⚙️ EN اردو RO AZ
🌐
⚙️
English اردو Roman Azerbaijani
🏠 Home ⭐ Favorites 🔍 Search ⚙ Settings 🎥 Videos
🏠 🔍
CÜMƏ GÜNÜNDƏ ZÖHR NAMAZININ ƏMƏLİ
1) Zörh olduqda Məhəmməd ibn Müslimin İmam Sadiqdən (ə) nəql etdiyi bu duanı oxuyun. Bu dua Şeyx Tusinin "Misbahul-mutəhəccid" kitabına istinadən belədir:
لَاۤ اِلٰهَ اِلَّا اللهُ
Allahdan qeyri ilah yoxdur,
وَ اللهُ اَكْبَرُ
Allah böyükdür,
وَ سُبْحَانَ اللّٰهِ
Allah pak və münəzzəhdir,
وَ الْحَمْدُ لِلّٰهِ الَّذِيْ لَمْ يَتَّخِذْ وَلَدًا
həmd-səna o Allaha məxsusdur ki, Özünə övlad götürməmiş,
وَ لَمْ يَكُنْ لَهُ شَرِيْكٌ فِي الْمُلْكِ
hökmdarlıqda şəriki yoxdur
وَ لَمْ يَكُنْ لَهُ وَلِيٌّ مِنَ الذُّلِّ
və zəif olmadığından hamisi yoxdur,
وَ كَبِّرْهُ تَكْبِيْرًا
Onu çox-çox böyük bil.
Daha sonra de:
يَا سَابِغَ النِّعَمِ
Ey nemətləri yağdıran,
يَا دَافِعَ النِّقَمِ
ey şər və pisi uzaq edən,
يَا بَارِئَ النَّسَمِ
ey insanı yaradan,
يَا عَلِيَّ الْهِمَمِ
ey ən uca himmət sahibi,
يَا مُغْشِيَ الظُّلَمِ
ey zülmətləri örtən,
يَا ذَا الْجُوْدِ وَ الْكَرَمِ
ey bəxşiş və kərəm sahibi,
يَا كَاشِفَ الضُّرِّ وَ الْاَلَمِ
ey zərəri və ağrını kənarlaşdıran,
يَا مُوْنِسَ الْمُسْتَوْحِشِيْنَ فِي الظُّلَمِ
ey qaranlıqlarda qorxanların həmdəmi,
يَا عَالِمًا لَا يُعَلَّمُ
ey təlim görməyən alim,
صَلِّ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ
Məhəmmədə və Ali-Məhəmmədə salam göndər,
وَ افْعَلْ بِيْ مَا اَنْتَ اَهْلُهُ
Özünə layiq olanı mənim barəmdə yerinə yetir.
يَا مَنِ اسْمُهُ دَوَاۤءٌ
Ey o kəs ki, adın dərman,
وَ ذِكْرُهُ شِفَاۤءٌ
yadın (Səni yad etmək) şəfa
وَ طَاعَتُهُ غَنَاۤءٌ [غِنًى‏]
və itaətin (Sənə itaət etmək) zənginlikdir,
اِرْحَمْ مَنْ رَأْسُ مَالِهِ الرَّجَاۤءُ
sərmayəsi ümid olan kəsə rəhm et
وَ سِلَاحُهُ الْبُكَاۤءُ
və silahı göz yaşları olan.
سُبْحَانَكَ لَاۤ اِلٰهَ اِلَّا اَنْتَ
Sən pak və münəzzəhsən, Səndən qeyri İlah yoxdur,
يَا حَنَّانُ يَا مَنَّانُ
ey qəmxar, ey səxavətli,
يَا بَدِيْعَ السَّمٰوَاتِ وَ الْاَرْضِ
ey göyləri və yeri vücuda gətirən,
يَا ذَا الْجَلَالِ وَ الْاِكْرَامِ۔
ey cəlalət və ikram sahibi.
2) Cümə namazında iştirak etməyin böyük əhəmiyyəti vardır və İslamın əzəmətinə səbəb olur. Əgər cümə namazında iştirak edə bilməsəniz, zöhr namazında Cümə və Munafiqun surələrini, əsr namazında Cümə və İxlas surələrini oxu.
