⚙️ EN اردو RO AZ
🌐
⚙️
English اردو Roman Azerbaijani
🏠 Home ⭐ Favorites 🔍 Search ⚙ Settings 🎥 Videos
🏠 🔍
0:00
11. Xeyirli aqibət üçün İmamın (ə) etdiyi dua
بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيْمِ
Mərhəmətli və Rəhmli Allahın adı ilə!
يَا مَنْ ذِكْرُهٗ شَرَفٌ لِلذَّاكِرِيْنَ
Ey zikri zakirlərə (zikr edənlərə) şərəf sayılan!
وَ يَا مَنْ شُكْرُهٗ فَوْزٌ لِلشَّاكِرِيْنَ
Ey şükrü şakirlərə (şükür edənlərə) qurtuluş sayılan!
وَ يَا مَنْ طَاعَتُهٗ نَجَاةٌ لِلْمُطِيْعِيْنَ
Ey itaəti itaətkarlara nicat verən!
صَلِّ عَلٰى مُحَمَّدٍ وَّاٰلِهٖ وَاشْغَلْ
Məhəmməd və оnun Əhli-beytinə salavat göndər və məşğul et:
قُلُوْبَنَا بِذِكْرِكَ عَنْ كُلِّ ذِكْرٍ
qəlbimizi yalnız Öz zikrinlə (başqa zikrlərdən uzaq),
وَاَلْسِنَتَنَا بِشُكْرِكَ عَنْ كُلِّ شُكْرٍ
dilimizi yalnız Öz şükrünlə (başqa şükürlərdən uzaq)
وَ جَوَارِحَنَا بِطَاعَتِكَ عَنْ كُلِّ طَاعَةٍ
və əzalarımızı yalnız Öz itaətinlə (başqa itaətlərdən uzaq).
فَاِنْ قَدَّرْتَ لَنَا فَرَاغًا مِنْ شُغْلٍ فَاجْعَلْهُ فَرَاغَ سَلَامَةٍ
Əgər bizim üçün iş və məşğuliyyətdən bir asudəlik müqəddər etmisənsə (taleyimizə yazmısansa), bu asudəliyi salamatlıqla birgə et.
لَا تُدْرِكُنَا فِيْهِ تَبِعَةٌ
Ta ki, bu asudəlikdə heç bir pis nəticəyə (çətinliyə) giriftar оlmayaq
وَ لَا تَلْحَقُنَا فِيْهِ سَاْمَةٌ حَتّٰى
və heç bir yorğunluq və kədər bizə yetişməsin. Ta ki,
يَنْصَرِفَ عَنَّا كُتَّابُ السَّيِّئَاتِ بِصَحِيْفَةٍ خَالِيَةً مِنْ ذِكْرِ سَيِّاٰتِنَا
(günahları və) yaramaz əməlləri yazanlar, günahlarımızdan təmiz qalan dəftərlə geri qayıtsınlar
وَ يَتَوَلّٰى كُتَّابُ الْحَسَنَاتِ عَنَّا مَسْرُوْرِيْنَ بِمَا كَتَبُوْا مِنْ حَسَنَاتِنَا
və yaxşı əməlləri yazanlar, bizim yaxşı əməllərimizi yazmaqla şad halda geri dönsünlər.
وَاِذَا انْقَضَتْ اَيَّامُ حَيٰوتِنَا
Ömrümüzün günləri ötüb keçdiyi
وَتَصَرَّمَتْ مُدَدُ اَعْمَارِنَا
və həyatımızın sоna yetişdiyi vaxt
وَاسْتَحْضَرَتْنَا دَعْوَتُكَ الَّتِىْ لَا بُدَّ مِنْهَا وَ مِنْ اِجَابَتِهَا
və Sənin labüd və qaçılmaz dəvətinin (ölümün) və᾽di yetişdiyi və onu qəbul etməyə məcbur olduğumuz vaxt…
فَصَلِّ عَلٰى مُحَمَّدٍ وَاٰلِهٖ
Beləliklə, Məhəmməd və оnun Əhli-beytinə salavat göndər
وَاجْعَلْ خِتَامَ مَا تُحْصٰىْ عَلَيْنَا كَتَبَةُ اَعْمَالِنَا تَوْبَةً مَقْبُوْلَةً لَا تُوْقِفُنَا بَعْدَهَا عَلٰى
və əməllərimizi yazanların bizim üçün qeyd etdiyi son yazını qəbul оlunmuş tövbə qərar ver. Ta ki, bundan sonra bizi saxlayıb cəzalandırmayasan:
ذَنْۢبٍ اِجْتَرَحْنَاهُ
işlətdiyimiz hər hansı bir günaha görə
وَ لَا مَعْصِيَةً اِقْتَرَفْنَاهَا
və ya asi оlduğumuz (etdiyimiz) hər hansı bir xətaya görə.
وَ لَا تَكْشِفْ عَنَّا سِتْرًا سَتَرْتَهٗ عَلٰى رُؤُوْسِ الْاَشْهَادِ يَوْمَ تَبْلُوْا اَخْبَارَ عِبَادِكَ
Bəndələrinin xəbərlərini (əməllərini) aşkar etdiyin о gündə (Qiyamət günü) şahidlərin önündə bizi gizlətdiyin о örtüyü (əməllərimizin üzərindən) çəkmə.
اِنَّكَ رَحِيْمٌ بِمَنْ دَعَاكَ
Çünki Sən, Səni çağırana qarşı rəhmlisən (mehribansan)
وَ مُسْتَجِيْبٌ لِمَنْ نَادَاكَ
və Səni çağıranın dilədiyini icabət edirsən!