Şəhadət verirəm ki, Allahdan başqa heç bir ilah yoxdur, O təkdir və şəriki yoxdur.
وَ اَشْهَدُ اَنَّ مُحَمَّدًا عَبْدُهُ وَ رَسُوْلُهُ
Şəhadət verirəm ki, Məhəmməd Onun bəndəsi və rəsuludur.
وَ اَنَّهُ سَيِّدُ الْاَوَّلِيْنَ وَ الْاٰخِرِيْنَ
Həqiqətən, o, əvvəlinci və axırıncıların sərvəridir.
وَ اَنَّهُ سَيِّدُ الْاَنْبِيَاۤءِ وَ الْمُرْسَلِيْنَ
Həqiqətən, o, peyğəmbərlər və elçilərin sərvəridir.
اَللّٰهُمَّ صَلِّ عَلَيْهِ وَ عَلٰۤى اَهْلِ بَيْتِهِ الْاَئِمَّةِ الطَّيِّبِيْنَ۔
İlahi, ona və onun Əhli-beytindən olan pak-pakizə imamlara salam yetir!
Daha sonra de:
اَلسَّلَامُ عَلَيْكَ يَا رَسُوْلَ اللّٰهِ
Salam olsun sənə, ey Allahın Rəsulu!
اَلسَّلَامُ عَلَيْكَ يَا خَلِيْلَ اللّٰهِ
Salam olsun sənə, ey Allahın dostu!
اَلسَّلَامُ عَلَيْكَ يَا نَبِيَّ اللّٰهِ
Salam olsun sənə, ey Allahın Peyğəmbəri!
اَلسَّلَامُ عَلَيْكَ يَا صَفِيَّ اللّٰهِ
Salam olsun sənə, ey Allahın seçdiyi (xalis bəndəsi)!
اَلسَّلَامُ عَلَيْكَ يَا رَحْمَةَ اللّٰهِ
Salam olsun sənə, ey Allahın rəhməti!
اَلسَّلَامُ عَلَيْكَ يَا خِيَرَةَ اللّٰهِ
Salam olsun sənə, ey Allahın ixtiyar etdiyi!
اَلسَّلَامُ عَلَيْكَ يَا حَبِيْبَ اللّٰهِ
Salam olsun sənə, ey Allahın həbibi!
اَلسَّلَامُ عَلَيْكَ يَا نَجِيْبَ اللّٰهِ
Salam olsun sənə, ey Allahın şərafətli bəndəsi!
اَلسَّلَامُ عَلَيْكَ يَا خَاتَمَ النَّبِيِّيْنَ
Salam olsun sənə, ey peyğəmbərlərin sonuncusu!
اَلسَّلَامُ عَلَيْكَ يَا سَيِّدَ الْمُرْسَلِيْنَ
Salam olsun sənə, ey elçilərin sərvəri!
اَلسَّلَامُ عَلَيْكَ يَا قَاۤئِمًا بِالْقِسْطِ
Salam olsun sənə, ey ədalət uğrunda qiyam edən!
اَلسَّلَامُ عَلَيْكَ يَا فَاتِحَ الْخَيْرِ
Salam olsun sənə, ey xeyir və səadət fatehi!
اَلسَّلَامُ عَلَيْكَ يَا مَعْدِنَ الْوَحْيِ وَ التَّنْزِيْلِ
Salam olsun sənə, ey vəhy və "tənzil" mədəni!
اَلسَّلَامُ عَلَيْكَ يَا مُبَلِّغًا عَنِ اللّٰهِ
Salam olsun sənə, ey Allah tərəfindən təbliğ edən!
اَلسَّلَامُ عَلَيْكَ اَيُّهَا السِّرَاجُ الْمُنِيْرُ،
Salam olsun sənə, ey işıqlı çıraq!
اَلسَّلَامُ عَلَيْكَ يَا مُبَشِّرُ
Salam olsun sənə, ey insanları müjdələyən!
اَلسَّلَامُ عَلَيْكَ يَا نَذِيْرُ
Salam olsun sənə, ey (ilahi əzabdan) qorxudan!
اَلسَّلَامُ عَلَيْكَ يَا مُنْذِرُ
Salam olsun sənə, ey xəbərdar edib qorxudan!
اَلسَّلَامُ عَلَيْكَ يَا نُوْرَ اللّٰهِ الَّذِيْ يُسْتَضَاۤءُ بِهِ
Salam olsun sənə, ey Allahın nuru; elə bir nur ki, insanlar onun vasitəsilə aydınlığa çatırlar!
اَلسَّلَامُ عَلَيْكَ وَ عَلٰۤى اَهْلِ بَيْتِكَ الطَّيِّبِيْنَ الطَّاهِرِيْنَ
Salam olsun sənə və sənin pak-pakizə Əhli-beytinə,
الْهَادِيْنَ الْمَهْدِيِّيْنَ
o hidayət edən və hidayət olunmuşlara!
اَلسَّلَامُ عَلَيْكَ وَ عَلٰى جَدِّكَ عَبْدِ الْمُطَّلِبِ
Salam olsun sənə və sənin cəddin Əbdül-Müttəlibə
وَ عَلٰۤى اَبِيْكَ عَبْدِ اللّٰهِ
və atan Abdullaha!
اَلسَّلَامُ عَلٰۤى اُمِّكَ اٰمِنَةَ بِنْتِ وَهْبٍ
Salam olsun anan Vəhəbin qızı Aminəyə!
اَلسَّلَامُ عَلٰى عَمِّكَ حَمْزَةَ سَيِّدِ الشُّهَدَاۤءِ
Salam olsun əmin şəhidlərin sərvəri Həmzəyə!
اَلسَّلَامُ عَلٰى عَمِّكَ الْعَبَّاسِ بْنِ عَبْدِ الْمُطَّلِبِ
Salam olsun əmin oğlu Əbdül-Müttəlibin oğlu Abbasa!
اَلسَّلَامُ عَلٰى عَمِّكَ وَ كَفِيْلِكَ اَبِيْ طَالِبٍ
Salam olsun əmin və səni boya-başa çatdıran Əbu Talibə!
اَلسَّلَامُ عَلَى ابْنِ عَمِّكَ جَعْفَرٍ ۟اِلطَّيَّارِ فِيْ جِنَانِ الْخُلْدِ
Salam olsun əbədi behiştdə uçan əmin oğlu Cəfər Təyyara!
اَلسَّلَامُ عَلَيْكَ يَا مُحَمَّدُ
Salam olsun sənə, ey Məhəmməd!
اَلسَّلَامُ عَلَيْكَ يَاۤ اَحْمَدُ
Salam olsun sənə, ey Əhməd!
