ENGLISH | اردو | Roman | Azerbaijani
🏠 🔍
ÜMMİ-DAVUD ƏMƏLİ
Rəcəbin on beşinci gününün ən mühüm əməllərindən biri "Ummi-Davud" əməlidir. Əllamə Məclisi qeyd edir ki, bu əməli Şeyx Səduq, Şeyx Tusi və Seyid İbn Tavus mötəbər sənədlərlə nəql etmişlər. Bu əməl istəklərin həyata keçməsi, qəm-qüssənin aradan qalxması, çətinliklərin həlli və zalımın zülmünün dəf edilməsində olduqca təsirlidir. (Əllamə Məclisi "Zadul-məad"da qeyd edir ki, bu dua dəfələrlə sınanmışdır.)
Şeyx Tusinin "Misbahul-mutəhəccid" kitabına istinadən (səh.808) bu əməlin qaydası belədir: Rəcəb ayının 13, 14 və 15-ci günlərini oruc tut. On beşinci gün zöhrə yaxın qüsl et. Zöhr olduqda zöhr və əsr namazlarını qıl, rüku və səcdələri layiqincə yerinə yetir. Yaxşı olar ki, Ummi-Davud əməlini xəlvət bir məkanda – heç kimin sənə mane olmayacağı və səninlə danışmayacağı bir məkanda - yerinə yetirəsən. Namazları qılıb qurtardıqdan sonra üzü qibləyə əyləşdiyin halda yüz dəfə Fatihə surəsini, yüz dəfə İxlas surəsini, on dəfə "Ayətəl-kürsi"ni, Ənam, İsra, Kəhf, Loğman, Yasin, Saffat, Fussilət, Şura, Duxan, Fəth, Vaqiə, Mulk, Qələm surələrini və İnşiqaq surəsindən başlayaraq Quranın sonuncu surəsinədək oxu.
Surələri oxuduqdan sonra üzü qibləyə əyləşdiyin vəziyyətdə bu duanı oxu:
صَدَقَ اللّٰهُ الْعَظِيْمُ
Əzəmətli Allah doğru dedi: o Allah ki, Ondan qeyri ilah yoxdur, diri və əbədidir, cəlalət və ikram sahibidir, rəhman və rəhimdir, helmli və kərimdir; o Allah ki, Onun bənzəri yoxdur, eşidən və biləndir, görən və xəbərdardır. Allah şəhadət verir (şahidlik edir) ki, Ondan qeyri ilah yoxdur, mələklər və elm sahibləri də şəhadət verirlər ki, Ondan qeyri ilah yoxdur; O, daim ədalətlə rəftar edir, Ondan qeyri ilah yoxdur, izzətli və hikmətlidir; Onun girami peyğəmbərləri bunu (bu şahidliyi) çatdırmışlar və mən də buna şəhadət verirəm. Ey Allahım, həmd-səna və alicənablıq Sənə aiddir, izzət və fəxr Sənə aiddir, üstün olmaq və nemət bəxş etmək Sənə aiddir, əzəmət və rəhmət Sənə aiddir, şöhrət və səltənət Sənə aiddir, cəlalət və lütf Sənə aiddir, təsbih və təqdis Sənə aiddir, təhlil (Lə͂ ilə͂hə illəlla͂h) və təkbir (Əlla͂hu əkbər) Sənə aiddir; görünənlər və görünməyənlər Sənindir, uca asimanlarda və yerin altında olanlar Sənindir, yerin alt qatlarında olanlar Sənindir, axirət və dünya Sənindir; Səni razı salan həmd-səna, şükür və nemət bəxş etmə Sənə aiddir. Ey Allahım, salam göndər Cəbrailə - Sənin vəhyinin əmanətdarına, Sənin əmrlərinə itaətə qadir olana, Sənin asimanlarında və böyüklük məqamlarında itaət olunana, kəlamını gətirənə, peyğəmbərlərinin yavərinə və düşmənlərini məhv edənə. Ey Allahım, salam göndər Mikailə - Sənin rəhmət mələyinə, Sənin mehribanlığını (zahir etmək) üçün yaradılana, Sənə müti bəndələrə bağışlanma diləyənə və onlara kömək edənə. Ey Allahım, salam göndər İsrafilə - Sənin ərşini daşıyana, Surun sahibinə, Sənin əmrini gözləyənə və Sənin xofundan qorxuya düşənə. Ey Allahım, salam göndər Sənin ərşini daşıyan pak məxluqlara, Sənin girami, yaxşı əməl sahibi və pakizə səfirlərinə, (yazıları) yazan girami mələklərinə, cənnət mələklərinə, cəhənnəmin gözətçilərinə, ölüm mələyinə və onun köməkçilərinə, ey cəlalət və ikram sahibi! Ey Allahım, salam göndər Sənin heyrətamiz məxluqun olan atamız Adəmə: o kəs ki, onu mələklərinin səcdəsi ilə girami etdin və Cənnətini ona mübah etdin. Ey Allahım, salam göndər anamız Həvvayə - çirkinliklərdən pakizə olana, günahlardan pak olana, insanlardan üstün olana, qüdsilərin məqamlarında get-gəl edənə. Ey Allahım, salam göndər Habilə, Şeysə, İdrisə, Nuha, Huda, Salehə, İbrahimə, İsmailə, İshaqa, Yəquba, Yusifə və əsbata (Yəqubun övladlarından olan