Ey Allahım, ramazan ayı gəldi
وَقَدِ افْتَرَضْتَ عَلَيْنَا صِيَامَهُ،
və Sən bu ayın orucunu bizə vacib etdin;
وَاَنْزَلْتَ فِيْهِ الْقُرَاٰنَ
Quranı bu ayda nazil etdin
هُدًى لِلنَّاسِ وَبَيِّنَاتٍ مِنَ الْهُدٰى وَالْفُرْقَانِ،
insanları hidayət edən, hidayət dəlillərini ehtiva edən və haqqı batildən ayıran (olaraq).
اَللّٰهُمَّ اَعِنَّا عَلٰى صِيَامِهِ،
Ey Allahım, bu ayın orucunu tutmaqda bizə kömək et,
وَتَقَبَّلْهُ مِنَّا
və onu bizdən qəbul et;
وَتَسَلَّمْهُ مِنَّا
bu ayı bizdən salamat təhvil al,
وَسَلِّمْهُ لَنَا في يُسْرٍ مِنَكَ وَعَافِيَةٍ
bu ayı rahatlıq və sağlamlıq baxımından Öz tərəfindən bizim üçün salamat et,
اِنَّكَ عَلٰى كُلِّ شَيْءٍ قَدِيْرٌ۔
çünki Sən hər şeyə qadirsən.
6) Əllamə Məclisi "Zadul-məad"da yazır: Şeyx Kuleyni, Şeyx Tusi və başqaları səhih sənədlə nəql etmişlər ki, İmam Musa Kazim (ə) buyurdu: "Mübarək ramazan ayının birinci günü bu duanı oxuyun. Hər kim bu duanı Allahın razılığına xatir və pis bir məqsəd, riya olmadan oxusa, həmin il ərzində fitnə və azğınlıq ona üz verməz, onun dininə və ya bədəninə bəla gəlməz. Mütəal Allah onu həmin ilin bəlalarının şərindən qoruyar. Dua belədir:
اَللّٰهُمَّ اِنِّي اَسْاَلُكَ بِاِسْمِكَ الَّذِيْ دَانَ لَهُ كُلُّ شَيْءٍ،
Ey Allahım, Səndən istəyirəm o adına xatir ki, hər şey onun qarşısında boyun əymişdir;
وَبِرَحْمَتِكَ الَّتِيْ وَسِعَتْ كُلَّ شَيْءٍ،
o rəhmətinə xatir ki, hər şeyi bürümüşdür;
وَبِعَظَمَتِكَ الَّتِيْ تَوَاضَعَ لَهَا كُلُّ شَيْءٍ،
o əzəmətinə xatir ki, hər şey onun qarşısında kiçilmişdir;
وَبِعِزَّتِكَ الَّتِيْ قَهَرَتْ كُلَّ شَيْءٍ،
o izzətinə xatir ki, hər şeyi alçaqda qoymuşdur;
وَبِقُوَّتِكَ الَّتِيْ خَضَعَ لَهَا كُلُّ شَيْءٍ،
o qüvvətinə xatir ki, hər şey onun qarşısında boyun əymişdir;
وَبِجَبَرُوْتِكَ الَّتِيْ غَلَبَتْ كُلَّ شَىْءٍ،
o cəbərutuna xatir ki, hər şeyə qalib olmuşdur;
وَبِعِلْمِكَ الَّذِيْ اَحَاطَ بِكُلِّ شَيْءٍ،
o elminə xatir ki, hər şeyi əhatə etmişdir.
يَا نُوْرُ يَا قُدُّوْسُ،
Ey nur, ey pak!
يَا اَوَّلَ قَبْلَ كُلِّ شَيْءٍ،
Ey hər şeydən əvvəl mövcud olan
وَيَا بَاقِيًا بَعْدَ كُلِّ شَيْءٍ،
və hər şeydən sonra baqi qalan!
يَا اَللهُ يَا رَحْمٰنُ،
Ey Allah, ey Rəhman!
