⚙️ EN اردو RO AZ
🌐
⚙️
English اردو Roman Azerbaijani
🏠 Home ⭐ Favorites 🔍 Search ⚙ Settings 🎥 Videos
🏠 🔍
5) Mərhum Seyid İbn Tavus səhih sənədlə İmam Sadiqdən (ə) nəql edir: Qədir-xum günü iki rəkət namaz qıl, namazdan sonra səcdəyə gedib yüz dəfə Allaha şükür de (məsələn, "Şukrən lilləh" de). Sonra səcdədən qalx və bu duanı oxu:
اَللّٰهُمَّ اِنِّيۤ اَسْاَلُكَ بِاَنَّ لَكَ الْحَمْدَ
Ey Allahım, Səndən istəyirəm ona xatir ki, həmd-səna Sənə məxsusdur,
وَحْدَكَ لَا شَرِيْكَ لَكَ
Sən yeganəsən və şərikin yoxdur,
وَ اَنَّكَ وَاحِدٌ اَحَدٌ صَمَدٌ
Sən tək, yeganə və ehtiyacsızsan,
لَمْ تَلِدْ وَ لَمْ تُوْلَدْ
doğmamısan və doğulmamısan,
وَ لَمْ يَكُنْ لَكَ كُفُوًا اَحَدٌ
Sənin tayın-bərabərin yoxdur;
وَ اَنَّ مُحَمَّدًا عَبْدُكَ وَ رَسُوْلُكَ
həqiqətən Məhəmməd Sənin bəndən və elçindir,
صَلَوَاتُكَ عَلَيْهِ وَ اٰلِهٖ۔
Sənin salamın olsun ona və onun xanidanına.
يَا مَنْ هُوَ كُلَّ يَوْمٍ فِي شَاْنٍ
Ey o kəs ki, hər gün bir işdəsən,
كَمَا كَانَ مِنْ شَاْنِكَ اَنْ تَفَضَّلْتَ عَلَيَّ
bu Sənin işindən biri idi ki, mənə lütf edib
بِاَنْ جَعَلْتَنِي‏مِنْ اَهْلِ اِجَابَتِكَ
məni icabət etdiyin kəslərdən,
وَ اَهْلِ دِيْنِكَ
Öz dininin əhlindən
وَ اَهْلِ دَعْوَتِكَ
və dəvətinin əhlindən qərar verdin;
وَ وَفَّقْتَنِيْ لِذٰلِكَ فِيْ مُبْتَدَاِ خَلْقِيْ
xilqətimin başlanğıcında məni buna müvəffəq etdin,
تَفَضُّلًا مِنْكَ وَ كَرَمًا وَ جُوْدًا
Öz fəzl, kərəm və səxavətinlə;
ثُمَّ اَرْدَفْتَ الْفَضْلَ فَضْلًا
sonra fəzl ardınca fəzl qərar verdin,
وَ الْجُوْدَ جُوْدًا
bəxşiş ardınca bəxşiş
وَ الْكَرْمَ كَرَمًا
və kərəm ardınca kərəm,
رَأْفَةً مِنْكَ وَ رَحْمَةً
Öz mehribanlığın və rəhmətinlə;
اِلٰیۤ اَنْ جَدَّدْتَ ذٰلِكَ الْعَهْدَ لِيْ تَجْدِيْدًا
ta ki, bu əhd-peymanı mənimlə yenilədin
بَعْدَ تَجْدِيْدِكَ خَلْقِيْ
mənim xilqətimi yenilədikdən sonra,
وَ كُنْتُ نَسْيًا مَنْسِيًّا
bir halda ki, mən unudulmuş bir unutqan idim,
نَاسِيًا سَاهِيًا غَافِلًا
unudan, səhv edən və qafil (idim);
فَاَتْمَمْتَ نِعْمَتَكَ
Sən Öz nemətini tamamladın
بِاَنْ ذَكَّرْتَنِيْ ذٰلِكَ
mənə bunu xatırlatmaqla,
وَ مَنَنْتَ بِهٖ عَلَيَّ
onunla mənə minnət qoymaqla
وَ هَدَيْتَنِيْ لَهٗ
və məni ona yönəltməklə;
فَلْيَكُنْ مِنْ شَأْنِكَ
elə isə, bu Sənin işindir
يَاۤ اِلٰهِيْ وَ سَيِّدِيْ وَ مَوْلَايَ
ey mənim Məbudum, Ağam və Mövlam,
اَنْ تُتِمَّ لِيْ ذٰلِكَ وَ لَا تَسْلُبْنِيْهِ
ki, bu neməti mənə tamamlayasan və onu məndən almayasan,
حَتّٰى تَتَوَفَّانِيْ عَلٰى ذٰلِكَ
ta məni o hal üzrə öldürənədək,
وَ اَنْتَ عَنِّيْ رَاضٍ
bu halda ki, Sən məndən razı qalasan,
فَاِنَّكَ اَحَقُّ الْمُنْعِمِيْنَ
həqiqətən Sən nemət verənlərin ən layiqlisisən
اَنْ تُتِمَّ نِعْمَتَكَ عَلَيَّ۔
ki, Öz nemətini mənə tamamlayasan.
