Nafilə namazlarından biri də "Kamilə namazı"dır. Şeyx, Seyid və Əllamə kimi böyük alimlər onu mötəbər sənədlərlə İmam Sadiq (ə)-dan nəql etmişdirlər.
Həzrəti Rəsul Əkrəm (s) buyurub: "Cümə günü zavaldan (günorta azanından) əvvəl 4 rəkət namaz qıl. Hər rəkətində
Həmd surəsini 10 dəfə və
Nas,
Fələq,
İxlas,
Kafirun və "Ayətəl kürsü"-dən birini 10 dəfə (və başqa rəvayətə əsasən
Qədr surəsini və "Şəhidəllah..." ayəsinin hər birini 10 dəfə) oxu.
Namazı qurtardıqdan sonra yüz dəfə istiğfar ("əstəğfirullah") elə.
اَستَغفِرُاللهَ
Sonra yüz dəfə de:
Allah pak və təmizdir, həmd olsun Allaha, Allahdan başqa məbud yoxdur, Allah böyükdür; Uca və Əzəmətli Allahdan başqa güc və qüdrət sahibi yoxdur.
وَ لَاۤ اِلٰهَ اِلَّا اللهُ
وَ لَا حَوْلَ وَلَا قُوَّةَ اِلَّا بِاللهِ الْعَلِیِّ الْعَظِیْمِ۔
Daha sonra yüz dəfə salavat de.
اَللّٰهُمَّ صَلِّ عَلٰى مُحَمَّدٍ وَّ اٰلِ مُحَمَّدٍ
Peyğəmbər (s) buyurub ki, bu namazı qaılan şəxsi Allah-təala yerin-göyün, şeytanın və zalım padşahın zülmündən saxlayar.
Haris Həmədanidən nəql olunmuşdur ki, İmam Əli Əmirəl-Möminin (ə) buyurdu: "Mümkünsə, cümə günləri xuzu və xuşu ilə on rəkət namaz qıl (iki rəkət-iki rəkət). Hər namazdan sonra yüz dəfə bu zikri de:
سُبْحَانَ اللهِ وَ بِحَمْدِهِ۔
Allah pak və müqəddəsdir! Allaha həmd olsun!
İmam Sadiq (ə) buyurur: "Kim cümə günü iki rəkət namaz qılsa və namazda "İbrahim" və "Hicr" surələrini oxusa sonsuza qədər kasıblıq, dəlilik və bədbəxtliklərdən qurtular."