İMANIN KAMİLLİYİ ÜÇÜN DUA
Şeyx Tusi Məhəmməd ibn Süleyman Deyləmidən nəql edir ki, bir gün İmam Sadiqə (ə) dedim: "Sizin şiələr imanı iki hissəyə bölürlər; biri sabit, o biri isə əmanət və aradan gedən. Mənə elə bir dua öyrət ki, onu oxuduqda imanım kamilləşsin və heç vaxt aradan getməsin." Belə buyurdu: "Hər vacib namazlardan sonra oxu:
Allahın mənim Rəbbim,
وَ بِمُحَمَّدٍ صَلَّى اللهُ عَلَيْهِ وَ اٰلِهِ نَبِيًّا
Məhəmmədin (Allahın salamı olsun ona və Əhli-beytinə) peyğəmbərim,
وَ بِالْاِسْلَامِ دِيْنًا
İslamın dinim,
وَ بِالْقُرْاٰنِ كِتَابًا
Quranın kitabım,
وَ بِالْكَعْبَةِ قِبْلَةً
Kəbənin qibləm,
وَ بِعَلِيٍّ وَلِيًّا وَ اِمَامًا
Əlinin vəli və imamım,
وَ بِالْحَسَنِ وَ الْحُسَيْنِ
Həsən və Hüseynin,
وَ عَلِيِّ بْنِ الْحُسَيْنِ وَ مُحَمَّدِ بْنِ عَلِيٍّ
Əli ibn Hüseyn, Məhəmməd ibn Əlinin,
وَ جَعْفَرِ بْنِ مُحَمَّدٍ وَ مُوْسَى بْنِ جَعْفَرٍ
Cəfər ibn Məhəmməd, Musa ibn Cəfərin,
وَ عَلِيِّ بْنِ مُوْسٰى وَ مُحَمَّدِ بْنِ عَلِيٍّ
Əli ibn Musa, Məhəmməd ibn Əlinin,
وَ عَلِيِّ بْنِ مُحَمَّدٍ وَ الْحَسَنِ بْنِ عَلِيٍّ
Əli ibn Məhəmməd, Həsən ibn Əlinin
وَ الْحُجَّةِ بْنِ الْحَسَنِ
və Höccət ibn Həsənin
صَلَوَاتُ اللّٰهِ عَلَيْهِمْ اَئِمَّةً
(Allahın salamı olsun onlara) imamım olmasına razıyam.
اَللّٰهُمَّ اِنِّيْ رَضِيْتُ بِهِمْ اَئِمَّةً
İlahi, onların mənim imamım olduqlarına razıyam!
فَارْضَنِيْ لَهُمْ
Elə isə onları da məndən razı sal,
اِنَّكَ عَلٰى كُلِّ شَيْءٍ قَدِيْرٌ۔
həqiqətən, Sən hər şeyə qadirsən!