SƏFVAN CƏMMALIN ZİYARƏTİ (2)
Seyf ibn Umeyrə deyir: "Səfvan Cəmmal və bir dəstə şiə ilə Əmirəl-möminin Əlinin (ə) qəbrini ziyarət etmək üçün Nəcəfə səfər etdik. Əmirəl-möminini (ə) ziyarət edib qurtardıqdan sonra gördük ki, Səfvan üzünü İmam Hüseynin (ə) qəbrinə tərəf tutdu və dedi: "İndi elə bu məkandan Əmirəl-mömininin (ə) başı üstündən Hüseyn ibn Əlini (ə) ziyarət edəcəyik." Sonra sözünə davam edib dedi: "Mövlam İmam Cəfər Sadiqlə (ə) Nəcəfə gəldik. O həzrət Əmirəl-möminini (ə) ziyarət etdikdən sonra indi mənim oxuyacağım bu ziyarəti oxudu, bu namazı qılıb bu duanı etdi. Daha sonra mənə buyurdu: "Ey Səfvan, bu ziyarəti əzbərlə və bu duanı oxu. Hər zaman Əmirəl-möminin Əlini (ə) və Hüseyn ibn Əlini (ə) bu cür ziyarət et. Mən zaminəm ki, hər kim bu ziyarəti və duanı uzaqdan və ya yaxından oxusa, ziyarəti qəbuldur, göstərdiyi səyə görə ona təşəkkür edilər, göndərdiyi salam çatmışdır və hacəti nə olursa, olsun rəvadır. Allah onun duasını icabət edər..."
O həzrətin qəbri müqabilində dayanıb de:
اَلسَّلَامُ عَلَيْكَ يَا رَسُوْلَ اللّٰهِ
Salam olsun sənə ey Allahın elçisi. Salam olsun sənə ey Allahın seçdiyi. Salam olsun sənə ey Allahın əmini. Salam olsun o kəsə ki, Allah onu seçmiş, xas etmiş və məxluqatı arasından ixtiyar etmişdir. Salam olsun sənə ey Allahın dostu; o vaxtadək ki, gecə düşür və zülmət olur, səhər açılır və aydın gündüz olur. Salam olsun sənə o vaxtadək ki, sükut edənlər sükut edir, natiqlər danışır və günəş işıq saçır. Allahın rəhməti və bərəkəti olsun sənə! Salam olsun mövlamız Əmirəl-möminin Əli ibn Əbu Talibə; yaxşı keçmişi, fəzilətləri və mərdlikləri olana; (kafir) qoşunlarını həlak edənə, döyüşdə sərt olana və sabitqədəm böyük pəhləvana; uca məqam sahibi olan əmin elçinin hovuzundan möminləri (su dolu) camla sirab edənə. Salam olsun elm, fəzilət, bəxşişlər, mərdanəliklər və ətalar sahibinə. Salam olsun möminlərin şücaətli süvarisinə, yeganəpərəstlərin aslanına, müşriklərin qatilinə, aləmlərin rəbbinin elçisinin canişininə. Allahın rəhməti və bərəkəti olsun sənə! Salam olsun o kəsə ki, Allah onu Cəbraillə qüvvətləndirdi və Mikaillə ona kömək etdi, iki aləmdə onu müqərrəb etdi, gözlərin aydınlığına səbəb olanı ona bəxş etdi. Allahın salamı olsun ona, pak xanidanına, seçilmiş övladlarına və hidayət imamlarına; o imamlar ki, əmr bil-məruf və nəhy ənil-munkər etdilər, namazı bizə vacib