Ey giriftarlıqda mənim pənahım
وَيَاغَوْثِيْ عِنْدَ شِدَّتِي،
və ey çətinlikdə mənim köməyimə çatan!
إِلَيْكَ فَزِعْتُ
Sənə pənah gətirmişəm,
وَبِكَ اسْتَغَثْتُ
Səndən kömək istəyirəm
وَبِكَ لُذْتُ
və Sənə sığınmışam;
لَا اَلُوْذُ بِسِوَاكَ
Səndən qeyrisinə sığınmıram
وَلَا اَطْلُبُ الْفَرَجَ اِلَّا مِنْكَ؛
və Səndən qeyrisindən çətinliklərimi həll etməsini istəmirəm;
فَاَغِثْنِي وَفَرِّجْ عَنِّي
elə isə, mənim köməyimə çat və məni çətinliklərdən qurtar.
يَا مَنْ يَّقْبَلُ الْيَسِيْرَ
Ey az əməli qəbul edən
وَيَعْفُوْ عَنِ الْكَثِيْرِ
və çox günahı əfv edən!
اِقْبَلْ مِنِّي الْيَسِيْرَ
Bu az (itaəti) məndən qəbul et
وَاعْفُ عَنِّي الْكَثِيْرَ
və çox günahlarımı bağışla,
إِنَّكَ اَنْتَ الْغَفُوْرُ الرَّحِيْمُ۔
çünki Sən bağışlayan və rəhimlisən.
اَللّٰهُمَّ اِنِّي اَسْاَلُكَ اِيْمَانًا تُبَاشِرُ بِهِ قَلْبِي
Ey Allahım, Səndən elə bir iman istəyirəm ki, qəlbim onunla birgə olsun
وَيَقِيْنًا حَتَّى اَعْلَمَ اَنَّهُ لَنْ يُصِيْبَنِي اِلَّا مَاكَتَبْتَ لِيْ
və Səndən elə bir yəqin istəyirəm ki, mənim barəmdə yalnız Sənin yazdığının baş verəcəyini bilim;
وَرَضِّنِيْ مِنَ الْعَيْشِ بِمَا قَسَمْتَ لِي
həyatda mənə qismət etdiklərinə məni razı et,
يَااَرْحَمَ الرَّاحِمِيْنَ۔
ey rəhimlilərin ən rəhimlisi.
يَاعُدَّتِيْ فِي كُرْبَتِي
Ey giriftarlıqda mənim azuqəm,
وَيَاصَاحِبِي فِي شِدَّتِي
ey çətinlikdə mənim həmdəmim,
وَيَاوَلِـيِّی فِي نِعْمَتِي
ey mənim nemətimin sahibi,
وَيَاغايَتِي فِي رَغْبَتِي
ey mənim arzumun nəhayəti!
اَنْتَ السَّاتِرُ عَوْرَتِيْ
Sənsən qəbahətlərimi örtən,
وَالْاٰمِنُ رَوْعَتِيْ
pərişanlığıma təskinlik verən
وَالْمُقِيْلُ عَثْرَتِيْ،
və xətalarımdan keçən;
فَاغْفِرْ لِي خَطِيْئَتِي
elə isə, günahlarımı bağışla,
يَآاَرْحَمَ الرَّاحِمِيْنَ۔
ey rəhimlilərin ən rəhimlisi.