Həqiqətən Allah və Onun mələkləri Peyğəmbərə salam göndərirlər,
يَاۤ اَيُّهَا الَّذِيْنَ ءَامَنُوْا صَلُّوْا عَلَيْهِ وَ سَلِّمُوْا تَسْلِيْمًا
ey iman gətirənlər, ona salam deyin və (onun əmrinə) tam təslim olun.
اَللّٰهُمَّ صَلِّ عَلٰى مُحَمَّدٍ النَّبِيِّ
Ey Allahım, peyğəmbər Məhəmmədə,
وَ عَلٰى ذُرِّيَّتِهِ
onun zürriyyəsinə
وَ عَلَى اَهْلِ بَيْتِهِ۔
və Əhli-beytinə salam göndər.
Sonra yeddi dəfə de:
بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّحِيْمِ
Rəhman və rəhim Allahın adı ilə.
وَ لَا حَوْلَ وَ لَا قُوَّةَ اِلَّا بِاللّٰهِ الْعَلِيِّ الْعَظِيْمِ۔
Uca və əzəmətli Allahdan qeyri sığınacaq və qüvvə yoxdur.
Sonra üç dəfə de:
اَلْحَمْدُ لِلّٰهِ الَّذِيْ يَفْعَلُ مَا يَشَاۤءُ
Həmd-səna o Allaha məxsusdur ki, istədiyini edir,
وَ لَا يَفْعَلُ مَا يَشَاۤءُ غَيْرُهُ
Ondan qeyri kimsə istədiyini edə bilmir.
Daha sonra de:
سُبْحَانَكَ لَاۤ اِلٰهَ اِلَّا اَنْتَ
Sən pak və münəzzəhsən, Səndən qeyri İlah yoxdur,
اغْفِرْ لِي ذُنُوْبِيْ كُلَّهَا جَمِيْعًا
mənim bütün günahlarımı bağışla,
فَاِنَّهُ لَا يَغْفِرُ الذُّنُوْبَ كُلَّهَا جَمِيْعًا اِلَّا اَنْتَ:
həqiqətən Səndən qeyri kimsə bütün günahları bağışlamır.
Sonra məğribin nafiləsini qıl. Məğrib namazının nafiləsi dörd rəkətdir (iki rəkət-iki rəkət qılınır). Məğrib namazı ilə onun nafiləsi arasında söz danışma.
Mərhum Şeyx Tusi yazır:
Hədisə istinadən, birinci rəkətdə Fatihədən sonra Kafirun surəsini, ikinci rəkətdə İxlas surəsini oxu. O biri iki rəkətdə isə istədiyin surəni oxu.
Hədislərin birində oxuyuruq ki, İmam Həsən Əskəri (ə) (məğrib namazının nafiləsində) üçüncü rəkətdə Fatihədən sonra "Hədid" surəsinin ilk ayələrini - 1-ci ayədən 6-cı ayəyə qədər, dördüncü rəkətdə Fatihədən sonra "Həşr" surəsinin axırıncı ayələrini - 21-ci ayədən 24-cü ayəyə qədər oxuyardı.
Hər gecə, xüsusilə də cümə gecəsi nafilələrin axırıncı rəkətində yeddi dəfə bu duanı oxumaq müstəhəbdir:
اَللّٰهُمَّ اِنِّي اَسْاَلُكَ بِوَجْهِكَ الْكَرِيْمِ
Ey Allahım, kərim zatına xatir Səndən istəyirəm ki,
وَ اسْمِكَ الْعَظِيْمِ
əzəmətli adına,
وَ مُلْكِكَ الْقَدِيْمِ
və qədim hökmdarlığına xatir
اَنْ تُصَلِّيَ عَلٰى مُحَمَّدٍ وَ اٰلِهِ
Məhəmmədə və onun xanidanına salam göndərəsən,
وَ اَنْ تَغْفِرَ لِيْ ذَنْبِيَ الْعَظِيْمَ
böyük günahımı bağışlayasan,
اِنَّهُ لَا يَغْفِرُ الْعَظِيْمَ اِلَّا الْعَظِيْمُ،
çünki böyüyü (böyük günahı) böyükdən (böyük Rəbbdən) qeyri kimsə bağışlamır.
Nafilədən sonra bu dualar da oxunur:
a) On dəfə bu kəlməni de:
مَا شَاۤءَ اللهُ
Allah nəyi istəsə (o da olacaq),
لَا قُوَّةَ اِلَّا بِاللّٰهِ
Allahdan qeyri qüvvə yoxdur,
اَسْتَغْفِرُ اللهَ
Allahdan bağışlanma istəyirəm.
b) Bu duanı oxu:
اَللّٰهُمَّ اِنِّي اَسْاَلُكَ مُوْجِبَاتِ رَحْمَتِكَ
Ey Allahım, rəhmətinə səbəb olan vasitələri Səndən istəyirəm,
وَ عَزَاۤئِمَ مَغْفِرَتِكَ
və məğfirətinə səbəb olan vasitələri,
وَ النَّجَاةَ مِنَ النَّارِ
oddan xilas olmağı,
وَ مِنْ كُلِّ بَلِيَّةٍ
hər çətinlikdən xilas olmağı,
وَ الْفَوْزَ بِالْجَنَّةِ
Cənnətə nail olmağı,
وَ الرِّضْوَانَ [الرِّضْوَانِ] فِي دَارِ السَّلَامِ
əmin-amanlıq məkanında rizvana nail olmağı,
وَ جِوَارَ [جِوَارِ] نَبِيِّكَ مُحَمَّدٍ عَلَيْهِ وَ اٰلِهِ السَّلَامُ
Sənin peyğəmbərin Məhəmmədin – salam olsun ona və onun xanidanına – qonşuluğuna (nail olmağı).
اَللّٰهُمَّ مَا بِنَا مِنْ نِعْمَةٍ فَمِنْكَ
Ey Allahım, bizim bütün nemətlərimiz Sənin tərəfindəndir,
لَاۤ اِلٰهَ اِلَّا اَنْتَ
Səndən qeyri İlah yoxdur.
اَسْتَغْفِرُكَ وَ اَتُوْبُ اِلَيْكَ
Mən Səndən bağışlanma diləyir və Sənə tərəf qayıdıram.