etdilər, zəkat verməyə əmr etdilər, ramazan ayının orucunu və Quran tilavətini bizə tanıtdırdılar. Salam olsun sənə ey möminlərin əmiri, din rəhbəri və üzüağların öndəri. Salam olsun sənə ey Allah dərgahı. Salam olsun sənə ey Allahın görən gözü, açılmış əlləri, eşidən qulağı, aydın elmi və hikməti, firavan neməti. Salam olsun Cənnəti və Cəhənnəmi bölənə. Salam olsun Allahın yaxşı insanlara olan nemətinə və pis insanlara olan əzabına. Salam olsun seçilmiş təvalıların ağasına. Salam olsun Rəsulallahın qardaşına, əmisi oğluna, qızının həyat yoldaşına və onun tinətindən yaradılana. Salam olsun qədim kökə və onun dəyərli şaxəsinə. Salam olsun (bu ilahi ağacın) yetişmiş meyvəsinə. Salam olsun Əbul-Həsən Əliyə. Salam olsun (cənnət ağacları olan) Tuba və Sidrətul-muntəhaya. Salam olsun Allahın seçilmişi Adəmə, Allahın peyğəmbəri Nuha, Allahın xəlili İbrahimə, Allahın həmsöhbəti Musaya, Allahın ruhu İsaya, Allahın həbibi Muhəmmədə və onların arasında göndərilən peyğəmbərlərə, (habelə,) doğru danışanlara, şəhidlərə və gözəl dostlar olan salehlərə. Salam olsun nurların nuruna, paklar nəslinə və seçilmiş fərdlərə. Salam olsun pak imamların atasına. Salam olsun Allahın möhkəm ipinə və dönməz müdafiəçisinə. Allahın rəhməti və bərəkəti olsun ona. Salam olsun yer üzündə Allahın əmininə və xəlifəsinə, Allahın əmrinə hökm verənə, Onun dinini dirçəldənə, Onun hikmətini deyənə, Onun kitabına əməl edənə, Rəsulallahın qardaşına, Bətulun zövcünə və Allahın siyrilmiş qılıncına. Salam olsun dəlillər, aşkar nişanələr və danılmaz möcüzələr sahibinə. (Salam olsun) həlakətdən nicat verənə; o kəsə ki, Allah onu möhkəm ayələrində yad etmiş və buyurmuşdur: "O, Ummul-kitabda (lövhi-məhfuz) Bizim yanımızda uca, hikmətlidir." Salam olsun Allahın bəyənilən adına, nurani çöhrəsinə və üstün müdafiəçisinə. Allahın rəhməti və bərəkəti olsun ona. Salam olsun Allahın hüccətlərinə və vəsilərinə, Allahın xas etdiklərinə və seçdiklərinə, xalis və əmanətdar bəndələrinə. Allahın rəhməti və bərəkəti olsun ona. Sənin yanına gəlmişəm, ey mövlam, ey Allahın əmini və hüccəti. Bir halda ki, sənin ziyarətçinəm, haqqına agaham, dostlarının dostu və düşmənlərinin düşməniyəm, səni ziyarət etməklə Allaha yaxınlaşmaq istəyirəm. Elə isə mənim və sənin Rəbbin olan Allah dərgahında cəhənnəm odundan qurtulmaq və dünya və axirət hacətlərimin həyata keçməsində mənə şəfaət et.
