Allah ən ucadır.
3. Daha sonra Həzrət Peyğəmbərin (s) türbəsinin olduğu müqəddəs otağa gedin. Zirehə əlinizi sürtüb, öpüb aşağıdakıları deyin:
اَلسَّلَامُ عَلَيْكَ يَا رَسُوْلَ اللّٰهِ
Salam olsun sənə, ya Rəsulullah.
اَلسَّلَامُ عَلَيْكَ يَا نَبِيَّ اللّٰهِ
Salam olsun sənə, ey Allahın Peyğəmbəri.
اَلسَّلَامُ عَلَيْكَ يَا مُحَمَّدَ بْنَ عَبْدِ اللّٰهِ
Salam olsun sənə, Abdullahın oğlu Məhəmməd.
اَلسَّلَامُ عَلَيْكَ يَا خَاتَمَ النَّبِيِّيْنَ
Salam olsun sənə, ey peyğəmbərlərin sonuncusu!
اَشْهَدُ اَنَّكَ قَدْ بَلَّغْتَ الرِّسَالَةَ
Şəhadət verirəm ki, sən (Rəbbinin) risalətini çatdırdın,
وَ اَقَمْتَ الصَّلَاةَ
namaz qıldın (bərpa etdin),
وَ اٰتَيْتَ الزَّكَاةَ
zəkat (sədəqə) verdin,
وَ اَمَرْتَ بِالْمَعْرُوْفِ
haqqa (yaxşılığa) dəvət etdin,
وَ نَهَيْتَ عَنِ الْمُنْكَرِ
pisliklərdən çəkindirdin,
وَ عَبَدْتَ اللّٰهَ مُخْلِصًا حَتّٰىۤ اَتَاكَ الْيَقِيْنُ
və Uca Allaha səmimi qəlbdən ölüm gəlincəyə qədər ibadət (xidmət) etdin.
فَصَلَوَاتُ اللّٰهِ عَلَيْكَ وَ رَحْمَتُهُ
Allahın salavatı və rəhməti olsun sənə
وَ عَلٰۤى اَهْلِ بَيْتِكَ الطَّاهِرِيْنَ۔
və sənin pak Əhli-beytinə!
4. İbn Quləvəyh "Kamiluz-ziyarat" kitabında nəql edir ki, İmam Sadiq (ə) belə buyurdu: "Həzrət Rəsulallahın (s) qəbrinə yaxınlaşın, o həzrətə salam verin və (mümkün olduğu təqdirdə) qəbrin sağ tərəfində və həzrətin mübarək baş tərəfində olan sütunun yanında üzü qibləyə dayanın və deyin:
اَشْهَدُ اَنْ لَاۤ اِلٰهَ اِلَّا اللّٰهُ وَحْدَهُ لَا شَرِيْكَ لَهُ
Şəhadət verirəm ki, Allahdan başqa ilah yoxdur, O təkdir, şəriki yoxdur,
وَ اَشْهَدُ اَنَّ مُحَمَّدًا عَبْدُهُ وَ رَسُوْلُهُ
və şəhadət verirəm ki, Məhəmməd Onun qulu və elçisidir.
وَ اَشْهَدُ اَنَّكَ رَسُوْلُ اللّٰهِ
Və şəhadət verirəm ki, sən Allahın elçisisən,
وَ اَنَّكَ مُحَمَّدُ بْنُ عَبْدِ اللّٰهِ
və sən Abdullahın oğlu Məhəmmədsən.
وَ اَشْهَدُ اَنَّكَ قَدْ بَلَّغْتَ رِسَالَاتِ رَبِّكَ
Və şəhadət verirəm ki, sən Rəbbinin mesajlarını çatdırdın,
وَ نَصَحْتَ لِاُمَّتِكَ
ümmətinə nəsihət etdin (yaxşılığını istədin),
وَ جَاهَدْتَ فِيْ سَبِيْلِ اللّٰهِ
Allah yolunda cihad etdin,
وَ عَبَدْتَ اللّٰهَ حَتّٰىۤ اَتَاكَ الْيَقِيْنُ
və sənə yəqin (ölüm) gələnə qədər Allaha ibadət etdin;
بِالْحِكْمَةِ وَ الْمَوْعِظَةِ الْحَسَنَةِ
hikmət və gözəl öyüd-nəsihətlə,
وَ اَدَّيْتَ الَّذِيْ عَلَيْكَ مِنَ الْحَقِّ
və üzərinə düşən haqqı (vəzifəni) əda etdin.
