⚙️ EN اردو RO AZ
🌐
⚙️
English اردو Roman Azerbaijani
🏠 Home ⭐ Favorites 🔍 Search ⚙ Settings 🎥 Videos
🏠 🔍
RƏCƏB AYININ BİRİNCİ GECƏSİ
Bu gecədə bir sıra əməlləri yerinə yetirmək tövsiyə olunur:
1) Rəvayət olunur ki, rəcəb ayının hilalı göründükdə Həzrət Rəsulallah (s) bu duanı oxuyardı:
اَللّٰهُمَّ اَهِلَّهُ عَلَيْنَا بِالْاَمْنِ وَ الْاِيمَانِ
Ey Allahım, bizi əmniyyət və iman ilə bu aya daxil et (bunu bizə hilal et),
وَ السَّلَامَةِ وَ الْاِسْلَامِ
salamatlıq və İslam ilə.
رَبِّي وَ رَبُّكَ اللّٰهُ عَزَّ وَ جَلَّ۔
Mənim və sənin (ey ay) Rəbbin izzətli və cəlalətli Allahdır.
Həmçinin rəvayət olunur ki, Həzrət Rəsulallah (s) rəcəb ayının hilalını gördükdə buyurardı:
اَللّٰهُمَّ بَارِكْ لَنَا فِي رَجَبٍ وَ شَعْبَانَ
Ey Allahım, rəcəb və şaban aylarını bizə mübarək et
وَ بَلِّغْنَا شَهْرَ رَمَضَانَ
və bizi ramazan ayına çatdır.
وَ اَعِنَّا عَلَى الصِّيَامِ
Oruc tutmaqda bizə kömək et,
وَ الْقِيَامِ
və (gecə) ibadəti etməkdə,
وَ حِفْظِ اللِّسَانِ
dili qorumaqda,
وَ غَضِّ الْبَصَرِ
və gözü (haramlardan) çəkindirməkdə (bizə kömək et).
وَ لَا تَجْعَلْ حَظَّنَا مِنْهُ الْجُوْعَ وَ الْعَطَشَ۔
Bu aydan bizim bəhrəmizi təkcə aclıq və susuzluq qərar vermə.
2) Qüsl etmək: Mərhum Seyid İbn Tavus deyir ki, "İbadat" kitablarında Həzrət Rəsulallahın (s) buyurduğu bu hədislə rastlaşdım: "Hər kim rəcəb ayını yaşasa və onun əvvəlində, ortasında və axırında qüsl etsə, günahlardan təmizlənər və anadan doğulduğu gündə olduğu kimi pak olar."
3) Bu gecə İmam Hüseyni (ə) ziyarət etməyin böyük savabı vardır.
4) Məğrib namazından sonra iyirmi rəkət (iki rəkət-iki rəkət) namaz qılınır: hər rəkətdə bir dəfə Fatihə və bir dəfə İxlas surəsi oxunur. Həzrət Rəsulallah (s) bu namazın savabı barədə buyurub: "Hər kim bu namazı qılarsa, and olsun Allaha, özü, ailəsi, malı və övladları qorunar və qəbir əzabından ona pənah verilər... Qiyamətdə sürətlə Siratdan keçər."
5) İşa namazından sonra iki rəkət namaz qılınır: birinci rəkətdə Fatihədən sonra bir dəfə
لَا اِلٰهَ اِلَّا اللهُ۔
Allahdan başqa məbud yoxdur.
və otuz dəfə salavat deyilir.
اَللّٰهُمَّ صَلِّ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ۔
İlahi, Məhəmmədə və onun Əhli-beytinə salavat göndər.
Həzrət Rəsulallah (s) buyurmuşdur: "Hər kim bu namazı qılsa, Allah onun günahlarını bağışlayar və o, günahdan pak olar."
6) Otuz rəkət namaz qılınır (iki rəkət-iki rəkət): hər rəkətdə Fatihədən sonra bir dəfə Kafirun və üç dəfə İxlas surəsi oxunur. Həzrət Rəsulallah (s) bir hədisdə belə buyurmuşdur: "Əgər mömin kişi və qadın bu namazı qılsa, Allah onun bütün kiçik və böyük günahlarını bağışlayar, onun adını gələn ilədək "namaz qılanlar"ın siyahisində yazar və o, münafiqlikdən pak olar."