اَلسَّلَامُ عَلَيْكَ يَا صِفْوَةَ اللّٰهِ
اَلسَّلَامُ عَلَيْكَ يَا اَمِيْنَ اللّٰهِ
اَلسَّلَامُ عَلٰى مَنِ اصْطَفَاهُ اللّٰهُ
وَ اخْتَصَّهُ وَ اخْتَارَهُ مِنْ بَرِيَّتِهِ
اَلسَّلَامُ عَلَيْكَ يَا خَلِيْلَ اللّٰهِ
مَا دَجَي اللَّيْلُ وَ غَسَقَ
وَ اَضَاۤءَ النَّهَارُ وَ اَشْرَقَ
اَلسَّلَامُ عَلَيْكَ مَا صَمَتَ صَامِتٌ
وَ نَطَقَ نَاطِقٌ وَ ذَرَّ شَارِقٌ
وَ رَحْمَةُ اللّٰهِ وَ بَرَكَاتُهُ
اَلسَّلَامُ عَلٰى مَوْلَانَا اَمِيْرِ الْمُؤْمِنِيْنَ
عَلِيِّ بْنِ اَبِيْ طَالِبٍ
صَاحِبِ السَّوَابِقِ وَ الْمَنَاقِبِ وَ النَّجْدَةِ
وَ مُبِيْدِ الْكَتَاۤئِبِ
سَاقِي الْمُؤْمِنِيْنَ بِالْكَأْسِ
مِنْ حَوْضِ الرَّسُوْلِ الْمَكِيْنِ الْاَمِيْنِ۔
اَلسَّلَامُ عَلٰى صَاحِبِ النُّهٰى وَ الْفَضْلِ
وَ الطَّوَاۤئِلِ وَ الْمَكْرُمَاتِ وَ النَّوَاۤئِلِ
اَلسَّلَامُ عَلٰى فَارِسِ الْمُؤْمِنِيْنَ
وَ لَيْثِ الْمُوَحِّدِيْنَ
وَ قَاتِلِ الْمُشْرِكِيْنَ
وَ وَصِيِّ رَسُوْلِ رَبِّ الْعَالَمِيْنَ
وَ رَحْمَةُ اللّٰهِ وَ بَرَكَاتُهُ
اَلسَّلَامُ عَلٰى مَنْ اَيَّدَهُ اللّٰهُ بِجَبْرَئِيْلَ
وَ اَعَانَهُ بِمِيْكَاۤئِيْلَ
وَ اَزْلَفَهُ فِيْ الدَّارَيْنِ
وَ حَبَاهُ بِكُلِّ مَا تَقِرُّ بِهِ الْعَيْنُ
وَ صَلَّى اللّٰهُ عَلَيْهِ
وَ عَلٰى اٰلِهِ الطَّاهِرِيْنَ
وَ عَلٰى اَوْلَادِهِ الْمُنْتَجَبِيْنَ
وَ عَلَى الْاَئِمَّةِ الرَّاشِدِيْنَ
الَّذِيْنَ اَمَرُوْا بِالْمَعْرُوْفِ
وَ نَهَوْا عَنِ الْمُنْكَرِ
وَ فَرَضُوْا عَلَيْنَا الصَّلَوَاتِ
وَ اَمَرُوْا بِاِيْتَاۤءِ الزَّكَاةِ
وَ عَرَّفُوْنَا صِيَامَ شَهْرِ رَمَضَانَ
وَ قِرَاۤءَةَ الْقُرْاٰنِ
اَلسَّلَامُ عَلَيْكَ يَاۤ اَمِيْرَ الْمُؤْمِنِيْنَ
وَ قَاۤئِدَ الْغُرِّ الْمُحَجَّلِيْنَ۔
اَلسَّلَامُ عَلَيْكَ يَا بَابَ اللّٰهِ
اَلسَّلَامُ عَلَيْكَ يَا عَيْنَ اللّٰهِ النَّاظِرَةَ
وَ حِكْمَتَهُ الْبَالِغَةَ
وَ نِعْمَتَهُ السَّابِغَةَ
وَ نِقْمَتَهُ الدَّامِغَةَ
اَلسَّلَامُ عَلٰى قَسِيْمِ الْجَنَّةِ وَ النَّارِ
اَلسَّلَامُ عَلٰى نِعْمَةِ اللّٰهِ عَلَى الْاَبْرَارِ
وَ نِقْمَتِهِ عَلَى الْفُجَّارِ
اَلسَّلَامُ عَلٰى سَيِّدِ الْمُتَّقِيْنَ الْاَخْيَارِ
اَلسَّلَامُ عَلٰى اَخِيْ رَسُوْلِ اللّٰهِ
وَ ابْنِ عَمِّهِ وَ زَوْجِ ابْنَتِهِ
وَ الْمَخْلُوْقِ مِنْ طِيْنَتِهِ
اَلسَّلَامُ عَلَى الْاَصْلِ الْقَدِيْمِ وَ الْفَرْعِ الْكَرِيْمِ
اَلسَّلَامُ عَلَى الثَّمَرِ الْجَنِيِّ
اَلسَّلَامُ عَلٰى اَبِي الْحَسَنِ عَلِيٍّ
