İlahi, Məhəmməd və onun Əhli-beytinə salam və salavat göndər
وَ اهْدِنِيْ لِمَا اخْتُلِفَ فِيْهِ مِنَ الْحَقِّ بِاِذْنِكَ
və mənə Öz istək və izninlə haqq ixtilaflı olduğu zaman yol göstər!
اِنَّكَ تَهْدِيْ مَنْ تَشَاۤءُ اِلٰى صِرَاطٍ مُسْتَقِيْمٍ۔
Həqiqətən, Sən istədiyini doğru yola hidayət edirsən.
اَللّٰهُمَّ صَلِّ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ
İlahi, Məhəmməd və onun Əhli-beytinə
۟اِلْاَوْصِيَاۤءِ الرَّاضِيْنَ الْمَرْضِيِّيْنَ
sevimli və bəyənilmiş vəsilərinə salavat göndər,
بِاَفْضَلِ صَلَوَاتِكَ
ən yaxşı salavatını,
وَ بَارِكْ عَلَيْهِمْ بِاَفْضَلِ بَرَكَاتِكَ
və onlara ən yaxşı bərəkətini göndər!
وَ السَّلَامُ عَلَيْهِمْ
Və salam olsun onlara,
وَ عَلٰى اَرْوَاحِهِمْ وَ اَجْسَادِهِمْ
onların ruh və bədənlərinə.
وَ رَحْمَةُ اللّٰهِ وَ بَرَكَاتُهُ ۔
Allahın rəhmət və bərəkəti (onlara olsun).
Bu duanı cümə günləri oxumağın böyük savabı vardır.
2) Cümə günü zöhr və əsr namazlarından sonra oxunan bu salavatı Şeyx Tusi sübh namazının təqibatında qeyd etmişdir:
اَللّٰهُمَّ اَحْيِنِيْ عَلٰى مَاۤ اَحْيَيْتَ عَلَيْهِ عَلِيَّ بْنَ اَبِي طَالِبٍ
Ey Allahım, Əli ibn Əbu Talibi necə yaşatmısansa, məni də elə yaşat.
وَ اَمِتْنِيْ عَلٰى مَا مَاتَ عَلَيْهِ عَلِيُّ بْنُ اَبِي طَالِبٍ عَلَيْهِ السَّلَامُ۔
Əli ibn Əbu Talibi necə bu dünyadan aparmısansa, məni də elə apar. (Salam olsun ona).
3) Hər bir zikri yüz dəfə de:
اَسْتَغْفِرُ اللهَ وَ اَتُوْبُ اِلَيْهِ
1. Rəbbim olan Allahdan bağışlanma diləyirəm və Ona tərəf qayıdıram.
اَسْاَلُ اللهَ الْعَافِيَةَ
2. Allahdan sağlam cism istəyirəm.
اَسْتَجِيْرُ بِاللّٰهِ مِنَ النَّارِ
3. Allahdan Cəhənnəm odundan amanda olmağımı istəyirəm.
وَ اَسْاَلُهُ الْجَنَّةَ
4. Ondan məni Cənnətə daxil etməsini diləyirəm.
اَسْاَلُ اللهَ الْحُوْرَ الْعِيْنَ۔
5. Allahdan huri (Cənnət qadını) istəyirəm.
لَاۤ اِلٰهَ اِلَّا اللهُ الْمَلِكُ الْحَقُّ الْمُبِيْنُ
6. Allahdan başqa ilah yoxdur və O, qiyamət gününün haqq olaraq malikidir.
7. İxlas surəsi
صَلَّى اللهُ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ
8. Allahın salamı olsun Məhəmmədə və onun ailəsinə.
سُبْحَانَ اللّٰهِ
9. Allah pak və münəzzəhdir.
وَ الْحَمْدُ لِلّٰهِ
Həmd yalniz Allaha məxsusdur.
وَ لَاۤ اِلٰهَ اِلَّا اللهُ
Tayı-bərabəri olmayan Allahdan başqa bir tanrı yoxdur.