اَللّٰهُمَّ سَمِعْنَا وَ اَطَعْنَا
Ey Allahım, biz eşitdik və itaət etdik
وَ اَجَبْنَا دَاعِيَكَ بِمَنِّكَ
və Sənin lütfün sayəsində Sənə tərəf çağıranın çağırışına cavab verdik,
فَلَكَ الْحَمْدُ
elə isə həmd-səna Sənə məxsusdur,
غُفْرَانَكَ رَبَّنَا
ey Rəbbimiz, biz Sənin məğfirətini istəyirik
وَ اِلَيْكَ الْمَصِيْرُ
və dönüş Sənə tərəfdir,
اٰمَنَّا بِاللهِ وَحْدَهٗ
biz tək olan Allaha iman gətirdik
لَا شَرِيْكَ لَهٗ
o Allah ki, şəriki yoxdur,
وَ بِرَسُوْلِهٖ مُحَمَّدٍ
və Onun elçisi Məhəmmədə,
صَلَّی اللهُ عَلَیْهِ وَآلِهِ
Allahın salamı olsun ona və xanidanına,
وَ صَدَّقْنَا وَ اَجَبْنَا دَاعِيَ اللهِ
Allaha tərəf dəvət edənin dəvətini təsdiq və qəbul etdik,
وَ اتَّبَعْنَا الرَّسُوْلَ فِيْ مُوَالَاةِ مَوْلَانَا
elçiyə tabe olduq mövlamızı dost tutmaqda
وَ مَوْلَى الْمُؤْمِنِيْنَ
və möminlərin mövlasını
اَمِيْرِ الْمُؤْمِنِيْنَ
Əmirəl-möminin
عَلِيِّ بْنِ اَبِيْ طَالِبٍ
Əli ibn Əbu Talibi,
عَبْدِ اللهِ وَ اَخِيْ رَسُوْلِهٖ
o kəs ki, Allahın bəndəsi və Onun elçisinin qardaşıdır,
وَ الصِّدِّيْقِ الْاَكْبَرِ
böyük doğru danışandır
وَ الْحُجَّةِ عَلٰى بَرِيَّتِهِ
və Allahın Öz məxluqatına hüccətidir,
الْمُؤَيِّدِ بِهٖ نَبِيُّهٗ
Allah onunla Öz peyğəmbərini qüvvətləndirdi
وَ دِينُهُ الْحَقَّ الْمُبِيْنَ
və Öz haqq, aşkar dinini (qüvvətləndirdi),
عَلَمًا لِدِيْنِ اللهِ
o, Allahın dininin nişanəsi,
وَ خَازِنًا لِعِلْمِهٖ
Onun elminin xəzinədarı,
وَ عَيْبَةِ غَيْبِ اللهِ
Allahın qeybinin xəzinəsi,
وَ مَوْضِعِ سِرِّ اللهِ
Allah sirrinin məkanı,
وَ اَمِيْنَ اللهِ عَلٰى خَلْقِهٖ
Allahın Öz xəlqinə əmini
وَ شَاهِدَهُ فِيْ بَرِيَّتِهٖ۔
və məxluqatına şahididir.
