْ يُسْرٍ مِنْكَ وَعَافِيَةٍ، وَسَعَةِ رِزْقٍ،
nə qədər ki Sənin tərəfindən asayişdə, salamatlıqda və ruzi bolluğundayam;
وَلَا تُخْلِنِيْ مِنْ تِلْكَ الْمَوَاقِفِ الْكَرِيْمَةِ،
məni kəramətli məkanlardan,
وَالْمَشَاهِدِ الشَّرِيْفَةِ،
şərafətli ziyarətgahlardan
وَزِيَارَةِ قَبْرِ نَبِيِّكَ صَلَوَاتُكَ عَلَيْهِ وَاٰلِهِ،
və Peyğəmbərinin – Sənin salamın olsun ona və xanidanına – qəbrinin ziyarətindən uzaq salma;
وَفِيْ جَمِيْعِ حَوَاۤئِجِ الدُّنْيَا وَالْاٰخِرَةِ فَكُنْ لِيْ،
bütün dünya və axirət ehtiyaclarımda mənimlə ol.
اَللّٰهُمَّ اِنِّي اَسْاَلُكَ فِيْـمَا تَقْضِيْ وَتُقَدِّرُ
Ey Allahım, Səndən istəyirəm ki,
مِنَ الْاَمْرِ الْمَحْتُوْمِ فِيْ لَيْلَةِ الْقَدْرِ،
Qədr gecəsində hökm verərkən –
مِنَ الْقَضَاۤءِ الَّذِيْ لَا يُرَدُّ وَلَا يُبَدَّلُ،
o hökm ki, daha geri qaytarılmaz və dəyişməz qalar –
اَنْ تَكْتُبَنِيْ مِنْ حُجَّاجِ بَيْتِكَ الْحَرَامِ،
məni Öz evinin hacılarının sırasında yazasan:
الْمَبْرُوْرِ حَجُّهُمُ،
o hacılar ki, həccləri qəbuldur,
الْمَشْكُوْرِ سَعْيُهُمْ،
səyləri qiymətləndirilmiş,
الْمَغْفُوْرِ ذُنُوْبُهُمُ،
günahları bağışlanmış
الْمُكَفَّرِ عَنْهُمْ سَيِّئَاتُهُمْ،
və xətalarının üstü örtülmüşdür;
وَاجْعَلْ فِيْمَا تَقْضِيْ وَتُقَدِّرُ،
mənim barəmdə hökm ver və müqəddər et:
اَنْ تُطِيْلَ عُمْرِيْ،
uzun ömür,
وَتُوَسِّعَ عَلَيَّ رِزْقِيْ،
bol ruzi,
وَتُؤَدِّىَ عَنِّيْ اَمَانَتِيْ وَدَيْني
əmanət və borcu geri qaytarmağı.
اٰمِيْنَ رَبَّ الْعَالَمِيْنَ۔
Qəbul et, ey aləmlərin Rəbbi.