⚙️ EN اردو RO AZ
🌐
⚙️
English اردو Roman Azerbaijani
🏠 Home ⭐ Favorites 🔍 Search ⚙ Settings 🎥 Videos
🏠 🔍
ŞABAN AYININ SALAVATI
1. Bu ayda Peyğəmbərə (s) və onun Əhli-beytinə (ə) salavat deməyin böyük savabı vardır. İmam Sadiq (ə) buyurur ki, Həzrət Rəsulallah (s) buyurmuşdur: "Şaban mənim ayımdır. Bu ayda mənə və mənim xanidanıma çoxlu salavat deyin."
2. Şaban ayının hər cümə axşamı günü (pəncşənbə günü) iki rəkət namaz qılın: hər rəkətdə Fatihədən sonra yüz dəfə İxlas surəsini oxuyun. Namazın salamını dedikdən sonra yüz dəfə salavat deyin. Hədislərin birində Əmirəl-möminin (ə) Həzrət Rəsulallahın (s) belə buyurduğunu nəql edir: "Hər kim bu namazı qılsa, Allah onun din və dünya istəklərini həyata keçirər. Hər kim həmin günü oruc tutsa, Allah onun bədənini cəhənnəm oduna haram edər."
Bu hədisdə Həzrət Rəsulallah (s) buyurur: "Şaban ayının hər cümə axşamı günü asimanları bəzəyərlər və mələklər ərz edər: "Ey Allah, bu ayda oruc tutanları bağışla və onların dualarını müstəcab et.""
Şaban ayının hər günü və şaban ayının on beşinci gecəsi İmam Səccadın (ə) buyurduğu bu salavatı oxuyun:
اَللّٰهُمَّ صَلِّ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ
Ey Allahım, Məhəmmədə və Ali-Məhəmmədə salam göndər:
شَجَرَةِ النُّبُوَّةِ
o kəslərə ki, nübüvvət (peyğəmbərlik) şəcərəsidir,
وَ مَوْضِعِ الرِّسَالَةِ
risalət (peyğəmbərlik vəzifəsinin) məkanıdır,
وَ مُخْتَلَفِ الْمَلَاۤئِكَةِ
mələklərin gəlib-getdikləri ünvandır,
وَ مَعْدِنِ الْعِلْمِ
elm mədəni (xəzinəsidir),
وَ اَهْلِ بَيْتِ الْوَحْيِ
və vəhy xanidanıdırlar.
اَللّٰهُمَّ صَلِّ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ
Ey Allahım, Məhəmmədə və Ali-Məhəmmədə salam göndər:
۟اِلْفُلْكِ الْجَارِيَةِ فِي اللُّجَجِ الْغَامِرَةِ
o kəslərə ki, dərin və təlatümlü dəryalarda hərəkət edən gəmiyə bənzəyirlər:
يَأْمَنُ مَنْ رَكِبَهَا
kim ona minsə, amanda qalar
وَ يَغْرَقُ مَنْ تَرَكَهَا
və kim onu tərk etsə, qərq olar;
اَلْمُتَقَدِّمُ لَهُمْ مَارِقٌ
onlardan qabağa keçən dindən xaric olar (azğınlaşar)
وَ الْمُتَاَخِّرُ عَنْهُمْ زَاهِقٌ
və onlardan geri qalan həlak olar;
وَ اللَّازِمُ لَهُمْ لَاحِقٌ
onlarla yanaşı (birgə) olan onlara qovuşar.
اَللّٰهُمَّ صَلِّ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ
Ey Allahım, Məhəmmədə və Ali-Məhəmmədə salam göndər:
۟اِلْكَهْفِ الْحَصِيْنِ
o kəslərə ki, möhkəm sığınacaq,
وَ غِيَاثِ الْمُضْطَرِّ الْمُسْتَكِيْنِ
çətinliyə düşən miskinin harayına çatan,
وَ مَلْجَاِ الْهَارِبِيْنَ
(zülmdən) qaçanların pənahı
وَ عِصْمَةِ الْمُعْتَصِمِيْنَ
və pənah gətirənləri qoruyandırlar.
اَللّٰهُمَّ صَلِّ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ
Ey Allahım, Məhəmmədə və Ali-Məhəmmədə çoxlu salam göndər:
صَلَاةً كَثِيْرَةً تَكُوْنُ لَهُمْ رِضًى
elə bir salam ki, onların razılığına bais olsun,
وَ لِحَقِّ مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ اَدَاۤءً وَ قَضَاۤءً
və Məhəmməd və Ali-Məhəmmədin haqqı xüsusunda vəzifənin yerinə yetirilməsinə (bais olsun);
بِحَوْلٍ مِنْكَ وَ قُوَّةٍ يَا رَبَّ الْعَالَمِيْنَ
Sənin tərəfindən olan kömək və qüvvə ilə, ey aləmlərin Rəbbi.