اَللّٰهُمَّ رَبَّنَا اِنَّنَا سَمِعْنَا مُنَادِيًا
Ey Allahım, ey Rəbbimiz, biz carçının səsini eşitdik
يُنَادِيْ لِلْاِيْمَانِ اَنْ اٰمِنُوْا بِرَبِّكُمْ فَاٰمَنَّا
imana çağırırdı ki: Rəbbinizə iman gətirin, biz də iman gətirdik;
رَبَّنَا فَاغْفِرْ لَنَا ذُنُوْبَنَا
ey Rəbbimiz, elə isə, bizim günahlarımızı bağışla,
وَ كَفِّرْ عَنَّا سَيِّئَاتِنَا
pis cəhət və əməllərimizin üstünü ört,
وَ تَوَفَّنَا مَعَ الْاَبْرَارِ
bizi yaxşı insanlarla öldür;
رَبَّنَا وَ اٰتِنَا مَا وَعَدْتَنَا عَلٰى‏ رُسُلِكَ
ey Rəbbimiz, Öz elçilərinlə bizə vəd etdiklərini bizə əta et,
وَ لَا تُخْزِنَا يَوْمَ الْقِيَامَةِ
Qiyamət günü bizi rüsvay etmə,
اِنَّكَ لَا تُخْلِفُ الْمِيْعَادَ۔
həqiqətən Sən vədinə xilaf çıxmarsan.
فَاِنَّا يَا رَبَّنَا بِمَنِّكَ وَ لُطْفِكَ
Biz də, ey Rəbbimiz, Sənin ehsanın və lütfünlə
اَجَبْنَا دَاعِيَكَ
Sənə tərəf dəvət edənin dəvətini qəbul etdik,
وَ اتَّبَعْنَا الرَّسُوْلَ وَ صَدَّقْنَاهُ
Sənin elçinə tabe olduq və onu təsdiq etdik,
وَ صَدَّقْنَا مَوْلَى الْمُؤْمِنِيْنَ
həmçinin möminlərin mövlasını təsdiq etdik,
وَ كَفَرْنَا بِالْجِبْتِ وَ الطَّاغُوْتِ
cibtə və tağuta kafir olduq;
فَوَلِّنَا مَا تَوَلَّيْنَا
elə isə, bizim vali seçdiyimizi bizə vali et
وَ احْشُرْنَا مَعَ اَئِمَّتِنَا
və bizi imamlarımızla məhşur et,
فَاِنَّا بِهِمْ مُؤْمِنُوْنَ مُوْقِنُوْنَ
həqiqətən bizim onlara iman və yəqinimiz vardır,
وَ لَهُمْ مُسَلِّمُوْنَ
biz onlara təslimik,
اٰمَنَّا بِسِرِّهِمْ وَ عَلَانِيَتِهِمْ
onların gizlində və aşkarda olanına iman gətirmişik,
وَ شَاهِدِهِمْ وَ غَاۤئِبِهِمْ
hazır və qaib olanına,
وَ حَيِّهِمْ وَ مَيِّتِهِمْ
diri və ölü olanına (imanımız vardır),
وَ رَضِيْنَا بِهِمْ اَئِمَّةً
biz onların imamlığına razıyıq,
وَ قَادَةً وَ سَادَةً
rəhbərliyinə və ağalığına,
وَ حَسْبُنَا بِهِمْ
onlar bizə kifayət edirlər,
بَيْنَنَا وَ بَيْنَ اللهِ دُوْنَ خَلْقِهٖ
bizimlə Allah arasında, başqa xəlqdən ehtiyacsız olaraq,
لَا نَبْتَغِيْ بِهِمْ بَدَلًا
biz onları əvəz edən axtarmırıq
وَ لَا نَتَّخِذُ مِنْ دُوْنِهِمْ وَلِيْجَةً
və onlardan qeyri özümüzə həmdəm seçmirik,
وَ بَرِئْنَا اِلَی اللهِ
Allaha tərəf (pənah aparıb) uzaqlaşırıq
مِنْ كُلِّ مَنْ نَصَبَ لَهُمْ حَرْبًا
onlara qarşı müharibə qaldıran hər kəsdən,
مِّنَ الْجِنِّ وَ الْاِنْسِ
cin və insdən,
مِنَ الْاَوَّلِيْنَ وَ الْاٰخِرِيْنَ
əvvəlkilərdən və sonrakılardan,
وَ كَفَرْنَا بِالْجِبْتِ وَ الطَّاغُوْتِ
biz cibtə, tağuta kafirik
وَ الْاَوْثَانِ الْاَرْبَعَةِ
və dörd bütə
وَ اَشْيَاعِهِمْ وَ اَتْبَاعِهِمْ
və onların yolunu gedənlərə, davamçılarına,
وَ كُلِّ مَنْ وَالَاهُمْ
onları dost tutan hər kəsə,
مِنَ الْجِنِّ وَ الْاِنْسِ
cin və insdən,
مِنْ اَوَّلِ الدَّهْرِ اِلٰیۤ اٰخِرِهٖ
dövranın başlanğıcından axırınadək.