اَلسَّلَامُ عَلٰى شَجَرَةِ طُوْبٰى وَ سِدْرَةِ الْمُنْتَهٰى
اَلسَّلَامُ عَلٰى اٰدَمَ صَفْوَةِ اللّٰهِ
وَ نُوْحٍ نَبِيِّ اللّٰهِ
وَ اِبْرَاهِيْمَ خَلِيْلِ اللّٰهِ
وَ مُوْسٰى كَلِيْمِ اللّٰهِ
وَ مُحَمَّدٍ حَبِيْبِ اللّٰهِ
وَ مَنْ بَيْنَهُمْ مِنَ النَّبِيِّيْنَ وَ الصِّدِّيْقِيْنَ
وَ الشُّهَدَاۤءِ وَ الصَّالِحِيْنَ
وَ حَسُنَ اُوْلٰئِۤكَ رَفِيْقًا
اَلسَّلَامُ عَلٰى نُوْرِ الْاَنْوَارِ
وَ عَنَاصِرِ الْاَخْيَارِ۔
اَلسَّلَامُ عَلٰى وَالِدِ الْاَئِمَّةِ الْاَبْرَارِ
اَلسَّلَامُ عَلٰى حَبْلِ اللّٰهِ الْمَتِيْنِ
وَ رَحْمَةُ اللّٰهِ وَ بَرَكَاتُهُ
اَلسَّلَامُ عَلٰى اَمِيْنِ اللّٰهِ فِيْ اَرْضِهِ
وَ خَلِيْفَتِهِ وَ الْحَاكِمِ بِاَمْرِهِ
وَ النَّاطِقِ بِحِكْمَتِهِ
وَ الْعَامِلِ بِكِتَابِهِ
وَ سَيْفِ اللّٰهِ الْمَسْلُوْلِ
اَلسَّلَامُ عَلٰى صَاحِبِ الدَّلَالَاتِ
وَ الْاٰيَاتِ الْبَاهِرَاتِ
وَ الْمُعْجِزَاتِ الْقَاهِرَاتِ [الزَّاهِرَاتِ]
وَ الْمُنْجِيْ مِنَ الْهَلَكَاتِ
الَّذِيْ ذَكَرَهُ اللّٰهُ فِي مُحْكَمِ الْاٰيَاتِ
فَقَالَ تَعَالٰى وَ اِنَّهُ فِيْ اُمِّ الْكِتَابِ لَدَيْنَا لَعَلِيٌّ حَكِيْمٌ
اَلسَّلَامُ عَلَى اسْمِ اللّٰهِ الرَّضِيِّ
وَ رَحْمَةُ اللّٰهِ وَ بَرَكَاتُهُ۔
اَلسَّلَامُ عَلٰى حُجَجِ اللّٰهِ وَ اَوْصِيَاۤئِهِ
وَ خَآصَّةِ اللّٰهِ وَ اَصْفِيَاۤئِهِ
وَ خَالِصَتِهِ وَ اُمَنَاۤئِهِ
وَ رَحْمَةُ اللّٰهِ وَ بَرَكَاتُهُ
يَا اَمِيْنَ اللّٰهِ وَ حُجَّتَهُ
زَاۤئِرًا عَارِفًا بِحَقِّكَ
مُوَالِيًا لِاَوْلِيَاۤئِكَ
مُعَادِيًا لِاَعْدَاۤئِكَ
مُتَقَرِّبًا اِلَى اللّٰهِ بِزِيَارَتِكَ
فَاشْفَعْ لِيْ عِنْدَ اللّٰهِ رَبِّيْ وَ رَبِّكَ
فِيْ خَلَاصِ رَقَبَتِيْ مِنَ النَّارِ
وَ قَضَاۤءِ حَوَاۤئِجِيْ حَوَاۤئِجِ الدُّنْيَا وَ الْاٰخِرَةِ
Sonra özünü qəbrə yapışdır, qəbri öp və de:
سَلَامُ اللّٰهِ وَ سَلَامُ مَلَاۤئِكَتِهِ الْمُقَرَّبِيْنَ
Allahın və Onun müqərrəb mələklərinin, (həmçinin) ürəkdən sənə salam göndərənlərin, fəzilətini danışanların, sənin doğruluğuna, əmanətdarlığına və sədaqətinə şəhadət verənlərin salamı olsun sənə ey Əmirəl-möminin. Şəhadət verirəm ki, sən pak, pakizə və təmizlənmişsən, pak, pakizə və təmizlənmiş nəsildənsən. Şəhadət verirəm ki, sən, ey Allahın vəlisi və onun elçisinin vəlisi, risaləti və əmanəti çatdırdın. Şəhadət verirəm ki, sən Allahın müdafiəçisi