⚙️ EN اردو RO AZ
🌐
⚙️
English اردو Roman Azerbaijani
🏠 Home ⭐ Favorites 🔍 Search ⚙ Settings 🎥 Videos
🏠 🔍
ƏRABİ NAMAZI
Seyid İbn Tavus "Cəmalul-usbu" kitabında yazır ki, Şeyx Till-Ukbəri dedi:
Bir bədəvi ərəb Həzrət Rəsulallahın (s) yanına gəlib ərz etdi: "Ey Rəsulallah (s), atam-anam sənə fəda olsun, biz Mədinədən uzaqda, səhrada yaşayırıq. Buna görə də hər cümə günü cümə namazına gələ bilmirəm. Mənə bir əməl öyrət ki, onu yetirməklə cümə namazının savabını əldə etmiş olum. Həmçinin ailəmin və qəbiləmin yanına qayıtdıqda, bu əməli onlara da öyrədim."
Həzrət Rəsulallah (s) buyurdu: "(Cümə günü) hava tam işıqlandıqdan sonra iki rəkət namaz qıl. Belə ki, birinci rəkətdə bir dəfə Fatihə və yeddi dəfə Fələq surəsini, ikinci rəkətdə bir dəfə Fatihə və yeddi dəfə Nas surəsini oxu. Namazın salamından sonra yeddi dəfə "Ayətəl-kürsi"ni oxu. Daha sonra səkkiz rəkət namaz qıl: dörd rəkət-dörd rəkət. Bu səkkiz rəkət namazda hər rəkətdə bir dəfə
Namazın təşəhhüd və salamından sonra yeddi dəfə bu duanı oxu:
يَا حَىُّ يَا قَيُّوْمُ
Ey Diri, ey Əbədi (Daimi)!
يَا ذَاالْجَلَالِ وَالْاِكْرَامِ
Ey cəlalət və ikram sahibi!
يَا اِلٰهَ الْاَوَّلِيْنَ وَ الْاٰ خِرِيْنَ
Ey əvvəlkilərin və sonrakıların Məbudu!
يَا اَرْحَمَ الرَّاحِمِيْنَ
Ey rəhimlilərin ən rəhimlisi!
يَا رَحْمٰنَ الدُّنْيَا وَ الْاٰ خِرَةِ وَ رَحِيْمَهُمَا
Ey dünya və axirətin Rəhmanı və o ikisinin Rəhimi!
يَا رَبِّ يَا رَبِّ يَا رَبِّ يَا رَبِّ
Ey Rəbb, ey Rəbb, ey Rəbb, ey Rəbb,
يَا رَبِّ يَا رَبِّ يَا رَبِّ
ey Rəbb, ey Rəbb, ey Rəbb!
يَا اَللهُ يَا اَللهُ يَا اَللهُ يَا اَللهُ
Ey Allah, ey Allah, ey Allah, ey Allah,
يَا اَللهُ يَا اَللهُ يَا اَللهُ
ey Allah, ey Allah, ey Allah!
صَلِّ عَلٰى مُحَمَّدٍ وَّ اٰلِهٖ
Məhəmmədə və onun xanidanına salam göndər.
Sonra öz istəklərini dilə:
وَاغْفِرْلِىْ۔
və məni bağışla.
Daha sonra yetmiş dəfə de:
لَاحَوْلَ وَلَاقُوَّةَ اِلَّا بِاللهِ الْعَلِىِّ الْعَظِيْمِ سُبْحَانَ اللّٰهِ رَبِّ الْعَرْشِ الْكَرِيْمِ۔
Uca və əzəmətli Allahdan qeyri güc-qüvvə yoxdur,
Daha sonra de:
سُبْحَانَ اللّٰهِ رَبِّ الْعَرْشِ الْكَرِيْمِ۔
Kəramətli ərşin Rəbbi olan Allah pak və münəzzəhdir.
Bu yerdə Həzrət Rəsulallah (s) buyurdu: "Məni haqq olaraq peyğəmbər göndərən Allaha and olsun ki, cümə günü bu namazı qılan hər mömin qadın və kişi üçün mən Cənnəti zəmanət verirəm. O, yerindən qalxdıqda Allah artıq onun və ata-anasının günahlarını bağışlamış olar..."
Bu namazı Mərhum Şeyx Tusi də "Misbahul-mutəhəccid" kitabında qeyd etmişdir. Lakin yuxarıdakı dua orada qeyd olunmamış və deyilmişdir ki, namazdan sonra yetmiş dəfə bu zikri de:
سُبْحَانَ اللّٰهِ رَبِّ الْعَرْشِ الْكَرِيْمِ
Kəramətli ərşin Rəbbi olan Allah pak və münəzzəhdir.