ENGLISH | اردو | Roman | Azerbaijani
🏠 🔍
0:00
مَنَاجَاتُ الشَّاكِّيْنَ
ŞİKAYƏT EDƏNLƏRİN MİNACATI
بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيْمِ
Rəhman və Rəhim Allahın adı ilə. Ey mənim Məbudum! Sənə şikayət edirəm o nəfsdən ki, pisliyə əmr edir və günaha tərəf çəkir. Sənə itaətsizlik etməyə hərisdir və qəzəbinə zəmin yaradır. Məni həlakət yollarına tərəf sürükləyir və məni Sənin qarşında saysız eyibləri və uzun-uzadı arzuları olan ən alçaq həlak olanlardan edir. Əgər ona bir zərər, şər toxunarsa, ah-nalə və dözümsüzlük edir. Əgər ona bir xeyir çatarsa, əsirgəyir. Ləhv-lə`bə meyil göstərir, qəflət və səhv içində qərq olmuşdur. Məni sürətlə günaha tərəf çəkir və tövbəmi təxirə salır. Ey mənim Məbudum! Sənə şikayət edirəm məni azdıran düşməndən və məni aldadan Şeytandan. Qəlbimi vəsvəsə ilə doldurmuş və nəfsi istəklər qəlbimi əhatəyə almışdır. Həvayi-nəfs (mənim həlakətimə) kömək edir, dünya məhəbbətini nəzərimdə gözəlləşdirir və mənimlə Sənə bəndə olmaq, Sənə yaxın olmaq arasında ayrılıq salır. Ey mənim Məbudum! Sənə şikayət edirəm o rəhimsiz, bərkimiş qəlbdən ki, vəsvəsə ilə dəyişmişdir və çirk-pasla, pis xislətlərlə örtülmüşdür. (Həmçinin şikayət edirəm) o gözdən ki, Sənin qorxundan ağlamaq üçün qurumuşdur və onu razı salan şeylərə meyil göstərir.
اِلٰهِىْ اِلَيْكَ اَشْكُوْ نَفْسًا بِالسُّوْ ۤءِ اَمَّارَةً، وَ اِلَى الْخَطِيْٓئَةِ مُبَادِرَةً،
Ey mənim Məbudum! Sənin qüdrətindən qeyri bir sığınacaq və güc-qüvvə yoxdur. Sənin mühafizəndən qeyri dünya giriftarlıqlarından qurtuluş yerim yoxdur. Elə isə aydın hikmətin və qaçılmaz istəyin xatirinə Səndən diləyirəm ki, məni Sənin bəxşişindən qeyri bir yerə üz tutanlardan etmə. Məni fitnələrə hədəf etmə. Düşmənlərin qarşısında mənə kömək ol. Rüsvayçılıqlarımın və eyiblərimin üstünü ört. Məni bəlalardan qoru. Məni günahlardan çəkindir, uzaq tut. Mehribanlığına və rəhmətinə xatir, ey rəhimlilərin ən rəhimlisi!
وَ بِمَعَاصِيْكَ مُوْلَعَةً، وَ لِسَخَطِكَ مُتَعَرِّضَةً، تَسْلُكُ بِىْ مَسَالِكَ الْمَهَالِكِ، وَتَجْعَلُنِىْ عِنْدَكَ اَهْوَنَ هَالِكٍ، كَثِيْرَةَ الْعِلَلِ،
طَوِيْلَةَ الْاَمَلِ، اِنْ مَسَّهَا الشَّرُّ تَجْزَعُ، وَاِنْ مَسَّهَا الْخَيْرُ تَمْنَعُ،
مَيَّالَةً اِلَى اللَّعَبِ وَ اللَّهْوِ، مَمْلُوَّةً بِالْغَفْلَةِ وَالسَّهْوِ، تُسْرِعُ بِىْ اِلَى الْحَوْبَةِ،
وَ تُسَوِّفُنِىْ بِالتَّوْبَةِ. اِلٰهِىْٓ اَشْكُوْ اِلَيْكَ عَدُوًّا يُضِلُّنِىْ، وَ شَيْطَانًا يُغْوِنِىْ، قَدْ مَلَأَ بِالْوَسْوَاسِ صَدْرِىْ،
وَ اَحَاطَتْ هَوَاجِسُه بِقَلْبِىْ، يُعَاضِدُ لِىَ الْهَوٰى، وَ يُزَيِّـنُ لِىْ حُبَّ الدُّنْيَا، وَ يَحُوْلُ بَيْنِىْ وَ بَيْنَ الطَّاعَةِ وَالزُّلْفٰى.
اِلٰهِىْٓ اِلَيْكَ اَشْكُوْ قَلْبًا قَاسِيًا، مَعَ الْوَسْوَاسِ مُتَقَلِّبًا، وَ بِالرَّيْنِ وَالطَّبْعِ مُتَلَبِّسًا،
وَ عَيْنًا عَنِ الْبُكَاۤءِ مِنْ خَوْفِكَ جَامِدَةً، وَ اِلٰى مَا يَسُرُّهَا طَامِحَةً. اِلٰهِىْ لَا حَوْلَ وَلَا قُوَّةَ اِلَّا بِقُدْرَتِكَ،
وَ لَا نَجَاةَ لِىْ مِنْ مَكَارِهِ الدُّنْيَا اِلَّا بِعِصْمَتِكَ، فَاَسْئَلُكَ بِبَلَاغَةِ حِكْمَتِكَ وَ نَفَاذِ مَشِيَّتِكَ،
اَنْ لَا تَجْعَلَنِىْ لِغَيْرِجُوْدِكَ مُتَعَرِّضًا، وَ لَا تُصَيِّرَنِىْ لِلْفِتَنِ غَرَضًا، وَ كُنْ بِىْ عَلَى الْاَعْدَاۤءِ نَاصِرًا،
وَ عَلَى الْمَخَازِىْ وَ الْعُيُوْبِ سَاتِرًا، وَ مِنَ الْبَلَاۤءِ وَاقِيًا،
وَ عَنِ الْمَعَاصِىْ عَاصِمًاۢ، بِرَافَتِكَ وَ رَحْمَتِكَ يَآ اَرْحَمَ الرَّاحِمِيْنَ