peyğəmbərlərə), Luta, Şueybə, Əyyuba, Musaya, Haruna, "Yuşə"yə, "Mişa"ya, Xızıra, Zul-qərneynə, Yunisə, İlyasa, əl-Yəsəyə, Zil-Kiflə, Taluta, Davuda, Suleymana, Zəkəriyaya, "Şə`ya"ya, Yəhyaya, Turəxə, Məttaya, İrmiyaya, Həyquqəyə, Daniyala, Uzeyrə, İsaya, Şəm`una, Circisə, onların köməkçilərinə və ardıcıllarına, Xalidə, Hənzələyə və Loğmana. Ey Allahım, Məhəmmədə və Ali-Məhəmmədə salam göndər, Məhəmmədə və Ali-Məhəmmədə rəhmət göndər, Məhəmmədə və Ali-Məhəmmədə bərəkət ver, necə ki, İbrahimə və onun xanidanına salam və rəhmət göndərib bərəkət vermisən, həqiqətən Sən həmd olunan və sitayişə layiqsən. Ey Allahım, salam göndər canişinlərə, səadətlilərə, şəhidlərə və hidayət edən imamlara. Ey Allahım, salam göndər seçilən kişilərə, islah olunmuşlara, camaatın xidmətində olan ibadətkarlara, abidlərə, muxlislərə, zahidlərə və çalışanlara; Məhəmmədə və onun Əhli-beytinə ən üstün salamları və ən böyük kəramətləri məxsus et; mənim tərəfimdən onun ruhuna və cisminə salam göndər, onun fəzilətini, şərafətini və kərəmini artır, ta onu peyğəmbərlərin və elçilərindən olan şərafətlilərin, müqərrəblərdən olan fəzilətlilərin dərəcələrinə çatdırasan. Ey Allahım, adını çəkdiyim və ya çəkmədiyim mələklərinə, peyğəmbərlərinə, elçilərinə və Sənə itaət edənlərə salam göndər; mənim salamlarımı onlara və onların ruhuna çatdır; onları mənim din qardaşlarım və duada köməkçilərim qərar ver. Ey Allahım, Səni Özünə şəfaətçi qərar verirəm; kərəminə çatmaq üçün kərəmini, səxavətinə çatmaq üçün səxavətini, rəhmətinə çatmaq üçün rəhmətini və dərgahına çatmaq üçün bəndələrini şəfaətçi qərar verirəm. Ey Allahım, onların Səndən istədiklərinin hamısını Səndən istəyirəm: o istəklər ki, dəyərli və həyata keçmişdir, qəbul olunmuş və ümid yaradandır. Ey Allah, ey rəhman, ey rəhim, ey helmli, ey kərim, ey əzəmətli, ey cəlalətli, ey ehsan edən, ey gözəl, ey hami, ey vəkil, ey bağışlayan, ey pənah verən, ey xəbərdar, ey nurlu, ey həlak edən, ey əlçatmaz, ey geri döndərən, ey yerbəyer edən, ey böyük, ey qüdrətli, ey görən, ey şükrü qəbul edən, ey yaxşılıq edən, ey pak, ey pakizə, ey qalib, ey aşkar, ey gizlin, ey örtən, ey əhatəsi olan, ey qadir, ey qoruyan, ey şəni uca, ey yaxın, ey mehriban, ey bəyənilən, ey alicənab, ey başlayan, ey geri qaytaran, ey şahid, ey ehsan sahibi, ey gözəllik bəxş edən, ey nemət verən, ey artıran, ey alan, ey açan, ey hidayət edən, ey göndərən, ey yol göstərən, ey möhkəm edən, ey əta edən, ey məhrum edən, ey dəf edən, ey ucaldan, ey baqi, ey saxlayan, ey xaliq, ey bəxş edən, ey tövbəni qəbul edən, ey çətinlikləri həll edən, ey nemət verən, ey fərəh bəxş edən, ey o kəs ki, açarlar Onun əlindədir, ey fayda çatdıran, ey mehr-məhəbbətli, ey mehriban, ey kifayət edən, ey şəfa verən, ey əvf edən, ey cəza verən, ey vəfa edən, ey iqtidar sahibi, ey girami, ey qadir, ey iqtidarlı, ey səlamətlik səbəbi, ey aman verən, ey yeganə, ey ehtiyacsız, ey nur, ey idarə edən, ey tək, ey yeganə, ey pakizə, ey yavər, ey həmdəm, ey (ölüləri) ayağa qaldıran, ey varis, ey alim, ey hakim, ey aşkar edən, ey uca, ey surət verən, ey salamatlıq bəxş edən, ey sevən, ey yenilməz, ey əbədi, ey elmli, ey hikmətli, ey bəxş edən, ey vücuda gətirən, ey yaxşılıq edən, ey sərvər yaradan, ey ədalətli, ey ayırd edən, ey hökm verən, ey məhəbbətli, ey əliaçıq, ey eşidən, ey yaradan, ey sığınacaq verən, ey dəyişdirən, ey yayan, ey bağışlayan, ey qədim, ey asan edən, ey rahat edən, ey öldürən, ey dirildən, ey mənfəət verən, ey ruzi verən, ey iqtidar sahibi, ey səbəb yaradan, ey fəryada çatan, ey ehtiyacsız edən, ey razı salan, ey xəlq edən, ey rasid, ey vahid, ey hazır, ey əvəz verən, ey qoruyan, ey