EN اردو Roman AZ
🌐
English اردو Roman Azerbaijani
🏠 🔍
Şeyx Tusi İmam Zamanın (ə.f) dörd naibindən biri olan Şeyx-Kəbir Əbu Cəfər Məhəmməd ibn Osman ibn Səiddən nəql edir ki, İmam Zaman (ə.f) rəcəb ayının hər günü bu duanı oxumağı buyurmuşdur:
بِسْمِ اللّٰهِ الرَّحْمَنِ الرَّحِيمِ
<font color="000000"><b>Rəhman və Rəhim Allahın adı ilə. Ey Allahım, Səndən istəyirəm bütün o mənalara xatir ki, əmrinə tabe olanlar Səni onunla çağırırlar: o kəslər ki, Sənin sirrinin əmanətdarıdırlar, Sənin əmrinə məsrurdurlar, Sənin qüdrətini vəsf edirlər və Sənin əzəmətini tanıtdırırlar; Səndən istəyirəm onlar barəsində icra etdiyin istəyinə xatir; Sən onları kəlmələrinin xəzinəsi, tövhidin, nişanələrin və məqamların üçün dirəklər qərar verdin: o məqamlar ki, heç bir məkanda tətil edilmir və hər kim Səni tanıyırsa, onun vasitəsilə tanıyır; Səninlə onlar arasında tək bir fərq odur ki, onlar Sənin qulun və məxluqundurlar, onların işlərini yoluna qoymaq Sənin əlindədir, onların başlanğıcı Sənin tərəfindəndir və dönüşləri də Sənə tərəfdir, onlar Sənin hamilərin, şahidlərin, dayaqların, müdafiəçilərin, mühafizlərin və gözətçilərindir; onlar vasitəsilə göylərini və yerini doldurdun, ta "Səndən qeyri ilah yoxdur" kəlməsi zahir oldu; elə isə, onlara və rəhmətinin uca məqamına, məqamlarına və nişanələrinə xatir Səndən istəyirəm ki, Məhəmmədə və onun xanidanına salam göndərəsən, mənim imanımı və dönməzliyimi artırasan. Ey aşkar ikən nihan olan və nihan ikən aşkar olan; ey nuru və qaranlığı bir-birindən ayıran; ey tanınmadan vəsf olunan və bənzəri olmayan tanınan, ey hər hüdudu olana hüdud qoyan, ey hər şahidin şahidi olan, ey hər varlığı var edən, ey hər sayıla biləni sayan, ey hər itəni məhrum edən; Səndən qeyri Məbud yoxdur, ucalıq və bəxş etmək Sənə layiqdir; ey o kəs ki, necəlik ilə vəsf olunmursan və Sənin üçün bir məkan təyin edilmir; ey gözlərdən örtülü olan, ey cavidan və əbədi, ey hər məlumu bilən! Seçilmiş və pərdə arxasında olan bəndələrinə, müqərrəb mələklərinə, ətrafında səssiz-səmirsiz cərgə ilə dayananlara salam göndər; bu girami rəcəb ayını və ondan sonra gələn haram ayları bizə mübarək et; bu ayda nemətlərini bizə yağdır, bizim ruzimizi bol et və bizim andlarımızı bu ayda əda et; əzəmətli, böyük, cəlalətli və girami adına xatir: o ad ki, onunla gündüzü aydın və gecəni qaranlıq etdin; bizdən bildiklərini, bizim isə bilmədiklərimizi bağışla, bizi ən gözəl şəkildə günahlardan çəkindir, çətin hadisələr qarşısında bizə kömək ol, gözəl nəzərinlə (nəzər qılıb) bizə minnət qoy, bizi Özündən qeyrisinə tapşırma, bizi Öz ehsanından məhrum etmə, bizə yazdığın ömürə bərəkət ver, bizim gizli sirlərimizi islah et, bizə Öz tərəfindən aman ver, bizə gözəl iman əta et, bizi ramazan ayına və ondan sonrakı günlərə və illərə çatdır, ey cəlalət və ikram sahibi. </b></font>