اَلسَّلَامُ عَلَيْكَ يَا حُجَّةَ اللّٰهِ عَلَى الْاَوَّلِيْنَ وَ الْاٰخِرِيْنَ،
Salam olsun sənə, ey Allahın birinci və sonuncu məxluqatı üzərindəki höccəti!
وَ السَّابِقَ اِلٰى طَاعَةِ رَبِّ الْعَالَمِيْنَ
Sən aləmlərin Rəbbinə itaət etməkdə hamını ötüb-keçdin,
وَ الْمُهَيْمِنَ عَلٰى رُسُلِهِ
Onun elçiləri üzərində üstün oldun,
وَ الْخَاتِمَ لِاَنْبِيَاۤئِهِ
Onun peyğəmbərlərinin sonuncusu oldun,
وَ الشَّاهِدَ عَلٰى خَلْقِهِ
bəndələrinə şahid oldun,
وَ الشَّفِيْعَ اِلَيْهِ
Ona tərəf şəfaətçi oldun,
وَ الْمَكِيْنَ لَدَيْهِ
Rəbbin dərgahında yüksək məqam sahibi oldun,
وَ الْمُطَاعَ فِيْ مَلَكُوْتِهِ
mələkutunda itaət edilən oldun!
الْاَحْمَدَ مِنَ الْاَوْصَافِ
Bəyənilmiş xislətlərə (əhməd vəsflərə) sahib,
الْمُحَمَّدَ لِسَاۤئِرِ الْاَشْرَافِ
digər şərafətlilər içində təriflənən (məhəmməd),
الْكَرِيْمَ عِنْدَ الرَّبِّ
Rəbbin yanında kərim,
وَ الْمُكَلَّمَ مِنْ وَرَاۤءِ الْحُجُبِ
və pərdələr arxasından (Allahla) həmsöhbət olan!
الْفَاۤئِزَ بِالسِّبَاقِ
Yarışda qalib gələn (uğur qazanan),
وَ الْفَاۤئِتَ عَنِ اللِّحَاقِ
və (başqalarının sənə) çata bilməyəcəyi kəs!
تَسْلِيْمَ عَارِفٍ بِحَقِّكَ
Sənin haqqını tanıyanın salamı (olsun sənə),
مُعْتَرِفٍ بِالتَّقْصِيْرِ فِيْ قِيَامِهِ بِوَاجِبِكَ
sənə qarşı vəzifəsini yerinə yetirməkdə qüsurunu etiraf edənin,
غَيْرِ مُنْكِرٍ مَا انْتَهٰىۤ اِلَيْهِ مِنْ فَضْلِكَ
hər kamalın axırı olan fəzilətlərini inkar etməyənin,
مُوْقِنٍ بِالْمَزِيْدَاتِ مِنْ رَبِّكَ
Rəbbin tərəfindən sənə artırılan inayətlərə yəqin edənin,
مُؤْمِنٍ بِالْكِتَابِ الْمُنْزَلِ عَلَيْكَ
sənə nazil olmuş kitaba iman gətirənin salamı.
مُحَلِّلٍ حَلَالَكَ
Halalını halal,
مُحَرِّمٍ حَرَامَكَ
haramını haram bilənin (salamı).
اَشْهَدُ يَا رَسُوْلَ اللّٰهِ مَعَ كُلِّ شَاهِدٍ
Ey Allahın Rəsulu, mən və bütün şahidlər şəhadət veririk,
وَ اَتَحَمَّلُهَا عَنْ كُلِّ جَاحِدٍ
və bütün inkarçılara qarşı boynuma götürürəm ki,
اَنَّكَ قَدْ بَلَّغْتَ رِسَالَاتِ رَبِّكَ،
sən ilahi risaləti tamamilə xalqa çatdırdın,
وَ نَصَحْتَ لِاُمَّتِكَ
ümmətinə xeyirxahlıq göstərdin,
وَ جَاهَدْتَ فِيْ سَبِيْلِ رَبِّكَ
Rəbbinin yolunda cihad etdin,
وَ صَدَعْتَ بِاَمْرِهِ
Onun əmrlərini uca səslə (açıqca) xalqa çatdırdın.
وَ احْتَمَلْتَ الْاَذٰى فِيْ جَنْبِهِ
Bu yolda qarşılaşdığın əzab-əziyyətlərə sinə gərdin,
وَ دَعَوْتَ اِلٰى سَبِيْلِهِ بِالْحِكْمَةِ وَ الْمَوْعِظَةِ الْحَسَنَةِ الْجَمِيْلَةِ
Onun yoluna hikmət və gözəl öyüdlərlə dəvət etdin,
وَ اَدَّيْتَ الْحَقَّ الَّذِيْ كَانَ عَلَيْكَ
və boynunda olan haqqı layiqincə yerinə yetirdin.
وَ اَنَّكَ قَدْ رَؤُفْتَ بِالْمُؤْمِنِيْنَ
Həqiqətən də, sən möminlərə qarşı mehriban (rəhmli) idin,
وَ غَلُظْتَ عَلَى الْكَافِرِيْنَ
kafirlərə qarşı isə qəzəbli (sərt) idin.
وَ عَبَدْتَ اللّٰهَ مُخْلِصًا حَتّٰىۤ اَتَاكَ الْيَقِيْنُ
Ölüm gəlincəyə qədər Allaha ixlasla ibadət etdin.
فَبَلَغَ اللّٰهُ بِكَ اَشْرَفَ مَحَلِّ الْمُكَرَّمِيْنَ
Allah-Tala səni kəramət sahiblərinin ən şərəfli məqamına,
وَ اَعْلٰى مَنَازِلِ الْمُقَرَّبِيْنَ
dərgahına yaxın olanların ən uca mənzillərinə,
وَ اَرْفَعَ دَرَجَاتِ الْمُرْسَلِيْنَ حَيْثُ لَا يَلْحَقُكَ لَاحِقٌ
və elçilərin ən yüksək dərəcələrinə çatdırdı, o yerə ki, sənə heç kim çata bilməz,
وَ لَا يَفُوْقُكَ فَاۤئِقٌ
heç kim səndən yuxarı qalxa bilməz,
وَ لَا يَسْبِقُكَ سَابِقٌ
heç kim səni keçə bilməz,
وَ لَا يَطْمَعُ فِيْۤ اِدْرَاكِكَ طَامِعٌ
və heç kim sənin rütbənə çatmaqda tamah edə bilməz.
اَلْحَمْدُ لِلّٰهِ الَّذِيْ اسْتَنْقَذَنَا بِكَ مِنَ الْهَلَكَةِ،
Həmd olsun Allaha ki, bizi sənin vasitənlə həlakətdən xilas etdi,
وَ هَدَانَا بِكَ مِنَ الضَّلَالَةِ
sənin vasitənlə bizi zəlalətdən (doğru yola) yönəltdi,
وَ نَوَّرَنَا بِكَ مِنَ الظُّلْمَةِ
və sənin vasitənlə bizi zülmətdən aydınlığa çıxartdı.
