BƏQİ MƏZARLIĞINDAKI İMAMLARIN (Ə) VİDA ZİYARƏTİ
Şeyx Tusi və Seyid İbn Tavus deyirlər ki, dörd imamla vidalaşmaq istəyirsənsə, bunu de:
Allahın salamı, rəhməti və bərəkəti sizə olsun, ey haqq yolun rəhbərləri (hidayət imamları).
اَسْتَوْدِعُكُمُ اللّٰهَ وَ اَقْرَاُ عَلَيْكُمُ السَّلَامَ
Sizi Allaha tapşırıram və sizə salam göndərirəm (oxuyuram).
اٰمَنَّا بِاللّٰهِ وَ بِالرَّسُوْلِ
Allaha və Peyğəmbərə inanırıq (iman gətirdik),
وَ بِمَا جِئْتُمْ بِهِ وَ دَلَلْتُمْ عَلَيْهِ
və (o cümlədən) bizə çatdırdığınıza və hidayət etdiyinizə (göstərdiyinizə də inandıq).
اَللّٰهُمَّ فَاكْتُبْنَا مَعَ الشَّاهِدِيْنَ۔
Allahım, beləliklə bizi şahidlik edənlərin (şahidlərin) arasına yaz.