Ey mənim ağalarım, Allah Rəsulunun övladları,
عَبْدُكُمْ وَ ابْنُ اَمَتِكُمُ
mən sizin qulunuzam və sizin kənizinizin oğluyam,
الذَّلِيْلُ بَيْنَ اَيْدِيْكُمْ
sizin qarşınızda itaətkarlıqla duranam,
وَ الْمُضْعَفُ فِي عُلُوِّ قَدْرِكُمْ
sizin uca hörmətinizlə müqayisədə heç bir dəyərə (gücə) sahib olmayan,
وَ الْمُعْتَرِفُ بِحَقِّكُمْ
sizin haqqınızı etiraf edən,
جَاۤءَكُمْ مُسْتَجِيْرًا بِكُمْ
sizin sığınacağınızı axtararaq sizə gəlmişəm,
قَاصِدًا اِلٰى حَرَمِكُمْ
müqəddəs hərəmlərinizə tərəf üz tutaraq,
مُتَقَرِّبًا اِلٰى مَقَامِكُمْ
məqamlarınıza yaxınlaşaraq,
مُتَوَسِّلًا اِلَى اللّٰهِ تَعَالٰى بِكُمْ
sizin vasitənizlə Uca Allaha təvəssül edərək (yalvararaq).
اَاَدْخُلُ يَا مَوَالِيّ؟
Daxil olummu, ağalarım?
اَاَدْخُلُ يَا اَوْلِيَاۤءَ اللّٰهِ؟
Daxil olummu, ey Allahın yaxın bəndələri (övliyaları)?
اَاَدْخُلُ يَا مَلَاۤئِكَةَ اللّٰهِ
Daxil olummu, ey Allahın mələkləri,
الْمُحْدِقِيْنَ بِهٰذَا الْحَرَمِ
bu hərəmi əhatə edənlər,
الْمُقِيْمِيْنَ بِهٰذَا الْمَشْهَدِ؟
və bu ziyarətgahda hazır olanlar (məskunlaşanlar)?
Qəlbinizə aramlıq hasil olduqdan sonra sağ ayağınızla ziyarətgaha daxil olub deyin:
اَللّٰهُ اَكْبَرُ كَبِيْرًا
Allah uca və böyükdür.
وَ الْحَمْدُ لِلّٰهِ كَثِيْرًا
Çoxlu həmdlər Allaha aiddir.
وَ سُبْحَانَ اللّٰهِ بُكْرَةً وَ اَصِيْلًا
Səhər və axşam Ona təsbih olunur.
وَ الْحَمْدُ لِلّٰهِ الْفَرْدِ الصَّمَدِ
Həmd Allaha məxsusdur - Tək olan, Ehtiyacsız
الْمَاجِدِ الْاَحَدِ
Əzəmətli, Yeganə,
الْمُتَفَضِّلِ الْمَنَّانِ
lütf edən, minnət (nemət) qoyan,
الْمُتَطَوِّلِ الْحَنَّانِ
bəxşiş edən, mərhəmətli (Hənnan);
الَّذِيْ مَنَّ بِطَوْلِهِ
o kəs ki, Öz bəxşişindən (mənə lütf etdi),
وَ سَهَّلَ زِيَارَةَ سَادَاتِيْ بِاِحْسَانِهِ
və Öz ehsanı ilə ağalarımın ziyarətini mənə asanlaşdırdı,
وَ لَمْ يَجْعَلْنِيْ عَنْ زِيَارَتِهِمْ مَمْنُوْعًا
məni onların ziyarətindən məhrum olanlardan (məmnun) etmədi,
بَلْ تَطَوَّلَ وَ مَنَحَ۔
əksinə, mənə lütf edib bəxşiş (nemət) verdi.
Pak qəbirlərə yaxınlaş və elə dayan ki, qiblə arxa tərəfdə və qəbirlər qarşı tərəfdə qalsın. Bu vaxt de:
اَلسَّلَامُ عَلَيْكُمْ اَئِمَّةَ الْهُدٰى
Salam olsun sizə, hidayət imamları.
اَلسَّلَامُ عَلَيْكُمْ اَهْلَ التَّقْوٰى
Salam olsun sizə, təqva əhli.
اَلسَّلَامُ عَلَيْكُمْ اَيُّهَا الْحُجَجُ عَلٰۤى اَهْلِ الدُّنْيَا
Salam olsun sizə, ey dünya əhli üzərində olan hüccətlər.
اَلسَّلَامُ عَلَيْكُمْ اَيُّهَا الْقُوَّامُ فِي الْبَرِيَّةِ بِالْقِسْطِ
Salam olsun sizə, ey məxluqat arasında ədalətlə qiyam edənlər (ayağa qalxanlar).
اَلسَّلَامُ عَلَيْكُمْ اَهْلَ الصَّفْوَةِ
Salam olsun sizə, ey seçilmişlər əhli.