اَللّٰهُمَّ اِنَّا نُشْهِدُكَ
Ey Allahım, Səni şahid tuturuq ki,
اَنَّا نَدِيْنُ بِمَا دَانَ بِهٖ مُحَمَّدٌ وَ اٰلُ مُحَمَّدٍ
biz Məhəmməd və Ali-Məhəmmədin tapındığı dinə tapınmışıq,
صَلَّى اللهُ عَلَيْهِ وَ عَلَيْهِمْ
Allahın salamı olsun ona və onlara,
وَ قَوْلُنَا مَا قَالُوْا
bizim söylədiklərimiz onların söylədikləridir,
وَ دِيْنُنَا مَا دَانُوْا بِهٖ
bizim dinimiz onların tapındıqları dindir,
مَا قَالُوْا بِهٖ قُلْنَا
onlar nə deyiblərsə, biz də dedik,
وَ مَا دَانُوْا بِهٖ دِنَّا
onlar nəyə tapındılarsa, biz də tapındıq,
وَ مَاۤ اَنْكَرُوْا اَنْكَرْنَا
onlar nəyi inkar etdilərsə, biz də inkar etdik,
وَ مَنْ وَالَوْا وَالَيْنَا
onlar kimi dost tutdularsa, biz də dost tutduq,
وَ مَنْ عَادَوْا عَادَيْنَا
onlar kimə düşmən oldularsa, biz də düşmən olduq,
وَ مَنْ لَعَنُوْا لَعَنَّا
onlar kimə lənət dedilərsə, biz də lənət dedik,
وَ مَنْ تَبَرَّءُوْا مِنْهُ تَبَرَّاْنَا مِنْهُ
onlar kimdən uzaq oldularsa, biz də ondan uzaq olduq,
وَ مَنْ تَرَحَّمُوْا عَلَيْهِ تَرَحَّمْنَا عَلَيْهِ
onlar kimə mərhəmət dilədilərsə, biz də ona mərhəmət dilədik;
اٰمَنَّا وَ سَلَّمْنَا
biz iman gətirdik, təslim olduq,
وَ رَضِيْنَا وَ اتَّبَعْنَا مَوَالِيَنَا
razı olduq və öz mövlalarımıza tabe olduq,
صَلَوَاتُ اللهِ عَلَيْهِمْ۔
Allahın salamı olsun onlara.
اَللّٰهُمَّ فَتَمِّمْ لَنَا ذٰلِكَ وَ لَا تَسْلُبْنَاهُ
Ey Allahım, elə isə, bunu bizim üçün tamamla və əlimizdən alma,
وَ اجْعَلْهُ مُسْتَقِرًّا ثَابِتًا عِنْدَنَا
bunu bizim qarşımızda müvəqqəti deyil, daimi və sabit qərargah qərar ver,
وَ لَا تَجْعَلْهُ مُسْتَعَارًا
onu əmanət (müvəqqəti) qərar vermə,
وَ اَحْيِنَا مَاۤ اَحْيَيْتَنَا عَلَيْهِ
nə qədər ki sağıq bizi onda (bu əqidədə) yaşat,
وَ اَمِتْنَا اِذَاۤ اَمَتَّنَا عَلَيْهِ
və öldürəndə bizi onda öldür;
اٰلُ مُحَمَّدٍ اَئِمَّتُنَا
Ali-Məhəmməd bizim İmamlarımızdır,
فَبِهِمْ نَأْتَمُّ
biz onlara iqtida edirik,
وَ اِيَّاهُمْ نُوَالِيْ
onları dost tuturuq,
وَ عَدُوَّهُمْ عَدُوَّ اللهِ نُعَادِيْ
və onların düşmənlərinə - bu Allah düşmənlərinə düşmənik,
فَاجْعَلْنَا مَعَهُمْ فِيْ الدُّنْيَا وَ الْاٰخِرَةِ
elə isə, bizi dünya və axirətdə onlarla birlikdə et
وَ مِنَ الْمُقَرَّبِيْنَ
və bizi müqərrəblərdən et,
فَاِنَّا بِذٰلِكَ رَاضُوْنَ
həqiqətən biz buna razıyıq,
يَاۤ اَرْحَمَ الرَّاحِمِيْنَ۔
ey rəhimlilərin ən rəhimlisi.
Dua tamam olduqdan sonra yenidən səcdəyə get və hər zikri yüz dəfə de:
اَلْحَمْدُ لِلّٰهِ
Həmd olsun Allaha,
شُكْرً الِلّٰهِ
Allaha şükürlər olsun.