3) İmam Cəfər Sadiq (ə) buyur ki, kim (Cümə günü) sübh və ya zöhr namazından sonra bu duanı oxusa, bir il boyunca ona heç bir günah yazılmaz:
اَللّٰهُمَّ اجْعَلْ صَلَاتَكَ
Allahım, Sənin (salamın),
وَ صَلَاةَ مَلَاۤئِكَتِكَ وَ رُسُلِكَ
mələklərivin və elçilərivin salamı
عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ
Məhəmməd və onun Əhli-Beytinə olsun.
4) İmam Sadiq (ə) buyurub: "Hər kim cümə günü və başqa günlərdə zöhr və sübh namazından sonra bu salavatı desə, Həzrət Qaimi (ə.f) görməyənədək ölməz:
اَللّٰهُمَّ صَلِّ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ وَ عَجِّلْ فَرَجَهُمْ۔
Ey Allahım, Məhəmmədə və Ali-Məhəmmədə salam göndər, onların fərəcini tezləşdir.
Bu gündə Məhəmmədə və Ali-Məhəmmədə salavat demək qədər fəzilətli deyildir. Başqa bir hədisdə buyurulur ki, cümə günü yüz dəfə salavat demək, istəklərin həyata keçməsinə səbəb olar.
Başqa bir hədisdə Həzrət Rəsulallah (s) buyurub: "Çox işıqlı gecədə və çox aydın gündüzdə, yəni cümə gecəsi və cümə günündə mənə çoxlu salavat göndərin." O həzrətdən soruşdular: "Çoxlu salavat dedikdə nə qədər salavatı nəzərdə tutursunuz?" O həzrət buyurdu: "Yüz dəfə və nə qədər artıq olsa daha yaxşıdır.
5) "Səhifeyi-Səccadiyyə"nin bu iki dualarını oxumaq:
46-cı dua. Dua belə başlayır:
«يَا مَنْ يَرْحَمُ مَنْ لَا تَرْحَمَهُ الْعِبَادُ»
Ey o kəs ki, bəndələrin rəhm etmədiyinə rəhm edir...
48-ci dua. Dua belə başlayır:
«اَللّٰهُمَّ هٰذَا يَوْمٌ مُبَارَكٌ»
Ey Allahım, bu, mübarək bir gündür...
Sonra sizə uyğun gələn şəkildə dua edin və Peyğəmbərə və onun Əhli-beytinə min dəfə salavat göndərin. İmam Zaynul-Abidin (ə) bu cür edərdi.
6) Şeyx Tusi "Misbahul-mutəhəccid"də yazır: Hər kim cümə günü zöhr namazından sonra iki rəkət namaz qılsa və hər rəkətdə Fatihədən sonra yeddi dəfə İxlas surəsini oxusa, namazı qılıb qurtardıqdan sonra bu kəlmələri desə, gələn cüməyədək ona bəla və fitnə toxunmaz, həmçinin Allah onu Həzrət Məhəmməd (s) və Həzrət İbrahimlə (ə) (Cənnətdə) bir yerdə edər:
اَللّٰهُمَّ اجْعَلْنِيْ مِنْ اَهْلِ الْجَنَّةِ
Ey Allahım, məni Cənnət əhlindən et:
الَّتِيْ حَشْوُهَا الْبَرَكَةُ
o Cənnət ki, bərəkətlə doludur
وَ عُمَّارُهَا الْمَلَاۤئِكَةُ
və onu abad edənlər mələklərdir,
مَعَ نَبِيِّنَا مُحَمَّدٍ
peyğəmbərimiz Məhəmmədin
صَلَّى اللهُ عَلَيْهِ وَ اٰلِهِ
– Allahın salamı olsun ona və xanidanına –
وَ اَبِيْنَا اِبْرَاهِيْمَ عَلَيْهِ السَّلَامُ۔
və atamız İbrahimin – salam olsun ona – kənarında et.
Şeyx Tusi bu duaya şərh verərək tapşırır ki, Peyğəmbər nəslindən (seyid) olmayan şəxs "atamız (əbina)" yerinə "onun atası (əbihi)" deməlidir.