ENGLISH | اردو | Roman | Azerbaijani
🏠 🔍
ZİL-HİCCƏNİN İLK ON GÜNÜNÜN ƏMƏLLƏRİ
1) Ayın ilk doqquz gününü oruc tutmaq: Hədislərin birində İmam Musa Kazim (ə) buyurur ki, hər kim zil-hiccə ayının ilk doqquz gününü oruc tutsa, Allah ona bütün ömrünün oruc savabını yazar.
2) İmam Sadiq (ə) buyurub ki, atam İmam Baqir (ə) mənə buyurdu: "Ey oğlum, zil-hiccə ayının ilk on günündə hər gecə məğrib və işa namazları arasında bu iki rəkət namazı tərk etmə: hər rəkətdə Fatihəİxlas surələrini oxu, sonra bu ayəni (Əraf surəsi, 142-ci ayə) oxu:
وَ وَاعَدْنَا مُوْسٰى ثَلَاثِيْنَ لَيْلَةً
Biz Musa ilə otuz gecə vədə qoyduq və onu əlavə on gecə ilə tamamladıq, beləliklə Rəbbinin (onunla) vədəsi qırx gecədə tamamlandı, Musa qardaşı Haruna dedi: "Mənim qövmüm arasında mənim canişinim ol, (onları) islax et və fəsad törədənlərin yolunu getmə.
وَ اَتْمَمْنَاهَا بِعَشْرٍ
فَتَمَّ مِيْقَاتُ رَبِّهِ اَرْبَعِيْنَ لَيْلَةً
وَ قَالَ مُوْسٰى لِاَخِيْهِ هَارُوْنَ اخْلُفْنِيْ فِيْ قَوْمِيْ
وَ اَصْلِحْ وَ لَا تَتَّبِعْ سَبِيْلَ الْمُفْسِدِيْنَ۔
Əgər bu namazı qılsan, hacıların savabına və onların həcc əməllərinə şərik olarsan."
3) Əbu Həmzə Sumali nəql edir ki, İmam Sadiq (ə) zil-hiccə ayının birinci günündən Ərəfə gününün əsr vaxtınadək sübh namazından sonra və məğrib namazından qabaq bu duanı oxuyardı:
اَللّٰهُمَّ هٰذِهِ الْاَيَّامُ الَّتِيْ فَضَّلْتَهَا عَلَى الْاَيَّامِ وَ شَرَّفْتَهَا
Ey Allahım, bu, o günlərdir ki, Sən onu başqa günlərdən üstün və şərafətli etdin, Öz lütfün və rəhmətinlə bizi bu günlərə çatdırdın, elə isə Öz bərəkətlərini bizə nazil et və bu günlərdə Öz nemətlərini bizə bol et. Ey Allahım, mən Səndən istəyirəm ki, Məhəmmədə və Ali-Məhəmmədə salam göndərsən və bu günlərdə bizi hidayət, iffət və ehtiyacsızlıq yoluna yönəldəsən, bizi sevdiyin və razı qaldığın işlərə müvəffəq edəsən. Ey Allahım, ey hər şikayətin yeri, ey hər gizli sözü eşidən, ey hər cəmdə hazır olan, ey hər gizlini bilən, Səndən istəyirəm ki, Məhəmmədə və Ali-Məhəmmədə salam göndərəsən və bu günlərdə bizdən bəlanı və giriftarlığı açasan, bizim dualarımızı müstəcab etdəsən, bizə qüvvə verəsən və kömək edəsən; ey Rəbbimiz, bizi sevdiyin və razı qaldığın işlərə, bizə vacib etdiyin itaətinə, habelə Sənin elçinin və mövlalarının itaətinə müvəffəq edəsən. Ey Allahım, ey rəhimlilərin ən rəhimlisi, Səndən istəyirəm ki, Məhəmmədə və Ali-Məhəmmədə salam göndərəsən və bu günlərdə Öz razılığını bizə bəxş edəsən, çünki Sən duaları eşidənsən; bu günlərdə asimandan yerə nazil etdiyin xeyirdən bizi məhrum etmə və bizi günahlardan pakla, ey qaib olanları bilən; bu günlərdə əbədi evi bizə vacib et. Ey Allahım, Məhəmmədə və Ali-Məhəmmədə salam göndər və bu günlərdə bizim üçün bağışlamadığın bir günah, aradan aparmadığın bir qəm-qüssə, ödəmədiyin bir borc, bizə qovuşdurmadığın bir qaibimizi, dünya və axirət hacətlərindən asan etmədiyin bir hacət saxlama, çünki Sən hər şeyə qadirsən. Ey Allahım, ey gizli sirrləri bilən, ey göz yaşlarına rəhm edən, ey duaları qəbul edən, ey yerlərin və göylərin Rəbbi, ey (saysız) səsləri səhv salmayan, Məhəmmədə və Ali-Məhəmmədə salam göndər və bu günlərdə bizi oddan azad və xilas olanlardan, Sənin Cənnətinə qovuşanlardan, Sənin rəhmətinlə nicat tapanlardan qərar ver, ey rəhimlilərin ən rəhimlisi. Allahın salamı olsun ağamız Məhəmmədə və onun bütün sülaləsinə.