وَ اَنَّكَ قَدْ رَؤُفْتَ بِالْمُؤْمِنِيْنَ
Və həqiqətən sən möminlərə qarşı şəfqətli (rəhmli) oldun,
وَ غَلُظْتَ عَلَى الْكَافِرِيْنَ
və kafirlərə qarşı sərt oldun.
فَبَلَغَ اللّٰهُ بِكَ اَفْضَلَ شَرَفِ مَحَلِّ الْمُكَرَّمِيْنَ
Allah səni ikram olunmuşların ən üstün şərəf məqamına çatdırdı.
الْحَمْدُ لِلّٰهِ الَّذِيْ اسْتَنْقَذَنَا بِكَ مِنَ الشِّرْكِ وَ الضَّلَالَةِ۔
Həmd olsun o Allaha ki, sənin vasitənlə bizi şirkdən və azğınlıqdan xilas etdi.
اَللّٰهُمَّ فَاجْعَلْ صَلَوَاتِكَ وَ صَلَوَاتِ مَلَاۤئِكَتِكَ الْمُقَرَّبِيْنَ
Ey Allahım, Öz salavatını və müqərrəb (yaxın) mələklərinin salavatını,
وَ اَنْبِيَاۤئِكَ الْمُرْسَلِيْنَ
və mürsəl peyğəmbərlərinin,
وَ عِبَادِكَ الصَّالِحِيْنَ
saleh bəndələrinin,
وَ اَهْلِ السَّمَاوَاتِ وَ الْاَرَضِيْنَ
göylərin və yerlərin əhlinin,
وَ مَنْ سَبَّحَ لَكَ يَا رَبَّ الْعَالَمِيْنَ
və Sənə təsbih edən hər kəsin (salavatını), ey aləmlərin Rəbbi,
مِنَ الْاَوَّلِيْنَ وَ الْاٰخِرِيْنَ
əvvəlkilərdən və sonunculardan;
عَلٰى مُحَمَّدٍ عَبْدِكَ وَ رَسُوْلِكَ
qulun və elçin Məhəmmədə (göndər),
وَ نَبِيِّكَ وَ اَمِيْنِكَ
və peyğəmbərinə və əmininə,
وَ نَجِيْبِكَ وَ حَبِيْبِكَ
və seçdiyinə və həbibinə,
وَ صَفِيِّكَ وَ خَآصَّتِكَ
və xalis qıldığın və xüsusi etdiyinə,
وَ صَفْوَتِكَ وَ خِيَرَتِكَ مِنْ خَلْقِكَ
məxluqatın arasından seçdiyinə və ən xeyirlisinə!
اَللّٰهُمَّ اَعْطِهِ الدَّرَجَةَ الرَّفِيْعَةَ
Ey Allahım, ona uca dərəcə əta et,
وَ اٰتِهِ الْوَسِيْلَةَ مِنَ الْجَنَّةِ
ona Cənnətdəki "Vəsilə"ni (uca məqamı) ver,
وَ ابْعَثْهُ مَقَامًا مَحْمُوْدًا يَغْبِطُهُ بِهِ الْاَوَّلُوْنَ وَ الْاٰخِرُوْنَ
və onu elə bir bəyənilmiş məqama (Məqam Mahmud) çatdır ki, əvvəlkilər və sonuncular ona qibtə etsin.
