⚙️ EN اردو RO AZ
🌐
⚙️
English اردو Roman Azerbaijani
🏠 Home ⭐ Favorites 🔍 Search ⚙ Settings 🎥 Videos
🏠 🔍
RAMAZANDA SÜBH VAXTI OXUNAN DUA
Şeyx Tusi "Misbah" kitabında aşağıdakı duanı Ramazan ayında sübh vaxtı oxumağı tövsiyə etmişdir:
یَا عُدَّتِيْ فِيْ كُرْبَتِيْ،
Ey bəlalar zamanı qüvvə və ehtiyatım,
وَيَا صَاحِبِيْ فِيْ شِدَّتِيْ،
ey çətinlikdə munisim,
وَيَا وَلِيِّيْ فِيْ نِعْمَتِيْ،
ey malik olduğum nemətlərin sahibi,
وَيَا غَايَتِيْ فِيْ رَغْبَتـِيْ،
ey arzularımın sonu!
اَنْتَ السَّاتِرُ عَوْرَتِيْ،
İlahi, Sən eyiblərimi örtən,
وَالْمُؤْمِنُ رَوْعَتِيْ،
qorxumu asayişə çevirən,
وَالْمُقِيْلُ عَثْرَتِيْ،
günahlarımı bağışlayansan,
فَاغْفِرْ لِيْ خَطِيٓئَتِيْ،
xətalarımı bağışla!
اَللّٰهُمَّ اِنِّي اَسْاَلُكَ خُشُوْعَ الْاِيْمَانِ
İlahi, Səndən imanla ah-nalə etməyi diləyirəm
قَبْلَ خُشُوْعِ الذُّلِّ فِي النَّارِ،
cəhənnəm oduna görə xar və zəlilliklə ah-nalə etməkdən öncə.
یَا وَاحِدُ یَا اَحَدُ یَا صَمَدُ
Ey tək və yeganə olan, ey ehtiyacsız,
یَا مَنْ لَمْ يَلِدْ وَلَمْ يُوْلَدْ
ey doğmayan, doğulmayan
وَلَمْ يَكُنْ لَهُ كُفُوًا اَحَدٌ،
və heç bir tayı-bərabəri olmayan,
یَا مَنْ يُعْطِيْ مَنْ سَاَلَهُ
ey istəyənə əta edən
تَحَنُّنًا مِنْهُ وَرَحْمَةً،
rəhmət və mehribanlıqla,
وَيَبْتَدِئُ بِالْخَيْرِ مَنْ لَمْ يَسْاَلْهُ
istəməyənlərə də xeyir bəxş edən
تَفَضُّلًا مِنْهُ وَكَرَمًا،
Öz fəzilət və kərəmindən!
بِكَرَمِكَ الدَّاۤئِمِ
Sənə and verirəm daimi kərəmini,
صَلِّ عَلٰى مُحَمَّدٍ وَاٰلِ مُحَمَّدٍ،
Mühəmməd və Mühəmmədin Əhli-beytinə salam yetir,
وَهَبْ لِيْ رَحْمَةً وَاسِعَةً جَامِعَةً
mənə geniş və əhatəli rəhmətini nəsib et
اَبْلُغُ بِهَا خَيْرَ الدُّنْيَا وَالْاٰخِرَةِ،
onun vasitəsilə dünya və axirət xeyrini əldə edə biləcəyim!
اَللّٰهُمَّ اِنِّيْ اَسْتَغْفِرُكَ لِمَا تُبْتُ اِلَيْكَ مِنْهُ ثُمَّ عُدْتُ فِيْهِ،
İlahi, Səndən tövbə ilə bağışlanmaq dilədikdən sonra bir daha mürtəkib olduğum günahımı bağışlamağını diləyirəm,
وَاَسْتَغْفِرُكَ لِكُلِّ خَيْرٍ اَرَدْتُ بِهِ وَجْهَكَ
və Sənin üçün yaxşı bir əməli yerinə yetirmək istədikdə
فَخَالَطَنِيْ فِيْهِ مَا لَيْسَ لَكَ،
nəfsimin dəxalət edərək Səni razılığından başqasına yönəltdiyi günahımı bağışlamağını diləyirəm!