İmam Sadiq (ə) daha sonra buyurdu: "Kim bu əməli yerinə yetirsə, Qədir-xum günü Həzrət Rəsulallahın (s) yanında olub onunla beyət edən kəsin savabını əldə edər." (Muhəddis Qummi deyir: "Yaxşı olar ki, bu namazı zöhrə yaxın qılasınız, belə ki, Həzrət Peyğəmbər (s) Həzrət Əlini (ə) bu saatda öz canişini təyin etmişdir.")
6) Zöhrdən yarım saat əvvəl qüsl alıb və iki rəkət namaz qılmaq tövsiyə olunur. Hər rəkətdə bir dəfə Fatihə surəsi, on dəfə İxlas surəsi, on dəfə "Ayətəl-Kürsi" və on dəfə Qədr surəsini oxumaq lazımdır. Namazdan sonra bu cümləylə başlayan duanı oxuyun:
رَبَّنَاۤ اِنَّنَا سَمِعْنَا مُنَادِيًا۔۔۔
Ey Rəbbimiz, biz çağıranı eşitdik...
7) Bu gündə Nudbə duasını oxuyun.
8) Şeyx Mufiddən nəql olunur ki, bu duanı Qədir-xum günü oxuyun:
اَللّٰهُمَّ اِنِّيْۤ اَسْاَلُكَ بِحَقِّ مُحَمَّدٍ نَبِيِّكَ
Ey Allahım, Səndən istəyirəm peyğəmbərin Məhəmmədin
وَ عَلِيٍّ وَلِيِّكَ
və vəlin Əlinin haqqına xatir,
وَ الشَّأْنِ وَ الْقَدْرِ الَّذِيْ خَصَصْتَهُمَا بِهِ دُوْنَ خَلْقِكَ
o məqam və mərtəbəyə xatir ki, onun vasitəsilə bu iki nəfəri digər xəlqinin arasından xüsusi etdin,
اَنْ تُصَلِّيَ عَلٰى مُحَمَّدٍ وَ عَلِيٍّ
ki, Məhəmmədə və Əliyə salam göndərəsən,
وَ اَنْ تَبْدَاَ بِهِمَا فِيْ كُلِّ خَيْرٍ عَاجِلٍ
təcili olan hər xeyri əta etməkdə onlardan başlayasan.
اَللّٰهُمَّ صَلِّ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ
Ey Allahım, Məhəmmədə və Ali-Məhəmmədə salam göndər:
۟اِلْاَئِمَّةِ الْقَادَةِ
o kəslər ki, imam və rəhbər,
وَ الدُّعَاةِ السَّادَةِ
dəvət edənlər və sərvərlər,
وَ النُّجُوْمِ الزَّاهِرَةِ
parlayan ulduzlar
وَ الْاَعْلَامِ الْبَاهِرَةِ
və işıq saçan nişanələr,
وَ سَاسَةِ الْعِبَادِ
bəndələrin işini idarə edənlər
وَ اَرْكَانِ الْبِلَادِ
və abad məkanların sütünları,
وَ النَّاقَةِ الْمُرْسَلَةِ
göndərilən dəvə
وَ السَّفِيْنَةِ النَّاجِيَةِ
və nicat gəmiləri
الْجَارِيَةِ فِيْ اللُّجَجِ الْغَامِرَةِ
o gəmilər ki, dərin dəryalarda hərəkət edir.
اَللّٰهُمَّ صَلِّ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ
Ey Allahım, Məhəmmədə və Ali-Məhəmmədə salam göndər:
خُزَّانِ عِلْمِكَ
o kəslər ki, Sənin elminin xəzinələri,
وَ اَرْكَانِ تَوْحِيْدِكَ
tövhidinin sütunları,
وَ دَعَاۤئِمِ دِيْنِكَ
və dininin sütunları,
وَ مَعَادِنِ كَرَامَتِكَ
kəramətinin mədənləridir,
وَ صَفْوَتِكَ مِنْ بَرِيَّتِكَ
Sənin məxluqatından seçdiklərin
وَ خِيَرَتِكَ مِنْ خَلْقِكَ
və xəlqindən ən üstünləridir,
الْاَتْقِيَاۤءِ الْاَنْقِيَاۤءِ
təqvalı, pak,
النُّجَبَاۤءِ الْاَبْرَارِ
seçilmiş və yaxşı əməl sahibləridir,
وَ الْبَابِ الْمُبْتَلٰى بِهِ النَّاسُ
insanların sınağa çəkildikləri qapıdır:
مَنْ اَتَاهُ نَجَا
kim bu qapıya gələrsə, nicat tapar
وَ مَنْ اَبَاهُ هَوٰى،
və kim ondan üz döndərərsə, süqut edər.