çətin tutan, ey haraya gələn, ey aid edən, ey alan. Ey o kəs ki, ucasan və ucalığa layiqsən, uca məqamdasan; ey o kəs ki, yaxınsan və daha yaxınsan, (zehnlərdən) uzaqsan və daha uzaqsan, sirləri və gizlini bilirsən; ey o kəs ki, qəzavü-qədər Sənin əlindədir; ey o kəs ki, çətinliklər sənə asan və rahatdır; ey o kəs ki, istədiyinə qadirsən. Ey küləyi göndərən, ey sübhü açan, ey ruhları ayağa qaldıran, ey bəxşiş və güzəşt sahibi, ey əldən çıxanları geri qaytaran, ey ölüləri dirildən, ey pərakəndə olanları bir yerə cəm edən, ey istədiyinə (hesabsız) ruzi verən, ey istəyini istədiyi şəkildə yerinə yetirən, ey cəlalət və ikram sahibi, ey diri və ey əbədi, ey heç bir diri olmadığı vaxt diri olan, ey diri və ey ölüləri dirildən, ey o diri ki, Səndən qeyri ilah yoxdur, ey göyləri və yeri vücuda gətirən. Ey Məbudum və Ağam, Məhəmməd və Ali-Məhəmmədə salam göndər, Məhəmmədə və Ali-Məhəmmədə rəhmət göndər, Məhəmmədə və Ali-Məhəmmədə bərəkət ver, necə ki, İbrahimə və Ali-İbrahimə salam və rəhmət göndərib bərəkət vermisən, həqiqətən Sən həmd olunan və sitayişə layiqsən. Sənin qarşında zillətimə, ehtiyacıma, əliboş olmağıma, tənhalığıma, kimsəsizliyimə və təvazökarlığıma, Sənə olan etimadıma və Sənin dərgahında etdiyim ah-zara rəhm et. Səni çağırıram zəlil bir təvazökar, qorxmuş bir qəlbisınıq, nigaran olan bir möhtac, qədir-qiyməti olmayan bir həqir, ehtiyac içində olan bir ac, sığınmış bir pənah axtaran, günahını iqrar edən və ona görə bağışlanma istəyən, Rəbbinin dərgahında nalə çəkən bir kimsə kimi; (Səni çağırıram) etimad etdiyi dostları onu tək qoymuş və dostları tərəfindən tərk olunmuş, dərdi böyümüş bir kimsə kimi; (Səni çağırıram) qəmli bir ürəyi dağlanmış, qədir-qiyməti olmayan bir zəif və Sənə sığınmış çarəsiz bir möhtac kimi. Ey Allahım, Səndən istəyirəm, çünki Sən hökmdarsan, istədiyin iş olur və istədiyinə qadirsən; Səndən istəyirəm bu "haram ay"ın, Beytul-həramın (Kəbə evinin), Bələdul-həramın (Məkkə şəhərinin), "Rukn" və "Məqam"ın, həccin əzəmətli məkanlarının (Ərəfat, Məş`ər, Mina) hörmətinə xatir, peyğəmbərin Məhəmmədə - ona və xanidanına salam olsun – xatir; ey o kəs ki, Adəmə Şeysi və İbrahimə İsmail ilə İshaqı əta etdin; ey o kəs ki, Yusifi Yaquba qaytardın; ey o kəs ki, imtahana çəkdikdən sonra Əyyubun çətinliyini aradan qaldırdın; ey Musanı anasına qaytaran və Xızırın elmini artıran; ey o kəs ki, Suleymanı Davuda, Yəhyanı Zəkəriyyaya və İsanı Məryəmə əta edən; ey Şueybin qızını qoruyan və (uşaqlıqda və ömrünün sonrakı çağlarında) Musaya hami olan; Səndən istəyirəm ki, Məhəmmədə və Ali-Məhəmmədə salam göndərəsən; (Səndən istəyirəm ki,) mənim bütün günahlarımı bağışlayasan və əzabdan mənə pənah verəsən, mənə Öz razılığını, amanını, ehsanını, məğfirətini (bağışlamağını) və Cənnətini vacib edəsən; Səndən istəyirəm ki, mənimlə məni incidənlərin arasındakı düyünləri açasan, bütün qapıları mənim üzümə açasan, hər çətinliyi mənim üçün asan edəsən, bədağızların dedi-qodularını məndən uzaq edəsən, bütün zalımları məndən uzaq edəsən, mənim düşmənlərimi və mənə həsəd aparanları başıaşağı edəsən, zalımları məndən uzaqlaşdırasan; mənimlə istəklərim arasında fasilə salan, mənimlə Sənə itaət arasında ayrılıq salmağa və məni Sənə ibadətdən uzaqlaşdırmağa çalışan hər şeyi məndən uzaqlaşdırasan. Ey üsyankar cinləri cilovlayan və itaətsizlik edən şeytanlara müsəllət olan, ey zorakılıq edən üsyankarları xar edən və təkəbbürlülərin məkrlərini müstəzəflərdən uzaq edən! Səndən istəyirəm istəyini həyata keçirməyə yetən qüdrətinə xatir və istənilən istəyinin həyata keçməsinin asan olmasına xatir, mənim istəyimi Özün istədiyin şəkildə həyata keçir.
