ENGLISH | اردو | Roman | Azerbaijani
🏠 🔍
RAMAZANIN İYİRMİ YEDDİNCİ GECƏSİ
Bu mübarək gecədə bir neçə əməli yerinə yetirmək nəql olunmuşdur: 1) Qüsl etmək: İmam Sadiqin (ə) buyurduğu hədisdə buna işarə olundu; 2) Otuz rəkət namaz qılmaq: bu namazın qaydasını "Ramazan ayının gecələrinin əməlləri" başlığı altında qeyd etdik; 3) Zeyd ibn Əli nəql edir ki, atam Əli ibn Hüseyn (ə) ramazan ayının iyirmi yeddinci gecəsi gecənin əvvəlindən axırınadək bu duanı oxuyardı:
اَللّٰهُمَّ ارْزُقْنِيْ التَّجَافِيْ عَنْ دَارِ الْغُرُوْرِ،
Ey Allahım, yalan (fani) evdən uzaqlaşmağı və əbədi evə tərəf qayıtmağı, ölüm çatmamışdan qabaq onun üçün hazırlaşmağı mənə ruzi et.
وَالْاِنَابَةَ اِلٰى دَارِ الْخُلُوْدِ
وَالْاِسْتِعْدَادَ لِلْمَوْتِ قَبْلَ حُلُوْلِ الْفَوْتِ۔
RAMAZANIN İYİRMİ YEDDİNCİ GECƏSİNİN DUASI
يَا مَآدَّ الظِّلِّ
Ey kölgəni uzadan - belə ki, əgər istəsəydin onu hərəkətsiz edərdin -, günəşi kölgə üçün başçı qərar verdin, sonra tədricən onu asanlıqla bürüdün! Ey səxavət və bəxşiş, ucalıq və nemətlər sahibi! Səndən qeyri ilah yoxdur, Sən qeybi və şəhadəti (müşahidə olunanları) bilirsən, Sən rəhman və rəhimsən! Səndən qeyri ilah yoxdur, ey hər nöqsandan pak, ey salamatlıq verən, ey əmniyyət bəxş edən, ey bəndələri qoruyan, ey izzətli, ey üstün gələn, ey alicənab! Ey Allah, ey xəlq edən, ey icad edən, ey surət bəxş edən! Ey Allah, ey Allah, ey Allah! Sənə məxsusdur gözəl adlar, uca misallar, böyüklük və nemətlər! Səndən istəyirəm ki, Məhəmmədə və Ali-Məhəmmədə salam göndərəsən, bu gecədə mənim adımı xoşbəxtlərin zümrəsində qərar verəsən, ruhumu şəhidlərlə birlikdə edəsən, yaxşı əməllərimi cənnətin uca dəcələrində qərar verəsən, günahlarımı bağışlayasan; mənə elə bir yəqin əta edəsən ki, daim qəlbimlə birgə olsun və mənə elə bir iman əta edəsən ki, şəkk-şübhəni məndən uzaqlaşdırsın; mənə qismət etdiklərinə məni razı et; dünya və axirətdə mənə gözəl nemət ver, məni yanar odun əzabından qoru; bu gecədə Öz zikrini və şükrünü, Sənə tərəf rəğbəti, qayıdışı və tövbəni mənə ruzi et; mənə ruzi et o işlərə müvəffəq olmağı ki, Məhəmmədi və Ali-Məhəmmədi – Allahın salamı olsun ona və onlara - bu işlərə müvəffəq etmisən.
وَلَوْ شِئْتَ لَجَعَلْتَهُ سَاكِنًا،
وَجَعَلْتَ الشَّمْسَ عَلَيْهِ دَلِيْلًا
ثُمَّ قَبَضْتَهُ اِلَيْكَ قَبْضًا يَسِيْرًا،
يَا ذَالْجُوْدِ وَالطَّوْلِ
وَالْكِبْرِيَاۤءِ وَالْاٰلَاۤءِ،
لَا اِلـٰهَ اِلَّا اَنْتَ
عَالِمُ الْغَيْبِ وَالشَّهَادَةِ
الرَّحْمٰنُ الرَّحِيْمُ،
لَا اِلٰهَ اِلَّا اَنْتَ
يَا قُدُّوْسُ يَا سَلَامُ
يَا مُؤْمِنُ يَامُهَيْمِنُ
يَا عَزِيْزُ يَاجَبَّارُ
يَا مُتَكَبِّرُ يَا اَللهُ
يَا خَالِقُ يَا بَارِئُ يَا مُصَوِّرُ،
يَا اَللهُ يَا اَللهُ يَا اَللهُ،
لَكَ الْاَسْمَاۤءُ الْحُسْنٰى،
وَالْاَمْثَالُ الْعُلْيَا،
وَالْكِبْرِيَاۤءُ وَالْاٰلَاۤءُ،
اَسْاَلُكَ اَنْ تُصَلِّيَ عَلٰى مُحَمَّدٍ وَاٰلِ مُحَمَّدٍ،
وَاَنْ تَجْعَلَ اسْمِيْ فِي هٰذِهِ اللَّيْلَةِ فِي السُّعَدَاۤءِ،
وَرُوْحِيْ مَعَ الشُّهَدَاۤءِ،
وَاِحْسَانِيْ فِيْ عِلِّيِّيْنَ،
وَاِسَاۤءَتِيْ مَغْفُوْرَةً،
وَاَنْ تَهَبَ لِيْ يَقِيْنًا تُبَاشِرُ بِهِ قَلْبِيْ،
وَاِيْمَانًا يُذْهِبُ الشَّكَّ عَنِّيْ،
وَتُرْضِيَنِيْ بِمَا قَسَمْتَ لِيْ،
وَاٰتِنَا فِي الدُّنْيَا حَسَنَةً
وَفِي الْاٰخِرَةِ حَسَنَةً
وَقِنَا عَذَابَ النَّارِ الْحَرِيْقِ،
وَارْزُقْنِيْ فِيْهَا ذِكْرَكَ وَشُكْرَكَ وَالرَّغْبَةَ اِلَيْكَ
وَالْاِنَابَةَ وَالتَّوْبَةَ وَالتَّوْفِيْقَ لِمَا وَفَّقْتَ لَهُ مُحَمَّدًا وَاٰلَ مُحَمَّدٍ صَلَّى اللهُ عَلَيْهِ وَعَلَيْهِمُ السَّلَامُ۔