və Ona yetişmək dərgahısan. (Şəhadət verirəm ki,) sən Allahın həbibi (sevimlisi) və vəchisən (üz); o vəch ki, onunla Allaha doğru gedilir. (Şəhadət verirəm ki,) sən Allah yolusan (Allaha doğru aparan yol), sən Allahın bəndəsisən və Onun elçisinin – Allahın salamı olsun ona və xanidanına – qardaşısan. Hüzuruna gəlmişəm, bir halda ki, səni ziyarət etməklə izzətli və cəlalətli Allaha yaxınlaşmaq istəyirəm, sənin şəfaətinə ümid bəsləyirəm. Sənin şəfaətinlə cəhənnəm odundan qurtulmağı diləyirəm, cəhənnəm odundan sənə pənah gətirmişəm, belimi bükən günahlardan qaçmışam, Rəbbimin rəhmtinə şamil olmaq ümidilə sənə təvəssül etmişəm. Hüzuruna gəlmişəm ki, səndən şəfaət istəyim, ey mənim mövlam. Sənin vasitənlə Allaha yaxınlaşıram ki. hacətlərimi rəva etsin (həyata keçirsin). Elə isə, ey Əmirəl-möminin, Allah dərgahında şəfaətçim ol, çünki mən Allahın bəndəsi, sənin qulun və ziyarətçinəm. Allah yanında sənin bəyənilən məqamın, əzəmətli yerin, böyük şənin və əbul olunmuş şəfaətin vardır. Ey Allahım, Məhəmmədə və Ali-Məhəmmədə salam göndər. (Ey Allahım,) salam göndər Əmirəl-mömininə: bəyəndiyin bəndənə, vəfalı əmininə, möhkəm ipinə, uca əlinə, üstün himayədarına, gözəl sözünə, insanlara olan hüccətinə, ən böyük doğru danışanına, vəsilərin sərvərinə, dostların və seçilmişlərin dirəyinə, möminlərin əmirinə, dinin rəhbərinə, salehlərin öndərinə, müxlislərin imamına, xətalardan məsum, büdrəmələrdən pak, hər eyibdən pakizə və şəkk-şübhədən təmiz olana, Peyğəmbərinin qardaşı və elçinin vəsisinə, Peyğəmbərinin yatağında yatan və canı ilə ona yardım edənə, kədəri onun üzündən kənarlaşdırana. O kəsə ki, Peyğəmbərinə kömək üçün onu bir qılınc qərar verdin, onu Peyğəmbərinin risalətinə bir nişanə, ümmətinə bir şahid, hüccətinə bələdçi, bayrağını daşıyan, canını qoruyan, ümmətini hidayət edən, mübarizəsinə bir əl, başına tac, sirrinə bir qapı, qəlbəsinə bir açar qərar verdin. Ta ki, şirk qoşunlarını Sənin izninlə həlak etdi, küfr leşkərlərini Sənin əmrinlə məhv etdi, canını Sənin peyğəmbərinin razılığı üçün fəda etdi və özünü ona itaətə həsr etdi. Ey Allahım, ona daimi və davamlı salam göndər.