فَجَزَاكَ اللّٰهُ يَا رَسُوْلَ اللّٰهِ مِنْ مَبْعُوْثٍ اَفْضَلَ مَا جَازَى نَبِيًّا عَنْ اُمَّتِهِ
Ey Rəsulullah, səni peyğəmbərliyə seçən Allah səni hər bir peyğəmbərin öz ümmətindən aldığı mükafatların ən yaxşısı ilə mükafatlandırsın,
وَ رَسُوْلًا عَمَّنْ اُرْسِلَ اِلَيْهِ
və elçini göndərildiyi kəslərə görə (ən gözəl mükafatla).
بِاَبِيْۤ اَنْتَ وَ اُمِّيْ يَا رَسُوْلَ اللّٰهِ زُرْتُكَ عَارِفًا بِحَقِّكَ
Atam-anam sənə fəda olsun, ey Allahın Rəsulu! Mən sənin haqqını tanıyaraq səni ziyarət etdim,
مُقِرًّا بِفَضْلِكَ
sənin fəzilətlərini etiraf edərək,
مُسْتَبْصِرًا بِضَلَالَةِ مَنْ خَالَفَكَ وَ خَالَفَ اَهْلَ بَيْتِكَ
sənə və Əhli-beytinə müxalif olanların zəlalətini görərək,
عَارِفًا بِالْهُدَى الَّذِيْۤ اَنْتَ عَلَيْهِ
və sənin üzərində olduğun hidayəti tanıyaraq.
بِاَبِيْۤ اَنْتَ وَ اُمِّيْ وَ نَفْسِيْ وَ اَهْلِيْ وَ مَالِيْ وَ وَلَدِيْۤ
Atam, anam, canım, ailəm, malım və övladım sənə fəda olsun!
اَنَا اُصَلِّيْ عَلَيْكَ كَمَا صَلَّى اللّٰهُ عَلَيْكَ
Mən sənə salavat göndərirəm, necə ki Allah sənə salavat göndərdi,
وَ صَلَّى عَلَيْكَ مَلَاۤئِكَتُهُ وَ اَنْبِيَاؤُهُ وَ رُسُلُهُ
və mələklər, Onun peyğəmbər və elçiləri sənə salam göndərdi;
صَلَاةً مُتَتَابِعَةً وَافِرَةً مُتَوَاصِلَةً
ardıcıl, bol və fasiləsiz bir salavat,
لَا انْقِطَاعَ لَهَا وَ لَاۤ اَمَدَ وَ لَاۤ اَجَلَ
nə kəsintisi, nə sonu, nə də müddəti var.
صَلَّى اللّٰهُ عَلَيْكَ وَ عَلٰۤى اَهْلِ بَيْتِكَ الطَّيِّبِيْنَ الطَّاهِرِيْنَ كَمَاۤ اَنْتُمْ اَهْلُهُ۔
Allahın salamı olsun sənə və sənin pak-pakizə Əhli-beytinə! Necə ki, siz ona layiqsiniz!
Əllərini göyə uzadıb de:
اَللّٰهُمَّ اجْعَلْ جَوَامِعَ صَلَوَاتِكَ
Ey Allahım, Özünün bütün salavatlarını (bərəkətlərini),
وَ نَوَامِيَ بَرَكَاتِكَ
artan bərəkətlərini,
وَ فَوَاضِلَ خَيْرَاتِكَ
xeyirlərinin fəzilətlərini,
وَ شَرَاۤئِفَ تَحِيَّاتِكَ وَ تَسْلِيْمَاتِكَ
təhiyyət və salamlarının ən şərəflilərini,
وَ كَرَامَاتِكَ وَ رَحَمَاتِكَ
kəramət və rəhmətlərini,
وَ صَلَوَاتِ مَلَاۤئِكَتِكَ الْمُقَرَّبِيْنَ
müqərrəb mələklərinin salavatını,
وَ اَنْبِيَاۤئِكَ الْمُرْسَلِيْنَ
mürsəl peyğəmbərlərinin,
وَ اَئِمَّتِكَ الْمُنْتَجَبِيْنَ
seçilmiş imamlarının,
وَ عِبَادِكَ الصَّالِحِيْنَ
saleh bəndələrinin,
وَ اَهْلِ السَّمَاوَاتِ وَ الْاَرَضِيْنَ
göylər və yerlər əhlinin,
وَ مَنْ سَبَّحَ لَكَ يَا رَبَّ الْعَالَمِيْنَ
və Sənə təsbih (zikr) edən hər kəsin (salavatını), ey aləmlərin Rəbbi,
مِنَ الْاَوَّلِيْنَ وَ الْاٰخِرِيْنَ
əvvəlkilərdən və sonunculardan (hamısının salavatını göndər);
عَلٰى مُحَمَّدٍ عَبْدِكَ وَ رَسُوْلِكَ
qulun və elçin Məhəmmədə,
وَ شَاهِدِكَ وَ نَبِيِّكَ
şahidinə və peyğəmbərinə,
وَ نَذِيْرِكَ وَ اَمِيْنِكَ
qorxudanın (xəbərdar edənin) və əmininə,
وَ مَكِيْنِكَ وَ نَجِيِّكَ
dərgahında məqamı olana və sirdaşına,
وَ نَجِيْبِكَ وَ حَبِيْبِكَ
nəcibinə və həbibinə,
وَ خَلِيْلِكَ وَ صَفِيِّكَ
xəlilinə və seçdiyinə,
وَ صَفْوَتِكَ وَ خَآصَّتِكَ
ən xalis bəndənə və xüsusi kəsinə,
وَ خَالِصَتِكَ وَ رَحْمَتِكَ
xalis qıldığın rəhmətinə,
وَ خَيْرِ خِيَرَتِكَ مِنْ خَلْقِكَ
məxluqatın arasından seçdiyin ən xeyirlisinə;
نَبِيِّ الرَّحْمَةِ
rəhmət peyğəmbərinə,
وَ خَازِنِ الْمَغْفِرَةِ
məğfirət xəzinədarına,
وَ قَاۤئِدِ الْخَيْرِ وَ الْبَرَكَةِ،
xeyir və bərəkət rəhbərinə,
وَ مُنْقِذِ الْعِبَادِ مِنَ الْهَلَكَةِ بِاِذْنِكَ
Sənin izninlə bəndələri həlakətdən xilas edənə,
وَ دَاعِيْهِمْ اِلٰى دِيْنِكَ
onları Sənin dininə dəvət edənə,
الْقَيِّمِ بِاَمْرِكَ
Sənin əmrinlə qiyam edənə,
اَوَّلِ النَّبِيِّيْنَ مِيْثَاقًا
əhd (misaq) almaq baxımından peyğəmbərlərin birincisinə,
وَ اٰخِرِهِمْ مَبْعَثًا
və peyğəmbərliyə göndərilmək baxımından sonuncusuna (göndər)!