7) Bu gecəni oyaq qalıb ibadətlə məşğul olmaq: Şeyx Tusi "Misbahul-mutəhəccid"də qeyd edir ki, İmam Sadiq (ə) cəddi Əmirəl-möminin Əlinin (ə) barəsində belə buyurub: "O həzrət ilin dörd gecəsini hər işi kənara qoyub ibadətlə məşğul olmağı sevərdi: rəcəb ayının birinci gecəsi, şaban ayının on beşinci gecəsi, Fitr və Qurban bayramlarının gecələri." Başqa bir hədisdə İmam Sadiq (ə) buyurub: "Çalış ki, Fitr və Qurban bayramlarının gecələri, ... rəcəb ayının birinci gecəsi oyaq qalıb ibadət edəsən."
8) İmam Cavadın (ə) buyurduğu duanı oxumaq: İmam Cavad (ə) buyurmuşdur: "Müstəhəbdir ki, insan rəcəb ayının birinci gecəsində bu kəlmələrlə dua etsin:
اَللّٰهُمَّ اِنِّي اَسْاَلُكَ بِاَنَّكَ مَلِكٌ
Ey Allahım, Səndən istəyirəm, çünki Sən hökmdarsan,
وَ اَنَّكَ عَلٰى كُلِّ شَيْ‏ءٍ مُقْتَدِرٌ
və həqiqətən Sən hər şeyə qadirsən,
وَ اَنَّكَ مَا تَشَاءُ مِنْ اَمْرٍ يَكُوْنُ
və həqiqətən Sən nə istəsən, o olar.
اَللّٰهُمَّ اِنِّي اَتَوَجَّهُ اِلَيْكَ بِنَبِيِّكَ مُحَمَّدٍ
Ey Allahım, Peyğəmbərin Məhəmməd vasitəsilə Sənə üz tuturam;
نَبِيِّ الرَّحْمَةِ صَلَّى اللّٰهُ عَلَيْهِ وَ اٰلِهِ
rəhmət peyğəmbəri – Allahın salamı olsun ona və xanidanına!
يَا مُحَمَّدُ
Ey Məhəmməd,
يَا رَسُوْلَ اللّٰهِ
ey Rəsulallah,
اِنِّي اَتَوَجَّهُ بِكَ اِلَى اللّٰهِ رَبِّكَ وَ رَبِّيْ
mən sənin vasitənlə sənin və mənim Rəbbim olan Allaha üz tuturam,
لِيُنْجِحَ [لِي‏] بِكَ طَلِبَتِيْ
ta sənin vasitənlə mənim istəyim həyata keçsin.
اَللّٰهُمَّ بِنَبِيِّكَ مُحَمَّدٍ
Ey Allahım, Peyğəmbərin Məhəmmədə xatir,
وَ الْاَئِمَّةِ مِنْ اَهْلِ بَيْتِهِ
və onun xanidanından olan imamlara xatir –
صَلَّى اللّٰهُ عَلَيْهِ وَ عَلَيْهِمْ
Allahın salamı olsun ona və onlara –
اَنْجِحْ طَلِبَتِي۔
mənim istəyimi həyata keçir.
Sonra Allahdan öz istəyini dilə."
9) Rəvayət olunur ki, İmam Musa ibn Cəfər (ə) (rəcəb ayının birinci gecəsində) gecə namazını qıldıqdan sonra səcdədə deyərdi:
لَكَ الْمَحْمَدَةُ اِنْ اَطَعْتُكَ
Həmd-səna Sənə məxsusdur, əgər Sənə itaət edərəmsə;
وَ لَكَ الْحُجَّةُ اِنْ عَصَيْتُكَ
və hüccət Sənə aiddir, əgər Sənə qarşı çıxaramsa;
لَا صُنْعَ لِي وَ لَا لِغَيْرِيْ فِي اِحْسَانٍ اِلَّا بِكَ
Sənin köməyin olmadan ehsan və yaxşılıqda mənim və başqasının əlindən heç nə gəlməz;
يَا كَاۤئِنُ [كَاۤئِنًا] قَبْلَ كُلِّ شَيْ‏ءٍ
ey hər şeydən əvvəl var olan,
وَ يَا مُكَوِّنَ كُلِّ شَيْ‏ءٍ
və ey hər şeyi vücuda gətirən,
اِنَّكَ عَلٰى كُلِّ شَيْ‏ءٍ قَدِيْرٌ
həqiqətən Sən hər şeyə qadirsən.