وَ الْمُسَلَّمِيْنَ [الْمُسْلِمِيْنَ] لَكَ بِقُلُوْبِهِمْ
يَا اَمِيْرَ الْمُؤْمِنِيْنَ
وَ النَّاطِقِيْنَ بِفَضْلِكَ
وَ الشَّاهِدِيْنَ عَلٰى اَنَّكَ صَادِقٌ اَمِيْنٌ صِدِّيْقٌ
عَلَيْكَ وَ رَحْمَةُ اللّٰهِ وَ بَرَكَاتُهُ
اَشْهَدُ اَنَّكَ طُهْرٌ طَاهِرٌ مُطَهَّرٌ
مِنْ طُهْرٍ طَاهِرٍ مُطَهَّرٍ
اَشْهَدُ لَكَ يَا وَلِيَّ اللّٰهِ وَ وَلِيَّ رَسُوْلِهِ
بِالْبَلَاغِ وَ الْاَدَاۤءِ
وَ اَشْهَدُ اَنَّكَ جَنْبُ اللّٰهِ وَ بَابُهُ
وَ اَنَّكَ حَبِيْبُ اللّٰهِ
وَ وَجْهُهُ الَّذِيْ يُؤْتٰى مِنْهُ
وَ اَنَّكَ سَبِيْلُ اللّٰهِ
وَ اَنَّكَ عَبْدُ اللّٰهِ
وَ اَخُوْ رَسُوْلِهِ [رَسُوْلِ اللّٰهِ] صَلَّى اللّٰهُ عَلَيْهِ وَ اٰلِهِ
اَتَيْتُكَ مُتَقَرِّبًا اِلَى اللّٰهِ عَزَّ وَ جَلَّ بِزِيَارَتِكَ
رَاغِبًا اِلَيْكَ فِي الشَّفَاعَةِ،
اَبْتَغِيْ بِشَفَاعَتِكَ خَلَاصَ رَقَبَتِيْ مِنَ النَّارِ
مُتَعَوِّذًا بِكَ مِنَ النَّارِ
هَارِبًا مِنْ ذُنُوْبِيَ الَّتِي احْتَطَبْتُهَا عَلٰى ظَهْرِيْ
فَزِعًا اِلَيْكَ رَجَاۤءَ رَحْمَةِ رَبِّيْ
اَتَيْتُكَ اَسْتَشْفِعُ بِكَ يَا مَوْلَايَ
وَ اَتَقَرَّبُ بِكَ اِلَى اللّٰهِ
لِيَقْضِيَ بِكَ حَوَاۤئِجِيْ
فَاشْفَعْ لِيْ يَا اَمِيْرَ الْمُؤْمِنِيْنَ اِلَى اللّٰهِ
فَاِنِّيْ عَبْدُ اللّٰهِ وَ مَوْلَاكَ وَ زَاۤئِرُكَ
وَ لَكَ عِنْدَ اللّٰهِ الْمَقَامُ الْمَحْمُوْدُ
وَ الشَّفَاعَةُ الْمَقْبُوْلَةُ
اَللّٰهُمَّ صَلِّ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ
وَ صَلِّ عَلٰى اَمِيْرِ الْمُؤْمِنِيْنَ
وَ حُجَّتِكَ عَلَى الْوَرٰى
وَ صِدِّيْقِكَ الْاَكْبَرِ
وَ سَيِّدِ الْاَوْصِيَاۤءِ
وَ رُكْنِ الْاَوْلِيَاۤءِ
وَ عِمَادِ الْاَصْفِيَاۤءِ
وَ قُدْوَةِ الصَّالِحِيْنَ
وَ اِمَامِ الْمُخْلِصِيْنَ،
الْمَعْصُوْمِ مِنَ الْخَلَلِ
الْمُهَذَّبِ مِنَ الزَّلَلِ
الْمُطَهَّرِ مِنَ الْعَيْبِ
الْمُنَزَّهِ مِنَ الرَّيْبِ
الْبَاۤئِتِ عَلٰى فِرَاشِهِ