۟اِلَّذِيْ غَمَسْتَهُ فِيْ بَحْرِ الْفَضِيْلَةِ
O kəs ki, onu fəzilət dənizinə daldırdın,
وَ الْمَنْزِلَةِ الْجَلِيْلَةِ
uca mənzilətə,
وَ الدَّرَجَةِ الرَّفِيْعَةِ
uca dərəcəyə,
وَ الْمَرْتَبَةِ الْخَطِيْرَةِ
və böyük mərtəbəyə.
وَ اَوْدَعْتَهُ الْاَصْلَابَ الطَّاهِرَةَ
Və onu pak sülblərə əmanət etdin,
وَ نَقَلْتَهُ مِنْهَاۤ اِلَى الْاَرْحَامِ الْمُطَهَّرَةِ
və oradan pak bətnlərə köçürdün,
لُطْفًا مِنْكَ لَهُ
Sənin ona lütfünlə,
وَ تَحَنُّنًا مِنْكَ عَلَيْهِ
və ona olan məhəbbətinlə.
اِذْ وَكَّلْتَ لِصَوْنِهِ وَ حِرَاسَتِهِ
Çünki onun qorunması və hifz edilməsi üçün,
وَ حِفْظِهِ وَ حِيَاطَتِهِ
mühafizəsi və himayəsi üçün müvəkkil (nəzarətçi) qərar verdin,
مِنْ قُدْرَتِكَ عَيْنًا عَاصِمَةً
Öz qüdrətindən qoruyan bir gözlə (nəzarətlə);
حَجَبْتَ بِهَا عَنْهُ مَدَانِسَ الْعَهْرِ
onunla ondan fahişəliyin kirlərini gizlətdin,
وَ مَعَاۤئِبَ السِّفَاحِ
və zina qüsurlarını.
حَتّٰى رَفَعْتَ بِهِ نَوَاظِرَ الْعِبَادِ
Ta ki, onunla bəndələrin baxışlarını (bəsirətini) ucaltdın,
وَ اَحْيَيْتَ بِهِ مَيْتَ الْبِلَادِ
və onun vasitəsilə ölü (cansız) diyarları diriltdin.
بِاَنْ كَشَفْتَ عَنْ نُوْرِ وِلَادَتِهِ ظُلَمَ الْاَسْتَارِ
Belə ki, onun doğuluşunun nuru ilə zülmət pərdələrini açdın,
وَ اَلْبَسْتَ حَرَمَكَ بِهِ حُلَلَ الْاَنْوَارِ،
və Hərəminə onun vasitəsilə nurlar libası geyindirdin.
اَللّٰهُمَّ فَكَمَا خَصَصْتَهُ بِشَرَفِ هٰذِهِ الْمَرْتَبَةِ الْكَرِيْمَةِ
Ey Allahım, onu bu kərim mərtəbənin şərəfi ilə xas etdiyin kimi,
وَ ذُخْرِ هٰذِهِ الْمَنْقَبَةِ الْعَظِيْمَةِ
və bu əzəmətli fəzilət ehtiyatı ilə (sahib etdiyin kimi),
صَلِّ عَلَيْهِ كَمَا وَفٰى بِعَهْدِكَ
ona salavat göndər, necə ki O, Sənin əhdinə vəfa etdi,
وَ بَلَّغَ رِسَالَاتِكَ
risalətlərini (peyğamlarını) çatdırdı,
وَ قَاتَلَ اَهْلَ الْجُحُوْدِ عَلٰى تَوْحِيْدِكَ
Sənin tövhidin uğrunda inkarçılarla döyüşdü,
وَ قَطَعَ رَحِمَ الْكُفْرِ فِيْۤ اِعْزَازِ دِيْنِكَ
dinini əziz tutmaq yolunda küfrün qohumluq bağlarını kəsdi,
وَ لَبِسَ ثَوْبَ الْبَلْوٰى فِيْ مُجَاهَدَةِ اَعْدَاۤئِكَ
və Sənin düşmənlərinlə cihad etməkdə bəla libası geyindi.
وَ اَوْجَبْتَ لَهُ بِكُلِّ اَذًى مَسَّهُ
Ona toxunan hər bir əziyyətə görə vacib et (əta et),
اَوْ كَيْدٍ اَحَسَّ بِهِ
və ya hiss etdiyi hər bir hiyləyə görə
مِنَ الْفِئَةِ الَّتِيْ حَاوَلَتْ قَتْلَهُ
o qrup tərəfindən ki, onu öldürməyə çalışırdılar;
فَضِيْلَةً تَفُوْقُ الْفَضَاۤئِلَ
elə bir fəzilət ki, bütün fəzilətləri üstələsin,
وَ يَمْلِكُ بِهَا الْجَزِيْلَ مِنْ نَوَالِكَ
və onunla Sənin dərgahından çoxlu bəxşişlərə sahib olsun.
وَ قَدْ اَسَرَّ الْحَسْرَةَ
(Hətta) Həsrətini (qəlbini sıxan dərdi) gizli saxlamışdı,
وَ اَخْفَى الزَّفْرَةَ
ah-naləsini gizlətmişdi,
وَ تَجَرَّعَ الْغُصَّةَ
qüssəni udmuşdu,
وَ لَمْ يَتَخَطَّ مَا مَثَّلَ لَهُ وَحْيُكَ
və vəhyinin onun üçün cızdığı yoldan kənara çıxmamışdı.
اَللّٰهُمَّ صَلِّ عَلَيْهِ وَ عَلٰۤى اَهْلِ بَيْتِهِ صَلٰوةً تَرْضَاهَا لَهُمْ
Ey Allahım, ona və onun Əhli-beytinə onların razı qalacağı bir salavat göndər,
وَ بَلِّغْهُمْ مِنَّا تَحِيَّةً كَثِيْرَةً وَ سَلَامًا
və bizdən onlara çoxlu təhiyyət və salam çatdır,
وَ اٰتِنَا مِنْ لَدُنْكَ فِيْ مُوَالَاتِهِمْ فَضْلًا وَ اِحْسَانًا
onların vilayətində (dostluğunda) Öz tərəfindən bizə fəzl, ehsan,
وَ رَحْمَةً وَ غُفْرَانًا
rəhmət və məğfirət əta et.
اِنَّكَ ذُوْ الْفَضْلِ الْعَظِيْمِ۔
Həqiqətən, Sən böyük fəzl sahibisən!
