⚙️ EN اردو RO AZ
🌐
⚙️
English اردو Roman Azerbaijani
🏠 Home ⭐ Favorites 🔍 Search ⚙ Settings 🎥 Videos
🏠 🔍
ZÖHR NAMAZININ TƏQİBATI
1) Zöhr namazından sonra bu duanı oxu:
لَاۤ اِلٰهَ اِلَّا اللهُ الْعَظِيْمُ الْحَلِيْمُ
Əzəmətli və səbirli Allahdan qeyri İlah yoxdur.
لَاۤ اِلٰهَ اِلَّا اللهُ رَبُّ الْعَرْشِ الْكَرِيْمُ
Əzəmətli ərşin Rəbbindən qeyri İlah yoxdur.
اَلْحَمْدُ لِلّٰهِ رَبِّ الْعَالَمِيْنَ
Həmd-səna aləmlərin Rəbbi olan Allaha məxsusdur.
اَللّٰهُمَّ اِنِّي اَسْاَلُكَ مُوْجِبَاتِ رَحْمَتِكَ
Ey Allahım, rəhmətinə səbəb olan hər şeyi Səndən istəyirəm,
وَ عَزَاۤئِمَ مَغْفِرَتِكَ
və məğfirətinə səbəb olan hər şeyi,
وَ الْغَنِيْمَةَ مِنْ كُلِّ بِرٍّ
hər xeyirdən bəhrələnməyi
وَ السَّلَامَةَ مِنْ كُلِّ اِثْمٍ
və hər günahdan uzaq olmağı.
اَللّٰهُمَّ لَا تَدَعْ لِيْ ذَنْبًا اِلَّا غَفَرْتَهُ
Ey Allahım, mənim üçün bağışlamadığın bir günah,
وَ لَا هَمًّا اِلَّا فَرَّجْتَهُ
aradan qaldırmadığın bir çətinlik,
وَ لَا سُقْمًا اِلَّا شَفَيْتَهُ
şəfa vermədiyin bir xəstəlik,
وَ لَا عَيْبًا اِلَّا سَتَرْتَهُ
örtmədiyin bir eyib,
وَ لَا رِزْقًا اِلَّا بَسَطْتَهُ
artırmadığın bir ruzi,
وَ لَا خَوْفًا اِلَّا اٰمَنْتَهُ
arxayınlığa çevirmədiyin bir qorxu,
وَ لَا سُوۤءًا اِلَّا صَرَفْتَهُ
uzaqlaşdırmadığın bir şər,
وَ لَا حَاجَةً هِيَ لَكَ رِضًا وَ لِيَ فِيْهَا صَلَاحٌ اِلَّا قَضَيْتَهَا
həyata keçirmədiyin bir istək – o istək ki, Sənin razılığına səbəb və mənim xeyrimədir - qoyma.
يَاۤ اَرْحَمَ الرَّاحِمِيْنَ،
Ey rəhimlilərin ən rəhimlisi, duamı qəbul et,
اٰمِيْنَ رَبَّ الْعَالَمِيْنَ۔
ey aləmlərin Rəbbi.
2) On dəfə de:
بِاللّٰهِ اعْتَصَمْتُ
Allahın vasitəsilə günahdan uzaqlaşır,
وَ بِاللّٰهِ اَثِقُ
Ona etimad
وَ عَلَى اللّٰهِ اَتَوَكَّلُ
və təvəkkül edirəm.
3) Həmçinin bu duanı oxu:
اَللّٰهُمَّ اِنْ عَظُمَتْ ذُنُوْبِيْ فَاَنْتَ اَعْظَمُ
Ey Allahım, əgər günahlarım böyükdürsə, lakin Sən daha böyüksən.
وَ اِنْ كَبُرَ [كَثُرَ] تَفْرِيْطِيْ فَاَنْتَ اَكْبَرُ
Əgər səhlənkarlığım böyükdürsə, lakin Sən daha böyüksən.
وَ اِنْ دَامَ بُخْلِيْ فَاَنْتَ اَجْوَدُ
Əgər mən hər zaman paxılamsa, lakin Sən çox-çox səxavətlisən.
اَللّٰهُمَّ اغْفِرْ لِيْ عَظِيْمَ ذُنُوْبِيْ بِعَظِيْمِ عَفْوِكَ
Ey Allahım, böyük günahlarımı əzəmətli əfvinlə bağışla,
وَ كَثِيْرَ تَفْرِيْطِيْ بِظَاهِرِ كَرَمِكَ
və çoxlu səhlənkarlıqlarımı aşkar kərəminlə (bağışla),
وَ اقْمَعْ بُخْلِيْ بِفَضْلِ جُوْدِكَ
çoxlu bəxşişlərinlə paxıllığımın kökünü kəs.
اَللّٰهُمَّ مَا بِنَا مِنْ نِعْمَةٍ فَمِنْكَ
Ey Allahım, bizim bütün nemətlərimiz Sənin tərəfindəndir,
لَاۤ اِلٰهَ اِلَّا اَنْتَ
Səndən qeyri İlah yoxdur.
اَسْتَغْفِرُكَ وَ اَتُوْبُ اِلَيْكَ۔
Səndən bağışlanma diləyirəm və Sənə tərəf qayıdıram.