وَ الْمُوَاسِيْ لَهُ بِنَفْسِهِ
وَ كَاشِفِ الْكَرْبِ عَنْ وَجْهِهِ
الَّذِيْ جَعَلْتَهُ سَيْفًا لِنُبُوَّتِهِ
وَ شَاهِدًا عَلٰى اُمَّتِهِ
وَ دِلَالَةً عَلٰى حُجَّتِهِ [لِحُجَّتِهِ]
وَ وِقَايَةً لِمُهْجَتِهِ
حَتّٰى هَزَمَ جُيُوْشَ الشِّرْكِ بِاِذْنِكَ
وَ اَبَادَ عَسَاكِرَ الْكُفْرِ بِاَمْرِكَ
وَ بَذَلَ نَفْسَهُ فِيْ مَرْضَاةِ رَسُوْلِكَ
وَ جَعَلَهَا وَقْفًا عَلٰى طَاعَتِهِ
فَصَلِّ اللّٰهُمَّ عَلَيْهِ صَلٰوةً دَاۤئِمَةً بَاقِيَةً۔
اَلسَّلَامُ عَلَيْكَ يَا وَلِيَّ اللّٰهِ
Salam olsun sənə ey Allahın vəlisi, qaranlıqları yaran parlaq ulduz və davamlı olan nur. Ey pakların övladı, ey Allahın sirri! Şübhəsiz, mənimlə Mütəal Allah arasında belimi bükən günahlar vardır və sənin razılığından başqa heç nə onları məhv etməz. Elə isə, sirlərini sənə əmanət və məxluqatının işlərini sənə həvalə edənin haqqına xatir Allah dərgahında mənə şəfaətçi ol, oddan mənə pənah ver və dövranın çətinlikləri qarşısında mənə dayaq ol. Mən Allahın bəndəsi və səni sevən, ziyarət edənəm. Allahın salamı olsun sənə!
يَا سَلِيْلَ الْاَطَاۤئِبِ
اِنَّ بَيْنِيْ وَ بَيْنَ اللّٰهِ تَعَالٰى ذُنُوْبًا
وَ لَا يَأْتِيْ عَلَيْهَا اِلَّا رِضَاهُ
فَبِحَقِّ مَنِائْتَمَنَكَ عَلٰى سِرِّهِ
وَ اسْتَرْعَاكَ اَمْرَ خَلْقِهِ
كُنْ لِيْ اِلَى اللّٰهِ شَفِيْعًا
وَ مِنَ النَّارِ مُجِيْرًا
وَ عَلَى الدَّهْرِ ظَهِيْرًا
فَاِنِّيْ عَبْدُ اللّٰهِ وَ وَلِيُّكَ وَ زَاۤئِرُكَ
Sonra altı rəkət ziyarət namazı qıl (iki rəkət-iki rəkət) və istəyini dilə. Daha sonra Əmirəl-möminin Əlinin (ə) qəbrinə üz tutub de:
اَلسَّلَامُ عَلَيْكَ يَاۤ اَمِيْرَ الْمُؤْمِنِيْنَ
Salam olsun sənə ey Əmirəl-möminin. Allahın salamı mənim tərəfimdən sənə olsun, nə qədər ki, mən varam (həyatdayam) və gecə-gündüz vardır.