قَدْ بَلَّغْتَنِيْهَا بِمَنِّكَ وَ رَحْمَتِكَ
فَاَنْزِلْ عَلَيْنَا مِنْ بَرَكَاتِكَ
وَ اَوْسِعْ عَلَيْنَا فِيْهَا مِنْ نَعْمَاۤئِكَ
اَللّٰهُمَّ اِنِّيْۤ اَسْاَلُكَ اَنْ تُصَلِّيَ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ
وَ اَنْ تَهْدِيَنَا فِيْهَا لِسَبِيْلِ الْهُدٰى
وَ الْعَفَافِ وَ الْغِنٰى
وَ الْعَمَلِ فِيْهَا بِمَا تُحِبُّ وَ تَرْضٰىۤ
اَللّٰهُمَّ اِنِّيْۤ اَسْاَلُكَ يَا مَوْضِعَ كُلِّ شَكْوٰى
وَ يَا سَامِعَ كُلِّ نَجْوٰى
وَ يَا شَاهِدَ كُلِّ مَلَاٍ
وَ يَا عَالِمَ كُلِّ خَفِيَّةٍ
اَنْ تُصَلِّيَ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ
وَ اَنْ تَكْشِفَ عَنَّا فِيْهَا الْبَلَاۤءَ
وَ تَسْتَجِيْبَ لَنَا فِيْهَا الدُّعَاۤءَ
وَ تُقَوِّيَنَا فِيْهَا وَ تُعِيْنَنَا
وَ تُوَفِّقَنَا فِيْهَا لِمَا تُحِبُّ رَبَّنَا وَ تَرْضٰى
وَ عَلٰى مَا افْتَرَضْتَ عَلَيْنَا مِنْ طَاعَتِكَ
وَ طَاعَةِ رَسُوْلِكَ وَ اَهْلِ وِلَايَتِكَ
اَللّٰهُمَّ اِنِّيْۤ اَسْاَلُكَ يَا اَرْحَمَ الرَّاحِمِيْنَ
اَنْ تُصَلِّيَ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ
وَ اَنْ تَهَبَ لَنَا فِيْهَا الرِّضَا
اِنَّكَ سَمِيْعُ الدُّعَاۤءِ
وَ لَا تَحْرِمْنَا خَيْرَ مَا تُنْزِلُ فِيْهَا مِنَ السَّمَاۤءِ
وَ طَهِّرْنَا مِنَ الذُّنُوْبِ
يَا عَلَّامَ الْغُيُوْبِ
وَ اَوْجِبْ لَنَا فِيْهَا دَارَ الْخُلُوْدِ
اَللّٰهُمَّ صَلِّ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ
وَ لَا تَتْرُكْ لَنَا فِيْهَا ذَنْبًا اِلَّا غَفَرْتَهُ
وَ لَا هَمًّا اِلَّا فَرَّجْتَهُ
وَ لَا دَيْنًا اِلَّا قَضَيْتَهُ
وَ لَا غَاۤئِبًا اِلَّاۤ اَدَّيْتَهُ
وَ لَا حَاجَةً مِنْ حَوَاۤئِجِ الدُّنْيَا وَ الْاٰخِرَةِ
اِلَّا سَهَّلْتَهَا وَ يَسَّرْتَهَا
اِنَّكَ عَلٰى كُلِّ شَيْ‏ءٍ قَدِيْرٌ
اَللّٰهُمَّ يَا عَالِمَ الْخَفِيَّاتِ
يَا رَاحِمَ الْعَبَرَاتِ
يَا مُجِيْبَ الدَّعَوَاتِ
يَا رَبَّ الْاَرَضِيْنَ وَ السَّمَاوَاتِ
يَا مَنْ لَا تَتَشَابَهُ عَلَيْهِ الْاَصْوَاتُ
صَلِّ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ
وَ اجْعَلْنَا فِيْهَا مِنْ عُتَقَاۤئِكَ وَ طُلَقَاۤئِكَ مِنَ النَّارِ
وَ الْفَاۤئِزِيْنَ بِجَنَّتِكَ
وَ النَّاجِيْنَ بِرَحْمَتِكَ
يَاۤ اَرْحَمَ الرَّاحِمِيْنَ
وَ صَلَّى اللّٰهُ عَلٰى سَيِّدِنَا مُحَمَّدٍ وَ اٰلِهِ اَجْمَعِيْنَ۔