وَ اللهُ اَكْبَرُ
O, vəsf edildiyindən daha böyükdür (Allah böyükdür).
وَ لَا حَوْلَ وَ لَا قُوَّةَ اِلَّا بِاللّٰهِ الْعَلِيِّ الْعَظِيْمِ۔
uca və əzəmətli Allahdan qeyri sığınacaq və qüvvə yoxdur.
مَا شَاۤءَ اللهُ كَانَ وَ لَا حَوْلَ وَ لَا قُوَّةَ اِلَّا بِاللّٰهِ الْعَلِيِّ الْعَظِيْمِ۔
10. Allah nə istəsə, o da olacaq; uca və əzəmətli Allahdan qeyri sığınacaq və qüvvə yoxdur.
4) Sonra de:
اَصْبَحْتُ اَللّٰهُمَّ مُعْتَصِمًا بِذِمَامِكَ الْمَنِيْعِ
Ey Allahım, səhəri açdım, Sənin sarsılmaz sığınacağına sığınmış halda
الَّذِيْ لَا يُطَاوَلُ وَ لَا يُحَاوَلُ
O sığınacaq ki, hücuma və təcavüzə məruz qalmaz
مِنْ شَرِّ كُلِّ غَاشِمٍ وَ طَارِقٍ
hər zalımın və yol kəsənin şərindən,
مِنْ سَاۤئِرِ مَنْ خَلَقْتَ وَ مَا خَلَقْتَ
yaratdığın bütün məxluqatın şərindən,
مِنْ خَلْقِكَ الصَّامِتِ وَ النَّاطِقِ
danışmayan və danışan məxluqatın (şərindən)
فِي جُنَّةٍ مِنْ كُلِّ مَخُوْفٍ
hər qorxulu şeydən mühafizə edən qalxanın altında
بِلِبَاسٍ سَابِغَةٍ
və uzun libasla –
وَلَاۤءِ اَهْلِ بَيْتِ نَبِيِّكَ
belə ki, bu libas Sənin Peyğəmbərinin Əhli-beytinin sevgisidir -
مُحْتَجِبًا مِنْ كُلِّ قَاصِدٍ لِيْ اِلٰى اَذِيَّةٍ
məni incitmək niyyətində olanlardan qorunaraq
بِجِدَارٍ حَصِيْنٍ
möhkəm bir divarla:
الْاِخْلَاصِ فِي الْاِعْتِرَافِ بِحَقِّهِمْ
bu divar, onların (Əhli-beytin) haqqını ixlasla etiraf etmək
وَ التَّمَسُّكِ بِحَبْلِهِمْ
və onların ipindən yapışmaqdır;
مُوْقِنًا اَنَّ الْحَقَّ لَهُمْ وَ مَعَهُمْ
haqqın onlara aid olduğuna, onlarla olduğuna yəqinlik edərək,
وَ فِيْهِمْ وَ بِهِمْ
onların arasında və onların vasitəsilə olduğuna,
اُوَالِيْ مَنْ وَالَوْا
mən onların dostları ilə dostam
وَ اُجَانِبُ مَنْ جَانَبُوْا
və onların uzaq durduqları kəslərdən uzağam.
فَاَعِذْنِي اَللّٰهُمَّ بِهِمْ
Ey Allahım, onlara xatir məni qoru,
مِنْ شَرِّ كُلِّ مَا اَتَّقِيْهِ يَا عَظِيْمُ
qorxub çəkindiyim hər şeyin şərindən, ey əzəmətli Allah.