اَللّٰهُمَّ اِنَّكَ قُلْتَ
Ey Allahım, həqiqətən Sən buyurmusan:
وَ لَوْ اَنَّهُمْ اِذْ ظَلَمُوْۤا اَنْفُسَهُمْ جَاۤءُوْكَ فَاسْتَغْفَرُوْا اللّٰهَ
"Əgər onlar özlərinə zülm etdikləri zaman sənin yanına gəlib Allahdan bağışlanma diləsəydilər
وَ اسْتَغْفَرَ لَهُمُ الرَّسُوْلُ
və Peyğəmbər də onlar üçün bağışlanma diləsəydi,
لَوَجَدُوْا اللّٰهَ تَوَّابًا رَحِيْمًا
mütləq Allahın tövbələri qəbul edən və rəhmli olduğunu görərdilər."
وَ اِنِّيْۤ اَتَيْتُكَ مُسْتَغْفِرًا تَاۤئِبًا مِنْ ذُنُوْبِيً
Və həqiqətən mən sənin yanına günahlarımdan bağışlanma diləyərək və tövbə edərək gəldim,
وَ اِنِّيْۤ اَتَوَجَّهُ بِكَ اِلَى اللّٰهِ رَبِّيْ وَ رَبِّكَ لِيَغْفِرَ لِيْ ذُنُوْبِيْ۔
və sənin vasitənlə mənim və sənin Rəbbin olan Allaha üz tuturam ki, günahlarımı bağışlasın.
Sonra İmam Sadiq (ə) buyurdu: "Əgər bir istəyin varsa, üzü qibləyə dayan, iki əlini göyə qaldır və istəyini dilə. Ümid var ki, qəbul olunsun. İnşaallah".
5. İbn Quləvəyh Məhəmməd ibn Məsudun bir dəfə İmam Cəfər Sadiqin (ə) Həzrət Peyğəmbərin (s) ziyarətinə gəldiyini və əlini onun qəbrinin üzərinə qoyub belə dediyini gördü:
اَسْاَلُ اللّٰهَ الَّذِيْ اجْتَبَاكَ وَ اخْتَارَكَ
Səni seçən, səni ixtiyar edən (üstün tutan),
وَ هَدَاكَ وَ هَدٰى بِكَ
səni hidayət edən və sənin vasitənlə başqalarını hidayət edən Allahdan istəyirəm
اَنْ يُصَلِّيَ عَلَيْكَ۔
ki, sənə (çoxlu) salam (salavat) göndərsin.
Daha sonra İmam (ə) "Əhzab" surəsinin 56-cı ayəsini oxudu:
اِنَّ اللّٰهَ وَ مَلَاۤئِكَتَهُ يُصَلُّوْنَ عَلَى النَّبِيِّ
Həqiqətən, Allah və Onun mələkləri daim Peyğəmbərə salam (salavat) göndərirlər.
يَاۤ اَيُّهَا الَّذِيْنَ اٰمَنُوْا صَلُّوْا عَلَيْهِ وَ سَلِّمُوْا تَسْلِيْمًا۔
Ey iman gətirənlər, ona salam (salavat) göndərin və tamamilə (onun əmrinə) təslim olun.
6. "Kamiluz-ziyarat" kitabında başqa bir hədisdə İmam Sadiq (ə) buyurur: "Dua edib qurtardıqdan sonra minbərin yanında dayan, Allaha həmd-səna et, istəyini dilə. Çünki Rəsulallah (s) buyurub: "Mənim qəbrimlə minbərim arasında cənnət bağlarından biri yerləşir..." Sonra istədiyin qədər namaz qıl". Həzrəti Cəbrayılın məqamında dəyanıb bunu deyə bilərsiniz:
اَسْاَلُكَ اَيْ جَوَادُ
Səndən istəyirəm ey lütf edən,
اَيْ كَرِيْمُ
ey kərim,
اَيْ قَرِيْبُ
ey çox yaxında olan,
اَيْ بَعِيْدُ
ey uzaq olan,
اَنْ تَرُدَّ عَلَيَّ نِعْمَتَكَ۔
nemətləri mənim üçün təzələyəsən (qaytarasan).