4) İmam Baqir (ə) buyurur ki, Allah-Təala zil-hiccə ayının ilk on günündə oxuması üçün Cəbrail vasitəsilə Həzrət İsaya (ə) bu beş duanı hədiyyə göndərdi və siz də bu duaları oxuyun:
(1) اَشْهَدُ اَنْ لَاۤ اِلٰهَ اِلَّا اللّٰهُ
(1) Şəhadət verirəm ki, Allahdan qeyri İlah yoxdur, yeganədir və şəriki yoxdur, hökmdarlıq və həmd Ona məxsusdur, xeyir Onun əlindədir, O hər şeyə qadirdir. (2) Şəhadət verirəm ki, Allahdan qeyri İlah yoxdur, yeganədir və şəriki yoxdur, təkdir və ehtiyacsızdır, Özünə yoldaş və övlad götürməmişdir. (3) Şəhadət verirəm ki, Allahdan qeyri İlah yoxdur, yeganədir və şəriki yoxdur, təkdir və ehtiyacsızdır, doğmamış və doğulmamışdır, Onun tayı-bərabəri yoxdur. (4) Şəhadət verirəm ki, Allahdan qeyri İlah yoxdur, yeganədir və şəriki yoxdur, hökmdarlıq və həmd Ona məxsusdur, dirildir və öldürür, O diridir və ölmür, xeyir Onun əlindədir, O hər şeyə qadirdir. (5) Allah mənə yetər və kifayətdir, Allah dua edən hər kəsin duasını eşidir, Allahdan o tərəf bir sonluq yoxdur, dua olunduğu (çağırıldığı) xüsusunda Allaha şəhadət verirəm, kim Ondan uzaqdırsa, Allah da ondan uzaqdır, axirət və dünya Allahındır.
وَحْدَهُ لَا شَرِيْكَ لَهُ
لَهُ الْمُلْكُ وَ لَهُ الْحَمْدُ
بِيَدِهِ الْخَيْرُ
وَ هُوَ عَلٰى كُلِّ شَيْ‏ءٍ قَدِيْرٌ
(2) اَشْهَدُ اَنْ لَاۤ اِلٰهَ اِلَّا اللّٰهُ
وَحْدَهُ لَا شَرِيْكَ لَهُ
اَحَدًا صَمَدًا
لَمْ يَتَّخِذْ صَاحِبَةً وَ لَا وَلَدًا
(3) اَشْهَدُ اَنْ لَاۤ اِلٰهَ اِلَّا اللّٰهُ
وَحْدَهُ لَا شَرِيْكَ لَهُ
اَحَدًا صَمَدًا
لَمْ يَلِدْ وَ لَمْ يُوْلَدْ
وَ لَمْ يَكُنْ لَهُ كُفُوًا اَحَدٌ
(4) اَشْهَدُ اَنْ لَاۤ اِلٰهَ اِلَّا اللّٰهُ
وَحْدَهُ لَا شَرِيْكَ لَهُ
لَهُ الْمُلْكُ وَ لَهُ الْحَمْدُ
يُحْيِيْ وَ يُمِيْتُ
وَ هُوَ حَيٌّ لَا يَمُوْتُ
بِيَدِهِ الْخَيْرُ
وَ هُوَ عَلٰى كُلِّ شَيْ‏ءٍ قَدِيْرٌ
(5) حَسْبِيَ اللّٰهُ وَ كَفٰى
سَمِعَ اللّٰهُ لِمَنْ دَعَا
لَيْسَ وَرَاۤءَ اللّٰهِ مُنْتَهٰى
اَشْهَدُ لِلّٰهِ بِمَا دَعَا
وَ اَنَّهُ بَرِيْۤ‏ءٌ مِمَّنْ تَبَرَّاَ
وَ اَنَّ لِلّٰهِ الْاٰخِرَةَ وَ الْاُوْلٰى۔
Həzərt İsa (ə) bu beş duanı yüz dəfə oxuyanın çoxlu savablarını bəyan etdi.
