Ey Allahım, bura pak etdiyin bir ziyarətgahdır (məkan),
وَ عَقْوَةٌ شَرَّفْتَهَا
və şərafət bəxş etdiyin bir həyətdir,
وَ مَعَالِمُ زَكَّيْتَهَا
və pakizə etdiyin bir nişanədir.
حَيْثُ اَظْهَرْتَ فِيْهَاۤ اَدِلَّةَ التَّوْحِيْدِ
Elə bir yer ki, orada tövhid dəlillərini zahir etmisən,
وَ اَشْبَاحَ الْعَرْشِ الْمَجِيْدِ
və əzəmətli ərşinin ruhlarını (kəramətini orada göstərmisən).
الَّذِيْنَ اصْطَفَيْتَهُمْ مُلُوْكًا لِحِفْظِ النِّظَامِ
O (ruhlar) ki, onları yaradılış nizam-intizamını qoruyan hakimlər (padşahlar) seçmisən,
وَ اخْتَرْتَهُمْ رُؤَسَاۤءَ لِجَمِيْعِ الْاَنَامِ
və bütün insanların rəhbəri (rəisləri) seçmisən,
وَ بَعَثْتَهُمْ لِقِيَامِ الْقِسْطِ
və ədaləti dirçəltmək üçün onları məbus etmisən (göndərmisən),
فِيْ ابْتِدَاۤءِ الْوُجُوْدِ اِلٰى يَوْمِ الْقِيَامَةِ
yaradılışın başlanğıcından Qiyamət gününədək.
ثُمَّ مَنَنْتَ عَلَيْهِمْ بِاسْتِنَابَةِ اَنْبِيَاۤئِكَ
Sonra onları peyğəmbərlərinin canişini etməklə onlara minnət qoymusan ki,
لِحِفْظِ شَرَایِعِكَ وَ اَحْكَامِكَ
Sənin şəriətini və ehkamlarını qorusunlar.
فَاَكْمَلْتَ بِاسْتِخْلَافِهِمْ رِسَالَةَ الْمُنْذِرِيْنَ
Onların canişinliyilə qorxudub çəkindirən (inzarların) risalətini kamil etmisən,
كَمَا اَوْجَبْتَ رِیَاسَتَهُمْ فِيْ فِطَرِ الْمُكَلَّفِيْنَ
necə ki, onların rəhbərliyini mükəlləflərin fitrətində vacib qılmısan.
فَسُبْحَانَكَ مِنْ اِلٰهٍ مَاۤ اَرْاَفَكَ
Təsbih deyirəm Sənə bir məbud kimi, çünki Sən necə də mehribansan.
وَ لَاۤ اِلٰهَ اِلَّا اَنْتَ مِنْ مَلِكٍ مَاۤ اَعْدَلَكَ
Və Səndən qeyri məbud yoxdur, bir hökmdar kimi Sən necə də ədalətlisən.
حَيْثُ طَابَقَ صُنْعُكَ مَا فَطَرْتَ عَلَيْهِ الْعُقُوْلَ
Çünki Sənin fellərin (yaratdıqların) əqlin fitrətinə (tələbinə) uyğundur,
وَ وَافَقَ حُكْمُكَ مَا قَرَّرْتَهُ فِي الْمَعْقُوْلِ وَ الْمَنْقُوْلِ
və əmrin əql və nəqldə müəyyən etdiklərinə müvafiqdir.
فَلَكَ الْحَمْدُ عَلٰى تَقْدِيْرِكَ الْحَسَنِ الْجَمِيْلِ
Gözəl və bəyənilən müqəddəratına (təqdirinə) görə həmd-səna Sənə məxsusdur.
وَ لَكَ الشُّكْرُ عَلٰى قَضَاۤئِكَ الْمُعَلَّلِ بِاَكْمَلِ التَّعْلِيْلِ،
Mükəmməl illətləri (səbəbləri) olan qəzavü-qədərinə görə şükür Sənə məxsusdur.
