Ey itaətkar məxluq,
الدَّآئِبُ السَّرِيْعُ،
daim hərəkətdə olan və sürətlə hərəkət edən,
الْمُتَرَدِّدُ فِيْ مَنَازِلِ التَّقْدِيْرِ،
müəyyən mənzillərdə get-gəl edən,
الْمُتَصَرِّفُ فِيْ فَلَكِ التَّدْبِيْرِ،
tədbir fələyində dövr edən!
اٰمَنْتُ بِمَنْ نَوَّرَ بِكَ الظُّلَمَ،
Mən o kəsə iman gətirdim ki, sənin vasitənlə qaranlıqları işıqlandırdı
وَاَوْضَحَ بِكَ الْبُهَمَ،
və göz görməyən yolları aydın etdi;
وجَعَلَكَ اٰيَةً مِنْ اٰيَاتِ مُلْكِهِ،
səni Öz hökmranlığının nişanələrindən bir nişanə
وَعَلَامَةً مِنْ عَلَامَاتِ سُلْطَانِهِ،
və sultanlığının əlamətlərindən bir əlamət qərar verdi;
فَحَدَّ بِكَ الزَّمَانَ،
zamanı sənin vasitənlə hüdudlandırdı;
وَامْتَهَنَكَ بِالْكَمَالِ وَالنُّقْصَانِ،
səni artıb-azalmağa,
وَالطُّلُوْعِ وَالْاُفُوْلِ،
çıxıb-batmağa,
وَالْاِنارَةِ والْكُسُوْفِ،
nur saçmağa və tutulmağa vadar etdi.
فِيْ كُلِّ ذٰلِكَ اَنْتَ لَهُ مُطِيْعٌ،
Bütün bunlarda sən Ona müti oldun
وَاِلَى اِرَادَتِهِ سَرِيْعٌ،
və Onun istəyinə tərəf tələsdin.
سُبْحَانَهُ مَا اَعْجَبَ مَا دَبَّرَ مِنْ اَمْرِكَ،
Pak və münəzzəhdir Allah, sənin işində tökdüyü tədbir nə qədər qəribədir
وَاَلْطَفَ مَا صَنَعَ فِيْ شَانِكَ،
və sənin işində göstərdiyi məharət nə qədər dəqiqdir.
جَعَلَكَ مِفْتَاحَ شَهْرٍ حَادِثٍ لِاَمْرٍ حَادِثٍ،
O səni yeni iş üçün yeni ayın açarı qərar verdi.
فَاَسْاَلُ اللهَ رَبِّي وَرَبَّكَ،
Mənim və sənin Rəbbin,
وَخَالِقِيْ وَخَالِقَكَ،
mənim və sənin Xaliqin,
وَمُقَدِّرِيْ وَمُقَدِّرَكَ،
mənim və sənin təqdiratını müəyyən edən,
وَمُصَوِّرِيْ وَمُصَوِّرَكَ
mənə və sənə surət bəxş edən Allahdan istəyirəm ki,
اَنْ يُصَلِّيَ عَلَى مُحَمَّدٍ وَاٰلِ مُحَمَّدٍ،
Məhəmmədə və Ali-Məhəmmədə salam göndərsin,
وَاَنْ يَجْعَالَكَ هِلَالَ بَرَكَةٍ لَا تَمْحَقُهَا الْاَيَّامُ،
səni dövranın aradan aparmadığı bərəkət ayı
وَطَهَارَةٍ لَا تُدَنِّسُهَا الْاٰثَامُ،
və günahların çirkləndirmədiyi pak ay qərar versin;
هِلَالَ اَمْنِ مِنَ الْاٰفَاتِ،
səni bəlalardan əmin-amanlıq
وَسَلَامَةٍ مِنَ السَّيِّئَاتِ،
və pis olan hər şeydən salamatlıq ayı qərar versin;
هِلَالَ سَعْدٍ لَا نَحْسَ فِيْهِ
səni bir nəhsi olmayan səadətli ay,
يُمْنِ لَا نَكَدَ مَعَهُ،
kədəri olmayan xoşbəxt ay,
وَيُسْرٍ لَا يُمَازِجُهُ عُسْرٌ،
çətinliyi olmayan asan ay
وَخَيْرٍ لَا يَشُوْبُهُ شَرٌّ،
və şəri olmayan xeyirli ay qərar versin;
هِلَالَ اَمْنٍ وَاِيْمَانٍ
səni əmin-amanlıq və iman,
وَنِعْمَةٍ وَاِحْسَانٍ
nemət və ehsan,
وَسَلَامَةٍ وَاِسْلَامٍ،
salamatlıq və İslam ayı qərar versin.