اَللّٰهُمَّ صَلِّ عَلٰى مُحَمَّدٍ وَاٰلِ مُحَمَّدٍ
İlahi, Mühəmməd və Mühəmmədin Əhli-beytinə salam yetir,
وَاعْفُ عَنْ ظُلْمِيْ وَجُرْمِيْ
zülm və günahlarımdan keç
بِحِلْمِكَ وَجُوْدِكَ یَا كَرِيْمُ،
bəxşiş, ehsan və həlimliyinə xatir, ey kərim olan,
مَنْ لَا يَخِيْبُ سَآئِلُهُ،
hacət istəyənləri məhrum etməyən
وَلَا يَنْفَدُ نَآئِلُهُ،
və onlardan nemətlərini kəsməyən!
یَا مَنْ عَلَا فَلَا شَيْءَ فَوْقَهُ،
Ey Ondan başqa üstün məqamlı birinin olmadığı
وَدَنَا فَلَا شَيْءَ دُوْنَهُ،
və ey Ondan başqa kimsənin yaxın olmadığı kəs!
صَلِّ عَلٰى مُحَمَّدٍ وَاٰلِ مُحَمَّدٍ
Mühəmməd və Mühəmmədin Əhli-beytinə salam yetir,
وَارْحَمْنِيْ،
mənə rəhm et!
یَا فَالِقَ الْبَحْرِ لِمُوسَى،
ey dəryanı Musa üçün yaran,
اللَّيْلَةَ اللَّيْلَةَ اللَّيْلَةَ،
bu gecə, bu gecə, bu gecə,
السَّاعَةَ السَّاعَةَ السَّاعَةَ،
bu saatda, bu saatda, bu saatda.
اَللّٰهُمَّ طَهِّرْ قَلْبِيْ مِنَ النِّفَاقِ،
İlahi, qəlbimi nifaqdan pak et,
وَعَمَلِيْ مِنَ الرِّيَاۤءِ،
əməlimi riyakarlıqdan,
وَلِسَانِيْ مِنَ الْكِذْبِ،
dilimi yalandan,
وَعَيْنِيْ مِنَ الْخِيَانَةِ،
gözlərimi xəyanətdən.
فَاِنَّكَ تَعْلَمُ خَآئِنَةَ الْاَعْيُنِ وَمَا تُخْفِي الصُّدُوْرُ
Şübhəsiz, Sən gözlərin xəyanəti və qəlblərdə olanlardan agahsan!
یَا رَبِّ هٰذَا مَقَامُ الْعَاۤئِذِ بِكَ مِنَ النَّارِ،
Ey Rəbbim, bu, cəhənnəm odundan Sənə sığınan bəndənin halıdır,
هٰذَا مَقَامُ الْمُسْتَجِيْرِ بِكَ مِنَ النَّارِ،
bu cəhənnəm odundan pənah axtaranın halıdır,
هٰذَا مَقَامُ الْمُسْتَغِيْثِ بِكَ مِنَ النَّارِ،
fəryadına yetişməyini istəyənin halıdır,
هٰذَا مَقَامُ الْهَارِبِ اِلَيْكَ مِنَ النَّارِ،
bu oddan qaçıb Sənə doğru qayıdanın halıdır,
هٰذَا مَقَامُ مَنْ يَبُوْءُ لَكَ بِخَطِيْئَتِهِ
xətalarından Sənə yönələn,
وَيَعْتَرِفُ بِذَنْبِهِ
günahlarını etiraf edən
وَيَتُوْبُ اِلٰى رَبِّهِ،
tövbə ilə Rəbbinə üz tutan bəndənin halıdır,
هٰذَا مَقَامُ الْبَاۤئِسِ الْفَقِيْرِ،
bu ümidsiz fəqirin halıdır,
هٰذَا مَقَامُ الْخَاۤئِفِ الْمُسْتَجِيْرِ،
qorxduğu halda pənah axtaranın halıdır,
