ENGLISH | اردو | Roman | Azerbaijani
🏠 🔍
HANİ İBN URVƏNİN (R.Ə) ZİYARƏTİ
Sonra Hani ibn Urvənin (r.ə) qəbri kənarına – onun da qəbri məscidin kənarında yerləşir – get. Həzrət Rəsulallaha (s) salam dedikdən sonra de:
سَلَامُ اللّٰهِ الْعَظِيْمِ وَ صَلَوَاتُهُ
Əzəmətli Allahın salamı olsun sənə ey Hani ibn Urvə. Salam olsun sənə ey saleh (ləyaqətli) bəndə, Allah və Onun elçisinin, Əmirəl-mömininin, Həsənin və Hüseynin xeyirxahı – Allahın salamı olsun onlara! - Şəhadət verirəm ki, sən məzlumcasına qətlə yetirildin. Allah lənət etsin səni qətlə yetirən və qanını halal hesab edənlərə. Allah onların qəbrini (əzab) odu ilə doldursun. Şəhadət verirəm ki, etdiyin əmələ və xeyirxahlığa görə Allah səndən razı qaldığı bir halda sən Onunla görüşdün. Şəhadət verirəm ki, sən şəhidlərin uca dərəcəsinə yetişdin, Allah və Onun rəsuluna xeyirxahlıq yolunda çalışdığına görə ruhun səadətlilərin ruhu ilə birgə oldu. Sən canını Allah və onun razılığı yolunda fəda etdin. Elə isə Allah sənə rəhmət etsin, səndən razı qalsın, səni Məhəmməd və onun pak xanidanı ilə birgə məhşərə gətirsin, bizi və sizi onlarla birlikdə Cənnətdə bir yerə cəm etsin. Allahın salamı, rəhməti və bərəkəti olsun sənə.
عَلَيْكَ يَا هَانِيَ بْنَ عُرْوَةَ
اَلسَّلَامُ عَلَيْكَ اَيُّهَا الْعَبْدُ الصَّالِحُ
النَّاصِحُ لِلّٰهِ وَ لِرَسُوْلِهِ وَ لِاَمِيْرِ الْمُؤْمِنِيْنَ
وَ الْحَسَنِ وَ الْحُسَيْنِ عَلَيْهِمُ السَّلَامُ
اَشْهَدُ اَنَّكَ قُتِلْتَ مَظْلُوْمًا
فَلَعَنَ اللّٰهُ مَنْ قَتَلَكَ وَ اسْتَحَلَّ دَمَكَ
وَ حَشَا قُبُوْرَهُمْ نَارًا
اَشْهَدُ اَنَّكَ لَقِيْتَ اللّٰهَ وَ هُوَ رَاضٍ عَنْكَ
بِمَا فَعَلْتَ وَ نَصَحْتَ
وَ اَشْهَدُ اَنَّكَ قَدْ بَلَغْتَ دَرَجَةَ الشُّهَدَاۤءِ
وَ جُعِلَ رُوْحُكَ مَعَ اَرْوَاحِ السُّعَدَاۤءِ
بِمَا نَصَحْتَ لِلّٰهِ وَ لِرَسُوْلِهِ مُجْتَهِدًا
وَ بَذَلْتَ نَفْسَكَ فِي ذَاتِ اللّٰهِ وَ مَرْضَاتِهِ
فَرَحِمَكَ اللّٰهُ وَ رَضِيَ عَنْكَ
وَ حَشَرَكَ مَعَ مُحَمَّدٍ وَ اٰلِهِ الطَّاهِرِيْنَ
وَ جَمَعَنَا وَ اِيَّاكُمْ [اِيَّاكَ‏] مَعَهُمْ فِيْ دَارِ النَّعِيْمِ
وَ سَلَامٌ عَلَيْكَ وَ رَحْمَةُ اللّٰهِ وَ بَرَكَاتُهُ۔
Sonra iki rəkət namaz qıl və onu Haninin ruhuna hədiyyə et. Allahdan da öz diləklərini dilə.