صَلِّ عَلٰى مُحَمَّدٍ وَاٰلِ مُحَمَّدٍ،
Məhəmmədə və Ali-Məhəmmədə salam göndər,
وَاغْفِرْ لِيَ الذُّنُوْبَ الَّتِيْ تُغَيِّرُ النِّعَمَ،
nemətləri dəyişdirən günahlarımı bağışla,
وَاغْفِرْ لِيَ الذُّنُوْبَ الَّتِيْ تُنْزِلُ النِّقَمَ،
əzab-əziyyəti nazil edən günahlarımı bağışla,
وَاغْفِرْ لِيَ الذُّنُوْبَ الَّتِيْ تَقْطَعُ الرَّجَاۤءَ،
ümidləri qıran günahlarımı bağışla,
وَاغْفِرْ لِيَ لذُّنُوْبَ الَّتِيْ تُدِيْلُ الْاَعْدَاۤءَ،
düşməni qalib edən günahlarımı bağışla,
وَاغْفِرْ لِيَ الذُّنُوْبَ الَّتِىْ تَرُدُّ الدُّعَاۤءَ،
duaları geri qaytaran günahlarımı bağışla,
وَاغْفِرْ لِيَ الذُّنُوْبَ الَّتِيْ يُسْتَحَقُّ بِهَا نُزُوْلُ الْبَلَاۤءِ
bəlanın nazil olmasını haqlı edən günahlarımı bağışla,
وَاغْفِرْ لِيَ الذُّنُوْبَ الَّتِيْ تَحْبِسُ غَيْثَ السَّمَاۤءِ،
göydəki yağışın yağmasının qarşısını alan günahlarımı bağışla,
وَاغْفِرْ لِيَ الذُّنُوْبَ الَّتِيْ تَكْشِفُ الْغِطَاۤءَ،
pərdələri qaldıran günahlarımı bağışla,
وَاغْفِرْ لِيَ الذُّنُوْبَ الَّتِيْ تُعَجِّلُ الْفَنَاۤءَ،
fani olmağı tezləşdirən günahlarımı bağışla,
وَاغْفِرْ لِيَ الذُّنُوْبَ الَّتِيْ تُوْرِثُ النَّدَمَ،
peşmançılıq gətirən günahlarımı bağışla,
وَاغْفِرْ لِيَ الذُّنُوْبَ الَّتِيْ تَهْتِكُ الْعِصَمَ،
pərdələri yırtan günahlarımı bağışla.
وَاَلْبِسْنِيْ دِرْعَكَ الْحَصِيْنَةَ الَّتِيْ لَا تُرَامُ،
Yarılmayan möhkəm zirehini mənim əynimə geyindir,
وَعَافِنِيْ مِنْ شَرِّ مَا اُحَاذِرُ بِاللَّيْلِ وَالنَّهَارِ فِيْ مُسْتَقْبِلِ سَنَتِيْ هٰذِهِ،
gecə və gündüz qorxub çəkindiyim şərlərdən bu ilimin qarşıdakı günlərində məni salamat et.
اَللّٰهُمَّ رَبَّ السَّمَاوَاتِ السَّبْعِ،
Ey Allahım, ey yeddi göyün Rəbbi,
وَرَبَّ الْاَرَضِيْنَ السَّبْعِ وَمَا فِيْهِنَّ وَما بَيْنَهُنَّ،
və yeddi yerin, onlarda və onların arasında olanların Rəbbi,
وَرَبَّ الْعَرْشِ الْعَظِيْمِ،
ey əzəmətli ərşin Rəbbi,
وَرَبَّ السَبْعِ الْمَثَانِيْ، وَالْقُرْاٰنِ الْعَظِيْمِ،
ey yeddi ayənin və əzəmətli Quranın Rəbbi,
وَرَبَّ اِسْرَافِيْلَ وَمِيْكَاۤئِيْلَ وَجَبْرَاۤئِيْلَ،
ey İsrafilin, Mikailin və Cəbrailin Rəbbi,
وَرَبَّ مُحَمَّدٍ صَلَّى اللهُ عَلَيْهِ وَاٰلِهِ سَيِّدِ الْمُرْسَلِيْنَ وَخَاتَمِ النَّبِيِّيْنَ،
ey elçilərin sərvəri və peyğəmbərlərin sonuncusu Məhəmmədin – Allahın salamı olsun ona və xanidanına – Rəbbi!
اَسْاَلُكَ بِكَ وَبِمَا سَمَّيْتَ بِهِ نَفْسَكَ
Səndən istəyirəm Sənə xatir və Özünü adlandırdığın adlara xatir,
يَا عَظِيْمُ اَنْتَ الَّذِيْ تَمُنَّ بِالْعَظِيْمِ،
ey əzəmətli, Sənsən əzəmətli nemət ilə minnət qoyan,
وَتَدْفَعُ كُلَّ مَحْذُوْرٍ،
hər iztirab və nigarançılığı uzaqlaşdıran,
وَتُعْطِيْ كُلَّ جَزِيْلٍ،
böyük bəxşişləri əta edən,
وَتُضَاعِفُ الْحَسَنَاتِ بِالْقَلِيْلِ وَبِالْكَثِيْرِ،
az və çox yaxşı əməlləri bir neçə bərabər çoxaldan,
وَتَفْعَلُ مَا تَشَاۤءُ
istədiyini edən.
