ENGLISH | اردو | Roman | Azerbaijani
🏠 🔍
KUFƏ MƏSCİDİNİN ORTASININ ƏMƏLLƏRİ
Məscidin ortasına get və iki rəkət namaz qıl. Namazın birinci rəkətində Fatihədən sonra İxlas surəsini, ikinci rəkətdə Fatihədən sonra Kafirun surəsini oxu. Namazı qılıb qurtardıqdan sonra Xanım Fatimə-Zəhra (s.ə) təsbihini de. Daha sonra isə de:
اَللّٰهُمَّ اَنْتَ السَّلَامُ
Ey Allahım, salam (salamatlıq) Sənsən, salam Sənin tərəfindəndir, salam Sənə tərəf qayıdır və salam Sənin dərgahındır. Ey Rəbbimiz, Öz tərəfindən olan salamla (salamatlıqla) bizi diri saxla. Ey Allahım, bu namazı Sənin rəhmətini, razılığını və əfvini əldə etmək, həmçinin məscidini təzim etmək üçün qıldım. Ey Allahım, Məhəmmədə və Ali-Məhəmmədə salam göndər. Namazımı ən uca dərəcələrə qaldır və məndən qəbul et. Ey rəhimlilərin ən rəhimlisi!
وَ مِنْكَ السَّلَامُ
وَ اِلَيْكَ يَعُوْدُ السَّلَامُ
وَ دَارُكَ دَارُ السَّلَامِ
حَيِّنَا رَبَّنَا مِنْكَ بِالسَّلَامِ
اَللّٰهُمَّ اِنِّيْ صَلَّيْتُ هٰذِهِ الصَّلَاةَ
ابْتِغَاۤءَ رَحْمَتِكَ وَ رِضْوَانِكَ وَ مَغْفِرَتِكَ
وَ تَعْظِيْمًا لِمَسْجِدِكَ
اَللّٰهُمَّ فَصَلِّ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ
وَ ارْفَعْهَا فِيْ عِلِّيِّيْنَ
وَ تَقَبَّلْهَا مِنِّيْ يَاۤ اَرْحَمَ الرَّاحِمِيْنَ۔
Şeyx Abbas Qummi deyir: "Bu yer "Dəkkətul-merac" adlandırılıb. Belə ki, Merac gecəsi Həzrət Rəsulallah (s) Haqq-Təaladan icazə istəyib bu məkanda yerə enmiş və orada iki rəkət namaz qılıbmış."