Daha sonra dörd rəkət (iki-iki) namaz qıl. Namazda istədiyiniz surəni deyə bilərsən. Namazı bitirdikdən sonra Fatimə-Zəhranın təsbihini elə və de:
اَللّٰهُمَّ اِنَّكَ قُلْتَ لِنَبِيِّكَ مُحَمَّدٍ
Ey Allahım, Sən peyğəmbərin Məhəmmədə buyurmusan,
صَلَّى اللّٰهُ عَلَيْهِ وَ اٰلِهِ
Allahın salamı ona və xanidanına olsun:
وَ لَوْ اَنَّهُمْ اِذْ ظَلَمُوْا اَنْفُسَهُمْ
"Əgər onlar özlərinə zülm etdikləri zaman
جَاۤءُوْكَ فَاسْتَغْفَرُوْا اللّٰهَ
sənin yanına gəlib Allahdan bağışlanma diləsəydilər
وَ اسْتَغْفَرَ لَهُمُ الرَّسُوْلُ
və Peyğəmbər də onlar üçün bağışlanma diləsəydi,
لَوَجَدُوْا اللّٰهَ تَوَّابًا رَحِيْمًا
mütləq Allahın tövbələri qəbul edən və rəhmli olduğunu görərdilər."
وَ لَمْ اَحْضُرْ زَمَانَ رَسُوْلِكَ عَلَيْهِ وَ اٰلِهِ السَّلَامُ
Mən isə Rəsulunun - ona və xanidanına salam olsun - zamanında olmadım (yaşamadım).
اَللّٰهُمَّ وَ قَدْ زُرْتُهُ رَاغِبًا تَاۤئِبًا مِنْ سَيِّئِ عَمَلِيْ
Ey Allahım, indi isə mən ona rəğbətlə, pis əməllərimdən tövbə edərək ziyarət etdim,
وَ مُسْتَغْفِرًا لَكَ مِنْ ذُنُوْبِيْ
günahlarım üçün Səndən bağışlanma diləyərək,
وَ مُقِرًّا لَكَ بِهَا وَ اَنْتَ اَعْلَمُ بِهَا مِنِّيْ
və onları Sənə iqrar (etiraf) edərək, halbuki Sən onları məndən yaxşı bilirsən,
وَ مُتَوَجِّهًا اِلَيْكَ بِنَبِيِّكَ نَبِيِّ الرَّحْمَةِ
və Sənin peyğəmbərin, rəhmət peyğəmbəri vasitəsilə Sənə üz tutaraq.
صَلَوَاتُكَ عَلَيْهِ وَ اٰلِهِ
Sənin salavatın olsun ona və xanidanına!
فَاجْعَلْنِيْ اللّٰهُمَّ بِمُحَمَّدٍ وَ اَهْلِ بَيْتِهِ عِنْدَكَ وَجِيْهًا
Elə isə ey Allahım, Məhəmməd və onun Əhli-beytinə xatir məni Sənin yanında üzüağ qərar ver,
فِي الدُّنْيَا وَ الْاٰخِرَةِ وَ مِنَ الْمُقَرَّبِيْنَ
həm dünyada, həm də axirətdə, və Sənə yaxın olanlardan (qərar ver)!
يَا مُحَمَّدُ
Ey Məhəmməd!
يَا رَسُوْلَ اللّٰهِ
Ey Allahın Rəsulu!
بِاَبِيْۤ اَنْتَ وَ اُمِّيْ
Atam və anam sənə fəda olsun!
يَا نَبِيَّ اللّٰهِ
Ey Allahın Peyğəmbəri!
يَا سَيِّدَ خَلْقِ اللّٰهِ
Ey Allahın məxluqatının ağası!
اِنِّيْۤ اَتَوَجَّهُ بِكَ اِلَى اللّٰهِ رَبِّكَ وَ رَبِّيْ
Mən sənin vasitənlə sənin və mənim Rəbbim olan Allaha üz tuturam,
لِيَغْفِرَ لِيْ ذُنُوْبِيْ
ki, günahlarımı mənə bağışlasın,
وَ يَتَقَبَّلَ مِنِّيْ عَمَلِيْ،
əməlimi məndən qəbul etsin,
وَ يَقْضِيَ لِيْ حَوَاۤئِجِيْ
və mənim ehtiyaclarımı ödəsin!
فَكُنْ لِيْ شَفِيْعًا عِنْدَ رَبِّكَ وَ رَبِّيْ
Sən mənimlə Rəbbim (və sənin Rəbbin) arasında şəfaətçi ol!
فَنِعْمَ الْمَسْئُوْلُ الْمَوْلٰى رَبِّيْ
Çünki mənim Mövlam və Rəbbim nə gözəl müraciət olunandır (istəniləndir),
وَ نِعْمَ الشَّفِيْعُ اَنْتَ
və sən nə gözəl şəfaətçisən,
يَا مُحَمَّدُ
ey Məhəmməd!
عَلَيْكَ وَ عَلٰۤى اَهْلِ بَيْتِكَ السَّلَامُ
Salam olsun sənə və Əhli-beytinə!
اَللّٰهُمَّ وَ اَوْجِبْ لِيْ مِنْكَ الْمَغْفِرَةَ وَ الرَّحْمَةَ
Ey Allahım, Öz tərəfindən məğfirət və rəhməti mənə vacib (nəsib) et,
وَ الرِّزْقَ الْوَاسِعَ الطَّيِّبَ النَّافِعَ
həmçinin geniş, pak və faydalı ruzini,
كَمَاۤ اَوْجَبْتَ لِمَنْ اَتٰى نَبِيَّكَ مُحَمَّدًا
necə ki, o şəxsə vacib etdin ki, peyğəmbərin Məhəmmədin yanına gəldi,
صَلَوَاتُكَ عَلَيْهِ وَ اٰلِهِ
Sənin salavatın olsun ona və xanidanına,
وَ هُوَ حَيٌّ فَاَقَرَّ لَهُ بِذُنُوْبِهِ
və o sağikən günahlarını ona etiraf etdi,
وَ اسْتَغْفَرَ لَهُ رَسُوْلُكَ
rəsulun da onun üçün bağışlanma dilədi,
عَلَيْهِ وَ اٰلِهِ السَّلَامُ
salam olsun ona və xanidanına,
فَغَفَرْتَ لَهُ بِرَحْمَتِكَ يَاۤ اَرْحَمَ الرَّاحِمِيْنَ
və Sən də Öz rəhmətinlə onu bağışladın, ey rəhimlilərin ən rəhimlisi!
اَللّٰهُمَّ وَ قَدْ اَمَّلْتُكَ وَ رَجَوْتُكَ
Ey Allahım, mən yalnız Sənə ümid bağladım və arzuladım,
وَ قُمْتُ بَيْنَ يَدَيْكَ
Sənin dərgahında dayandım (Sənə tərəf durdum),
وَ رَغِبْتُ اِلَيْكَ عَمَّنْ سِوَاكَ
və Səndən qeyrisindən üz çevirib Sənə rəğbət etdim,
وَ قَدْ اَمَّلْتُ جَزِيْلَ ثَوَابِكَ
və Sənin böyük savabını ümid etdim.
