İMAM HƏSƏN (Ə) VƏ İMAM HÜSEYNƏ (Ə) SALAVAT
اَللّٰهُمَّ صَلِّ عَلَى الْحَسَنِ وَ الْحُسَيْنِ
Ey Allahım, Öz iki bəndən və vəlin, Peyğəmbərinin iki övladı, rəhmət Peyğəmbərinin iki nəvəsi və cənnət cavanlarının iki ağası Həsənə və Hüseynə salam göndər: peyğəmbərlərin və elçilərin övladlarının hər birinə göndərdiyin salamın ən üstününü. Ey Allahım, peyğəmbərlərin sərvərinin övladı və Əmirəl-mömininin canişini Həsənə salam göndər. Salam olsun sənə ey Rəsulallahın övladı. Salam olsun sənə ey canişinlərin sərvəri. Şəhadət verirəm ki, həqiqətən sən Allahın əmini Əmirəl-mömininin övladı və onun əmin övladısan; sən məzlum olaraq (zülmə məruz qalaraq) ömür sürdün və şəhid edilərək dünyadan köçdün. Şəhadət verirəm ki, həqiqətən sən pak, hidayət edən və hidayət olunmuş İmamsan. Ey Allahım, ona salam göndər və bu saatda mənim tərəfimdən ən üstün salamı onun ruhuna və cisminə çatdır. Ey Allahım, məzlum şəhid, kafirlərin əli ilə qətlə yetirilən və pislərin əli ilə (atdan) yerə salınan Hüseyn ibn Əliyə salam göndər. Salam olsun sənə ey Əba Əbdillah. Salam olsun sənə ey Rəsulallahın övladı. Salam olsun sənə ey Əmirəl-mömininin övladı. Yəqinliklə şəhadət verirəm ki, həqiqətən sən Allahın əmini və Allahın əmininin övladısan; sən məzlumcasına qətlə yetirildin və şəhid edilərək dünyadan köçdün. Şəhadət verirəm ki, Mütəal Allah sənin qanının intiqamını alacaqdır; O sənin düşmənini həlak etmək və sənin dəvətini aşkar etmək xüsusunda verdiyi köməklik və himayə vədinə vəfa edəcəkdir. Şəhadət verirəm ki, həqiqətən sən Allahla bağladığın əhd-peymana vəfa etdin, Allah yolunda cihad etdin, Allaha ixlasla ibadət etdin, ta ki, ölüm vaxtın çatdı. Allah lənət etsin sənin qatillərinə, Allah lənət etsin sənə kömək etməyənlərə və Allah lənət etsin səninlə düşmənçilik edənlərə. Mən səni təkzib edən, sənin haqqını yüngül tutan və qanını halal bilən kəslərdən Allaha şikayətçiyəm. Atam-anam sənə fəda olsun ey Əba Əbdillah, Allah lənət etsin sənin qatilinə, Allah lənət etsin səndən öz köməyini əsirgəyənə, Allah lənət etsin sənin harayını eşidib cavab verməyənə və kömək etməyənə, Allah lənət etsin sənin qadınlarını əsir götürənə. Mən Allah dərgahına onlardan, onların dostlarından, hamilərindən və yavərlərindən şikayətçiyəm. Şəhadət verirəm ki, sən və sənin övladlarından olan İmamlar təqva kəlməsi, hidayət qapısı, (hidayətin) möhkəm ipi və dünya əhlinə (Allahın) hüccətisiniz. Şəhadət verirəm ki, mənim sizə imanım və sizin məqamınıza yəqinliyim vardır; mən dinimin qanunları, əməlimin aqibəti, dünya və axirət taleyimlə bütün vücudumla sizə tabeyəm.
