ENGLISH | اردو | Roman | Azerbaijani
🏠 🔍
SƏFƏRİN QAYDALARI
Nəzərə alsaq ki, ziyarət üçün adətən səfər etmək lazım gəlir, ilk öncə səfər qaydalarını açıqlamağı məqsədəuyğun hesab edirik. Bu qaydalardan ən mühümləri aşağıdakılardır:
1. İmkan daxilində tənha səfərə çıxmayın;
2. Göstəriş verilib ki, maddi imkanı sizdən az olan və səfərdə sizin qədər pul xərcləyə bilməyən şəxslə yol yoldaşı olmayın, çünki o, imkanının azlığına görə sıxıla bilər;
3. Səfər yoldaşlarınıza və dostlarınıza kömək edin, onların ehtiyaclarını aradan qaldırmaq üçün əlinizdən gələni əsirgəməyin. Onlarla səmimi-qəlbdən mehriban olun, onlara təvazökarlıq göstərin. Həzrət Rəsulallah (s) buyurmuşdur: "İki nəfər yol yoldaşı olduğu vaxt onlardan ən çox mehribanlıq göstərən və kömək edən şəxs Allah yanında daha sevimlidir və mükafatı daha çoxdur";
Rəvayətlərin birində nəql olunur ki, İmam Səccad (ə) yol yoldaşlarına kömək edə bilsin deyə səfərə onu tanımayan şəxslərlə çıxardı.
Başqa bir rəvayətdə nəql olunur ki, Həzrət Rəsulallah (s) səhabələri ilə birlikdə səfərdə idi. Onlar bir qoyun kəsib bişirmək istədilər. Səhabələrdən biri dedi: "Qoyunu mən kəsərəm." Digəri dedi: "Qoyunun dərisini mən soyaram." Üçüncüsü dedi: "Əti mən bişirərəm." Həzrət Rəsulalah (s) buyurdu: "Mən də odun yığaram." Səhabələr dedilər: "Ey Rəsulallah, siz zəhmət çəkməyin, biz özümüz edərik." Rəsulallah (s) buyurdu: "Bilirəm, edərsiniz. Lakin mən özümü sizdən üstün görmək istəmirəm. Allah-Təala sevmir ki, bir bəndə özünü başqalarından üstün hesab etsin."
4. Məlum məsələdir ki, canın, malın, ailənin təhlükələrdən mühafizəsi, amanda qalması üçün dua etmək və sədəqə vermək bu anlamda deyil ki, insan canını və malını qorumağa səy göstərməməli, lazımi tədbirlər görməməlidir. Heç şübhəsiz, insan imkanı daxilində özünü və malını qorumalı, eyni zamanda Allahın mühafizəsinə sığınmalıdır. Hədislərdə buyurulur ki, səhlənkar insanın duası müstəcab olmaz;
Bunun üçün təhlükəli yolar ilə hərəkət etməmək, xüsusilə də, sürücülükdə təhlükəsizlik qaydalarına riayət etmək, sürət həddini aşmamaq, miniyi ehtiyatla idarə etmək, qış və yay fəsillərində lazım olan vasitələri götürmək lazımdır.
İmam Sadiq (ə) döstlarından birinə buyurdu: "Təvəkkül ilə dəvənin ayağını bağla".
5. İstirahət etmək üçün bir mənzilgahda gecələmək istədikdə, yatmazdan öncə Xanım Fatimə-Zəhra (s.ə) zikrini deyin, sonra Ayətəl-kürsini oxuyun. Sübhə qədər hər təhlükədən amanda qalarsınız;
6. Təhlükə hiss etdiyiniz vaxt İsra surəsinin 80-ci ayəsini oxuyun;
7. Yola ərzaq götürmək tövsiyə olunur, xüsusilə Məkkə ziyarətinə gedəndə. Lakin İmam Hüseynin (ə) ziyarətinə gedərkən yola bişmiş ət və şirniyyat götürmək tövsiyə olunmur;
Bununla əlaqədar İbn əl-Ə’sam aşağıdakı şeri bəstələmişdir:
مِنْ شَرَفِ الْاِنْسَانِ فِي الْاَسْفَارِ
Səfərə çıxan bir insanın özüylə çoxlu dadlı yemək aparması hörmət əlamətidir. Səfərdəykən evdə olduğu zamankindən daha əxlaqlı davranmalıdır. Yemək hazırlayarkən səfər yoldaşlarını dəvət etməli, onlarla zarafat etməlidir. Allahın əmrlərini pozmamalı və başqalarını incitməməlidir. Bir şəhəri ziyarət edən kəs ayrılıncaya qədər qardaşlarının qonağıdır. İki gecə onlara səxavətlə davrandıqdan sonra onların yeməklərindən yeyə bilər.
تَطْيِيْبُهُ الزَّادَ مَعَ الْاِكْثَارِ
وَ لْيَحْسُنِ الْاِنْسَانُ فِيْ حَالِ السَّفَرِ
اَخْلَاقَهُ زِيَادَةً عَلَى الْحَضَرِ
وَ لْيَدْعُ عِنْدَ الْوَضْعِ لِلْخِوَانِ
مَنْ كَانَ حَاضِرًا مِنَ الْاِخْوَانِ
وَ لْيُكْثِرِ الْمَزْحَ مَعَ الصَّحْبِ اِذَا
لَمْ يُسْخِطِ اللّٰهَ وَ لَمْ يَجْلِبْ اَذٰى
مَنْ جَاۤءَ بَلْدَةً فَذَا ضَيْفٌ عَلٰۤى
اِخْوَانِهِ فِيْهَاۤ اِلٰۤى اَنْ يَرْحَلَا
يُبَرُّ لَيْلَتَيْنِ ثُمَّ لْيَأْكُلِ
مِنْ اَكْلِ اَهْلِ الْبَيْتِ فِيْ الْمُسْتَقْبِلِ
8. Səfərdə vacib namazlara ciddi yanaşın. Bu, böyük qəflətdir ki, insan Allaha yaxın olmaq, həcc, umrə və müqəddəs ziyartəgahların ziyarətinin savabını qazanmaq üçün səfərə çıxsın, amma yolda vacib namaza və onu vaxtında qılmağa etinasızlıq göstərsin! İmam Sadiq (ə) buyurmuşdur: "Vacib namaz, iyirmi (müstəhəb) həcdən üstündür";
9. Qəsr namazlardan sonra – əgər vaxt olarsa – 30 dəfə "təsbihati-ərbə'əni" deyin. Bu əməl təkidlə tapşırılmışdır. "Təsbihati-ərbə'ə" belədir:
سُبْحَانَ اللهِ
Allah pak və təmizdir, həmd olsun Allaha, Allahdan başqa məbud yoxdur, Allah böyükdür.
وَ الْحَمْدُ لِلّٰهِ
وَ لَاۤ اِلٰهَ اِلَّا اللهُ
وَ اللهُ اَكْبَرُ