هٰذَا مَقَامُ الْمَحْزُوْنِ الْمَكْرُوْبِ،
hüznlü və kədərli olanın halıdır,
هٰذَا مَقَامُ الْمَغْمُوْمِ الْمَهْمُوْمِ،
qəmli və qüssəli olanın halıdır,
هٰذَا مَقَامُ الْغَرِيْبِ الْغَرِيْقِ،
nemət dəryanda qərq olan qəribin halıdır,
هٰذَا مَقَامُ الْمُسْتَوْحِشِ الْفَرِقِ،
kimsəsiz və qorxuda olanın halıdır,
هٰذَا مَقَامُ مَنْ لَا يَجِدُ لِذَنْبِهِ غَافِرًا غَيْرَكَ،
Səndən başqa günahlarını bağışlayacaq biri olmayanın halıdır,
وَلَا لِضَعْفِهِ مُقَوِّيًا اِلَّاا اَنْتَ،
zəifliyini qüvvətləndirəcək Səndən başqa kimsəsi olmayanın halıdır,
وَلَا لِهَمِّهِ مُفَرِّجًا سِوَاكَ،
kədərini aradan aparacaq Səndən başqa kimsəsi olmayanın halıdır.
یَا اَللهُ یَا كَرِيْمُ،
Ey Allah, ey kərim olan,
لَا تُحْرِقْ وَجْهِيْ بِالنَّارِ بَعْدَ سُجُوْدِيْ لَكَ وَتَعْفِيْرِيْ
Sənə səcdə etdikdən və üzümü torpağa sürtdükdən sonra simamı cəhənnəm atəşində yandırma!
بِغَيْرِ مَنٍّ مِنِّي عَلَيْكَ،
Sənə heç bir minnət qoymadan,
بَلْ لَكَ الْحَمْدُ وَالْمَنُّ وَالتَّفَضُّلُ عَليَّ
Əslində həmd və sitayiş yalnız Sənə məxsusdur və Sən fəzl və minnət sahibisən!
ارْحَمْ اَيْ رَبِّ اَيْ رَبِّ
rəhm et ey Rəbbim, ey Rəbbim, ey Rəbbim,
Nəfəs yetənədək bu cümləni ("Ya rəbbi") de və sonra davam elə:
ضَعْفِيْ
zəifliyimə,
وَقِلَّةَ حِيْلَتِيْ
çarəsizliyimə,
وَرِقَّةَ جِلْدِيْ
dərimin zərifliyinə,
وَتَبَدُّدَ اَوْصَالِيْ
əsəb sistemimin dağılmasına,
وَتَنَاثُرَ لَحْمِيْ وَجِسْمِيْ وَجَسَدِيْ،
ətim, cisim və bədənimin parçalanıb məhv olmasına,
وَوَحْدَتِيْ وَوَحْشَتِيْ فِيْ قَبْرِيْ،
qəbrimdəki tənhalığıma və vəhşətimə,
وَجَزَعِيْ مِنْ صَغِيْرِ الْبَلَاۤءِ،
və kiçik bəlalar müqabilində ah-nalə etməyimə.
اَسْاَلُكَ یَا رَبِّ قُرَّةَ الْعَيْنِ وَالْاِغْتِبَاطَ
Ey Rəbbim, Səndən gözaydınlığı və şadlıq diləyirəm
يَوْمَ الْحَسْرَةِ وَالنَّدَامَةِ،
həsrət və peşmançılıq günü,
بَيِّضْ وَجْهِيْ یَا رَبِّ يَوْمَ تَسْوَدُّ الْوُجُوْهُ،
Üzlər qaralan günü Səndən üzümün parlaq olmasını istəyirəm,
اٰمِنَّي مِنَ الْفَزَعِ الْاَكْبَرِ،
qiyamətin böyük sıxıntısından mənə aman ver!