يَا قَدِيْرُ يَا اَللهُ يَا رَحْمٰنُ،
Ey Qadir, ey Allah, ey Rəhman!
صَلِّ عَلٰى مُحَمَّدٍ وَاَهْلِ بَيْتِهِ،
Məhəmmədə və onun Əhli-beytinə salam göndər,
وَاَلْبِسْنِيْ فِيْ مُسْتَقْبَلِ سَنَتِيْ هٰذِهِ سِتْرَكَ،
bu ilin qarşıda gələn günlərində mənə Öz örtüyünü geyindir,
وَنَضِّرْ وَجْهِيْ بِنُوْرِكَ،
üzümü Öz nurunla nurlandır,
وَاَحِبَّنِيْ بِمَحَبَّتِكَ،
məni Öz məhəbbətinlə sev,
وَبَلِّغْنِيْ رِضْوَانَكَ،
məni Öz razılığına nail et,
وَشَرِيْفَ كَرَامَتِكَ،
şərafətli kəramətinə,
وَجَسِيْمَ عَطِيَّتِكَ،
və böyük ətalarına,
وَاَعْطِنِيْ مِنْ خَيْرِ مَا عِنْدَكَ
mənə Öz dərgahında olan ən üstün xeyri əta et
وَمِنْ خَيْرِ مَا اَنْتَ مُعْطِيْهِ اَحَدًا مِنْ خَلْقِكَ،
və Öz xəlqinə əta etdiyin xeyrin ən üstününü,
وَاَلْبِسْنِيْ مَعَ ذٰلِكَ عَافِيَتَكَ
bunlarla yanaşı sağlamlıq libasını mənim əynimə geyindir.
يَا مَوْضِعَ كُلِّ شَكْوٰى،
Ey şikayət olunan ünvan,
وَيَا شَاهِدَ كُلِّ نَجْوٰى،
ey hər sirrə şahid olan,
وَيَا عَالِمَ كُلِّ خَفِيَّةِ،
ey hər gizlini bilən,
وَيَا دَافِعَ مَا تَشَاۤءُ مِنْ بَلِيَّةٍ،
ey istədiyi bəlanın qarşısını alan,
يَا كَرِيْمَ الْعَفْوِ،
ey əfv kərimi,
يَا حَسَنَ التَّجَاوُزِ،
ey ən yaxşı güzəşt edən,
تَوَفَّنِيْ عَلٰى مِلَّةِ اِبْرَاهِيْمَ وَفِطْرَتِهِ،
məni İbrahimin dinində və onun fitrətində öldür,
وَعَلٰى دِيْنِ مُحَمَّدٍ صَلَّى اللهُ عَلَيْهِ وَاٰلِهِ وَسُنَّتِهِ،
Məhəmmədin – Allahın salamı olsun ona və xanidanına – dinində və sünnəsində,
وَعَلٰى خَيْرِ الْوَفَاةِ، فَتَوَفَّنِيْ مُوَالِيًا لِاَوْلِيَآئِكَ،
ən yaxşı tərzdə öldür; məni Sənin dostlarını dost tutduğum
وَمُعَادِيًا لِاَعْدَآئِكَ،
və düşmənlərinə düşmən kəsildiyim bir halda öldür.