وَ اِنِّيْ لَمُقِرٌّ غَيْرُ مُنْكِرٍ
Mən qətiyyən inkar etməyən və etiraf edənəm,
وَ تَاۤئِبٌ اِلَيْكَ مِمَّا اقْتَرَفْتُ
etdiyim günahlara görə Sənə tövbə edənəm,
وَ عَاۤئِذٌ بِكَ فِيْ هٰذَا الْمَقَامِ
bu məqamda Sənə sığınanam,
مِمَّا قَدَّمْتُ مِنَ الْاَعْمَالِ
o əməllərdən ki (günahlardan ki), əvvəlcədən etmişəm,
الَّتِيْ تَقَدَّمْتَ اِلَيَّ فِيْهَا، وَ نَهَيْتَنِيْ عَنْهَا
hansı ki, Sən mənə əvvəlcədən onlara dair xəbərdarlıq etmişdin və qadağan etmişdin,
وَ اَوْعَدْتَ عَلَيْهَا الْعِقَابَ
və onlara görə əzab vəd etmişdin.
وَ اَعُوْذُ بِكَرَمِ وَجْهِكَ
Və Sənin dərgahının kərəminə sığınıram ki,
اَنْ تُقِيْمَنِيْ مَقَامَ الْخِزْيِ وَ الذُّلِّ
məni o rüsvayçılıq və zillət məqamında durdurasan (məni rüsvay edəsən),
يَوْمَ تُهْتَكُ فِيْهِ الْاَسْتَارُ
o gündə ki, pərdələr yırtılar (açılar),
وَ تَبْدُوْ فِيْهِ الْاَسْرَارُ وَ الْفَضَاۤئِحُ
orada sirlər və rüsvayçılıqlar aşkar olar,
وَ تَرْعَدُ فِيْهِ الْفَرَاۤئِصُ
orada oynaqlar (bədənlər) titrəyər;
يَوْمَ الْحَسْرَةِ وَ النَّدَامَةِ
həsrət və peşmançılıq günü,
يَوْمَ الْاٰفِكَةِ
dəhşət və sarsıntı günü (Qiyamət günü),
يَوْمَ الْاٰزِفَةِ
yaxınlaşan gün (Qiyamət),
يَوْمَ التَّغَابُنِ
ziyana uğrama (aldanma) günü,
يَوْمَ الْفَصْلِ
(haqqı batildən) ayırma günü,
يَوْمَ الْجَزَاۤءِ
cəza və mükafat günü,
يَوْمًا كَانَ مِقْدَارُهُ خَمْسِيْنَ اَلْفَ سَنَةٍ
miqdarı əlli min il olan gün,
يَوْمَ النَّفْخَةِ
(Sura) üfürülmə günü,
يَوْمَ تَرْجُفُ الرَّاجِفَةُ
o gün ki, şiddətli bir sarsıntı (yerkürəsini) sarsıdar,
تَتْبَعُهَا الرَّادِفَةُ
ardından başqa bir sarsıntı gələr,
يَوْمَ النَّشْرِ
dirilmə günü,
يَوْمَ الْعَرْضِ
(əməllərin) təqdim olunma günü!
يَوْمَ يَقُوْمُ النَّاسُ لِرَبِّ الْعَالَمِيْنَ
O gün ki, insanlar aləmlərin Rəbbi qarşısında qiyam edərlər (durarlar),
يَوْمَ يَفِرُّ الْمَرْءُ مِنْ اَخِيْهِ
o gün ki, insan qaçacaq öz qardaşından,
وَ اُمِّهِ وَ اَبِيْهِ
və anasından və atasından,
وَ صَاحِبَتِهِ وَ بَنِيْهِ
və həyat yoldaşından və övladlarından.
يَوْمَ تَشَقَّقُ الْاَرْضُ وَ اَكْنَافُ السَّمَاۤءِ
O gün ki, yer yarılacaq və göyün tərəfləri (parçalanacaq).
يَوْمَ تَأْتِيْ كُلُّ نَفْسٍ تُجَادِلُ عَنْ نَفْسِهَا
O gün ki, hər kəs yalnız öz canı (özünü xilas etmək) üçün mücadilə edər.
يَوْمَ يُرَدُّوْنَ اِلَى اللّٰهِ فَيُنَبِّئُهُمْ بِمَا عَمِلُوْا
O gün ki, Allaha tərəf qaytarılarlar və onlara etdikləri əməllər xəbər verilər.
يَوْمَ لَا يُغْنِيْ مَوْلًى عَنْ مَوْلًى شَيْئًا
O gün ki, heç bir dost dostuna (mövla mövlaya) heç bir şeylə fayda (kifayət) verməz.
وَ لَا هُمْ يُنْصَرُوْنَ،
Və onlara heç bir kömək olunmaz.
اِلَّا مَنْ رَحِمَ اللّٰهُ
Yalnız Allahın rəhm etdiyi şəxslərdən başqa!
اِنَّهُ هُوَ الْعَزِيْزُ الرَّحِيْمُ
Həقiqətən O, Əziz və Rəhimdir (Yenilməz və rəhm edəndir).
يَوْمَ يُرَدُّوْنَ اِلٰى عَالِمِ الْغَيْبِ وَ الشَّهَادَةِ
O gün ki, qeyb və aşkarı bilənə tərəf qaytarılacaqlar.
يَوْمَ يُرَدُّوْنَ اِلَى اللّٰهِ مَوْلَاهُمُ الْحَقِّ
O gün ki, özlərinin haqq olan Mövlasına (Allaha) qaytarılacaqlar.
يَوْمَ يَخْرُجُوْنَ مِنَ الْاَجْدَاثِ سِرَاعًا
O gün ki, qəbirlərdən (şiddətlə) sürətlə çıxacaqlar,
كَاَنَّهُمْ اِلٰى نُصُبٍ يُوْفِضُوْنَ
sanki onlar bir dikilmiş nişanəyə (hədəfə) tərəf tələsirlər.
وَ كَاَنَّهُمْ جَرَادٌ مُنْتَشِرٌ
Və elə bil yayılmış çəyirtkələr kimidirlər.
مُهْطِعِيْنَ اِلَى الدَّاعِي
Çağırışçıya tərəf boyunlarını uzadaraq qaçarlar,
اِلَى اللّٰهِ
Allaha tərəf.
يَوْمَ الْوَاقِعَةِ
O Vaqiə (Qiyamət) günü,
يَوْمَ تُرَجُّ الْاَرْضُ رَجًّا
o gün ki, yer şiddətli şəkildə sarsılacaq (silkələnəcək).