اَسْاَلُكَ الْبُشْرٰى يَوْمَ تُقَلَّبُ الْقُلُوْبُ وَالْاَبْصَارُ،
Qəlb və gözlərin haldan-hala düşəcəyi gün Səndən bəşarət və müjdə diləyirəm!
وَالْبُشْرٰى عِنْدَ فِرَاقِ الدُّنْيَا،
və dünyadan ayrılacağımız gün.
اَلْحَمْدُ لِلّٰهِ الَّذِيْ اَرْجُوْهُ عَوْنًا فِيْ حَيَاتِيْ،
Həmd-səna həyatda olduğum və kömək istədiyim halda ümid bəslədiyim Allaha məxsusdur,
وَاُعِدُّهُ ذُخْرًا لِيَوْمِ فَاقَتِيْ،
və ehtiyac və çarəsizlik günü ehtiyatına ümid etdiyim!
اَلْحَمْدُ لِلّٰهِ الَّذِيْ اَدْعُوهُ وَلَا اَدْعُوْ غَيْرَهُ
Həmd olsun o Allaha ki, yalnız Onu çağırıram və başqasını çağırmıram,
وَلَوْ دَعَوْتُ غَيْرَهُ لَخَيَّبَ دُعَاۤئِيْ،
başqasından istəsəm məni naümid qaytarar.
اَلْحَمْدُ لِلّٰهِ الَّذِيْ اَرْجُوْهُ وَلَا اَرْجُوْ غَيْرَهُ
Həmd olsun o Allaha ki, yalnız Ona ümid edirəm və başqasına ümid etmirəm,
وَلَوْ رَجَوْتُ غَيْرَهُ لَاَخْلَفَ رَجَاۤئِي،
digərlərinə ümid etsəm, məni naümid edər.
اَلْحَمْدُ لِلّٰهِ الْمُنْعِمِ الْمُحْسِنِ
Həmd olsun nemət və ehsan sahibi,
الْمُجْمِلِ الْمُفْضِلِ
xeyirxahlıq və fəzilət sahibi,
ذِي الْجَلَالِ وَالْاِكْرَامِ
əzəmət və kəramət sahibi Allaha,
وَلِيُّ كُلِّ نِعْمَةٍ،
bütün nemətlərin maliki,
وَصَاحِبُ كُلِّ حَسَنَةٍ،
bütün xeyirlərin sahibi,
وَمُنْتَهٰى كُلِّ رَغْبَةٍ،
məqsədlərin sonu olan
وَقَاضِيْ كُلِّ حَاجَةٍ،
və arzuları həyata keçirən!
اَللّٰهُمَّ صَلِّ عَلٰى مُحَمَّدٍ وَاٰلِ مُحَمَّدٍ
İlahi, Məhəmməd və Məhəmmədin Əhli-beytinə salam yetir,
وَارْزُقْنِي الْيَقِيْنَ وَحُسْنَ الظَّنِّ بِكَ،
Sənə yəqin etmək və xoş güman olmağı mənə nəsib et,
وَاَثْبِتْ رَجَاۤءِكَ فِيْ قَلْبِيْ،
Sənə ümid etməyi qəlbimdə sabitləşdir,
وَاقْطَعْ رَجَآئِي عَمَّنْ سِوَاكَ،
Səndən başqasından ümidimi üz,
حَتّٰى لَا اَرْجُوْ غَيْرَكَ وَلَا اَثِقَ اِلَّا بِكَ
Səndən başqasına ümid və etimad etməyəcək qədər.
یَا لَطِيْفًا لِمَا تَشَاۤءُ
ey istədiyi kəsə lütf edən!