الَّذِيْ لَا اِلٰهَ اِلَّا هُوَ
الْحَيُّ الْقَيُّوْمُ
ذُو الْجَلَالِ وَ الْاِكْرَامِ
الرَّحْمٰنُ الرَّحِيْمُ
الْحَلِيْمُ الْكَرِيْمُ
الَّذِيْ لَيْسَ كَمِثْلِهِ شَيْ‏ءٌ
وَ هُوَ السَّمِيْعُ الْعَلِيْمُ
الْبَصِيْرُ الْخَبِيْرُ
شَهِدَ اللّٰهُ اَنَّهُ لَا اِلٰهَ اِلَّا هُوَ
وَ الْمَلَاۤئِكَةُ وَ اُوْلُوا الْعِلْمِ
قَاۤئِمًا بِالْقِسْطِ
لَا اِلٰهَ اِلَّا هُوَ الْعَزِيْزُ الْحَكِيْمُ
وَ بَلَّغَتْ رُسُلُهُ الْكِرَامُ
وَ اَنَا عَلٰى ذَالِكَ مِنَ الشَّاهِدِيْنَ
اَللّٰهُمَّ لَكَ الْحَمْدُ
وَ لَكَ الْمَجْدُ
وَ لَكَ الْعِزُّ
وَ لَكَ الْفَخْرُ
وَ لَكَ الْقَهْرُ
وَ لَكَ النِّعْمَةُ
وَ لَكَ الْعَظَمَةُ
وَ لَكَ الرَّحْمَةُ
وَ لَكَ الْمَهَابَةُ
وَ لَكَ السُّلْطَانُ
وَ لَكَ الْبَهَاءُ
وَ لَكَ الْاِمْتِنَانُ
وَ لَكَ التَّسْبِيْحُ
وَ لَكَ التَّقْدِيْسُ
وَ لَكَ التَّهْلِيْلُ
وَ لَكَ التَّكْبِيْرُ
وَ لَكَ مَا يُرَىٰ
وَ لَكَ مَا لَا يُرَىٰ
وَ لَكَ مَا فَوْقَ السَّمَاوَاتِ الْعُلَىٰ،
وَ لَكَ مَا تَحْتَ الثَّرَىٰ
وَ لَكَ الْاَرَضُوْنَ السُّفْلٰى
وَ لَكَ الْآخِرَةُ وَ الْأُوْلٰى
وَ لَكَ مَا تَرْضَىٰ بِهِ مِنَ الثَّنَاءِ وَ الْحَمْدِ
وَ الشُّكْرِ وَ النَّعْمَاءِ
اَللّٰهُمَّ صَلِّ عَلٰى جَبْرَئِيْلَ
اَمِيْنِكَ عَلٰى وَحْيِكَ
وَ الْقَوِيِّ عَلٰى اَمْرِكَ
وَ الْمُطَاعِ فِي سَمَاوَاتِكَ وَ مَحَالِّ كَرَامَاتِكَ
الْمُتَحَمِّلِ لِكَلِمَاتِكَ
النَّاصِرِ لِاَنْبِيَاۤئِكَ
الْمُدَمِّرِ لِاَعْدَاۤئِكَ
اَللّٰهُمَّ صَلِّ عَلٰى مِيْكَاۤئِيْلَ
مَلَكِ رَحْمَتِكَ
وَ الْمَخْلُوْقِ لِرَأْفَتِكَ
وَ الْمُسْتَغْفِرِ الْمُعِيْنِ لِاَهْلِ طَاعَتِكَ
اَللّٰهُمَّ صَلِّ عَلَى اِسْرَافِيْلَ
حَامِلِ عَرْشِكَ
وَ صَاحِبِ الصُّوْرِ
الْمُنْتَظِرِ لِاَمْرِكَ
الْوَجِلِ الْمُشْفِقِ مِنْ خِيْفَتِكَ
اَللّٰهُمَّ صَلِّ عَلٰى حَمَلَةِ الْعَرْشِ الطَّاهِرِيْنَ،
وَ عَلَى السَّفَرَةِ الْكِرَامِ
الْبَرَرَةِ الطَّيِّبِيْنَ
وَ عَلٰى مَلَاۤئِكَتِكَ الْكِرَامِ الْكَاتِبِيْنَ
وَ عَلٰى مَلَاۤئِكَةِ الْجِنَانِ
وَ خَزَنَةِ النِّيْرَانِ
وَ مَلَكِ الْمَوْتِ وَ الْاَعْوَانِ
يَا ذَا الْجَلَالِ وَ الْاِكْرَامِ
اَللّٰهُمَّ صَلِّ عَلٰى اَبِيْنَا آدَمَ
بَدِيْعِ فِطْرَتِكَ
الَّذِيْ كَرَّمْتَهُ بِسُجُوْدِ مَلَاۤئِكَتِكَ
وَ اَبَحْتَهُ جَنَّتَكَ
