مُنَاجَاتُ الْخَاۤئِفِيْنَ
QORXANLARIN MİNACATI
بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيْمِ
Rəhman və Rəhim Allahın adı ilə. Ey mənim Məbudum! Məgər Sən, Sənə iman gətirdikdən sonra məni əzaba düçar etməyi bəyənirsənmi? Yaxud Sənə məhəbbət bəslədikdən sonra məni Özündən uzaqlaşdırmağı bəyənirsənmi? Yaxud rəhmətinə və güzəştinə ümid bəslədiyim bir halda məni məhrum etməyi bəyənirsənmi? Yaxud əfvinə sığındığım bir halda məni pənahsız qoymağı bəyənirsənmi? Məni məhrum etmək Sənin kərəmindən uzaqdır! Ey kaş biləydim ki, görəsən, anam məni bədbəxtlik üçün dünyaya gətirmiş, ya da əzab-əziyyət üçün böyütmüşdürmü? Onda ey kaş məni dünyaya gətirməyəydi və böyütməyəydi! Ey kaş biləydim ki, görəsən, məni səadətlilərdən və Özünə yaxın olanlardan qərar vermisənmi? Buna görə də gözlərim aydın və ürəyim rahat olaydı?
اِلٰهِىْ اَ تَرَاكَ بَعْدَ الْاِيْمَانِ بِكَ تُعَذِّبُنِىْ؟ اَمْ بَعْدَ حُبِّىْٓ اِيَّاكَ تُبَعِّدُنِىْ؟
Ey mənim Məbudum! Əzəmətin qarşısında torpağa düşən üzləri qara edirsənmi? Yaxud əzəmət və şövkətini sitayiş edən dilləri lal edirsənmi? Yaxud məhəbbətinlə əhatələnmiş qəlblərə möhür vurursanmı? Yaxud Sənin bəyəndiyin zikrləri eşitməkdən həzz alan qulaqları kar edirsənmi? Yaxud arzuların Sənə bəslədiyi ümidə görə dərgahına qaldırdığı əlləri zəncirləyirsənmi? Yaxud Sənə bəndə olub Sənin yolunda göstərdiyi səylərə görə zəif düşən bədənləri cəzalandırırsanmı? Yaxud Sənin bəndəliyin yolunda səy göstərən ayaqlara əzab verirsənmi? Ey mənim Məbudum! Rəhmət qapılarını müvəhhidlərin üzünə bağlama. Sənə müştaq olanları gözəl camalını görməkdən məhrum etmə.
اَمْ مَعَ رَجَاۤئِىْ لِرَحْمَتِكَ وَ صَفْحِكَ تَحْرِمُنِىْ؟ اَمْ مَعَ اسْتِجَارَتِىْ بِعَفْوِكَ تُسْلِمُنِىْ؟
Ey mənim Məbudum! Səni yeganə bilməklə uca tutan bir insanı Özündən uzaqlaşdırmaq rüsvayçılığı ilə alçaldırsanmı? Sənin məhəbbətinə qovuşmuş bir qəlbi odunun hərarəti ilə yandırırsanmı? Ey mənim Məbudum! Məni acınacaqlı qəzəbindən və böyük cəzandan pənah ver. Ey hənnan, ey mənnan, ey rəhim, ey rəhman, ey cəbbar, ey qəhhar, ey ğəffar, ey səttar! Yaxşıları və pisləri bir-birindən ayıracaqları, insanların halı dəyişiləcəyi, vəhşətlər qorxuya salacağı, yaxşıların yaxınlaşdırılacağı və pislərin uzaqlaşdırılacağı, hər kəsə qazandığı veriləcəyi və onlara zülm edilməyəcəyi zaman rəhmətinə xatir mənə cəhənnəm əzabından və eyiblərin rüsvayçılığından nicat ver!
حَاشَا لِوَجْهِكَ الْكَرِيْمِ اَنْ تُخَيِّبَنِىْ ، لَيْتَ شِعْرِىْ اَ لِلشَّقَاۤءِ وَلَدَتْنِىْ اُمِّىْ،
اَمْ لِلْعَنَاۤءِ رَبَّتْنِىْ، فَلَيْتَهَا لَمْ تَلِدْنِىْ وَ لَمْ تُرَبِّنِىْ، وَ لَيْتَنِىْ عَلِمْتُ اَ مِنْ اَهْلِ السَّعَادَةِ جَعَلْتَنِىْ،
وَ بِقُرْبِكَ وَجِوَارِكَ خَصَصْتَنِىْ، فَتَقَرَّ بِذٰلِكَ عَيْنِىْ وَ تَطْمَئِنَّ لَه نَفْسِىْ.
اِلٰهِىْ هَلْ تُسَوِّدُ وُجُوْهًا خَرَّتْ سَاجِدَةً لِعَظَمَتِكَ، اَوْ تُخْرِسُ اَلْسِنَةً نَطَقَتْ بِالثَّنَاۤءِ عَلٰى مَجْدِكَ وَ جَلَالَتِكَ،
اَوْ تَطْبَعُ عَلٰى قُلُوْبٍ انْطَوَتْ عَلٰى مَحَبَّتِكَ، اَوْ تُصِمُّ اَسْمَاعًا تَلَذَّذَتْ بِسِمَاعِ ذِكْرِكَ فِىْٓ اِرَادَتِكَ،
اَوْ تَغُلُّ اَكُفًّا رَفَعَتْهَا الْآمَالُ اِلَيْكَ رَجَاۤءَ رَافَتِكَ، اَوْ تُعَاقِبُ اَبْدَانًا عَمِلَتْ بِطَاعَتِكَ حَتّٰى نَحِلَتْ فِىْ مُجَاهَدَتِكَ،
اَوْ تُعَذِّبُ اَرْجُلًا سَعَتْ فِىْ عِبَادَتِكَ. اِلٰهِىْ لَا تُغْلِقْ عَلٰى مُوَحِّدِيْكَ اَبْوَابَ رَحْمَتِكَ،
وَ لَا تَحْجُبْ مُشْتَاقِيْكَ عَنِ النَّظَرِ اِلٰى جَمِيْلِ رُؤْيَتِكَ.
اِلٰهِىْ نَفْسٌ اَعْزَزْتَهَا بِتَوْحِيْدِكَ كَيْفَ تُذِلُّهَا بِمَهَانَةِ هِجْرَانِكَ؟
وَ ضَمِيْرٌ انْعَقَدَ عَلٰى مَوَدَّتِكَ كَيْفَ تُحْرِقُه بِحَرَارَةِ نِيْرَانِكَ؟
اِلٰهِىْ اَجِرْنِىْ مِنْ اَلِيْمِ غَضَبِكَ وَ عَظِيْمِ سَخَطِكَ، يَاحَنَّانُ يَا مَنَّانُ، يَا رَحِيْمُ يَا رَحْمٰنُ،
يَا جَبَّارُ يَا قَهَّارُ، يَا غَفَّارُ يَا سَتَّارُ، نَجِّنِىْ بِرَحْمَتِكَ مِنْ عَذَابِ النَّارِ،
وَ فَضِيْحَةِ الْعَارِ، اِذَا امْتَازَ الْأَخْيَارُ مِنَ الْأَشْرَارِ، وَ حَالَتِ الْاَحْوَالُ وَ هَالَتِ الْاَهْوَالُ،
وَ قَرُبَ الْمُحْسِنُوْنَ وَ بَعُدَ الْمُسِيْئُوْنَ،
وَ وُفِّيَتْ كُلُّ نَفْسٍ مَا كَسَبَتْ وَهُمْ لَا يُظْلَمُوْنَ.