اُلْطُفْ لِي فِيْ جَمِيْعِ اَحْوَالِيْ بِمَا تُحِبُّ وَتَرْضِىْ،
Bütün hallarda razı olduqların və mənim üçün bəyəndiklərinlə mənə mərhəmət et!
یَا رَبِّ اِنّي ضَعِيْفٌ عَلَى النَّارِ فَلَا تُعَذِّبْنِيْ بِالنَّارِ،
Ey Rəbbim, mən atəşə tab gətirməkdə zəifəm! Elə isə, məni odla cəzalandırma!
یَا رَبِّ ارْحَمْ دُعَاۤئِي وَتَضَرُّعِيْ
Ey Rəbbim, dualarımı qəbul et, ah-naləmə rəhm et,
وَخَوْفِي وَذُلِّي وَمَسْكَنَتِي
qorxu, zillət və xarlığıma rəhm et,
وَتَعْوِيْذِي وَتَلْوِيْذِيْ،
mənə pənah ver və fəryadıma yet!
یَا رَبِّ اِنّي ضَعِيْفٌ عَنْ طَلَبِ الدُّنْيَا
Ey Rəbbim, həqiqətən, mən dünyəvi hacətləri əldə etməkdə zəifəm,
وَاَنْتَ وَاسِعٌ كَرِيْمٌ،
Sənin isə ehsan və kərəmin genişdir!
اَسْاَلُكُ یَا رَبِّ بِقُوَّتِكَ عَلٰى ذٰلِكَ
Ey Rəbbim, Sənin bunlara gücünün çatdığına xatir Səndən istəyirəm,
وَقُدْرَتِكَ عَلَيْهِ
və qüdrətinin çatdığına,
وَغِنَاكَ عَنْهُ
zatən ehtiyacsız olduğuna,
وَحَاجَتِيْ اِلَيْهِ
və mənim onlara ehtiyaclı olduğuma xatir,
اَنْ تَرْزُقَنِيْ فِيْ عَامِيْ هٰذَا
mənə bu ildə ruzi nəsib etməyini diləyirəm,
وَشَهْرِي هٰذَا
bu ayda,
وَيَوْمِيْ هٰذَا
bu gündə,
وَسَاعَتِيْ هٰذِهِ
və bu saatda,
رِزْقًا تُغْنِيْنِيْ بِهِ عَنْ تَكَلُّفُ مَا فِي اَيْدِي النَّاسِ
camaata verdiklərin nemətlərdən ehtiyacsız olacağım və onlara göz dikməyəcəyim ruzi,
مِنْ رِزْقِكَ الْحَلَالِ الطَّيِّبِ،
Öz pak və halal ruzindən!
اَيْ رَبِّ مِنْكَ اَطْلُبُ
Ey Rəbbim, yalnız Səndən istəyir,
وَاِلَيْكَ اَرْغَبُ
Sənə rəğbət göstərir
وَاِيَّاكَ اَرْجُوْ
və Sənə ümid bəsləyirəm.
وَاَنْتَ اَهْلَ ذٰلِكَ،
Sən bunlara layiqsən.
لَا اَرْجُوْ غَيْرَكَ
Səndən başqasına ümid bəsləmir
وَلَا اَثِقُ اِلَّا بِكَ
və etimad etmirəm,
یَا اَرْحَمَ الرَّاحِمينَ،
ey mehribanların ən mehribanı!
اَيْ رَبِّ ظَلَمْتُ نَفْسِيْ
Ey Rəbbim, mən özümə zülm edənlərdənəm,
فَاغْفِرْ لِيْ وَارْحَمْنِيْ وَعَافِنِيْ،
məni bağışla, rəhm et və mənə sağlamlıq ver,
یَا سَامِعَ كُلِّ صَوْتٍ،
ey bütün səsləri eşidən,
وَيَا جَامِعَ كُلِّ فَوْتٍ،
ey əldən çıxan şeyləri bir yerə toplayan,
وَيَا بَارِئَ النُّفُوْسِ بَعْدَ الْمَوْتِ،
ey məxluqatı öldükdən sonra dirildən!
