ENGLISH | اردو | Roman | Azerbaijani
🏠 🔍
İMAM HÜSEYNİN (Ə) ALTINCI ZİYARƏTİ
Əmmar Sabati nəql edir ki, İmam Sadiq (ə) buyurdu: "O həzrətin qəbri kənarına çatdıqda de:
اَلسَّلَامُ عَلَيْكَ يَا ابْنَ رَسُوْلِ اللّٰهِ
Salam olsun sənə ey Rəsulallahın övladı. Salam olsun sənə ey Əmirəl-mömininin övladı. Salam olsun sənə ey Əba Əbdullah. Salam olsun sənə ey cənnət cavanlarının ağası, Allahın rəhməti və bərəkəti olsun sənə. Salam olsun sənə ey o kəs ki, razılığı Allahın razılığına və qəzəbi Allahın qəzəbinə görədir. Salam olsun sənə ey Allahın əmini, hüccəti və (rəhmət) dərgahı, Allaha tərəf yönəldən və dəvət edən. Şəhadət verirəm ki, sən Allahın halalını halal və Allahın haramını haram hesab etdin. Namaz qıldın, zəkat verdin, əmr bil-məruf və nəhy ənil-munkər etdin, hikmət və gözəl öyüd-nəsihətlə Rəbbinin yoluna dəvət etdin. Şəhadət verirəm ki, sən və səninlə birlikdə qətlə yetirilənlər şəhid və dirisiniz, Rəbbinizin yanında sizə ruzi verilir. Şəhadət verirəm ki, sənin qatilin oddadır. Sənin qatillərindən, səninlə müharibəyə qalxıb bir-birinə dəstək olanlardan, sənin əleyhinə qoşun hazırlayanlardan, sənin səsini eşidib sənə kömək etməyənlərdən şikayət etməklə Allahın dininə itaət edirəm. Ey kaş, sizinlə birlikdə olaydım və böyük qurtuluşa nail olaydım.
اَلسَّلَامُ عَلَيْكَ يَا ابْنَ اَمِيْرِ الْمُؤْمِنِيْنَ
اَلسَّلَامُ عَلَيْكَ يَاۤ اَبَا عَبْدِ اللّٰهِ
اَلسَّلَامُ عَلَيْكَ يَا سَيِّدَ شَبَابِ اَهْلِ الْجَنَّةِ
وَ رَحْمَةُ اللّٰهِ وَ بَرَكَاتُهُ
اَلسَّلَامُ عَلَيْكَ يَا مَنْ رِضَاهُ مِنْ رِضَى الرَّحْمٰنِ
وَ سَخَطُهُ مِنْ سَخَطِ الرَّحْمٰنِ
اَلسَّلَامُ عَلَيْكَ يَاۤ اَمِيْنَ اللّٰهِ
وَ حُجَّةَ اللّٰهِ وَ بَابَ اللّٰهِ
وَ الدَّلِيْلَ عَلَى اللّٰهِ وَ الدَّاعِيَ اِلَى اللّٰهِ
اَشْهَدُ اَنَّكَ قَدْ حَلَّلْتَ حَلَالَ اللّٰهِ
وَ حَرَّمْتَ حَرَامَ اللّٰهِ
وَ اَقَمْتَ الصَّلَاةَ
وَ اٰتَيْتَ الزَّكَاةَ
وَ اَمَرْتَ بِالْمَعْرُوْفِ
وَ نَهَيْتَ عَنِ الْمُنْكَرِ
وَ دَعَوْتَ اِلٰى سَبِيْلِ رَبِّكَ
بِالْحِكْمَةِ وَ الْمَوْعِظَةِ الْحَسَنَةِ
وَ اَشْهَدُ اَنَّكَ وَ مَنْ قُتِلَ مَعَكَ
شُهَدَاۤءُ اَحْيَاۤءٌ عِنْدَ رَبِّكُمْ تُرْزَقُوْنَ
وَ اَشْهَدُ اَنَّ قَاتِلَكَ فِيْ النَّارِ
اَدِيْنُ اللّٰهَ بِالْبَرَاۤءَةِ مِمَّنْ قَتَلَكَ
وَ مِمَّنْ قَاتَلَكَ وَ شَايَعَ عَلَيْكَ
وَ مِمَّنْ جَمَعَ عَلَيْكَ
وَ مِمَّنْ سَمِعَ صَوْتَكَ وَ لَمْ يُعِنْكَ
يَا لَيْتَنِيْ كُنْتُ مَعَكُمْ فَاَفُوْزَ فَوْزًا عَظِيْمًا۔