اَللّٰهُمَّ وَجَنِّبْنِيْ فِيْ هٰذِهِ السَّنَةِ
Ey Allahım, bu il məni uzaq et
كُلَّ عَمَلٍ اَوْ قَوْلٍ اَوْ فِعْلٍ يُبَاعِدُنِيْ مِنْكَ،
məni Səndən uzaqlaşdıran hər bir əməl, söz və rəftardan;
وَاَجْلِبْنِيْ اِلَى كُلِّ عَمَلٍ اَوْ قَوْلٍ اَوْ فِعْلٍ
məni cəlb et hər bir əməl, söz və rəftara tərəf
يُقَرِّبُنِيْ مِنْكَ فِيْ هٰذِهِ السَّنَةِ
ki, bu il məni Sənə tərəf yaxınlaşdırsın
يَا اَرْحَمَ الرَّاحِمِيْنَ،
ey rəhimlilərin ən rəhimlisi,
وَامْنَعْنِيْ مِنْ كُلِّ عَمَلٍ اَوْ قَوْلٍ اَوْ فِعْلٍ
və məni çəkinidir hər bir əməl, söz və rəftar sahibi olmaqdan
يَكُوْنُ مِنِّي اَخَافُ ضَرَرَ عَاقِبَتِهِ،
ki məndən baş versin, onun ziyanlı aqibətindən qorxum,
وَاَخَافُ مَقْتَكَ اِيَّايَ عَلَيْهِ
və Sənin ona görə mənə olan qəzəbinə tuş gəlməkdən qorxum,
حِذَارَ اَنْ تَصْرِفَ وَجْهَكَ الْكَرِيْمَ عَنِّيْ
Sənin kərim üzünün məndən dönəcəyi xəbərdarlığı ilə
فَاَسْتَوْجِبَ بِهِ نَقْصًا مِنْ حَظٍّ لِيْ عِنْدَكَ
və buna görə Sənin dərgahında olan qismətimin azalmasına müstəhəqq olum,
يَا رَؤُوْفُ يَا رَحِيْمُ،
ey rəuf, ey rəhim.
اَللّٰهُمَّ اجْعَلْنِيْ فِيْ مُسْتَقْبَلِ سَنَتِيْ هٰذِهِ فِيْ حِفْظِكَ
Ey Allahım, bu ilin qarşıda gələn günlərində məni Öz mühafizəndə qərar ver
وَفِيْ جِوَارِكَ وَفِيْ كَنَفِكَ،
pənahında və himayən altında,
وَجَلِّلْنِيْ سِتْرَ عَافِيَتِكَ،
Öz salamatlıq örtüyünü mənim üzərimə ört
وَهَبْ لِيْ كَرَامَتَكَ،
və Öz kəramətini mənə bəxş et.
عَزَّ جَارُكَ
Sənə pənah gətirən izzətli oldu,
وَجَلَّ ثَنَآؤُكَ
Sənin sitayişin ucadır,
وَلَا اِلـٰهَ غَيْرُكَ،
Səndən qeyri Məbud yoxdur.
اَللّٰهُمَّ اجْعَلْنِيْ تَابِعًا لِصَالِحِيْ مَنْ مَضٰى مِنْ اَوْلِيَآئِكَ،
Ey Allahım, məni keçmiş övliyaların arasında salehlərin ardıcıllarından qərar ver,
وَاَلْحِقْنِيْ بِهِمْ
məni onlara qovuşdur,
وَاجْعَلْنِيْ مُسْلِمًا لِمَنْ قَالَ بِالصِّدْقِ عَلَيْكَ مِنْهُمْ،
Sənin tərəfindən həqiqətini söyləyənlərə təslim olmağımı qərar ver.
وَاَعُوْذُ بِكَ اَللّٰهُمَّ اَنْ تُحِيْطَ بِيْ خَطِيْئَتِيْ وَظُلْمِيْ
Ey Allahım, Sənə pənah aparıram xətalarımın və zülmlərimin məni əhatə etməsindən,
وَاِسْرَافِيْ عَلٰى نَفْسِيْ، وَاتِّبَاعِيْ لِهَوَايَ،
özümə qarşı təcavüzkarlığımdan, həvayi-nəfsimə tabe olmaqdan,
وَاشْتِغَالِيْ بِشَهَوَاتِيْ،
şəhvətlərə məşğul olmaqdan,
فَيَحُوْلُ ذٰلِكَ بَيْنِيْ وَبَيْنَ رَحْمَتِكَ وَرِضْوَانِكَ
nəticədə bütün bunların mənimlə Sənin rəhmətin və razılığın arasında maneə yaratmasından;
فَاَكُوْنُ مَنْسِيًّا عِنْدَكَ،
hətta işin o yerə çatmasından ki, Sənin dərgahında unudulum,
مُتَعَرِّضًا لِسَخَطِكَ وَنِقْمَتِكَ،
Sənin qəzəbinə və cəzana səbəb olan işlərə əl atım.