اَللّٰهُمَّ صَلِّ عَلٰى اُمِّنَا حَوَّاءَ
الْمُطَهَّرَةِ مِنَ الرِّجْسِ
الْمُصَفَّاةِ مِنَ الدَّنَسِ
الْمُفَضَّلَةِ مِنَ الْاِنْسِ
الْمُتَرَدِّدَةِ بَيْنَ مَحَالِّ الْقُدْسِ
اَللّٰهُمَّ صَلِّ عَلٰى هَابِيْلَ وَ شَيْثٍ
وَ اِدْرِيْسَ وَ نُوْحٍ
وَ هُوْدٍ وَ صَالِحٍ
وَ اِبْرَاهِيْمَ وَ اِسْمَاعِيْلَ
وَ اِسْحَاقَ وَ يَعْقُوْبَ
وَ يُوْسُفَ وَ الْاَسْبَاطِ
وَ لُوْطٍ وَ شُعَيْبٍ
وَ اَيُّوْبَ وَ مُوْسَىٰ
وَ هَارُوْنَ وَ يُوْشَعَ
وَ مِيْشَا وَ الْخِضْرِ
وَ ذِي الْقَرْنَيْنِ وَ يُوْنُسَ
وَ اِلْيَاسَ وَ الْيَسَعِ
وَ ذِي الْكِفْلِ وَ طَالُوْتَ
وَ دَاوُدَ وَ سُلَيْمَانَ
وَ زَكَرِيَّا وَ شَعْيَا
وَ يَحْيَىٰ وَ تُوْرَخَ
وَ مَتَّى وَ اِرْمِيَا
وَ حَيْقُوْقَ وَ دَانِيَالَ
وَ عُزَيْرٍ وَ عِيْسَىٰ
وَ شَمْعُوْنَ وَ جِرْجِيْسَ
وَ الْحَوَارِيِّيْنَ وَ الْاَتْبَاعِ
وَ خَالِدٍ وَ حَنْظَلَةَ وَ لُقْمَانَ
اَللّٰهُمَّ صَلِّ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ
وَ ارْحَمْ مُحَمَّدًا وَ آلَ مُحَمَّدٍ
وَ بَارِكْ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ
كَمَا صَلَّيْتَ وَ رَحِمْتَ [وَ تَرَحَّمْتَ‏] وَ بَارَكْتَ عَلٰى اِبْرَاهِيْمَ وَ اٰلِ اِبْرَاهِيْمَ
اِنَّكَ حَمِيْدٌ مَجِيْدٌ
اَللّٰهُمَّ صَلِّ عَلَى الْاَوْصِيَاءِ وَ السُّعَدَاءِ
وَ الشُّهَدَاءِ وَ اَئِمَّةِ الْهُدَىٰ،
اَللّٰهُمَّ صَلِّ عَلَى الْاَبْدَالِ وَ الْاَوْتَادِ
وَ السُّيَّاحِ وَ الْعُبَّادِ
وَ الْمُخْلِصِيْنَ وَ الزُّهَّادِ
وَ اَهْلِ الْجِدِّ وَ الْاِجْتِهَادِ
وَ اخْصُصْ مُحَمَّدًا وَ اَهْلَ بَيْتِهِ بِاَفْضَلِ صَلَوَاتِكَ
وَ اَجْزَلِ كَرَامَاتِكَ
وَ بَلِّغْ رُوْحَهُ وَ جَسَدَهُ مِنِّي تَحِيَّةً وَ سَلَامًا
وَ زِدْهُ فَضْلًا وَ شَرَفًا وَ كَرَمًا
حَتَّىٰ تُبَلِّغَهُ اَعْلٰى دَرَجَاتِ اَهْلِ الشَّرَفِ
مِنَ النَّبِيِّيْنَ وَ الْمُرْسَلِيْنَ
وَ الْاَفَاضِلِ الْمُقَرَّبِيْنَ
اَللّٰهُمَّ وَ صَلِّ عَلٰى مَنْ سَمَّيْتُ وَ مَنْ لَمْ اُسَمِّ
مِنْ مَلَاۤئِكَتِكَ وَ اَنْبِيَاۤئِكَ
وَ رُسُلِكَ وَ اَهْلِ طَاعَتِكَ
وَ اَوْصِلْ صَلَوَاتِي اِلَيْهِمْ وَ اِلٰى اَرْوَاحِهِمْ
وَ اجْعَلْهُمْ اِخْوَانِي فِيْكَ
وَ اَعْوَانِي عَلٰى دُعَاۤئِكَ
اَللّٰهُمَّ اِنِّي اَسْتَشْفِعُ بِكَ اِلَيْكَ
وَ بِكَرَمِكَ اِلٰى كَرَمِكَ