اَللّٰهُمَّ صَلِّ عَلٰى مُحَمَّدٍ وَاٰلِ مُحَمَّدٍ،
Ey Allahım, Məhəmmədə və Ali-Məhəmmədə salam göndər,
وَاجْعَلْنَا مِنْ اَرْضٰى مَنْ طَلَعَ عَلَيْهِ،
bizi, bu ayın üzərinə nur saçdığı kəslərin ən razı olanı,
وَاَزْكٰى مَنْ نَظَرَ اِلَيْهِ،
ona baxan kəslərin ən təmizi
وَاَسْعَدَ مَنْ تَعَبَّدَ لَكَ فِيْهِ،
və bu ayda Sənə ibadət edənlərin ən xoşbəxti qərar ver.
وَوَفِّقْنَا اَللّٰهُمَّ فِيْهِ لِلطَّاعَةِ وَالتَّوْبَةِ،
Ey Allahım, bu ayda bizi itaət və tövbəyə müvəffəq et,
وَاعْصِمْنَا فِيْهِ مِنَ الْاٰثَامِ وَالْحَوْبَةِ،
bu ayda bizi günahlardan və xətalardan qoru,
وَاَوْزِعْنَا فِيْهِ شُكْرَ النِّعْمَةِ،
bu ayda bizə Sənin nemətinə şükür etməyi ilham et,
واَلْبِسْنَا فِيْهِ جُنَنَ الْعَافِيَةِ،
bu ayda bizə sağlamlıq qalxanlarını geyindir,
وَاَتْمِمْ عَلَيْنَا بِاسْتِكْمَالِ طَاعَتِكَ فِيْهِ الْمِنَّةَ،
bu ayda Sənə kamil itaət etməklə Öz minnətini bizə tamamla,
اِنَّكَ اَنْتَ الْمَنَّانُ الْحَمِيْدُ،
çünki Sən çox nemət sahibi və həmd olunansan.
وَصَلَّى اللهُ عَلٰى مُحَمَّدٍ وَاٰلِهِ الطَيِّبِيْنَ،
Allahın salamı olsun Məhəmmədə və onun pak xanidanına,
وَاجْعَلْ لَنَا فِيْهِ عَوْنًا مِنْكَ عَلٰى مَا نَدَبْتَنَا اِلَيْهِ
bizi dəvət etdiyin işləri
مِنْ مُفْتَرَضِ طَاعَتِكَ،
və Sənin vacib itaətini yerinə yetirmək üçün bu ayda Öz tərəfindən bizə kömək yetir
وَتَقَبَّلْهَا اِنَّكَ الْاََكْرَمُ مِنْ كُلِّ كَرِيْمٍ،
və bunları bizdən qəbul et. Həqiqətən Sən hər kərimdən kərim
وَالْاَرْحَمُ مِنْ كُلِّ رَحِيْمٍ،
və hər rəhimlidən rəhimlisən.
اٰمِيْنَ اٰمِيْنَ رَبَّ الْعَالَمِيْنَ۔
Qəbul et, qəbul et, ey aləmlərin Rəbbi.