يَوْمَ تَكُوْنُ السَّمَاۤءُ كَالْمُهْلِ
O gün ki, göy ərimiş mis kimi olacaq,
وَ تَكُوْنُ الْجِبَالُ كَالْعِهْنِ
və dağlar isə atılmış (didilmiş) yun kimi olacaq.
وَ لَا يُسْاَلُ حَمِيْمٌ حَمِيْمًا
Və heç bir yaxın dost öz yaxın dostunu (halını) soruşmaz.
يَوْمَ الشَّاهِدِ وَ الْمَشْهُوْدِ
O şahid və məşhud (şahidlik edilən) günündə.
يَوْمَ تَكُوْنُ الْمَلَاۤئِكَةُ صَفًّا صَفًّا
O gün ki, mələklər səf-səf düzülərlər.
اَللّٰهُمَّ ارْحَمْ مَوْقِفِيْ فِيْ ذٰلِكَ الْيَوْمِ بِمَوْقِفِيْ فِيْ هٰذَا الْيَوْمِ
Ey Allahım, mənim o gündəki halıma (mövqeyimə), mənim bu gündəki halıma (Sənə ibadətimə) xatir rəhm et!
وَ لَا تُخْزِنِيْ فِيْ ذٰلِكَ الْمَوْقِفِ بِمَا جَنَيْتُ عَلٰى نَفْسِيْ
Və məni o məqamda, öz canıma etdiyim cinayətlərə (günahlara) görə rüsvay etmə.
وَ اجْعَلْ يَا رَبِّ فِيْ ذٰلِكَ الْيَوْمِ مَعَ اَوْلِيَاۤئِكَ مُنْطَلَقِيْ
Və mənim gedişimi o gün Öz övliyalarınla (dostlarınla) birlikdə qərar ver, ey Rəbbim!
وَ فِيْ زُمْرَةِ مُحَمَّدٍ وَ اَهْلِ بَيْتِهِ عَلَيْهِمُ السَّلَامُ مَحْشَرِيْ
Mənim məhşərimi (dirilib toplanmağımı) Məhəmməd və onun Əhli-beytinin (onlara salam olsun) zümrəsində qərar ver.
وَ اجْعَلْ حَوْضَهُ مَوْرِدِيْ،
Mənim varid olacağım (gedəcəyim) yeri onun Kövsər hovuzu qərar ver,
وَ فِي الْغُرِّ الْكِرَامِ مَصْدَرِيْ
və mənim çıxışımı kəramətli, nurlu (üzüağ) şəxslər içərisində qərar ver.
وَ اَعْطِنِيْ كِتَابِيْ بِيَمِيْنِيْ
Mənim əməl dəftərimi sağ əlimə ver,
حَتّٰىۤ اَفُوْزَ بِحَسَنَاتِيْ
ta ki, yaxşılıqlarıma görə (Cənnətə) nail olum.
وَ تُبَيِّضَ بِهِ وَجْهِيْ
Və onun vasitəsilə üzümü ağart.
وَ تُيَسِّرَ بِهِ حِسَابِيْ
Onun vasitəsilə haqq-hesabımı asanlaşdır,
وَ تُرَجِّحَ بِهِ مِيْزَانِيْ
onunla tərəzimi ağırlaşdır,
وَ اَمْضِيَ مَعَ الْفَاۤئِزِيْنَ
və mən qurtuluşa çatanlarla birlikdə gedim (yollanım),
مِنْ عِبَادِكَ الصَّالِحِيْنَ
Sənin saleh bəndələrindən olanlarla (birlikdə),
اِلٰى رِضْوَانِكَ وَ جِنَانِكَ
Sənin razılığına və cənnətlərinə,
اِلٰهَ الْعَالَمِيْنَ
ey aləmlərin İlahı!
اَللّٰهُمَّ اِنِّيْۤ اَعُوْذُ بِكَ مِنْ اَنْ تَفْضَحَنِيْ فِيْ ذٰلِكَ الْيَوْمِ
Ey Allahım, o gün məni rüsvay etməyindən Sənə pənah aparıram,
بَيْنَ يَدَيِ الْخَلَاۤئِقِ بِجَرِيْرَتِيْ
etdiyim günahlara görə məxluqatın gözü önündə;
اَوْ اَنْ اَلْقَى الْخِزْيَ وَ النَّدَامَةَ بِخَطِيْۤئَتِيْ
və ya öz xətama görə rüsvayçılıq və peşmançılıqla üzləşməkdən (Sənə pənah aparıram),
اَوْ اَنْ تُظْهِرَ فِيْهِ سَيِّئَاتِيْ عَلٰى حَسَنَاتِيْ
yaxud o gün pis əməllərimin yaxşı əməllərimdən üstün olmasından (Sənə pənah aparıram),
اَوْ اَنْ تُنَوِّهَ بَيْنَ الْخَلَاۤئِقِ بِاسْمِيْ
və ya məxluqat arasında adımın pisliklə çəkilməsindən (Sənə pənah aparıram).
يَا كَرِيْمُ يَا كَرِيْمُ
Ey Kərim, ey Kərim!
الْعَفْوَ الْعَفْوَ
Əfv et, əfv et!
السَّتْرَ السَّتْرَ۔
Eybləri ört, eybləri ört!
اَللّٰهُمَّ وَ اَعُوْذُ بِكَ مِنْ اَنْ يَكُوْنَ فِيْ ذٰلِكَ الْيَوْمِ
Ey Allahım, və o gün belə olmasından Sənə pənah aparıram:
فِيْ مَوَاقِفِ الْاَشْرَارِ مَوْقِفِيْ
mənim məqamım pislik edənlərin (əşrarların) məqamında olsun,
اَوْ فِيْ مَقَامِ الْاَشْقِيَاۤءِ مَقَامِيْ
və ya bədbəxtlərin durduğu yer mənim məqamım olsun.
وَ اِذَا مَيَّزْتَ بَيْنَ خَلْقِكَ
Və əgər (nə vaxt) məxluqatını bir-birindən ayırsan,
فَسُقْتَ كُلًّا بِاَعْمَالِهِمْ
hər kəsi öz əməllərinə uyğun (müvafiq) şəkildə sürsən (istqamətləndirsən),
زُمَرًا اِلٰى مَنَازِلِهِمْ
dəstə-dəstə öz mənzillərinə (aparsan);
فَسُقْنِيْ بِرَحْمَتِكَ فِيْ عِبَادِكَ الصَّالِحِيْنَ
onda Öz rəhmətinlə məni saleh bəndələrinin içində (sırasında) apar,
وَ فِيْ زُمْرَةِ اَوْلِيَاۤئِكَ الْمُتَّقِيْنَ
və Öz müttəqi (təqvalı) övliyalarının zümrəsində (məni yola sal),
اِلٰى جَنَّاتِكَ يَا رَبَّ الْعَالَمِيْنَ۔
Sənin Cənnətlərinə, ey aləmlərin Rəbbi!