وَ بِجُوْدِكَ اِلٰى جُوْدِكَ
وَ بِرَحْمَتِكَ اِلٰى رَحْمَتِكَ،
وَ بِاَهْلِ طَاعَتِكَ اِلَيْكَ
وَ اَسْاَلُكَ اَللّٰهُمَّ بِكُلِّ مَا سَاَلَكَ بِهِ اَحَدٌ مِنْهُمْ
مِنْ مَسْاَلَةٍ شَرِيْفَةٍ غَيْرِ مَرْدُوْدَةٍ
وَ بِمَا دَعَوْكَ بِهِ مِنْ دَعْوَةٍ مُجَابَةٍ غَيْرِ مُخَيَّبَةٍ
يَا اللّٰهُ يَا رَحْمَانُ يَا رَحِيْمُ
يَا حَلِيْمُ يَا كَرِيمُ يَا عَظِيْمُ
يَا جَلِيْلُ يَا مُنِيْلُ يَا جَمِيْلُ
يَا كَفِيْلُ يَا وَكِيْلُ يَا مُقِيْلُ
يَا مُجِيْرُ يَا خَبِيْرُ
يَا مُنِيْرُ يَا مُبِيْرُ
يَا مَنِيْعُ يَا مُدِيْلُ يَا مُحِيْلُ
يَا كَبِيْرُ يَا قَدِيْرُ يَا بَصِيْرُ
يَا شَكُوْرُ يَا بَرُّ
يَا طُهْرُ يَا طَاهِرُ
يَا قَاهِرُ يَا ظَاهِرُ
يَا بَاطِنُ يَا سَاتِرُ
يَا مُحِيْطُ يَا مُقْتَدِرُ
يَا حَفِيْظُ يَا مُتَجَبِّرُ
يَا قَرِيْبُ يَا وَدُوْدُ
يَا حَمِيْدُ يَا مَجِيْدُ
يَا مُبْدِئُ يَا مُعِيْدُ يَا شَهِيْدُ
يَا مُحْسِنُ يَا مُجْمِلُ
يَا مُنْعِمُ يَا مُفْضِلُ
يَا قَابِضُ يَا بَاسِطُ
يَا هَادِيْ، يَا مُرْسِلُ
يَا مُرْشِدُ يَا مُسَدِّدُ
يَا مُعْطِي يَا مَانِعُ
يَا دَافِعُ يَا رَافِعُ
يَا بَاقِي ْيَا وَاقِيْ
يَا خَلَّاقُ يَا وَهَّابُ
يَا تَوَّابُ يَا فَتَّاحُ
يَا نَفَّاحُ يَا مُرْتَاحُ
يَا مَنْ بِيَدِهِ كُلُّ مِفْتَاحٍ
يَا نَفَّاعُ يَا رَءُوْفُ يَا عَطُوْفُ
يَا كَافِيْ يَا شَافِيْ
يَا مُعَافِيْ يَا مُكَافِيْ
يَا وَفِيُّ يَا مُهَيْمِنُ
يَا عَزِيْزُ يَا جَبَّارُ
يَا مُتَكَبِّرُ يَا سَلَامُ يَا مُؤْمِنُ
يَا اَحَدُ يَا صَمَدُ
يَا نُوْرُ يَا مُدَبِّرُ
يَا فَرْدُ يَا وِتْرُ
يَا قُدُّوْسُ يَا نَاصِرُ
يَا مُوْنِسُ يَا بَاعِثُ يَا وَارِثُ
يَا عَالِمُ يَا حَاكِمُ
يَا بَادِيْ يَا مُتَعَالِي
يَا مُصَوِّرُ يَا مُسَلِّمُ يَا مُتَحَبِّبُ
يَا قَاۤئِمُ يَا دَاۤئِمُ
يَا عَلِيْمُ يَا حَكِيْمُ
يَا جَوَادُ يَا بَارِئُ
يَا بَارُّ يَا سَارُّ
يَا عَدْلُ يَا فَاصِلُ
يَا دَيَّانُ يَا حَنَّانُ يَا مَنَّانُ،
يَا سَمِيْعُ يَا بَدِيْعُ
يَا خَفِيْرُ يَا مُعِينُ [مُغَيِّرُ]
يَا نَاشِرُ يَا غَافِرُ
يَا قَدِيْمُ يَا مُسَهِّلُ يَا مُيَسِّرُ
يَا مُمِيْتُ يَا مُحْيِيْ
يَا نَافِعُ يَا رَازِقُ
يَا مُقْتَدِرُ [مُقَدِّرُ] يَا مُسَبِّبُ
يَا مُغِيْثُ يَا مُغْنِيْ يَا مُقْنِيْ
يَا خَالِقُ يَا رَاصِدُ يَا وَاحِدُ
