ADİYAT (QAÇAN ATLAR) SURƏSİ
Məkkədə nazil olmuşdur, on bir ayədir.
بِسْمِ اللهِ الرَّحْمٰنِ الرَّحِيْمِ
وَالْعٰدِيٰتِ ضَبْحًا ۙ(1)
(1) And olsun tövşüyə-tövşüyə çapan (cihad) atlar(ın)a,
فَالْمُوْرِيٰتِ قَدْحًا ۙ(2)
(2) (And olsun) dırnaqları ilə daşdan qığılcım qoparan atlara,
فَالْمُغِيْرٰتِ صُبْحًا ۙ(3)
(3) (And olsun) sübh çağı (düşmən üzərinə) hücum edənlərə,
فَاَثَرْنَ بِهٖ نَقْعًا ۙ(4)
(4) Hücumları ilə toz-torpaq qaldıranlara,
فَوَسَطْنَ بِهٖ جَمْعًا ۙ(5)
(5) O hücumla (düşmənlərin) mərkəzinə yol tapanlara (and olsun) ki,
اِنَّ الْاِنْسَانَ لِرَبِّهٖ لَكَنُوْدٌ ۚ(6)
(6) Həqiqətən, insan öz Rəbbinə qarşı çox nankor, xəsis və itaətsizdir!
وَاِنَّهٗ عَلٰى ذٰلِكَ لَشَهِيْدٌ ۚ(7)
(7) Və şübhəsiz, o özü də buna şahiddir.
وَاِنَّهٗ لِحُبِّ الْخَيْرِ لَشَدِيْدٌ ؕ(8)
(8) Həqiqətən, insan mal-dövlətə fitrətən (zatən) çox hərisdir.
اَفَلَا يَعْلَمُ اِذَا بُعْثِرَ مَا فِى الْقُبُوْرِۙ(9)
(9) Məgər o bilmirmi ki, qəbirlərdə olanlar çıxarılacağı zaman (Qiyamət günü),
وَحُصِّلَ مَا فِى الصُّدُوْرِۙ(10)
(10) Və sinələrdə (ürəklərdə) olanlar (iman və küfr, fəzilətlər və rəzilətlər əməl dəftərində və camaat arasında) açılacağı zaman,
اِنَّ رَبَّهُمْ بِهِمْ يَوْمَئِذٍ لَّخَبِيْرٌ(11)
(11) Şübhəsiz, o gün onların Rəbbi hallarından xəbərdardır.