Şeyx Tusi nəql edir ki, Şeyx Əbul-Qasim Hüseyn ibn Ruh buyurub: Rəcəb ayında hansısa bir Məsumun (ə) ziyarətgahına getsən, aşağıdakı cümlələrlə onu ziyarət et:
اَلْحَمْدُ لِلّٰهِ الَّذِيْ اَشْهَدَنَا مَشْهَدَ اَوْلِيَاۤئِهِ فِي رَجَبٍ
Həmd-səna o Allaha məxsusdur ki, rəcəb ayında bizi Öz dostlarının ziyarətgahında hazır etdi və onların vacib haqlarını bizə vacib buyurdu; Allahın salamı olsun seçilmiş Məhəmmədə və onun (atəş qarşısında) pərdələr olan canişinlərinə. Ey Allahım, bizi onların ziyarətgahında hazır etdiyin kimi, onlarla görüş vədini bizim üçün qəti et, (əbədi) məskunlaşma yerində və Cənnətdə onların daxil olduqları məkana bizi də daxil et: kimsə bizim qabağımızı kəsmədən. Salam olsun sizlərə. Həqiqətən mən sizə tərəf üz tutmuş, istək və hacətimlə sizə etimad etmişəm; mənim istəyim cəhənnəm odundan qurtulmaq və yaxşı əməl sahibi olan şiələrinizlə birlikdə əbədi mənzildə qərar tutmaqdır. Salam olsun sizə etdiyiniz səbrə görə. (Səbir edənlərin yeri) necə də gözəl yerdir! Mən sizdən sizə həvalə olunanları və mükafatı sizə tapşırılanları istəyir, bu barədə sizə ümid bəsləyirəm; çünki sizin vasitəçiliyinizlə sınıq sümüklər birləşir və xəstə şəfa tapır, bətnlərdə olanlar azalır və çoxalır; həqiqətən mənim sizin sirlərinizə imanım vardır və sizin dediklərinizə təsliməm; istəklərimin qəbul olunaraq, imzalanaraq, həyata keçərək və aşkar olaraq geri dönməyim, işlərimin sizin yanınızda yoluna düşməsi üçün Allahı sizə and verirəm. Salam olsun sizə. O kəsin salamı ki, sizinlə vidalaşır və istəklərini sizin yanınızda əmanət qoyur, Allahdan sizin yanınıza təkrar-təkrar qayıtmağı istəyir. (Allahdan istəyirəm ki,) məni ən gözəl şəkildə sizin yanınızdan təravətli və xürrəm məkana, geniş (sıxıntısız) yaşayışa, ölənə qədər rahatlıq və asayişə geri qaytarsın; qəbul edilən yaşayışı, əbədi yeməkləri, xalis içkiləri, narahatlıq yaratmayan dadlı və ləzzətli suları olan əbədi Cənnətdə ən yaxşı dönüş yerinə və məkana (geri qaytarsın). Sizin hüzurunuza geri dönənədək, sizin rəcətinizdə nicat tapıb sizin dəstənizdə məhşur olanadək Allahın rəhməti, bərəkəti və salamı olsun (sizə). Allahın salamı, rəhməti və bərəkəti olsun sizə, O bizə yetər və O, ən yaxşı vəkildir.
وَ اَوْجَبَ عَلَيْنَا مِنْ حَقِّهِمْ مَا قَدْ وَجَبَ
وَ صَلَّى اللّٰهُ عَلٰى مُحَمَّدٍ الْمُنْتَجَبِ
وَ عَلٰى اَوْصِيَاۤئِهِ الْحُجُبِ
اَللّٰهُمَّ فَكَمَا اَشْهَدْتَنَا مَشْهَدَهُمْ
فَاَنْجِزْ لَنَا مَوْعِدَهُمْ
وَ اَوْرِدْنَا مَوْرِدَهُمْ
غَيْرَ مُحَلَّئِيْنَ عَنْ وِرْدٍ
فِي دَارِ الْمُقَامَةِ وَ الْخُلْدِ
اِنِّي [قَدْ] قَصَدْتُكُمْ وَ اعْتَمَدْتُكُمْ
بِمَسْاَلَتِيْ وَ حَاجَتِيْ
وَ هِيَ فَكَاكُ رَقَبَتِي مِنَ النَّارِ
وَ الْمَقَرُّ مَعَكُمْ فِي دَارِ الْقَرَارِ
مَعَ شِيْعَتِكُمُ الْاَبْرَارِ
وَ السَّلَامُ عَلَيْكُمْ بِمَا صَبَرْتُمْ
فَنِعْمَ عُقْبَى الدَّارِ
اَنَا سَاۤئِلُكُمْ وَ آمِلُكُمْ فِيْمَا اِلَيْكُمُ التَّفْوِيْضُ
وَ عَلَيْكُمُ التَّعْوِيْضُ
فَبِكُمْ يُجْبَرُ الْمَهِيْضُ
وَ مَا تَزْدَادُ الْاَرْحَامُ وَ مَا تَغِيْضُ
اِنِّي بِسِرِّكُمْ مُؤْمِنٌ
وَ لِقَوْلِكُمْ مُسَلِّمٌ
وَ عَلَى اللّٰهِ بِكُمْ مُقْسِمٌ
فِي رَجْعِيْ بِحَوَاۤئِجِيْ
وَ قَضَاۤئِهَا وَ اِمْضَاۤئِهَا
وَ اِنْجَاحِهَا وَ اِبْرَاحِهَا
وَ بِشُئُوْنِي لَدَيْكُمْ وَ صَلَاحِهَا
وَ السَّلَامُ عَلَيْكُمْ سَلَامَ مُوَدِّعٍ
وَ لَكُمْ حَوَاۤئِجَهُ مُوْدِعٍ
يَسْاَلُ اللّٰهَ اِلَيْكُمُ الْمَرْجِعَ
وَ سَعْيَهُ اِلَيْكُمْ غَيْرَ مُنْقَطِعٍ
وَ اَنْ يَرْجِعَنِيْ مِنْ حَضْرَتِكُمْ خَيْرَ مَرْجِعٍ
وَ خَفْضِ عَيْشٍ مُوَسَّعٍ
وَ دَعَةٍ وَ مَهَلٍ اِلٰى حِيْنِ الْاَجَلِ
وَ خَيْرِ مَصِيْرٍ وَ مَحَلٍّ فِي النَّعِيْمِ الْاَزَلِ
وَ الْعَيْشِ الْمُقْتَبَلِ
وَ شُرْبِ الرَّحِيْقِ وَ السَّلْسَلِ
وَ عَلٍّ وَ نَهَلٍ لَا سَاَمَ مِنْهُ وَ لَا مَلَلَ
وَ رَحْمَةُ اللّٰهِ وَ بَرَكَاتُهُ وَ تَحِيَّاتُهُ عَلَيْكُمْ
حَتَّى الْعَوْدِ اِلٰى حَضْرَتِكُمْ
وَ الْفَوْزِ فِي كَرَّتِكُمْ
وَ الْحَشْرِ فِي زُمْرَتِكُمْ
وَ رَحْمَةُ اللّٰهِ وَ بَرَكَاتُهُ عَلَيْكُمْ وَ صَلَوَاتُهُ وَ تَحِيَّاتُهُ
وَ هُوَ حَسْبُنَا وَ نِعْمَ الْوَكِيْلُ۔