فَسُبْحَانَ مَنْ لَا يُسْاَلُ عَنْ فِعْلِهِ
İşi (feili) barəsində sorğu-sual olunmayan kəsə təsbih deyirəm,
وَ لَا يُنَازَعُ فِيْۤ اَمْرِهِ
və əmri barəsində münaqişə olunmayan (fikirayrılığı yaranmayan) kəsə (təsbih deyirəm).
وَ سُبْحَانَ مَنْ كَتَبَ عَلٰى نَفْسِهِ الرَّحْمَةَ
Özünə rəhməti vacib (yazmış) edən kəsə təsbih deyirəm,
قَبْلَ ابْتِدَاۤءِ خَلْقِهِ
məxluqatı xəlq etməyə başlamazdan öncə.
وَ الْحَمْدُ لِلّٰهِ الَّذِيْ مَنَّ عَلَيْنَا
Həmd-səna o Allaha məxsusdur ki, bizə minnət qoydu,
بِحُكَّامٍ يَقُوْمُوْنَ مَقَامَهُ
Öz məqamında duran hakimlərlə (Öz canişinləri ilə),
لَوْ كَانَ حَاضِرًا فِي الْمَكَانِ
(ki, əgər) O, Məkanda hazır olsaydı belə (yenə də o hakimləri göndərərdi).
وَ لَاۤ اِلٰهَ اِلَّا اللّٰهُ الَّذِيْ شَرَّفَنَا بِاَوْصِيَاۤءَ
Və o Allahdan qeyri məbud yoxdur ki, canişinləri (övsiyaları) ilə bizə şərafət bəxş etdi,
يَحْفَظُوْنَ الشَّرَایِعَ فِيْ كُلِّ الْاَزْمَانِ
hər bir zamanda şəriəti (qanunları) qoruyan (canişinləri ilə).
وَ اللّٰهُ اَكْبَرُ الَّذِيْۤ اَظْهَرَهُمْ لَنَا
Əzəmətli (Böyük) Allah onları bizə zahir etdi,
بِمُعْجِزَاتٍ يَعْجُزُ عَنْهَا الثَّقَلَانِ
cin və insin (Səqəleynin) aciz qaldığı möcüzələrlə.
لَا حَوْلَ وَ لَا قُوَّةَ اِلَّا بِاللّٰهِ الْعَلِيِّ الْعَظِيْمِ
Uca və əzəmətli Allahdan qeyri pənah yeri və güc-qüvvə yoxdur.
الَّذِيْۤ اَجْرَانَا عَلٰى عَوَاۤئِدِهِ الْجَمِيْلَةِ فِي الْاُمَمِ السَّالِفِيْنَ
O (Allah) ki, keçmiş ümmətlər arasında olan gözəl nemətləri (adətləri) bizim üçün də icra etdi (müəyyən etdi).
اَللّٰهُمَّ فَلَكَ الْحَمْدُ وَ الثَّنَاۤءُ الْعَلِيُّ
Ey Allahım, həmd-səna və ucalıq Sənə məxsusdur,
كَمَا وَجَبَ لِوَجْهِكَ الْبَقَاۤءُ السَّرْمَدِيُّ
necə ki, (Sənin vəchinə) əbədilik Sənə vacibdir.
وَ كَمَا جَعَلْتَ نَبِيَّنَا خَيْرَ النَّبِيِّيْنَ
Və necə ki, bizim peyğəmbərimizi ən üstün (xeyirli) peyğəmbər qərar verdin,
وَ مُلُوْكَنَا اَفْضَلَ الْمَخْلُوْقِيْنَ
və bizim rəhbərlərimizi (padşahlarımızı) məxluqatın ən üstünü qərar verdin,
وَ اخْتَرْتَهُمْ عَلٰى عِلْمٍ عَلَى الْعَالَمِيْنَ
və elm ilə onları aləmdəkilər (aləmlər) üzərində seçdin (hakim etdin).