اَلسَّلَامُ عَلَيْكُمْ اٰلَ رَسُوْلِ اللّٰهِ
Salam olsun sizə, Rəsulallahın xanidanı (Ali).
اَلسَّلَامُ عَلَيْكُمْ اَهْلَ النَّجْوٰى
Salam olsun sizə, raz-niyaz (sirr) əhli.
اَشْهَدُ اَنَّكُمْ قَدْ بَلَّغْتُمْ وَ نَصَحْتُمْ
Şəhadət verirəm ki, siz (Allahın hökmlərini) çatdırdınız, nəsihət etdiniz,
وَ صَبَرْتُمْ فِيْ ذَاتِ اللّٰهِ
və Allah yolunda (zatında) səbir etdiniz.
وَ كُذِّبْتُمْ وَ اُسِيْۤءَ اِلَيْكُمْ فَغَفَرْتُمْ
Təkzib edildiniz və sizə pislik edildi, amma siz bağışladınız.
وَ اَشْهَدُ اَنَّكُمُ الْاَئِمَّةُ الرَّاشِدُوْنَ الْمُهْتَدُوْنَ
Şəhadət verirəm ki, siz hidayət edən (Rəşid) və hidayət olunmuş (Məhdi) imamlarsınız.
وَ اَنَّ طَاعَتَكُمْ مَفْرُوْضَةٌ
Və həqiqətən sizə itaət etmək vacibdir (fərzdir),
وَ اَنَّ قَوْلَكُمُ الصِّدْقُ
və sizin sözünüz doğrudur (sidqdir).
وَ اَنَّكُمْ دَعَوْتُمْ فَلَمْ تُجَابُوْا
Həqiqətən siz (haqq yola) dəvət etdiniz, amma sizə cavab verilmədi (qəbul edilmədi),
وَ اَمَرْتُمْ فَلَمْ تُطَاعُوْا
və fərman verdiniz, amma fərmanınıza itaət olunmadı.
وَ اَنَّكُمْ دَعَاۤئِمُ الدِّيْنِ وَ اَرْكَانُ الْاَرْضِ،
Həqiqətən siz dinin sütunları və yerin ərkanlarısınız.
لَمْ تَزَالُوْا بِعَيْنِ اللّٰهِ
Hər zaman siz Allahın diqqətində (gözü önündə) olmusunuz,
يَنْسَخُكُمْ مِنْ اَصْلَابِ كُلِّ مُطَهَّرٍ
sizi hər pak sülblərdən köçürdü,
وَ يَنْقُلُكُمْ مِنْ اَرْحَامِ الْمُطَهَّرَاتِ
və sizi pak bətnlərə daxil etdi (nəql etdi).
لَمْ تُدَنِّسْكُمُ الْجَاهِلِيَّةُ الْجَهْلَاۤءُ
Cahillərin cəhaləti sizi çirkləndirmədi,
وَ لَمْ تَشْرَكْ فِيْكُمْ فِتَنُ الْاَهْوَاۤءِ
və həva-həvəsin fitnələri sizin (vücudunuzda) şərik olmadı.
طِبْتُمْ وَ طَابَ مَنْبَتُكُمْ
Siz pak idiniz və sizin əsil-nəsəbiniz də pak idi.
مَنَّ بِكُمْ عَلَيْنَا دَيَّانُ الدِّيْنِ
Dinin cəzalandıranı (Əvəz verən Allah) sizin vasitənizlə bizə minnət qoydu.
فَجَعَلَكُمْ فِيْ بُيُوْتٍ
Və sizi elə evlərdə qərar verdi ki,
اَذِنَ اللّٰهُ اَنْ تُرْفَعَ
Allah onların (divarlarının) yüksəldilməsinə icazə vermişdir,
وَ يُذْكَرَ فِيْهَا اسْمُهُ
və o evlər ki, orada Allahın adı çəkilər.
وَ جَعَلَ صَلٰوتَنَا عَلَيْكُمْ
Və Allah bizim sizə göndərdiyimiz salavatı (salamı)
رَحْمَةً لَنَا وَ كَفَّارَةً لِذُنُوْبِنَا
bizim üçün bir rəhmət və günahlarımızın kəffarəsi qərar verdi.
اِذِ اخْتَارَكُمُ اللّٰهُ لَنَا
Çünki Allah sizi bizim üçün seçdi,
وَ طَيَّبَ خَلْقَنَا بِمَا مَنَّ عَلَيْنَا مِنْ وِلَايَتِكُمْ
və bizə minnət qoyduğu sizin vilayətiniz (imamətiniz) vasitəsilə yaradılışımızı pakizə etdi.
