1) Əsr namazından sonra bu duanı oxu:
اَسْتَغْفِرُ اللهَ الَّذِيْ لَاۤ اِلٰهَ اِلَّا هُوَ
O Allahdan bağışlanma diləyirəm ki, Ondan qeyri diri, daimi, rəhman və rəhim İlah yoxdur, O, cəlalət və ikram sahibidir; Ondan mənim tövbəmi qəbul etməsini istəyirəm: elə bir kəsin tövbəsini ki, boyun əymiş, əyilmiş, möhtac, giriftar, çarəsiz, əli hər yerdən üzülmüş və sığınmışdır, özü barədə xeyir və ziyana, ölüm, həyat və yenidən dirilməyə sahib deyildir.
ذُو [ذَا] الْجَلَالِ وَ الْاِكْرَامِ
وَ اَسْاَلُهُ اَنْ يَتُوْبَ عَلَيَّ
تَوْبَةَ عَبْدٍ ذَلِيْلٍ خَاضِعٍ
مِسْكِيْنٍ مُسْتَكِيْنٍ مُسْتَجِيْرٍ
لَا يَمْلِكُ لِنَفْسِهِ نَفْعًا وَ لَا ضَرًّا
وَ لَا مَوْتًا وَ لَا حَيَاةً وَ لَا نُشُوْرًا
2) Həmçinin bu duanı oxu:
اَللّٰهُمَّ اِنِّي اَعُوْذُ بِكَ مِنْ نَفْسٍ لَا تَشْبَعُ
Ey Allahım, doymayan nəfsdən, xüşu etməyən (Sənin qarşında kiçilməyən) qəlbdən, fayda verməyən elmdən, yuxarı (Sənin dərgahına) qalxmayan namazdan, eşidilməyən (qəbul edilməyən) duadan Sənə pənah aparıram. Ey Allahım, çətinlikdən sonra asanlığı, giriftarlıqdan sonra işin həllini, sıxıntıdan sonra rifahı Səndən istəyirəm. Ey Allahım, bizim bütün nemətlərimiz Sənin tərəfindəndir, Səndən qeyri İlah yoxdur. Səndən bağışlanma diləyirəm və Sənə tərəf qayıdıram.
وَ مِنْ قَلْبٍ لَا يَخْشَعُ
وَ مِنْ عِلْمٍ لَا يَنْفَعُ،
وَ مِنْ صَلَاةٍ لَا تُرْفَعُ
وَ مِنْ دُعَاۤءٍ لَا يُسْمَعُ
اَللّٰهُمَّ اِنِّي اَسْاَلُكَ الْيُسْرَ بَعْدَ الْعُسْرِ
وَ الْفَرَجَ بَعْدَ الْكَرْبِ
وَ الرَّخَاۤءَ بَعْدَ الشِّدَّةِ
اَللّٰهُمَّ مَا بِنَا مِنْ نِعْمَةٍ فَمِنْكَ
لَاۤ اِلٰهَ اِلَّا اَنْتَ
اَسْتَغْفِرُكَ وَ اَتُوْبُ اِلَيْكَ۔
3) İmam Sadiq (ə) buyurub ki, hər kim əsr namazından sonra yetmiş dəfə istiğfar etsə (bağışlanma kəlməsini deyərək bağışlanma diləsə), Allah onun yeddi yüz günahını bağışlayar.
4) İmam Məhəmməd Təqi (Cavad) (ə) belə buyurub ki, kim əsr namazından sonra
Qədr surəsini on dəfə oxusa ona həmin günün bütün məxluqların əməllərinin mükafatı veriləcəkdir.
5) Həmçinin Hər səhər və axşam "Əşərat" duasını oxumaq tövsiyə olunur. Amma bu dua üçün ən yaxşı vaxt Cümə günü əsr namazından sonrakı vaxtdır.