اَللّٰهُمَّ اِنِّي اَسْاَلُكَ بِمَعَانِيْ جَمِيْعِ مَا يَدْعُوْكَ بِهِ وُلَاةُ اَمْرِكَ
الْمَاْمُوْنُوْنَ عَلٰى سِرِّكَ
الْمُسْتَبْشِرُوْنَ بِاَمْرِكَ
الْوَاصِفُوْنَ لِقُدْرَتِكَ
الْمُعْلِنُوْنَ لِعَظَمَتِكَ
اَسْاَلُكَ بِمَا نَطَقَ فِيْهِمْ مِنْ مَشِيَّتِكَ
فَجَعَلْتَهُمْ مَعَادِنَ لِكَلِمَاتِكَ
وَ اَرْكَانًا لِتَوْحِيْدِكَ
وَ آيَاتِكَ وَ مَقَامَاتِكَ الَّتِيْ لَا تَعْطِيْلَ لَهَا
فِي كُلِّ مَكَانٍ يَعْرِفُكَ بِهَا مَنْ عَرَفَكَ
لَا فَرْقَ بَيْنَكَ وَ بَيْنَهَا اِلَّا اَنَّهُمْ عِبَادُكَ وَ خَلْقُكَ
فَتْقُهَا وَ رَتْقُهَا بِيَدِكَ
بَدْؤُهَا مِنْكَ وَ عَوْدُهَا اِلَيْكَ
اَعْضَادٌ وَ اَشْهَادٌ
وَ مُنَاةٌ وَ اَذْوَادٌ
وَ حَفَظَةٌ وَ رُوَّادٌ
فَبِهِمْ مَلَأْتَ سَمَاءَكَ وَ اَرْضَكَ
حَتّٰى ظَهَرَ اَنْ لَا اِلٰهَ اِلَّا اَنْتَ
فَبِذٰلِكَ اَسْاَلُكَ
وَ بِمَوَاقِعِ الْعِزِّ مِنْ رَحْمَتِكَ
وَ بِمَقَامَاتِكَ وَ عَلَامَاتِكَ
اَنْ تُصَلِّيَ عَلٰى مُحَمَّدٍ وَ اٰلِهِ
وَ اَنْ تَزِيْدَنِيْ اِيْمَانًا وَ تَثْبِيْتًا
يَا بَاطِنًا فِي ظُهُوْرِهِ
وَ ظَاهِرًا فِي بُطُوْنِهِ وَ مَكْنُوْنِهِ
يَا مُفَرِّقًا بَيْنَ النُّوْرِ وَ الدَّيْجُوْرِ
يَا مَوْصُوْفًا بِغَيْرِ كُنْهٍ
وَ مَعْرُوْفًا بِغَيْرِ شِبْهٍ
حَادَّ كُلِّ مَحْدُوْدٍ
وَ شَاهِدَ كُلِّ مَشْهُودٍ
وَ مُوْجِدَ كُلِّ مَوْجُودٍ
وَ مُحْصِيَ كُلِّ مَعْدُودٍ
وَ فَاقِدَ كُلِّ مَفْقُودٍ،
لَيْسَ دُوْنَكَ مِنْ مَعْبُوْدٍ
اَهْلَ الْكِبْرِيَاءِ وَ الْجُوْدِ
يَا مَنْ لَا يُكَيَّفُ بِكَيْفٍ
وَ لَا يُؤَيَّنُ بِاَيْنٍ
يَا مُحْتَجِبًا عَنْ كُلِّ عَيْنٍ
يَا دَيْمُوْمُ يَا قَيُّوْمُ وَ عَالِمَ كُلِّ مَعْلُوْمٍ
صَلِّ عَلٰى مُحَمَّدٍ وَ اٰلِهِ وَ عَلٰى عِبَادِكَ الْمُنْتَجَبِيْنَ
وَ بَشَرِكَ الْمُحْتَجِبِينَ
وَ مَلَاۤئِكَتِكَ الْمُقَرَّبِيْنَ
وَ الْبُهْمِ الصَّافِّيْنَ الْحَافِّيْنَ
وَ بَارِكْ لَنَا فِي شَهْرِنَا هٰذَا الْمُرَجَّبِ الْمُكَرَّمِ
وَ مَا بَعْدَهُ مِنَ الْاَشْهُرِ الْحُرُمِ
وَ اَسْبِغْ عَلَيْنَا فِيْهِ النِّعَمَ
وَ اَجْزِلْ لَنَا فِيْهِ الْقِسَمَ
وَ اَبْرِرْ لَنَا فِيْهِ الْقَسَمَ
بِاسْمِكَ الْاَعْظَمِ الْاَعْظَمِ الْاَجَلِّ الْاََكْرَمِ
الَّذِيْ وَضَعْتَهُ عَلَى النَّهَارِ فَاَضَاءَ
وَ عَلَى اللَّيْلِ فَاَظْلَمَ
وَ اغْفِرْ لَنَا مَا تَعْلَمُ مِنَّا وَ مَا لَا نَعْلَمُ
وَ اعْصِمْنَا مِنَ الذُّنُوْبِ خَيْرَ الْعِصَمِ
وَ اكْفِنَا كَوَافِيَ قَدَرِكَ
وَ امْنُنْ عَلَيْنَا بِحُسْنِ نَظَرِكَ
وَ لَا تَكِلْنَا اِلٰى غَيْرِكَ
وَ لَا تَمْنَعْنَا مِنْ خَيْرِكَ
وَ بَارِكْ لَنَا فِيْمَا كَتَبْتَهُ لَنَا مِنْ اَعْمَارِنَا
وَ اَصْلِحْ لَنَا خَبِيْئَةَ اَسْرَارِنَا
وَ اَعْطِنَا مِنْكَ الْاَمَانَ
وَ اسْتَعْمِلْنَا بِحُسْنِ الْاِيمَانِ
وَ بَلِّغْنَا شَهْرَ الصِّيَامِ
وَ مَا بَعْدَهُ مِنَ الْاَيَّامِ وَ الْاَعْوَامِ
يَا ذَا الْجَلَالِ وَ الْاِكْرَامِ۔