یَا مَنْ لَا تَغْشَاهُ الظُّلُمَاتُ،
Ey aləmdəki zülmət və qaranlığın Onun görməsinə mane olmayan,
وَلَا تَشْتَبِهُ عَلَيْهِ الْاَصْوَاتُ،
məxluqatın səsini bir-birindən ayırd edərək eşidən,
وَلَا يَشْغَلُهُ شَيْءٌ عَنْ شَيْءٍ،
bir işlə məşğul olmaq onu digər bir işdən yayındırmayan!
اَعْطِ مُحَمَّدًا صَلَّى اللهُ عَلَيْهِ واٰلِهِ اَفْضَلَ مَا سَاَلَكَ
Mühəmmədə salam olsun ona və onun Əhli-beytinə Səndən istənilənlərin ən üstününü bəxş et,
وَاَفْضَلَ مَا سُئِلْتَ لَهُ،
indiyə qədər onun üçün istənilənlərin ən üstününü,
وَاَفْضَلَ مَا اَنْتَ مَسْؤُوْلٌ لَهُ اِلٰى يَوْمِ الْقِيَامَةِ،
və qiyamətə qədər Səndən onun üçün istəniləcək hacətlərin ən üstününü!
وَهَبْ لِيَ الْعَافِيَةَ حَتّٰى تُهَنِّئَنِيْ الْمَعِيْشَةَ،
Mənə həyatımı yaxşılaşdıracaq sağlamlıq bəxş et,
وَاخْتِمْ لِيْ بِخَيْرٍ حَتّٰى لَا تَضُرَّنيِ الذُّنُوْبُ،
və günahların zərər vura bilməyəcəyi gözəl aqibət nəsib et!
اَللّٰهُمَّ رَضِّنِيْ بِمَا قَسَمْتَ لِيْ حَتّٰى لَا اَسْاَلَ اَحَدًا شَيْئًا،
İlahi, başqalarından bir şey istəməmək qədər mənə qismət etdiklərinə razı olmağı əta et!
اَللّٰهُمَّ صَلِّ عَلٰى مُحَمَّدٍ وَاٰلِ مُحَمَّدٍ
İlahi, Mühəmməd və Mühəmmədin Əhli-beytinə salam yetir,
وَافْتَحْ لِيْ خَزَآئِنَ رَحْمَتِكَ،
rəhmət xəzinələrinin qapısını mənim üçün aç,
وَارْحَمْنِيْ رَحْمَةً لَا تُعَذِّبُنِيْ بَعْدَهَا اَبَدًا فِي الدُّنْيَا وَالْاٰخِرَةِ،
mənə dünya və axirətdə sonradan onun vasitəsilə heç zaman cəzalandırmayacağın rəhmət nəsib et,
وَارْزُقْنِيْ مِنْ فَضْلِكَ الْوَاسِعِ رِزْقًا حَلَالًا طَيِّبًا
geniş rəhmətin sayəsində bizə halal və pak ruzi ver,
لَا تُفْقِرُنِيْ اِلى اَحَدٍ بَعْدَهُ سِوَاكَ،
bundan sonra Səndən başqasından bir şey istəməyəcək qədər,
تَزِيْدُنِي بِذٰلِكَ شُكْرًا
onun şükrünü yerinə yetirməyi artır,
وَاِلَيْكَ فَاقَةً وَفَقْرًا،
yalnız Səndən hacət istəməyi,
وَبِكَ عَمَّنْ سِوَاكَ غِنًا وَتَعَفُّفًا،
və digərlərindən ehtiyacsız olmağı bizə əta et!