عَلَيْكَ مِنِّيْ سَلَامُ اللّٰهِ اَبَدًا
مَا بَقِيْتُ وَ بَقِيَ اللَّيْلُ وَ النَّهَارُ۔
Sonra İmam Hüseynin (ə) qəbrinə işarə edərək de:
اَلسَّلَامُ عَلَيْكَ يَا اَبَا عَبْدِ اللّٰهِ
Salam olsun sənə ey Əba Əbdullah. Salam olsun sənə ey Rəsulallahın övladı. Sizi ziyarət etmək üçün yanınıza gəlmişəm, mənim və sizin rəbbiniz olan Mütəal Allaha təvəssül etmişəm, sizin vasitənizlə Ona üz tutmuşam və bu diləyimdə sizi Onun dərgahında şəfaətçi edirəm.
اَلسَّلَامُ عَلَيْكَ يَا ابْنَ رَسُوْلِ اللّٰهِ
اَتَيْتُكُمَا زَاۤئِرًا وَ مُتَوَسِّلًا
اِلَى اللّٰهِ تَعَالٰى رَبِّيْ وَ رَبِّكُمَا
وَ مُتَوَجِّهًا اِلَى اللّٰهِ بِكُمَا
وَ مُسْتَشْفِعًا بِكُمَا اِلَى اللّٰهِ فِيْ حَاجَتِيْ هٰذِهِ۔
Daha sonra "Dualar" bölümündə yerləşən "Əlqəmə" duasını axıra kimi oxuyun, yəni bu sözlərə kimi:
اِنَّهُ قَرِيْبٌ مُجِيْبٌ
O, bəndələrinə yaxın və duaları qəbul edəndir.
Üzü qibləyə tərəf durub həmin duanı ("Əlqəmə" duasını) əvvəldən, yəni bu cümlədən:
يَاۤ اَللّٰهُ يَاۤ اَللّٰهُ يَاۤ اَللّٰهُ
Ey Allah, ey Allah, ey Allah! Ey möhtacların diləyini icabət edən! Ey giriftarların qəm-qüssəsini aradan qaldıran!
يَا مُجِيْبَ دَعْوَةِ الْمُضْطَرِّيْنَ
وَ يَا كَاشِفَ كَرْبِ الْمَكْرُوْبِيْنَ
وَ اصْرِفْنِيْ بِقَضَاۤءِ حَاجَتِيْ
...və həm bu dünyada və həm axirət dünyasında istəklərimi yerinə yetir və bütün əzablarımı götür, ey mərhəmətlilərin ən mərhəmətlisi!
وَ كِفَايَةِ مَاۤ اَهَمَّنِيْ هَمُّهُ
مِنْ اَمْرِ دُنْيَايَ وَ اٰخِرَتِيْ
يَاۤ اَرْحَمَ الرَّاحِمِيْنَ۔
Burada əgər bu iki İmamla (ə) vidalaşmaq istəsən, de:
اَلسَّلَامُ عَلَيْكَ يَاۤ اَمِيْرَ الْمُؤْمِنِيْنَ
Ey Əmirəl-möminin, ey Əba Əbdillah, Allahın daimi salamı mənim tərəfimdən sizə olsun, nə qədər ki, gecə-gündüz vardır. Allah mənim bu ziyarətimi axırıncı ziyarət qərar verməsin və mənimlə sizin aranızda ayrılıq salmasın.
وَ السَّلَامُ عَلٰى اَبِيْ عَبْدِ اللّٰهِ الْحُسَيْنِ
مَا بَقِيْتُ وَ بَقِيَ اللَّيْلُ وَ النَّهَارُ
لَا جَعَلَهُ اللّٰهُ اٰخِرَ الْعَهْدِ مِنِّيْ لِزِيَارَتِكُمَا
وَ لَا فَرَّقَ اللّٰهُ بَيْنِيْ وَ بَيْنَكُمَا۔