اَللّٰهُمَّ صَلِّ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ
Ey Allahım, Məhəmmədə və Ali-Məhəmmədə salam göndər:
اَهْلِ الذِّكْرِ الَّذِيْنَ اَمَرْتَ بِمَسْاَلَتِهِمْ
o zikr əhli ki, Sən onlardan soruşmağı əmr etmisən,
وَ ذَوِيْ الْقُرْبَى الَّذِيْنَ اَمَرْتَ بِمَوَدَّتِهِمْ
o qohum-əqrəba ki, Sən onları sevməyi əmr etmisən,
وَ فَرَضْتَ حَقَّهُمْ
haqqlarını vacib buyurmusan
وَ جَعَلْتَ الْجَنَّةَ مَعَادَ مَنِ اقْتَصَّ اٰثَارَهُمْ
və Cənnəti onların izləri ilə gedənlər üçün dönüş yeri qərar vermisən.
اَللّٰهُمَّ صَلِّ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ
Ey Allahım, Məhəmmədə və Ali-Məhəmmədə salam göndər,
كَمَاۤ اَمَرُوْا بِطَاعَتِكَ
belə ki, onlar Sənə itaət etməyi əmr etdilər,
وَ نَهَوْا عَنْ مَعْصِيَتِكَ
Sənə qarşı çıxmaqdan çəkindirdilər,
وَ دَلُّوْا عِبَادَكَ عَلٰى وَحْدَانِيَّتِكَ
Sənin bəndələrini tövhidinə yönəltdilər.
اَللّٰهُمَّ اِنِّيْۤ اَسْاَلُكَ بِحَقِّ مُحَمَّدٍ
Ey Allahım, Səndən istəyirəm peyğəmbərin Məhəmmədin haqqına xatir,
نَبِيِّكَ وَ نَجِيْبِكَ
peyğəmbərin və seçilmişinin,
وَ صَفْوَتِكَ وَ اَمِيْنِكَ
sevimlin və əmininin,
وَ رَسُوْلِكَ اِلٰى خَلْقِكَ
və insanlara göndərdiyin elçinin,
وَ بِحَقِّ اَمِيْرِ الْمُؤْمِنِيْنَ
və Əmirəl-mömininin haqqına xatir,
وَ يَعْسُوْبِ الدِّيْنِ
din rəhbərinin,
وَ قَاۤئِدِ الْغُرِّ الْمُحَجَّلِيْنَ
üzüağların öndərinin,
الْوَصِيِّ الْوَفِيِّ
vəfalı canişinin,
وَ الصِّدِّيْقِ الْاَكْبَرِ
böyük doğru danışanın,
وَ الْفَارُوْقِ بَيْنَ الْحَقِّ وَ الْبَاطِلِ
haqqla batili ayıranın,
وَ الشَّاهِدِ لَكَ
Sənə şahid olanın,
وَ الدَّآلِّ عَلَيْكَ
Sənə tərəf yönəldənin,
وَ الصَّادِعِ بِاَمْرِكَ
Sənin əmrini aşkar edənin,
وَ الْمُجَاهِدِ فِيْ سَبِيْلِكَ
Sənin yolunda cihad edənin,
لَمْ تَأْخُذْهُ فِيْكَ لَوْمَةُ لَاۤئِمٍ
o kəs ki, Sənin yolunda tənə vuranların tənəsi onu çəkindirmədi,
اَنْ تُصَلِّيَ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ،
ki, Məhəmmədə və Ali-Məhəmmədə salam göndərəsən,
وَ اَنْ تَجْعَلَنِيْ فِيْ هٰذَا الْيَوْمِ
və məni bu gündə qərar verəsən,
الَّذِيْ عَقَدْتَ فِيْهِ لِوَلِيِّكَ الْعَهْدَ فِيْۤ اَعْنَاقِ خَلْقِكَ
o gün ki, xəlqinlə Öz vəlin barəsində əhd-peyman bağladın
وَ اَكْمَلْتَ لَهُمُ الدِّيْنَ
və dini onlar üçün kamil etdin,
مِنَ الْعَارِفِيْنَ بِحُرْمَتِهِ
onun hörmətini tanıyanlardan
وَ الْمُقِرِّيْنَ بِفَضْلِهِ
və fəzilətini iqrar edənlərdən,
مِنْ عُتَقَاۤئِكَ وَ طُلَقَاۤئِكَ مِنَ النَّارِ
oddan azad və xilas olanlardan qərar verəsən,
وَ لَا تُشْمِتَ بِيْ حَاسِدِيْ النِّعَمِ
nemətlərimə həsəd aparanları mənə sevindirmə.
