Ey havada gecənin qaranlığını yerləşdirən,
وَخَازِنَ النُّوْرِ فِى السَّمَاۤءِ،
və səmada gündüzün aydınlığını yerləşdirən,
وَمَانِعَ السَّمَاۤءِ اَنْ تَقَعَ عَلَى الْاَرْضِ اِلَّا بِاِذْنِهِ
və Öz izni olmadan göyün yerə tökülməsinə mane olan
وَحَابِسَهُمَا اَنْ تَزُوْلَا،
və o ikisinin öz yerlərindən kənara çıxmasına mane olan!
يَا عَلِيْمُ يَا عَظِيْمُ،
Ey alim, ey əzəmətli,
يَا غَفُوْرُ يَا دَآئِمُ،
ey bağışlayan, ey daimi!
يَا اَللهُ يَا وَارِثُ،
Ey Allah, ey varis,
يَا بَاعِثَ مَنْ فِي الْقُبُوْرِ،
ey qəbirdəkiləri ayağa qaldıran!
يَا اَللهُ يَا اَللهُ يَا اَللهُ،
Ey Allah, ey Allah, ey Allah!
لَكَ الْاَسْمَاۤءُ الْحُسْنٰى،
Sənə məxsusdur gözəl adlar,
وَالْاَمْثَالُ الْعُلْيَا،
uca misallar,
وَالْكِبْرِيَاۤءُ وَالْاٰلَاۤءُ،
böyüklük və nemətlər!
اَسْاَلُكَ اَنْ تُصَلِّيَ عَلٰى مُحَمَّدٍ وَاٰلِ مُحَمَّدٍ،
Səndən istəyirəm ki, Məhəmmədə və Ali-Məhəmmədə salam göndərəsən,
وَاَنْ تَجْعَلَ اسْمِيْ فِيْ هٰذِهِ اللَّيْلَةِ فِي السُّعَدَاۤءِ،
bu gecədə mənim adımı xoşbəxtlərin zümrəsində qərar verəsən,
وَرُوْحِيْ مَعَ الشُّهَدَاۤءِ،
ruhumu şəhidlərlə birlikdə edəsən,
وَاِحْسَانِيْ فِيْ عِلِّيِّيْنَ،
yaxşı əməllərimi cənnətin uca dərəcələrində qərar verəsən,
وَاِسَاۤءَتِيْ مَغْفُوْرَةً،
günahlarımı bağışlayasan;
وَاَنْ تَهَبَ لِيْ يَقِيْنًا تُبَاشِرُ بِهِ قَلْبِيْ
mənə elə bir yəqin əta edəsən ki, daim qəlbimlə birgə olsun
وَاِيْمَانًا يُذْهِبُ الشَّكَّ عَنِّيْ،
və mənə elə bir iman əta edəsən ki, şəkk-şübhəni məndən uzaqlaşdırsın;
وَتُرْضِيَنِيْ بِمَا قَسَمْتَ لِيْ،
mənə qismət etdiklərinə məni razı et;
وَاٰتِنَا فِي الدُّنْيَا حَسَنَةً
dünyada mənə gözəl nemət ver,
وَفِي الْاٰخِرَةِ حَسَنَةً
və axirətdə gözəl nemət ver,
وَقِنَا عَذَابَ النَّارِ الْحَرِيْقِ،
məni yanar odun əzabından qoru;
وَارْزُقْنِيْ فِيْهَا ذِكْرَكَ وَشُكْرَكَ وَالرَّغْبَةَ اِلَيْكَ
bu gecədə Öz zikrini və şükrünü, Sənə tərəf rəğbəti mənə ruzi et,
وَالْاِنَابَةَ وَالتَّوْبَةَ وَالتَّوْفِيْقَ لِمَا وَفَّقْتَ لَهُ مُحَمَّدًا وَاٰلَ مُحَمَّدٍ صَلَّى اللهُ عَلَيْهِ وَعَلَيْهِمُ السَّلَامُ۔
qayıdışı və tövbəni, mənə ruzi et o işlərə müvəffəq olmağı ki, Məhəmmədi və Ali-Məhəmmədi Allahın salamı olsun ona və onlara bu işlərə müvəffəq etmisən.