اَللّٰهُمَّ اِنِّي اَعُوْذُ بِكَ مِنَ الْعَدِيْلَةِ عِنْدَ الْمَوْتِ
Ey Allahım, ölüm anında haqqdan dönməkdən Sənə pənah aparıram,
وَ مِنْ شَرِّ الْمَرْجِعِ فِي الْقُبُوْرِ
qəbrə pis dönüşdən (şərindən)
وَ مِنَ النَّدَامَةِ يَوْمَ الْآزِفَةِ
və Qiyamət gününün peşmançılığından (Sənə pənah aparıram).
فَاَسْاَلُكَ اَنْ تُصَلِّيَ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ
Səndən istəyirəm ki, Məhəmmədə və Ali-Məhəmmədə salam göndərəsən,
وَ اَنْ تَجْعَلَ عَيْشِيْ عِيْشَةً نَقِيَّةً
həyatımı pakizə (yaşayış) qərar verəsən,
وَ مِيْتَتِيْ مِيْتَةً سَوِيَّةً
ölümümü asan (səlis) qərar verəsən,
وَ مُنْقَلَبِيْ مُنْقَلَبًا كَرِيْمًا
və dönüşümü kərimanə dönüş qərar verəsən,
غَيْرَ مُخْزٍ وَ لَا فَاضِحٍ
xar edici və rüsvayçılıq olmadan.
اَللّٰهُمَّ صَلِّ عَلٰى مُحَمَّدٍ وَ اٰلِهِ
Ey Allahım, Məhəmmədə və onun xanidanına salam göndər,
الْاَئِمَّةِ يَنَابِيْعِ الْحِكْمَةِ،
o imamlara ki, hikmət bulaqlarıdırlar,
وَ اُوْلِي النِّعْمَةِ
nemət sahibləridir,
وَ مَعَادِنِ الْعِصْمَةِ
və ismət xəzinələridir (mədənləridir);
وَ اعْصِمْنِيْ بِهِمْ مِنْ كُلِّ سُوْءٍ
məni onların vasitəsilə hər bir pislikdən qoru,
وَ لَا تَاْخُذْنِيْ عَلٰى غِرَّةٍ وَ لَا عَلٰى غَفْلَةٍ
məni qürur və qəflətimə görə yaxalama (sorğu-suala çəkmə),
وَ لَا تَجْعَلْ عَوَاقِبَ اَعْمَالِي حَسْرَةً
əməllərimin aqibətini həsrət və peşmançılıq qərar vermə,
وَ ارْضَ عَنِّيْ
və məndən razı qal,
فَاِنَّ مَغْفِرَتَكَ لِلظَّالِمِيْنَ وَ اَنَا مِنَ الظَّالِمِيْنَ
çünki Sənin məğfirətin zalımlara (günahkarlara) aiddir və mən də günahkarlardanam.
اَللّٰهُمَّ اغْفِرْ لِيْ مَا لًا يَضُرُّكَ
Ey Allahım, Sənə ziyan verməyəcək şeyi mənim üçün bağışla (əfv et),
وَ اَعْطِنِيْ مَا لًا يَنْقُصُكَ
və Səndən əskiltməyəcək şeyi mənə əta et,
فَاِنَّكَ الْوَسِيْعُ رَحْمَتُهُ
çünki həqiqətən Sən rəhməti geniş olansan,
الْبَدِيْعُ حِكْمَتُهُ
hikməti ehtiva edən (misilsiz) olansan;
وَ اَعْطِنِي السَّعَةَ وَ الدَّعَةَ
mənə bolluq (genişlik) və asayiş əta et,
وَ الْاَمْنَ وَ الصِّحَّةَ
əmniyyət və sağlamlıq,
وَ الْنُّخُوْعَ وَ الْقُنُوْعَ
təvazökarlıq və qane olmaq,
وَ الشُّكْرَ وَ الْمُعَافَاةَ وَ التَّقْوَىٰ
şükür, güzəşt (afiyət) və təqva,
وَ الصَّبْرَ وَ الصِّدْقَ عَلَيْكَ وَ عَلٰى اَوْلِيَاۤئِكَ
Sənə və övliyalara qarşı səbir və sədaqətli olmaq,
وَ الْيُسْرَ وَ الشُّكْرَ
rifah və şükür əta et.