اَللّٰهُمَّ فَكَمَا جَعَلْتَهُ عِيْدَكَ الْاَكْبَرَ
Ey Allahım, onu Öz böyük bayramın qərar verdiyin kimi,
وَ سَمَّيْتَهُ فِيْ السَّمَاۤءِ يَوْمَ الْعَهْدِ الْمَعْهُوْدِ
göydə onu əhdi-məhud günü adlandırdığın kimi,
وَ فِي الْاَرْضِ يَوْمَ الْمِيْثَاقِ الْمَأْخُوْذِ وَ الْجَمْعِ الْمَسْئُوْلِ
və yerdə onu əhd-peyman alınan və haqq-hesab yığıncağı günü adlandırdığın kimi,
صَلِّ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ
Məhəmmədə və Ali-Məhəmmədə salam göndər,
وَ اَقْرِرْ بِهِ عُيُوْنَنَا
onun vasitəsilə gözlərimizi aydın et,
وَ اجْمَعْ بِهِ شَمْلَنَا
onun vasitəsilə pərakəndəliyimizi bir yerə topla,
وَ لَا تُضِلَّنَا بَعْدَ اِذْ هَدَيْتَنَا
bizi hidayət etdikdən sonra azdırma,
وَ اجْعَلْنَا لِاَنْعُمِكَ مِنَ الشَّاكِرِيْنَ
bizi Sənin nemətlərinə şükür edənlərdən et,
يَاۤ اَرْحَمَ الرَّاحِمِيْنَ
ey rəhimlilərin ən rəhimlisi.
اَلْحَمْدُ لِلّٰهِ الَّذِيْ عَرَّفَنَا فَضْلَ هٰذَا الْيَوْمِ
Həmd-səna o Allaha məxsusdur ki, bu günün fəzilətini bizə tanıtdırdı,
وَ بَصَّرَنَا حُرْمَتَهُ
bu günün hörmətinə görə bizi bəsirətli etdi,
وَ كَرَّمَنَا بِهِ
bizi onunla girami etdi,
وَ شَرَّفَنَا بِمَعْرِفَتِهِ
onu tanımaqla bizi şərafətli etdi
وَ هَدَانَا بِنُوْرِهِ
və onun nuru ilə bizi hidayət etdi.
يَا رَسُوْلَ اللّٰهِ
Ey Rəsulallah,
يَاۤ اَمِيْرَ الْمُؤْمِنِيْنَ
ey Əmirəl-möminin,
عَلَيْكُمَا وَ عَلٰى عِتْرَتِكُمَا
məndən sizə və sizin itrətinizə
وَ عَلٰى مُحِبِّيْكُمَا مِنِّيْۤ اَفْضَلُ السَّلَامِ
və dostlarınıza ən yaxşı salamım olsun
مَا بَقِيَ اللَّيْلُ وَ النَّهَارُ
gecə və gündüz baqi olduqca;
وَ بِكُمَاۤ اَتَوَجَّهُ اِلَى اللّٰهِ رَبِّيْ وَ رَبِّكُمَا
sizin vasitənizlə mən öz Rəbbim və sizin Rəbbiniz olan Allaha üz tuturam
فِيْ نَجَاحِ طَلِبَتِيْ
istəyimə çatmaqda,
وَ قَضَاۤءِ حَوَاۤئِجِيْ
diləyimin həyata keçməsində
وَ تَيْسِيْرِ اُمُوْرِيْۤ
və işlərimin asan olmasında.
