Ey Allahım, həqiqətən mən (bir qapı) qarşısında dayanmışam,
مِنْ اَبْوَابِ بُيُوْتِ نَبِيِّكَ
Sənin peyğəmbərinin evlərinin qapılarından biri (qarşısında),
صَلَوَاتُكَ عَلَيْهِ وَ اٰلِهِ
Ona və Əhli-beytinə Sənin salavatın (salamın) olsun!
وَ قَدْ مَنَعْتَ النَّاسَ اَنْ يَدْخُلُوْۤا اِلَّا بِاِذْنِهِ
Və Sən insanları o evlərə onun icazəsi olmadan daxil olmaqdan çəkindirib
فَقُلْتَ يَاۤ اَيُّهَا الَّذِيْنَ اٰمَنُوْا
buyurmusan: "Ey iman gətirənlər,
لَا تَدْخُلُوْا بُيُوْتَ النَّبِيِّ اِلَّاۤ اَنْ يُؤْذَنَ لَكُمْ
sizə icazə verilmədən Peyğəmbərin evlərinə daxil olmayın!"
اَللّٰهُمَّ اِنِّيْۤ اَعْتَقِدُ حُرْمَةَ صَاحِبِ هٰذَا الْمَشْهَدِ الشَّرِيْفِ فِيْ غَيْبَتِهِ
Ey Allahım, mən bu şərafətli ziyarətgahın sahibinin ehtiramına (hörmətinə) qaib olduğu (bu dünyada olmadığı) zamanda da inanıram,
كَمَاۤ اَعْتَقِدُهَا فِيْ حَضْرَتِهِ
hazır olduğu zamandakı kimi inandığım tək.
وَ اعْلَمْ اَنَّ رَسُوْلَكَ وَ خُلَفَاۤءَكَ عَلَيْهِمُ السَّلَامُ
Və bilirəm ki, Sənin elçin və xəlifələrin – Salam olsun onlara! –
اَحْيَاۤءٌ عِنْدَكَ يُرْزَقُوْنَ
Sənin yanında sağdırlar və ruzi yeyirlər,
يَرَوْنَ مَقَامِيْ
onlar mənim məqamımı (dayandığım yeri) görür,
وَ يَسْمَعُوْنَ كَلَامِيْ
sözlərimi eşidir,
وَ يَرُدُّوْنَ سَلَامِيْ
və salamıma cavab verirlər.
وَ اَنَّكَ حَجَبْتَ عَنْ سَمْعِيْ كَلَامَهُمْ
Lakin Sən onların sözlərini eşitməkdə mənim qulağıma pərdə çəkmisən (maneə yaratmısan),
وَ فَتَحْتَ بَابَ فَهْمِيْ بِلَذِيْذِ مُنَاجَاتِهِمْ
və onlarla raz-niyazın şirinliyini dərki (anlama) qapımı üzümə açmısan.
وَ اِنِّيْۤ اَسْتَأْذِنُكَ يَا رَبِّ اَوَّلًا
Və ey Rəbbim, ilk əvvəl Səndən icazə istəyirəm,
وَ اَسْتَأْذِنُ رَسُوْلَكَ صَلَّى اللّٰهُ عَلَيْهِ وَ اٰلِهِ ثَانِيًا
sonra Sənin elçindən – Allahın salamı ona və xanidanına olsun – icazə istəyirəm,
وَ اَسْتَأْذِنُ خَلِيْفَتَكَ الْاِمَامَ
sonra Sənin xəlifəndən olan İmamdan icazə istəyirəm,
الْمَفْرُوْضَ عَلَيَّ طَاعَتُهُ۔۔۔۔
o kəs ki, itaətini mənə vacib etmisən...
Ziyarət etdiyin imamın adını de. Məsələn, İmam Hüseyni (ə) ziyarət edirsənsə, "əl-Huseyn ibn Əli" de. İmam Rzanı (ə) ziyarət edirsənsə, "Əli ibn Musa ər-Rza" de. Sonra de:
وَ الْمَلَاۤئِكَةَ الْمُوَكَّلِيْنَ بِهٰذِهِ الْبُقْعَةِ الْمُبَارَكَةِ ثَالِثًا
və (üçüncü olaraq) bu mübarək ziyarətgahın işlərini görən (müvəkkil olan) mələklərdən icazə istəyirəm.
اَاَدْخُلُ يَا رَسُوْلَ اللّٰهِ
Ey Rəsulallah, daxil olummu?
اَاَدْخُلُ يَا حُجَّةَ اللّٰهِ
Ey hüccətullah, daxil olummu?
اَاَدْخُلُ يَا مَلَاۤئِكَةَ اللّٰهِ الْمُقَرَّبِيْنَ
Ey Allahın müqərrəb mələkləri, daxil olummu?
الْمُقِيْمِيْنَ فِيْ هٰذَا الْمَشْهَدِ
Ey bu ziyarətgahda hazır (müqim) olan (mələklər, daxil olummu)?
فَأْذَنْ لِيْ يَا مَوْلَايَ فِي الدُّخُوْلِ
Ey mənim mövlam, daxil olmaq üçün mənə icazə ver,
اَفْضَلَ مَاۤ اَذِنْتَ لِاَحَدٍ مِنْ اَوْلِيَاۤئِكَ
dostlarından (övliyalarından) hər hansı birinə verdiyin ən yaxşı icazəni (ver).
فَاِنْ لَمْ اَكُنْ اَهْلًا لِذٰلِكَ
Mən əgər bu (icazəyə) layiq deyiləmsə,
فَاَنْتَ اَهْلٌ لِذٰلِكَ
sən ona (icazə verməyə) layiqsən.
Sonra de:
بِسْمِ اللّٰهِ وَ بِاللّٰهِ
Allahın adı ilə və Allahın (köməyi) ilə,
وَ فِيْ سَبِيْلِ اللّٰهِ
və Allahın yolunda,
وَ عَلٰى مِلَّةِ رَسُوْلِ اللّٰهِ
və Rəsulullahın milləti (dini) üzrə.
صَلَّى اللّٰهُ عَلَيْهِ وَ اٰلِهِ
Allahın salamı ona və xanidanına olsun!
اَللّٰهُمَّ اغْفِرْ لِيْ
Ey Allahım, məni bağışla,
وَ ارْحَمْنِيْ وَ تُبْ عَلَيَّ
mənə rəhm et və tövbəmi qəbul et.
اِنَّكَ اَنْتَ التَّوَّابُ الرَّحِيْمُ
Həqiqətən, Sən tövbələri qəbul edən və Rəhimsən.