⚙️ EN اردو RO AZ
🌐
⚙️
English اردو Roman Azerbaijani
🏠 Home ⭐ Favorites 🔍 Search ⚙ Settings 🎥 Videos
🏠 🔍
0:00
ZİNDANDAN AZAD OLMAQ ÜÇÜN DUA
Mərhum Seyid İbn Tavus "Muhəcud-də'əvat" kitabında nəql edir: Rəvayət olunur ki, bir nəfər uzun müddət Şamda zindanda idi. Bir gecə o, Xanım Fatimə-Zəhranı (s.ə) yuxuda görür və xanım ona buyurur: "Bu duanı oxu." Bu şəxs də o duanı yadda saxlayıb oxuyur və çox keçmir ki, zindandan azad olur. Dua budur:
اَللّٰهُمَّ بِحَقِّ الْعَرْشِ وَمَنْ عَلَاهُ
Ey Allahım, ərşin haqqına və onun fövqündə olana xatir,
وَبِحَقِّ الْوَحْىِ وَمَنْ اَوْحَاهُ
vəhyin haqqına və onu nazil edənə xatir,
وَبِحَقِّ النَّبِىِّ وَمَنْ نَبَّاَهُ
Peyğəmbərin haqqına və onu peyğəmbər göndərənə xatir,
وَبِحَقِّ الْبَيْتِ وَمَنْ بَنَاهُ
"Evin" (Kəbənin) haqqına və onu inşa edənə xatir,
يَا سَامِعَ كُلِّ صَوْتٍ
ey hər səsi eşidən,
يَا جَامِعَ كُلِّ فَوْتٍ
ey əldən çıxanları cəm edən,
يَا بارِئَ النُّفُوْسِ بَعْدَ الْمَوْتِ
ey öldükdən sonra canları (insanları) dirildən!
صَلِّ عَلٰى مُحَمَّدٍ وَاَهْلِ بَيْتِهِ
Məhəmmədə və onun Əhli-beytinə salam göndər,
واٰتِنَا وَجَمِيْعَ الْمُؤْمِنِيْنَ وَالْمُؤْمِنَاتِ
mənə və bütün mömin və möminələrə əta et
فِىْ مَشَارِقِ الْاَرْضِ وَمَغَارِبِهَا
yerin şərqində və qərbində,
فَرَجًا مِنْ عِنْدِكَ عَاجِلًا
Öz tərəfindən təcili fərəc (asanlıq və qurtuluş);
بِشَهَادَةِ اَنْ لَاۤ اِلٰهَ اِلَّا اللهُ
"Allahdan qeyri İlah yoxdur" şəhadətinə xatir,
وَاَنَّ مُحَمَّدًا عَبْدُكَ وَرَسُوْلُكَ
və "Məhəmməd Sənin bəndən və elçindir" (şəhadətinə xatir).
صَلَّى اللهُ عَلَيْهِ وَاٰلِهِ
Allahın salamı olsun ona (Məhəmmədə) və onun xanidanına,
وَعَلٰى ذُرِّيَّتِهِ الطَّيِّبِيْنَ الطَّاهِرِيْنَ
(və) onun pak və pakizə zürriyyəsinə.
وَسَلَّمَ تَسْلِيْمًا كَثِيْرًا۔
Və (Allahın) hədsiz salamı olsun (onlara).