Sonda Peyğəmbərlə (s) vidalaşaraq de:
اَلسَّلَامُ عَلَيْكَ يَا رَسُوْلَ اللّٰهِ
Salam olsun sənə, ey Allahın Rəsulu!
اَلسَّلَامُ عَلَيْكَ اَيُّهَا الْبَشِيْرُ النَّذِيْرُ
Salam olsun sənə, ey müjdəçi və xəbərdar edən!
اَلسَّلَامُ عَلَيْكَ اَيُّهَا السِّرَاجُ الْمُنِيْرُ
Salam olsun sənə, ey nur saçan çıraq!
اَلسَّلَامُ عَلَيْكَ اَيُّهَا السَّفِيْرُ بَيْنَ اللّٰهِ وَ بَيْنَ خَلْقِهِ
Salam olsun sənə, ey Allahla məxluqatı arasındakı Səfir (elçi)!
اَشْهَدُ يَا رَسُوْلَ اللّٰهِ اَنَّكَ كُنْتَ نُوْرًا فِي الْاَصْلَابِ الشَّامِخَةِ
Şəhadət verirəm, ey Allahın Rəsulu, həqiqətən sən uca sülblərdə bir nur idin,
وَ الْاَرْحَامِ الْمُطَهَّرَةِ
və pak bətnlərdə (bir nur idin).
لَمْ تُنَجِّسْكَ الْجَاهِلِيَّةُ بِاَنْجَاسِهَا
Cahiliyyət (özünün) çirkinlikləri ilə səni nəcis etmədi (ləkələmədi),
وَ لَمْ تُلْبِسْكَ مِنْ مُدْلَهِمَّاتِ ثِيَابِهَا
və sənə özünün qaranlıq (zülmət) libaslarından geyindirmədi.
وَ اَشْهَدُ يَا رَسُوْلَ اللّٰهِ اَنِّيْ مُؤْمِنٌ بِكَ
Və şəhadət verirəm ey Allahın Rəsulu ki, mən sənə iman gətirmişəm,
وَ بِالْاَئِمَّةِ مِنْ اَهْلِ بَيْتِكَ
və sənin Əhli-beytindən olan imamlara,
مُوْقِنٌ بِجَمِيْعِ مَاۤ اَتَيْتَ بِهِ
sənin gətirdiyin hər bir şeyə yəqinim var,
رَاضٍ مُؤْمِنٌ
onlardan razıyam və möminəm.
وَ اَشْهَدُ اَنَّ الْاَئِمَّةَ مِنْ اَهْلِ بَيْتِكَ اَعْلَامُ الْهُدٰى
Və şəhadət verirəm ki, sənin Əhli-beytindən olan imamlar hidayət nişanələridir,
وَ الْعُرْوَةُ الْوُثْقٰى
qırılmaz möhkəm qulpdur (ipdir),
وَ الْحُجَّةُ عَلٰۤى اَهْلِ الدُّنْيَا
və dünya əhli üzərində hüccətdirlər!
اَللّٰهُمَّ لَا تَجْعَلْهُ اٰخِرَ الْعَهْدِ مِنْ زِيَارَةِ نَبِيِّكَ
Ey Allahım, bunu peyğəmbərinin ziyarətindən sonuncu əhdim (görüşüm) qərar vermə,
عَلَيْهِ وَ اٰلِهِ السَّلَامُ،
ona və xanidanına salam olsun.
وَ اِنْ تَوَفَّيْتَنِيْ فَاِنِّيْۤ اَشْهَدُ فِيْ مَمَاتِيْ
Və əgər məni öldürsən (dünyadan aparsan), mən ölüm halımda da şahidlik edirəm
عَلٰى مَاۤ اَشْهَدُ عَلَيْهِ فِيْ حَيَاتِيْۤ
həyatımda şahidlik etdiyim o şeyə ki:
اَنَّكَ اَنْتَ اللّٰهُ لَاۤ اِلٰهَ اِلَّاۤ اَنْتَ
Həqiqətən, Sən O Allahsan ki, Səndən başqa heç bir ilah yoxdur,
وَحْدَكَ لَا شَرِيْكَ لَكَ
Sən təksən, şərikin yoxdur.
وَ اَنَّ مُحَمَّدًا عَبْدُكَ وَ رَسُوْلُكَ
Və Məhəmməd Sənin bəndən və elçindir.
وَ اَنَّ الْاَئِمَّةَ مِنْ اَهْلِ بَيْتِهِ اَوْلِيَاؤُكَ وَ اَنْصَارُكَ
Və onun Əhli-beytindən olan imamlar Sənin övliyaların və köməkçilərindir.
وَ حُجَجُكَ عَلٰى خَلْقِكَ
Və məxluqatın üzərində Sənin hüccətlərindir.
وَ خُلَفَاۤؤُكَ فِيْ عِبَادِكَ
Və bəndələrin içərisində Sənin xəlifələridir.
وَ اَعْلَامُكَ فِي بِلَادِكَ
Və Sənin şəhərlərindəki (yer üzündəki) nişanələrindir.
وَ خُزَّانُ عِلْمِكَ
Və Sənin elminin xəzinədarlarıdır.
وَ حَفَظَةُ سِرِّكَ
Və sirrinin qoruyucularıdır.
وَ تَرَاجِمَةُ وَحْيِكَ
Və Sənin vəhyinin tərcümanlarıdır (açıqlayanlarıdır).
اَللّٰهُمَّ صَلِّ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ
Ey Allahım, Məhəmmədə və Ali-Məhəmmədə salam göndər.
وَ بَلِّغْ رُوْحَ نَبِيِّكَ مُحَمَّدٍ وَ اٰلِهِ
Və peyğəmbərin Məhəmməd və onun xanidanının ruhuna çatdır,
فِيْ سَاعَتِيْ هٰذِهِ وَ فِيْ كُلِّ سَاعَةٍ
mənim bu saatımda və hər bir saatda,
تَحِيَّةً مِنِّيْ وَ سَلَامًا
məndən təhiyyət və salam!
وَ السَّلَامُ عَلَيْكَ يَا رَسُوْلَ اللّٰهِ وَ رَحْمَةُ اللّٰهِ وَ بَرَكَاتُهُ
Və salam olsun sənə ey Allahın Rəsulu, Allahın rəhməti və bərəkəti!
لَا جَعَلَهُ اللّٰهُ اٰخِرَ تَسْلِيْمِيْ عَلَيْكَ۔
Allah bunu mənim sənə göndərdiyim son salam qərar verməsin.