حَجَزْتُ الْاَعَادِيَ عَنِّي بِبَدِيْعِ السَّمَاوَاتِ وَ الْاَرْضِ
Göyləri və yeri vücuda gətirənin köməkliyi ilə düşmənləri özümdən uzaqlaşdırdım,
اِنَّا جَعَلْنَا مِنْ بَيْنِ اَيْدِيْهِمْ سَدًّا
(Sən buyurmusan:) Həqiqətən Biz onların önündə bir sədd qərar verdik,
وَ مِنْ خَلْفِهِمْ سَدًّا
və onların arxasında bir sədd,
فَاَغْشَيْنَاهُمْ فَهُمْ لَا يُبْصِرُوْنَ ۔
onların gözlərini örtdük, odur ki, görməzlər.
Bu duanı hər sübh və şam oxuya bilərsən. Bu dua Əmirəl-möminin Əlinin (ə) "Ləylətul-məbit"də (o gecə ki, Həzrət Peyğəmbər (s) Məkkə müşriklərinin əlindən qaçıb Mədinəyə hicrət etdi, Həzrət Əli (ə) isə onun yatağında yatdı) oxuduğu duadır.
5) Təhdibül-Əhkamda (Şeyx Tusi tərəfindən) bildirilir ki, kim sübh (fəcr) namazından sonra bu zikri on dəfə desə, Allah onu korluqdan, dəlilikdən, cüzamdan və yoxsulluqdan qurtarar.
سُبْحَانَ اللّٰهِ الْعَظِيْمِ وَ بِحَمْدِهِ
Əzəmətli Allah pak və münəzzəhdir,
وَ لَا حَوْلَ وَ لَا قُوَّةَ اِلَّا بِاللّٰهِ الْعَلِيِّ الْعَظِيْمِ
uca və əzəmətli Allahdan qeyri sığınacaq və qüvvə yoxdur.
6) İmam Rza (ə) buyurub: "Hər kim sübh namazından sonra bu zikri yüz dəfə desə, bilsin ki, bu zikr "ismi-əzəm"ə gözün qarasının onun ağına yaxınlığından daha yaxındır:
بِسْمِ اللّٰهِ الرَّحْمٰنِ الرَّحِيْمِ
Rəhman və Rəhim Allahın adı ilə.
لَا حَوْلَ وَ لَا قُوَّةَ اِلَّا بِاللّٰهِ الْعَلِيِّ الْعَظِيْمِ
Uca və əzəmətli Allahdan qeyri sığınacaq və qüvvə yoxdur.
7) İmam Sadiq (ə) buyurub: "Bu duanı dünya və axirət işləri üçün, göz ağrısının aradan qalxması üçün sübh və məğrib namazından sonra oxuyun:
اَللّٰهُمَّ اِنِّي اَسْاَلُكَ بِحَقِّ مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ عَلَيْكَ
Ey Allahım, Məhəmmədin və Ali-Məhəmmədin Sənin üzərində olan haqqına xatir Səndən istəyirəm ki,
صَلِّ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ
Məhəmmədə və Ali-Məhəmmədə salam göndərəsən;
وَ اجْعَلِ النُّوْرَ فِي بَصَرِيْ
nuru gözümdə,
وَ الْبَصِيْرَةَ فِي دِيْنِيْ
bəsirəti dinimdə,
وَ الْيَقِيْنَ فِي قَلْبِيْ
yəqini qəlbimdə,
وَ الْاِخْلَاصَ فِي عَمَلِيْ
ixlası əməlimdə,
وَ السَّلَامَةَ فِي نَفْسِيْ
salamatlığı vücudumda,
وَ السَّعَةَ فِي رِزْقِي
bolluğu ruzimdə qərar verəsən
وَ الشُّكْرَ لَكَ اَبَدًا مَا اَبْقَيْتَنِيْ
və nə qədər ki sağam, Sənə şükür edim.
8) Hədislərin birində İmam Məhəmməd Təqi (ə) buyurub: "Hər kim sübh namazından sonra bu dunı oxusa, Allahdan öz istəklərini asanlıqla alar və o, nəyi istəsə, Allah onu həyata keçirər."