اَللّٰهُمَّ صَلِّ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ
Ey Allahım, Məhəmmədə və Ali-Məhəmmədə salam göndər:
۟اِلطَّيِّبِيْنَ الْاَبْرَارِ الْاَخْيَارِ
o paklara, yaxşı əməl sahiblərinə və seçilmişlərə ki,
الَّذِيْنَ اَوْجَبْتَ حُقُوْقَهُمْ
onların haqqlarına (riayət etməyi) vacib etmisən,
وَ فَرَضْتَ طَاعَتَهُمْ وَ وِلَايَتَهُمْ
onlara itaəti və onların rəhbərliyini lazım buyurmusan.
اَللّٰهُمَّ صَلِّ عَلٰى مُحَمَّدٍ وَ اٰلِ مُحَمَّدٍ
Ey Allahım, Məhəmmədə və Ali-Məhəmmədə salam göndər,
وَ اعْمُرْ قَلْبِيْ بِطَاعَتِكَ
qəlbimi Sənə itaət etməklə abad et,
وَ لَا تُخْزِنِيْ بِمَعْصِيَتِكَ
və Sənə üsyan etməklə məni rüsvay etmə;
وَ ارْزُقْنِيْ مُوَاسَاةَ مَنْ قَتَّرْتَ عَلَيْهِ مِنْ رِزْقِكَ،
Öz ruzini dar etdiyin kəslərə əl tutmağı və kömək etməyi mənə ruzi et;
بِمَا وَسَّعْتَ عَلَيَّ مِنْ فَضْلِكَ
Öz fəzlinlə mənə geniş etdiyin ruzilər vasitəsilə,
وَ نَشَرْتَ عَلَيَّ مِنْ عَدْلِكَ
və ədalətinlə mənə yaydığın (nemətlərlə);
وَ اَحْيَيْتَنِيْ تَحْتَ ظِلِّكَ
və məni Öz kölgən (lütfün) altında yaşatdığın üçün.
وَ هٰذَا شَهْرُ نَبِيِّكَ سَيِّدِ رُسُلِكَ
Bu ay Sənin peyğəmbərinin, Sənin elçilərinin sərvərinin ayıdır;
شَعْبَانُ الَّذِيْ حَفَفْتَهُ مِنْكَ بِالرَّحْمَةِ وَ الرِّضْوَانِ
o şaban ayı ki, Öz tərəfindən onu rəhmət və razılığınla əhatə etmisən;
الَّذِيْ كَانَ رَسُوْلُ اللّٰهِ صَلَّى اللّٰهُ عَلَيْهِ وَ اٰلِهِ وَ سَلَّمَ‏
o ay ki, Rəsulallah – Allahın salamı və salavatı olsun ona və xanidanına –
يَدْاَبُ فِيْ صِيَامِهِ وَ قِيَامِهِ
oruc tutmaq və (ibadətə) ayağa qalxmaqda səy göstərirdi,
فِيْ لَيَالِيْهِ وَ اَيَّامِهِ
onun gecə və gündüzlərində,
بُخُوْعًا لَكَ فِيْۤ اِكْرَامِهِ وَ اِعْظَامِهِ
Sənin qarşında əyilmək (təvazökarlıq etmək), onu uca tutmaq və əzəmətli bilmək üçün,
اِلٰى مَحَلِّ حِمَامِهِ
əcəli (ölümü) çatanadək.
اَللّٰهُمَّ فَاَعِنَّا عَلَى الْاِسْتِنَانِ بِسُنَّتِهِ فِيْهِ
Ey Allahım, bu ayda Sənin Peyğəmbərinin sünnəsinə əməl etməkdə bizə kömək et,
وَ نَيْلِ الشَّفَاعَةِ لَدَيْهِ
və onun şəfaətinə nail olmaqda (bizə kömək et).
اَللّٰهُمَّ وَ اجْعَلْهُ لِيْ شَفِيْعًا مُشَفَّعًا
Ey Allahım, onu mənim üçün şəfaəti qəbul olunmuş şəfaətçi qərar ver,
وَ طَرِيْقًا اِلَيْكَ مَهْيَعًا
və Sənə tərəf aydın bir yol qərar ver;
وَ اجْعَلْنِيْ لَهُ مُتَّبِعًا
və məni onun davamçısı qərar ver,
حَتّٰى اَلْقَاكَ يَوْمَ الْقِيَامَةِ عَنِّيْ رَاضِيًا
Qiyamət günündə Səninlə görüşənədək məndən razı qaldığın bir halda,
وَ عَنْ ذُنُوْبِيْ غَاضِيًا
və günahlarıma göz yumduğun bir halda;
قَدْ اَوْجَبْتَ لِيْ مِنْكَ الرَّحْمَةَ وَ الرِّضْوَانَ
rəhmət və razılığını mənə vacib qıldığın bir halda,
وَ اَنْزَلْتَنِيْ دَارَ الْقَرَارِ وَ مَحَلَّ الْاَخْيَارِ۔
və məni əbədi mənzilə və seçilmişlərin məkanına daxil etdiyin bir halda.