اَللّٰهُمَّ اِنِّيْۤ اَسْاَلُكَ بِحَقِّ مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ
Ey Allahım, Məhəmməd və Ali-Məhəmmədin haqqına xatir Səndən istəyirəm ki,
اَنْ تُصَلِّيَ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ
Məhəmmədə və Ali-Məhəmmədə salam göndərəsən,
وَ اَنْ تَلْعَنَ مَنْ جَحَدَ حَقَّ هٰذَا الْيَوْمِ
bu günün haqqını inkar edənlərə lənət edəsən,
وَ اَنْكَرَ حُرْمَتَهُ
və onun hörmətini inkar edənlərə,
فَصَدَّ عَنْ سَبِيْلِكَ لِاِطْفَاۤءِ نُوْرِكَ
Sənin nurunu söndürməkdən ötrü yolunu kəsənlərə,
فَاَبَى اللّٰهُ اِلَّاۤ اَنْ يُتِمَّ نُوْرَهُ
lakin Allah Öz nurunun aşkar olmasını istəmişdir.
اَللّٰهُمَّ فَرِّجْ عَنْ اَهْلِ بَيْتِ مُحَمَّدٍ نَبِيِّكَ
Ey Allahım, peyğəmbərin Məhəmmədin Əhli-beytinin işinə fərəc ver,
وَ اكْشِفْ عَنْهُمْ وَ بِهِمْ عَنِ الْمُؤْمِنِيْنَ الْكُرُبَاتِ
onlardan və onların vasitəsilə möminlərdən giriftarlığı uzaqlaşdır.
اَللّٰهُمَّ امْلَأِ الْاَرْضَ بِهِمْ عَدْلًا
Ey Allahım, onların vasitəsilə yer üzünü ədalətlə doldur,
كَمَا مُلِئَتْ ظُلْمًا وَ جَوْرًا
yer üzü zülm və ədalətsizliklə dolduğu kimi,
وَ اَنْجِزْ لَهُمْ مَا وَعَدْتَهُمْ
onlara vəd etdiyinə vəfa et,
اِنَّكَ لَا تُخْلِفُ الْمِيْعَادَ۔
həqiqətən Sən vədinə xilaf çıxmazsan.
9) İmam Rza (ə) buyurub: "Bayram və təbrikləşmə günü olan bu gündə yaxşı olar ki, möminlər qarşılaşdıqları vaxt bu cümlə ilə bir-birinə təbrik desinlər:
اَلْحَمْدُ لِلّٰهِ الَّذِيْ جَعَلَنَا مِنَ الْمُتَمَسِّكِيْنَ
Həmd-səna o Allaha məxsusdur ki, bizi tapınan kəslərdən qərar verdi
بِوِلَايَةِ اَمِيْرِ الْمُؤْمِنِيْنَ وَ الْاَئِمَّةِ عَلَيْهِمُ السَّلَامُ۔
Əmirəl-mömininin və İmamların rəhbərliyinə, salam olsun onlara.
10) Bu gündə mömin qardaşlarınla görüşdüyün vaxt de:
اَلْحَمْدُ لِلّٰهِ الَّذِيْ اَكْرَمَنَا بِهٰذَا الْيَوْمِ
Həmd-səna o Allaha məxsusdur ki, bu gün ilə bizi girami etdi;
وَ جَعَلَنَا مِنَ الْمُوْفِيْنَ بِعَهْدِهِ اِلَيْنَا
və bizi bizimlə bağladığı əhd-peymana vəfa edən kəslərdən qərar verdi;
وَ مِيْثَاقِهِ الَّذِيْ وَاثَقَنَا بِهِ
o əhd-peyman ki, bizi ona iman gətirənlərdən qərar verdi;
مِنْ وِلَايَةِ وُلَاةِ اَمْرِهِ
Onun dininin valilərinin rəhbərliyi
وَ الْقُوَّامِ بِقِسْطِهِ
və Onun ədalətini icra edənlər xüsusunda (bağladığı əhd-peyman),
وَ لَمْ يَجْعَلْنَا مِنَ الْجَاحِدِيْنَ
və bizi inkar edənlərdən qərar vermədi,
وَ الْمُكَذِّبِيْنَ بِيَوْمِ الدِّيْنِ۔
və Din gününü təkzib edənlərdən.
11) Bu zikri yüz dəfə deyin:
اَلْحَمْدُ لِلّٰهِ الَّذِيْ جَعَلَ كَمَالَ دِيْنِهِ
Həmd-səna o Allaha məxsusdur ki, dininin kamil olmasını qərar verdi
وَ تَمَامَ نِعْمَتِهِ
və nemətinin tamam olmasını
بِوِلَايَةِ اَمِيْرِ الْمُؤْمِنِيْنَ
Əmirəl-mömininin rəhbərliyi ilə,
عَلِيِّ بْنِ اَبِيْ طَالِبٍ عَلَيْهِ السَّلَامُ۔
Əli ibn Əbu Talibin, salam olsun ona.