يَا حَاضِرُ يَا جَابِرُ
يَا حَافِظُ يَا شَدِيْدُ
يَا غِيَاثُ يَا عَاۤئِدُ يَا قَابِضُ
يَا مَنْ عَلَا فَاسْتَعْلٰى
فَكَانَ بِالْمَنْظَرِ الْاَعْلٰى
يَا مَنْ قَرُبَ فَدَنَا
وَ بَعُدَ فَنَاَىٰ
وَ عَلِمَ السِّرَّ وَ اَخْفَى
يَا مَنْ اِلَيْهِ التَّدْبِيْرُ وَ لَهُ الْمَقَادِيْرُ
وَ يَا مَنِ الْعَسِيْرُ عَلَيْهِ سَهْلٌ يَسِيْرٌ
يَا مَنْ هُوَ عَلٰى مَا يَشَاءُ قَدِيْرٌ
يَا مُرْسِلَ الرِّيَاحِ
يَا فَالِقَ الْاِصْبَاحِ
يَا بَاعِثَ الْاَرْوَاحِ
يَا ذَا الْجُوْدِ وَ السَّمَاحِ
يَا رَادَّ مَا قَدْ فَاتَ
يَا نَاشِرَ الْاَمْوَاتِ
يَا جَامِعَ الشَّتَاتِ،
يَا رَازِقَ مَنْ يَشَاءُ بِغَيْرِ حِسَابٍ
وَ يَا فَاعِلَ مَا يَشَاءُ كَيْفَ يَشَاءُ
وَ يَا ذَا الْجَلَالِ وَ الْاِكْرَامِ
يَا حَيُّ يَا قَيُّوْمُ
يَا حَيًّا حِيْنَ لَا حَيَّ
يَا حَيُّ يَا مُحْيِيَ الْمَوْتٰى
يَا حَيُّ لَا اِلٰهَ اِلَّا اَنْتَ
بَدِيْعُ السَّمَاوَاتِ وَ الْاَرْضِ
يَا اِلٰهِيْ وَ سَيِّدِيْ
صَلِّ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ
وَ ارْحَمْ مُحَمَّدًا وَ آلَ مُحَمَّدٍ
وَ بَارِكْ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ
كَمَا صَلَّيْتَ وَ بَارَكْتَ وَ رَحِمْتَ [تَرَحَّمْتَ‏] عَلٰى اِبْرَاهِيْمَ وَ اٰلِ اِبْرَاهِيْمَ
اِنَّكَ حَمِيْدٌ مَجِيْدٌ
وَ ارْحَمْ ذُلِّي وَ فَاقَتِيْ
وَ فَقْرِيْ وَ انْفِرَادِيْ وَ وَحْدَتِي
وَ خُضُوْعِيْ بَيْنَ يَدَيْكَ
وَ اعْتِمَادِيْ عَلَيْكَ
وَ تَضَرُّعِيْ اِلَيْكَ،
اَدْعُوْكَ دُعَاءَ الْخَاضِعِ الذَّلِيْلِ
الْخَاشِعِ الْخَاۤئِفِ
الْمُشْفِقِ الْبَاۤئِسِ
الْمَهِيْنِ الْحَقِيْرِ
الْجَاۤئِعِ الْفَقِيْرِ
الْعَاۤئِذِ الْمُسْتَجِيْرِ
الْمُقِرِّ بِذَنْبِهِ
الْمُسْتَغْفِرِ مِنْهُ
الْمُسْتَكِيْنِ لِرَبِّهِ
دُعَاءَ مَنْ اَسْلَمَتْهُ ثِقَتُهُ [نَفْسُهُ‏]
وَ رَفَضَتْهُ اَحِبَّتُهُ
وَ عَظُمَتْ فَجِيْعَتُهُ
دُعَاءَ حَرِقٍ حَزِيْنٍ
ضَعِيْفٍ مَهِيْنٍ
بَاۤئِسٍ مُسْتَكِيْنٍ
بِكَ مُسْتَجِيْرٍ
اَللّٰهُمَّ وَ اَسْاَلُكَ بِاَنَّكَ مَلِيْكٌ
وَ اَنَّكَ مَا تَشَاءُ مِنْ اَمْرٍ يَكُوْنُ
وَ اَنَّكَ عَلٰى مَا تَشَاءُ قَدِيْرٌ
وَ اَسْاَلُكَ بِحُرْمَةِ هٰذَا الشَّهْرِ الْحَرَامِ
وَ الْبَيْتِ الْحَرَامِ
وَ الْبَلَدِ الْحَرَامِ
وَ الرُّكْنِ وَ الْمَقَامِ
وَ الْمَشَاعِرِ الْعِظَامِ
