İMAM HÜSEYNİN (Ə) VİDA ZİYARƏTİ
Əllamə Məclisi Seyid İbn Tavusun nəqlinə istinadən yazır: "Müstəhəbdir ki, o həzrəti ziyarət edib pak hərəmdən xaric olmaq istəyən şəxs zərihi öpsün və (əgər mümkündürsə,) belə desin:
اَلسَّلَامُ عَلَيْكَ يَا مَوْلَايَ
Salam olsun sənə ey mənim mövlam. Salam olsun sənə ey Allahın hüccəti. Salam olsun sənə ey Allahın seçdiyi. Salam olsun sənə ey Allahın xalisi (Allahın pak qəlbli bəndəsi). Salam olsun sənə ey susuz qətlə yetirilən. Salam olsun sənə ey hər qəribdən qərib. Salam olsun sənə səninlə vidalaşan o kəsin salamı ki, yorulmamış və darıxmamışdır. İndi ki gedirəm, narahatlıq üzündən getmirəm və əgər qalaramsa, Allahın səbirlilərə verdiyi vədəyə bədgüman olduğuma görə deyildir. Allah bu ziyarəti mənim axırıncı ziyarətim qərar verməsin. Yenidən sənin ziyarətgahına gəlməyi, sənin hüzurunda və hərəmində dayanmağı mənə ruzi etsin. Ondan (Allahdan) istəyirəm ki, məni sizin vasitənizlə səadətlilərdən etsin, dünya və axirətdə məni sizinlə birgə etsin.
اَلسَّلَامُ عَلَيْكَ يَا حُجَّةَ اللّٰهِ
اَلسَّلَامُ عَلَيْكَ يَا صَفْوَةَ اللّٰهِ
اَلسَّلَامُ عَلَيْكَ يَا خَالِصَةَ اللّٰهِ
اَلسَّلَامُ عَلَيْكَ يَا قَتِيْلَ الظَّمَاۤءِ
اَلسَّلَامُ عَلَيْكَ يَا غَرِيْبَ الْغُرَبَاۤءِ
اَلسَّلَامُ عَلَيْكَ سَلَامَ مُوَدِّعٍ
فَاِنْ اَمْضِ فَلَا عَنْ مَلَالَةٍ
وَ اِنْ اُقِمْ فَلَا عَنْ سُوۤءِ ظَنٍّ بِمَا وَعَدَ اللّٰهُ الصَّابِرِيْنَ
لَا جَعَلَهُ اللّٰهُ اٰخِرَ الْعَهْدِ مِنِّيْ لِزِيَارَتِكَ
وَ رَزَقَنِيَ اللّٰهُ الْعَوْدَ اِلٰى مَشْهَدِكَ
وَ الْمَقَامَ بِفِنَاۤئِكَ
وَ الْقِيَامَ فِيْ حَرَمِكَ
وَ اِيَّاهُ اَسْاَلُ اَنْ يُسْعِدَنِيْ بِكُمْ
وَ يَجْعَلَنِيْ مَعَكُمْ فِيْ الدُّنْيَا وَ الْاٰخِرَةِ۔