یَا مُحْسِنُ یَا مُجْمِلُ،
Ey ehsan edən, ey nemət verən,
یَا مُنْعِمُ یَا مُفْضِلُ،
ey xeyirxahlıq edən, ey üstünlük verən,
یَا مَلِيْكُ یَا مُقْتَدِرُ
ey mülk və qüdrət sahibi,
صَلِّ عَلٰى مُحَمَّدٍ وَاٰلِ مُحَمَّدٍ
Mühəmməd və Mühəmmədin Əhli-beytinə salam yetir,
وَاكْفِنِيْ الْمُهِمَّ كُلَّهُ،
bütün mühüm işlərdə bizə yardımçı ol,
وَاقْضِ لِيْ بِالْحُسْنٰى،
bizə gözəl aqibət nəsib et,
وَبَارِكْ لِي فِيْ جَمِيْعِ اُمُوْرِيْ،
bütün işlərimizə bərəkət ver,
وَاقْضِ لِيْ جَمِيْعَ حَوَآئِجِيْ،
və hacətlərimizi həyata keçir!
اَللّٰهُمَّ يَسِّرْ لِيْ مَا اَخَافُ تَعْسِيْرَهُ،
İlahi, çətinliyindən qorxduğumuzu bizə asanlaşdır,
فَاِنَّ تَيْسِيْرَ مَا اَخَافُ تَعْسِيْرَهُ عَلَيْكَ سَهْلٌ يَسِيْرٌ،
çünki çətinliyindən qorxduqlarımız Sənin üçün asandır.
وَسَهِّلْ لِيْ مَا اَخَافُ حُزُوْنَتَهُ،
Xoşagəlməz hadisələri asanlaşdır,
وَنَفِّسْ عَنِّي مَا اَخَافُ ضَيْقَهُ،
sıxıntıdan qorxumu asudəliyə çevir,
وَكُفَّ عَنّي مَا اَخَافُ هَمَّهُ،
qəlbimdən qorxunu çıxart,
وَاصْرِفْ عَنِّي مَا اَخافُ بَلِيَّتَهُ،
qorxduğum bəlaları məndən uzaqlaşdır,
یَا اَرْحَمَ الرَّاحِمِيْنَ،
ey mehribanların ən mehribanı!
اَللّٰهُمَّ امْلَا قَلْبِيْ حُبًّا لَكَ،
İlahi, qəlbimi Sənə məhəbbət,
وخَشْيَةً مِنْكَ،
Səndən qorxu,
وَتَصْدِيْقًا لَكَ،
Səni təsdiqləmə,
وَاِيْمَانًا بِكَ،
Sənə iman,
وفَرَقًا مِنْكَ،
Səndən qorxu,
وَشَوْقًا اِلَيْكَ
və şövqlə doldur,
یَا ذَا الْجَلَالِ وَالْاِكْرَامِ،
ey əzəmət və ehsan sahibi!
اَللّٰهُمَّ اِنَّ لَكَ حُقُوْقًا فَتَصَدَّقْ بِهَا عَلَيَّ،
İlahi, həqiqətən, Sənin üzərimdə haqqın böyükdür! Elə isə, nemətlərini mənə ehsan et
وَلِلنَّاسِ قِبَلِيْ تَبِعَاتٌ فَتَحَمَّلْهَا عَنِّي،
və boynumda haqqı olanların haqqını Özün ödə!
وَقَدْ اَوْجَبْتَ لِكُلِّ ضَيْفٍ قِرَىً،
Sən bütün qonaqlara ziyafət verəcəyini Özünə vacib etmisən,
وَاَنَا ضَيْفُكَ، فَاجْعَلْ قِرَايَ اللَّيْلَةَ الْجَنَّةَ،
və mən də sənə qonağam. Elə isə, bu gecə məni cənnət əhlindən et,
یَا وَهَّابَ الْجَنَّةِ
ey cənnət bəxş edən,
یَا وَهَّابَ الْمَغْفِرَةِ،
ey məğfirəti hədiyyə edən!
وَلَا حَوْلَ وَلَا قُوَّةَ اِلَّا بِكَ۔
Səndən başqa heç bir güc və qüdrət yoxdur!