وَ اعْمُمْ بِذَالِكَ يَا رَبِّ اَهْلِيْ وَ وَلَدِيْ
Ey Rəbbim, bu işlərdə mənim ailəmi və övladlarımı şamil et (şərik et),
وَ اِخْوَانِي فِيْكَ
Sənin yolunda olan din qardaşlarımı,
وَ مَنْ اَحْبَبْتُ وَ اَحَبَّنِيْ
mənim sevdiklərimi və məni sevənləri,
وَ وَلَدْتُ وَ وَلَدَنِيْ
mənim övladlarımı və məni dünyaya gətirənləri (əcdadlarımı),
مِنَ الْمُسْلِمِيْنَ وَ الْمُؤْمِنِيْنَ
müsəlmanlardan və möminlərdən olanları.
يَا رَبَّ الْعَالَمِيْنَ۔
Ey aləmlərin Rəbbi.
Hədisdə buyurulur ki, bu dua səkkiz rəkət gecə namazından sonra və vətr namazından qabaq oxunur. Bu duanı oxuduqdan sonra üç rəkət vətr namazını (iki rəkət "şəf" və bir rəkət "vətr" namazı) qıl. Namazın salamını dedikdən sonra əyləşdiyin halda de:
اَلْحَمْدُ لِلّٰهِ الَّذِيْ لَا تَنْفَدُ خَزَاۤئِنُهُ
Həmd-səna o Allaha məxsusdur ki, xəzinələri tükənmir
وَ لَا يَخَافُ آمِنُهُ
və Ona sığınanlar (Onun əmniyyət verdikləri) amanda olur (qorxuya düşmür).
رَبِّ اِنِ ارْتَكَبْتُ الْمَعَاصِيَ
Ey Rəbbim, əgər mən günahlar işlətmişəmsə,
فَذَالِكَ ثِقَةٌ [ثِقَةً] مِنِّي بِكَرَمِكَ
bu, Sənin kərəminə güvəndiyimə görə olmuşdur.
اِنَّكَ تَقْبَلُ التَّوْبَةَ عَنْ عِبَادِكَ
Çünki Sən bəndələrinin tövbələrini qəbul edirsən,
وَ تَعْفُوْ عَنْ سَيِّئَاتِهِمْ
onların günahlarını (pisliklərini) əvf edirsən
وَ تَغْفِرُ الزَّلَلَ
və xətalarını bağışlayırsan;
وَ اِنَّكَ مُجِيْبٌ لِدَاعِيْكَ
Sən Səni çağırana cavab verirsən
وَ مِنْهُ قَرِيْبٌ
və ona yaxınsan;
وَ اَنَا تَاۤئِبٌ اِلَيْكَ مِنَ الْخَطَايَا
mən xətalarımdan Sənin dərgahına qayıdır (tövbə edirəm)
وَ رَاغِبٌ اِلَيْكَ فِي تَوْفِيْرِ حَظِّيْ مِنَ الْعَطَايَا
və ətalarından mənə düşən payın artmasını Səndən istəyirəm (rəğbət edirəm).
يَا خَالِقَ الْبَرَايَا
Ey məxluqatın Xaliqi,
يَا مُنْقِذِيْ مِنْ كُلِّ شَدِيْدَةٍ
ey məni hər bir çətinlikdən qurtaran,
يَا مُجِيْرِيْ مِنْ كُلِّ مَحْذُوْرٍ
ey hər təhlükədə mənim pənah yerim,
وَفِّرْ عَلَيَّ السُّرُوْرَ
mənim sevincimi artır (bol et)
وَ اكْفِنِيْ شَرَّ عَوَاقِبِ الْأُمُوْرِ
və məni işlərin pis aqibətindən qoru.
فَاَنْتَ اللّٰهُ عَلٰى نَعْمَاۤئِكَ وَ جَزِيْلِ عَطَاۤئِكَ مَشْكُوْرٌ
Sən o Allahsan ki, nemətlərinin və böyük bəxşişlərinin çoxluğuna görə sitayişə layiqsən,
وَ لِكُلِّ خَيْرٍ مَذْخُوْرٌ۔
və hər bir xeyir üçün azuqə yığılmışdır (azuqəsən).