وَ كُنَّا عِنْدَهُ مُسَمِّيْنَ بِعِلْمِكُمْ
Və biz Onun dərgahında sizin elminizlə adlandırıldıq,
مُعْتَرِفِيْنَ بِتَصْدِيْقِنَا اِيَّاكُمْ
və sizin (məqamınızı) təsdiqlədiyimizi etiraf etdik.
وَ هٰذَا مَقَامُ مَنْ اَسْرَفَ وَ اَخْطَاَ
Bu (mənim dayandığım yer), həddini aşan, xəta edən,
وَ اسْتَكَانَ وَ اَقَرَّ بِمَا جَنٰى
çarəsiz qalan və öz cinayətini iqrar edən kəsin durumudur.
وَ رَجَا بِمَقَامِهِ الْخَلَاصَ
Və o, bu məqamında (durumundan) xilas olacağına ümid bəsləyir,
وَ اَنْ يَسْتَنْقِذَهُ بِكُمْ مُسْتَنْقِذُ الْهَلْكٰى مِنَ الرَّدٰى
və həlakətə düçar olanlara nicat verənin (Allahın), sizin vasitənizlə ona məhv olmaqdan nicat verəcəyini (ümid edir).
فَكُوْنُوْا لِيْ شُفَعَاۤءَ،
Elə isə, mənim üçün şəfaətçi olun!
فَقَدْ وَفَدْتُ اِلَيْكُمْ
Mən sizin yanınıza gəlmişəm (sizin qonağınızam),
اِذْ رَغِبَ عَنْكُمْ اَهْلُ الدُّنْيَا
o vaxt ki, dünya əhli sizdən üz döndərib,
وَ اتَّخَذُوْا اٰيَاتِ اللّٰهِ هُزُوًا
Allahın ayələrini istehza (məsxərə) ediblər,
وَ اسْتَكْبَرُوْا عَنْهَا
və onlardan təkəbbür ediblər (arxa çeviriblər).
Sonra başınızı göyə qaldırıb bu sözləri deyə bilərsiniz:
يَا مَنْ هُوَ قَاۤئِمٌ لَا يَسْهُوْ
Ey O kəs ki, qaimdir (əbədidir), əsla yanlışlığa yol verməz!
وَ دَاۤئِمٌ لَا يَلْهُوْ
Və daimidir, yersiz (əbəs) iş görməz!
وَ مُحِيْطٌ بِكُلِّ شَيْءٍ
Və hər şeyi əhatə edəndir!
لَكَ الْمَنُّ بِمَا وَفَّقْتَنِيْ
Məni müvəffəq etdiyin şeylərə görə Sənin (mənim üzərimdə) minnətin var,
وَ عَرَّفْتَنِيْ بِمَاۤ اَقَمْتَنِيْ عَلَيْهِ
və məni ona vadar etdiyin şeyi (yolu) mənə tanıtdırdın;
اِذْ صَدَّ عَنْهُ عِبَادُكَ
elə bir vaxt ki, bəndələrin ondan boyun qaçırdılar,
وَ جَهِلُوْا مَعْرِفَتَهُ
və onu tanımaqda cahil oldular (tanımadılar),
وَ اسْتَخَفُّوْا بِحَقِّهِ
onun haqqını yüngül tutdular,
وَ مَالُوْا اِلٰى سِوَاهُ
və ondan qeyrisinə tərəf meyl etdilər (yönəldilər).
فَكَانَتِ الْمِنَّةُ مِنْكَ عَلَيَّ
Beləliklə, mənim üzərimdə Sənin minnətin (lütfün) oldu,
مَعَ اَقْوَامٍ خَصَصْتَهُمْ بِمَا خَصَصْتَنِيْ بِهِ
o xas qövmlərlə birlikdə ki, məni xüsusiləşdirdiyin şeylə onları da xüsusiləşdirdin (mənə və mənim kimi xas insanlara minnət qoymusan).
فَلَكَ الْحَمْدُ اِذْ كُنْتُ عِنْدَكَ
Sənə həmd olsun ki, mən Sənin yanında idim,
فِيْ مَقَامِيْ هٰذَا مَذْكُوْرًا مَكْتُوْبًا
bu məqamımda (mövqeyimdə) adı çəkilən və səbt edilən (yazılan)!
فَلَا تَحْرِمْنِيْ مَا رَجَوْتُ
Elə isə, məni ümid etdiyimdən məhrum etmə,
وَ لَا تُخَيِّبْنِيْ فِيْمَا دَعَوْتُ
və dua etdiyim (istədiyim) şeydə məni naümid geri qaytarma!
بِحُرْمَةِ مُحَمَّدٍ وَ اٰلِهِ الطَّاهِرِيْنَ
Məhəmməd və onun pak xanidanına (Ailinə) xatir.
وَ صَلَّى اللّٰهُ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ۔
Allahın salamı olsun Məhəmmədə və Ali-Məhəmmədə!
Sonra istəklərini dilə.