Mərhum Əllamə Məclisi yazır: Hər kim gündə bu beş duanı on dəfə oxusa (belə ki, on gün ərzində bu duaları yüz dəfə oxumuş olar), rəvayətə əməl etmiş olar. Əlbəttə, bu duaları hər gün yüz dəfə oxumaq daha yaxşı olar.
5) Bu on günün hər günündə Əmirəl-möminin Əlinin (ə) buyurduğu bu "təhlil"ləri oxumaq, əlbəttə hər gün on dəfə oxunsa, daha yaxşı olar:
لَاۤ اِلٰهَ اِلَّا اللّٰهُ عَدَدَ اللَّيَالِيْ وَ الدُّهُوْرِ
Allahdan qeyri İlah yoxdur, gecələrin və gündüzlərin sayı qədər. Allahdan qeyri İlah yoxdur, dəryaların dalğalarının sayı qədər. Allahdan qeyri İlah yoxdur, Onun rəhməti insanların yığıb topladığından daha xeyirlidir. Allahdan qeyri İlah yoxdur, bütün tikanların və ağacların sayı qədər. Allahdan qeyri İlah yoxdur, saçların və tüklərin sayı qədər. Allahdan qeyri İlah yoxdur, daşların və kəsəklərin sayı qədər. Allahdan qeyri İlah yoxdur, gözlərin qırpıldığı qədər. Allahdan qeyri İlah yoxdur, qaranlıq çökdüyü vaxt gecədə və açıldığı vaxt səhərdə. Allahdan qeyri İlah yoxdur, səhralarda və dağlarda əsən küləklərin sayı qədər. Allahdan qeyri İlah yoxdur, bu gündən ta Sur çalınacağı günə qədər.
لَاۤ اِلٰهَ اِلَّا اللّٰهُ عَدَدَ اَمْوَاجِ الْبُحُوْرِ
لَاۤ اِلٰهَ اِلَّا اللّٰهُ وَ رَحْمَتُهُ خَيْرٌ مِمَّا يَجْمَعُوْنَ
لَاۤ اِلٰهَ اِلَّا اللّٰهُ عَدَدَ الشَّوْكِ وَ الشَّجَرِ
لَاۤ اِلٰهَ اِلَّا اللّٰهُ عَدَدَ الشَّعْرِ وَ الْوَبَرِ
لَاۤ اِلٰهَ اِلَّا اللّٰهُ عَدَدَ الْحَجَرِ وَ الْمَدَرِ
لَاۤ اِلٰهَ اِلَّا اللّٰهُ عَدَدَ لَمْحِ الْعُيُوْنِ
لَاۤ اِلٰهَ اِلَّا اللّٰهُ فِي اللَّيْلِ اِذَا عَسْعَسَ وَ الصُّبْحِ اِذَا تَنَفَّسَ
لَاۤ اِلٰهَ اِلَّا اللّٰهُ عَدَدَ الرِّيَاحِ فِي الْبَرَارِيْ وَ الصُّخُوْرِ
لَاۤ اِلٰهَ اِلَّا اللّٰهُ مِنَ الْيَوْمِ اِلٰى يَوْمِ يُنْفَخُ فِي الصُّوْرِ۔