Bu dua "Miftahul-fəllah" kitabına istinadən belədir:
بِسْمِ اللّٰهِ
Allahın adı ilə,
وَ صَلَّى اللهُ عَلٰى مُحَمَّدٍ وَ اٰلِهِ
Allahın salamı olsun Məhəmmədə və onun xanidanına,
وَ اُفَوِّضُ اَمْرِيْ اِلَى اللّٰهِ
mən işlərimi Allaha həvalə edirəm,
اِنَّ اللهَ بَصِيرٌ بِالْعِبَادِ
həqiqətən Allah bəndələrini görür;
فَوَقَاهُ اللهُ سَيِّئَاتِ مَا مَكَرُوْا
Allah onu məkirlilərin pisliyindən qorumuşdur;
لَاۤ اِلٰهَ اِلَّا اَنْتَ سُبْحَانَكَ
Səndən qeyri İlah yoxdur, Sən pak və münəzzəhsən,
اِنِّي كُنْتُ مِنَ الظَّالِمِيْنَ
mən isə zalımlardanam;
فَاسْتَجَبْنَا لَهُ وَ نَجَّيْنَاهُ مِنَ الْغَمِّ
Biz onun duasını icabət etdik və ona həmin qəm-qüssədən nicat verdik,
وَ كَذٰلِكَ نُنْجِي الْمُؤْمِنِيْنَ
Biz möminlərə belə nicat veririk.
حَسْبُنَا اللهُ وَ نِعْمَ الْوَكِيْلُ
Allah bizə kifayət edir və O, ən yaxşı vəkildir;
فَانْقَلَبُوْا بِنِعْمَةٍ مِنَ اللّٰهِ وَ فَضْلٍ
Allahın fəzl və neməti ilə qayıtdılar.
لَّمْ يَمْسَسْهُمْ سُوۤءٌ
heç bir narahatçılıq görmədən
مَا شَاۤءَ اللهُ
Allah nə istəsə, o da olacaq,
لَا حَوْلَ وَ لَا قُوَّةَ اِلَّا بِاللّٰهِ
Allahdan qeyri sığınacaq və qüvvə yoxdur;
مَا شَاۤءَ اللهُ لَا مَا شَاۤءَ النَّاسُ،
Allah nə istəsə, o da olacaq, nəinki insanların istədikləri;
مَا شَاۤءَ اللهُ وَ اِنْ كَرِهَ النَّاسُ
Allah nə istəsə, o da olacaq, insanların xoşuna gəlməsə belə.
حَسْبِيَ الرَّبُّ مِنَ الْمَرْبُوْبِيْنَ
Rəbb məni insanlardan ehtiyacsız edər,
حَسْبِيَ الْخَالِقُ مِنَ الْمَخْلُوْقِيْنَ
Xaliq məni məxluqlardan ehtiyacsız edər,
حَسْبِيَ الرَّازِقُ مِنَ الْمَرْزُوْقِيْنَ
Ruzi verən məni ruzi yeyənlərdən ehtiyacsız edər,
حَسْبِيَ اللهُ رَبُّ الْعَالَمِيْنَ
aləmlərin Rəbbi olan Allah mənə kifayətdir,
حَسْبِيْ مَنْ هُوَ حَسْبِيْ
yalnız mənə kifayət olan kəs mənə kifayətdir,
حَسْبِيْ مَنْ لَمْ يَزَلْ حَسْبِيْ
mənə kifayətolan kəs daim mənə kifayətdir,
حَسْبِيْ مَنْ كَانَ مُذْ كُنْتُ لَمْ يَزَلْ حَسْبِيْ
mənə kifayət olan kəs var olduğumdan bəri mənə kifayətdir,
حَسْبِيَ اللهُ لَاۤ اِلٰهَ اِلَّا هُوَ
Allah mənə kifayətdir, o Allah ki, Ondan qeyri İlah yoxdur.
عَلَيْهِ تَوَكَّلْتُ
Mən Ona təvəkkül etdim
وَ هُوَ رَبُّ الْعَرْشِ الْعَظِيْمِ۔
və O, əzəmətli ərşin Rəbbidir.