وَفِّقْنَا لِلسَّعْيِ اِلٰۤى اَبْوَابِهِمُ الْعَامِرَةِ اِلٰى يَوْمِ الدِّيْنِ
Qiyamətədək (Din gününədək) bizi onların abad qapılarına (doğru) səy etməyə (getməyə) müvəffəq et.
وَ اجْعَلْ اَرْوَاحَنَا تَحِنُّ اِلٰى مَوْطِئِ اَقْدَامِهِمْ،
Ruhumuzu onların qədəm basdığı yerlərə (yollarına) aşiq et (həsrətli et),
وَ نُفُوْسَنَا تَهْوِيْ النَّظَرَ اِلٰى مَجَالِسِهِمْ وَ عَرَصَاتِهِمْ
canımızı onların məclislərinə və məqamlarına (ərsələrinə) baxmağa müştaq et;
حَتّٰى كَاَنَّنَا نُخَاطِبُهُمْ فِيْ حُضُوْرِ اَشْخَاصِهِمْ
elə ki, sanki onların hüzurunda (şəxslərinin hüzurunda) onlarla danışırıq (xitab edirik).
فَصَلَّى اللّٰهُ عَلَيْهِمْ مِنْ سَادَةٍ غَاۤئِبِيْنَ
Allahın salamı olsun onlara ki, qayib sərvərlərdir,
وَ مِنْ سُلَالَةٍ طَاهِرِيْنِ
və pakların sülaləsindəndirlər,
وَ مِنْ اَئِمَّةٍ مَعْصُوْمِيْنَ
və məsum imamların (nəslindəndirlər).
اَللّٰهُمَّ فَأْذَنْ لَنَا بِدُخُوْلِ هٰذِهِ الْعَرَصَاتِ
Ey Allahım, bu (müqəddəs) ərsələrə (məkanlara) daxil olmağa bizə icazə ver,
الَّتِيْ اسْتَعْبَدْتَ بِزِيَارَتِهَاۤ اَهْلَ الْاَرَضِيْنَ وَ السَّمَاوَاتِ
o məkanlar ki, yer və göy əhlini onların ziyarətinə vadar etdin.
وَ اَرْسِلْ دُمُوْعَنَا بِخُشُوْعِ الْمَهَابَةِ
Və göz yaşlarımızı (Sənin) heybətinin təvazökarlığı (xüşusu) ilə axıt.
وَ ذَلِّلْ جَوَارِحَنَا بِذُلِّ الْعُبُوْدِيَّةِ وَ فَرْضِ الطَّاعَةِ
Və əzalarımızı bəndəliyə (zillətinə) təslim olmağa və itaətin vacibliyinə müti et (zəlil et).
حَتّٰى نُقِرَّ بِمَا يَجِبُ لَهُمْ مِنَ الْاَوْصَافِ
Ta ki, onlar üçün vacib etdiyin (onlara layiq olan) sifətləri iqrar edək,
وَ نَعْتَرِفَ بِاَنَّهُمْ شُفَعَاۤءُ الْخَلَاۤئِقِ
və etiraf edək ki, onlar məxluqatın şəfaətçiləridir,
اِذَا نُصِبَتِ الْمَوَازِيْنُ فِيْ يَوْمِ الْاَعْرَافِ
(Ərəfat) Qiyamət günü "mizan"ların (əməlləri ölçən tərəzinin) qurulduğu gün.
وَ الْحَمْدُ لِلّٰهِ وَ سَلَامٌ عَلٰى عِبَادِهِ الَّذِيْنَ اصْطَفٰى
Və Həmd Allaha məxsusdur. Salam olsun o bəndələrə ki, onları (Allah) seçdi;
مُحَمَّدٍ وَ اٰلِهِ الطَّاهِرِيْنَ۔
(bu,) Məhəmməd və onun pak Əhli-beytidir.
Sonra xüzu və xüşu ilə içəri daxil ol və bil ki, diqqət və təvazökarlıq halı o müqəddəslərin sənə daxil olmağa icazə verməsi əlamətidir.