وَ بِحَقِّ نَبِيِّكَ مُحَمَّدٍ عَلَيْهِ وَ اٰلِهِ السَّلَامُ
يَا مَنْ وَهَبَ لِآدَمَ شَيْثًا،
وَ لِاِبْرَاهِيْمَ اِسْمَاعِيْلَ وَ اِسْحَاقَ
وَ يَا مَنْ رَدَّ يُوْسُفَ عَلٰى يَعْقُوْبَ
وَ يَا مَنْ كَشَفَ بَعْدَ الْبَلَاءِ ضُرَّ اَيُّوْبَ
يَا رَادَّ مُوْسَىٰ عَلٰى اُمِّهِ
وَ زَاۤئِدَ الْخِضْرِ فِي عِلْمِهِ
وَ يَا مَنْ وَهَبَ لِدَاوُدَ سُلَيْمَانَ
وَ لِزَكَرِيَّا يَحْيَىٰ
وَ لِمَرْيَمَ عِيْسَىٰ
يَا حَافِظَ بِنْتِ شُعَيْبٍ
وَ يَا كَافِلَ وَلَدِ اُمِّ مُوْسَىٰ
اَسْاَلُكَ اَنْ تُصَلِّيَ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ
وَ اَنْ تَغْفِرَ لِي ذُنُوْبِيْ كُلَّهَا
وَ تُجِيْرَنِي مِنْ عَذَابِكَ
وَ تُوْجِبَ لِي رِضْوَانَكَ وَ اَمَانَكَ
وَ اِحْسَانَكَ وَ غُفْرَانَكَ وَ جِنَانَكَ
وَ اَسْاَلُكَ اَنْ تَفُكَّ عَنِّيْ كُلَّ حَلْقَةٍ
بَيْنِيْ وَ بَيْنَ مَنْ يُؤْذِيْنِيْ،
وَ تَفْتَحَ لِيْ كُلَّ بَابٍ
وَ تُلَيِّنَ لِيْ كُلَّ صَعْبٍ
وَ تُسَهِّلَ لِيْ كُلَّ عَسِيْرٍ
وَ تُخْرِسَ عَنِّيْ كُلَّ نَاطِقٍ بِشَرٍّ
وَ تَكُفَّ عَنِّيْ كُلَّ بَاغٍ
وَ تَكْبِتَ [عَنِّي‏] كُلَّ عَدُوٍّ لِيْ وَ حَاسِدٍ
وَ تَمْنَعَ مِنِّيْ كُلَّ ظَالِمٍ
وَ تَكْفِيَنِيْ كُلَّ عَاۤئِقٍ يَحُوْلُ بَيْنِيْ وَ بَيْنَ حَاجَتِيْ
وَ يُحَاوِلُ اَنْ يُفَرِّقَ بَيْنِيْ وَ بَيْنَ طَاعَتِكَ
وَ يُثَبِّطَنِيْ عَنْ عِبَادَتِكَ
يَا مَنْ اَلْجَمَ الْجِنَّ الْمُتَمَرِّدِيْنَ
وَ قَهَرَ عُتَاةَ الشَّيَاطِيْنِ
وَ اَذَلَّ رِقَابَ الْمُتَجَبِّرِيْنَ
وَ رَدَّ كَيْدَ الْمُتَسَلِّطِيْنَ عَنِ الْمُسْتَضْعَفِيْنَ
اَسْاَلُكَ بِقُدْرَتِكَ عَلٰى مَا تَشَاءُ
وَ تَسْهِيْلِكَ لِمَا تَشَاءُ كَيْفَ تَشَاءُ
اَنْ تَجْعَلَ قَضَاءَ حَاجَتِيْ فِيْمَا تَشَاءُ۔
Sonra torpaq üzərinə səcdə et və üzünün hər iki tərəfini torpağın (möhrün) üzərinə qoyub de:
اَللّٰهُمَّ لَكَ سَجَدْتُ
Ey Allahım, Sənə səcdə etdim və Sənə iman gətirdim, elə isə, Sənin qarşında olan zillətimə, ehtiyacıma, səyimə, yalvarışıma, acizliyimə və fəqirliyimə rəhm et, ey mənim Rəbbim.
وَ بِكَ آمَنْتُ
فَارْحَمْ ذُلِّي وَ فَاقَتِيْ
وَ اجْتِهَادِيْ وَ تَضَرُّعِيْ
وَ مَسْكَنَتِيْ وَ فَقْرِيْ اِلَيْكَ يَا رَبِّ۔
Çalış ki, az da olsa göz yaşı axıdasan. Bu, duanın qəbul olunma əlamətidir.