عَبْدَيْكَ وَ وَلِيَّيْكَ
وَ ابْنَيْ رَسُوْلِكَ وَ سِبْطَيِ الرَّحْمَةِ
وَ سَيِّدَيْ شَبَابِ اَهْلِ الْجَنَّةِ
اَفْضَلَ مَا صَلَّيْتَ عَلٰىۤ اَحَدٍ مِنْ اَوْلَادِ النَّبِيِّيْنَ وَ الْمُرْسَلِيْنَ
اَللّٰهُمَّ صَلِّ عَلَى الْحَسَنِ بْنِ سَيِّدِ النَّبِيِّيْنَ
وَ وَصِيِّ اَمِيْرِ الْمُؤْمِنِيْنَ
اَلسَّلَامُ عَلَيْكَ يَا ابْنَ رَسُوْلِ اللّٰهِ
اَلسَّلَامُ عَلَيْكَ يَا ابْنَ سَيِّدِ الْوَصِيِّيْنَ
اَشْهَدُ اَنَّكَ يَا ابْنَ اَمِيْرِ الْمُؤْمِنِيْنَ
اَمِيْنُ اللّٰهِ وَ ابْنُ اَمِيْنِهِ
عِشْتَ رَشِيْدًا مَظْلُوْمًا
وَ اَشْهَدُ اَنَّكَ الْاِمَامُ الزَّكِيُّ
اَللّٰهُمَّ صَلِّ عَلَيْهِ
وَ بَلِّغْ رُوْحَهُ وَ جَسَدَهُ عَنِّيْ
فِيْ هٰذِهِ السَّاعَةِ اَفْضَلَ التَّحِيَّةِ وَ السَّلَامِ
اَللّٰهُمَّ صَلِّ عَلَى الْحُسَيْنِ بْنِ عَلِيٍّ
۟اِلْمَظْلُوْمِ الشَّهِيْدِ
قَتِيْلِ الْكَفَرَةِ وَ طَرِيْحِ الْفَجَرَةِ
اَلسَّلَامُ عَلَيْكَ يَاۤ اَبَا عَبْدِ اللّٰهِ
اَلسَّلَامُ عَلَيْكَ يَا ابْنَ رَسُوْلِ اللّٰهِ
اَلسَّلَامُ عَلَيْكَ يَا ابْنَ اَمِيْرِ الْمُؤْمِنِيْنَ،
اَشْهَدُ مُوْقِنًا اَنَّكَ اَمِيْنُ اللّٰهِ وَ ابْنُ اَمِيْنِهِ
قُتِلْتَ مَظْلُوْمًا وَ مَضَيْتَ شَهِيْدًا
وَ اَشْهَدُ اَنَّ اللّٰهَ تَعَالَى الطَّالِبُ بِثَارِكَ
وَ مُنْجِزٌ مَا وَعَدَكَ مِنَ النَّصْرِ وَ التَّأْيِيْدِ
فِيْ هَلَاكِ عَدُوِّكَ وَ اِظْهَارِ دَعْوَتِكَ
وَ اَشَهَدُ اَنَّكَ وَفَيْتَ بِعَهْدِ اللّٰهِ
وَ جَاهَدْتَ فِيْ سَبِيْلِ اللّٰهِ
وَ عَبَدْتَ اللّٰهَ مُخْلِصًا حَتّٰىۤ اَتَاكَ الْيَقِيْنُ
لَعَنَ اللّٰهُ اُمَّةً قَتَلَتْكَ
وَ لَعَنَ اللّٰهُ اُمَّةً خَذَلَتْكَ
وَ لَعَنَ اللّٰهُ اُمَّةً اَلَبَّتْ عَلَيْكَ
وَ اَبْرَاُ اِلَى اللّٰهِ تَعَالٰى مِمَّنْ اَكْذَبَكَ
وَ اسْتَخَفَّ بِحَقِّكَ وَ اسْتَحَلَّ دَمَكَ
بِاَبِيۤ اَنْتَ وَ اُمِّيْ يَا اَبَا عَبْدِ اللّٰهِ
وَ لَعَنَ اللّٰهُ خَاذِلَكَ
وَ لَعَنَ اللّٰهُ مَنْ سَمِعَ وَاعِيَتَكَ فَلَمْ يُجِبْكَ وَ لَمْ يَنْصُرْكَ
وَ لَعَنَ اللّٰهُ مَنْ سَبٰى نِسَاۤءَكَ
اَنَاۤ اِلَى اللّٰهِ مِنْهُمْ بَرِيْۤءٌ وَ مِمَّنْ وَالَاهُمْ
وَ مَالَاَهُمْ وَ اَعَانَهُمْ عَلَيْهِ
وَ اَشْهَدُ اَنَّكَ وَ الْاَئِمَّةَ مِنْ وُلْدِكَ كَلِمَةُ التَّقْوٰى
وَ بَابُ الْهُدٰى وَ الْعُرْوَةُ الْوُثْقٰي
وَ الْحُجَّةُ عَلٰىۤ اَهْلِ الدُّنْيَا
وَ اَشْهَدُ اَنِّي بِكُمْ مُؤْمِنٌ
وَ بِمَنْزِلَتِكُمْ مُوْقِنٌ
وَ لَكُمْ تَابِعٌ بِذَاتِ نَفْسِيْ
وَ شَرَایِعِ دِيْنِيْ وَ خَوَاتِيْمِ عَمَلِيْ
وَ مُنْقَلَبِيْ فِي دُنْيَايَ وَ اٰخِرَتِيْ۔