İlahi Pərvərdigara, mən, mən (günahkar) olduğum halda səni necə çağırım?!
وَ كَيْفَ اَقْطَعُ رَجَاۤئِيْ مِنْكَ وَ اَنْتَ اَنْتَ
Və mən Səndən ümidimi necə kəsim, bir halda ki Sən, Sənsən (mərhəmətlisən)?!
اِلٰهِيْۤ اِذَا لَمْ اَسْاَلْكَ فَتُعْطِيَنِيْ
İlahi, Səndən (bir şey) istəmədiyim halda mənə əta edirsən!
فَمَنْ ذَا الَّذِيْۤ اَسْاَلُهُ فَيُعْطِيْنِيْۤ
Bəs o kimdir ki, ondan istəyim və o da mənə əta etsin?
اِلٰهِيْۤ اِذَا لَمْ اَدْعُكَ [اَدْعُوْكَ] فَتَسْتَجِيْبَ لِيْ
İlahi, Səni çağırmadığım halda mənim (duamı) qəbul edirsən (köməyimə çatırsan)!
فَمَنْ ذَا الَّذِيْۤ اَدْعُوْهُ فَيَسْتَجِيْبُ لِيْۤ
Bəs o kimdir ki, onu çağırım və o da mənim (duamı) qəbul etsin?
اِلٰهِيْۤ اِذَا لَمْ اَتَضَرَّعْ اِلَيْكَ فَتَرْحَمُنِيْ
İlahi, Sənin dərgahında xüzu (yalvarış) halında olmayanda belə mənə rəhm edirsən!
فَمَنْ ذَا الَّذِيْۤ اَتَضَرَّعُ اِلَيْهِ فَيَرْحَمُنِيْۤ
Bəs o kimdir ki, ona qarşı xüzu və xüşu halında olum, o da mənə rəhm edə?
اِلٰهِيْ فَكَمَا فَلَقْتَ الْبَحْرَ لِمُوْسٰى عَلَيْهِ السَّلَامُ وَ نَجَّيْتَهُ
İlahi, necə ki, Musa (ə) üçün dəryanı yardın və ona nicat verdin,
اَسْاَلُكَ اَنْ تُصَلِّيَ عَلٰى مُحَمَّدٍ وَ اٰلِهِ
(eləcə də) Səndən istəyirəm ki, Məhəmmədə və onun ailəsinə salam göndərəsən,
وَ اَنْ تُنَجِّيَنِيْ مِمَّاۤ اَنَا فِيْهِ
və məni də içində olduğum bu vəziyyətdən (çətinlikdən) qurtarasan,
وَ تُفَرِّجَ عَنِّيْ فَرَجًا عَاجِلًا غَيْرَ اٰجِلٍ
və mənə tez və təxirə salınmayan (təcili) bir fərəc (qurtuluş) əta edəsən,
بِفَضْلِكَ وَ رَحْمَتِكَ
Öz fəzlinə və rəhmətinə xatir,
يَاۤ اَرْحَمَ الرَّاحِمِيْنَ۔
ey rəhimlilərin ən rəhimlisi!