اَللّٰهُمَّ وَفِّقْنِيْ لِكُلِّ عَمَلٍ صَالِحٍ تَرْضٰى بِهِ عَنِّي،
Ey Allahım, məni Səni məndən razı salan hər bir saleh əmələ müvəffəq et,
وَقَرِّبْنِي اِلَيْكَ زُلْفِى،
və məni Öz dərgahına daha da yaxınlaşdır,
اَللّٰهُمَّ كَمَا كَفَيْتَ نَبِيَّكَ مُحَمَّدًا صَلَّى اللهُ عَلَيْهِ وَاٰلِهِ هَوْلَ عَدُوِّهِ،
Ey Allahım, necə ki, Peyğəmbərin Məhəmmədin – Allahın salamı olsun ona və xanidanına – düşməndən olan qorxusunda ona kifayət etdin,
وَفَرَّجْتَ هَمَّهُ،
onun kədərini aradan qaldırdın,
وَكَشَفْتَ غَمَّهُ،
qəm-qüssəsini dağıtdın,
وَصَدَقْتَهُ وَعْدَكَ،
ona verdiyin vədəyə vəfa etdin
وَاَنْجَزْتَ لَهُ عَهْدَكَ،
və onunla bağladığın əhd-peymanı başa çatdırdın,
اَللّٰهُمَّ فَبِذٰلِكَ فَاكْفِنِيْ هَوْلَ هٰذِهِ السَّنَةِ
ey Allahım, eləcə də, bu ildə qorxunu məndən uzaq et
وَاٰفَاتِهَا وَاَسْقَامَهَا
onun bəlalarını, xəstəliklərini,
وَفِتْنَتَهَا وَشُرُوْرَهَا
fitnələrini, şərlərini,
وَاَحْزَانَهَا وَضِيْقَ الْمَعَاشِ فِيْهَا،
kədərlərini, məişət sıxıntılarını,
وَبَلِّغْنِيْ بِرَحْمَتِكَ كَمَالَ الْعَافِيَةِ
Öz rəhmətinlə məni mükəmməl salamatlığa qovuşdur
بِتَمَامِ دَوَامِ النِّعْمَةِ عِنْدِيْ اِلٰى مُنْتَهٰى اَجَلِيْ،
mənim yanımda olan nemətinin ömrümün axırınadək davamlı olması vasitəsilə.
اَسْاَلُكَ سُؤَالَ مَنْ اَسَاۤءَ وَظَلَمَ وَاسْتَكَانَ وَاعْتَرَفَ،
Səndən istəyirəm o kəs kimi ki, günah işlətmiş və özünə zülm etmişdir, çarəsiz qalmış və günahını etiraf edir.
وَاَسْاَلُكَ اَنْ تَغْفِرَ لِيْ مَا مَضٰى مِنَ الذُّنُوْبِ
Səndən istəyirəm ki, mənim keçmiş günahlarımı bağışlayasan;
الَّتِيْ حَصْرَتَهَا حَفَظَتُكَ
o günahlar ki, Sənin mühafizəçilərin onları qeyd etmiş
وَاَحْصَتْهَا كِرَامُ مَلَآئِكَتِكَ عَلَيَّ،
və kərim mələklərin mənim əleyhimə onları saymışlar.
وَاَنْ تَعْصِمَنِيْ اِلـٰهِيْ مِنَ الذُّنُوْبِ
İlahi, Səndən istəyirəm məni günahlardan qoruyasan
فِيْـمَا بَقِيَ مِنْ عُمْرِيْ اِلٰى مُنْتَهٰى اَجَلِيْ،
ömrümün qalan hissəsində, ömrümün axırınadək.
يَا اَللهُ يَا رَحْمٰنُ يَا رَحِيْمُ،
Ey Allah, ey Rəhman, ey Rəhim,
صَلِّ عَلٰى مُحَمَّدٍ وَاَهْلِ بَيْتِ مُحَمَّدٍ،
Məhəmmədə və Məhəmmədin Əhli-beytinə salam göndər,
وَاٰتِنِيْ كُلَّ مَا سَاَلْتُكَ وَرَغِبْتُ اِلَيْكَ فِيْهِ،
Səndən istədiklərimi və bunun üçün rəğbətlə Sənin dərgahına üz tutduğum istəklərimi mənə ver,
فَاِنَّكَ اَمَرْتَنِيْ بِالدُّعَاۤءِ
çünki Sən Özün mənə dua etməyi əmr etmisən
وَتَكَفَّلْتَ لِيْ بِالْاِجَابَةِ
və onu qəbul etməyi öhdənə götürmüsən,
يَا اَرْحَمَ الرَّاحِمِيْنَ۔
ey rəhimlilərin ən rəhimlisi.
Yaxşı olar ki, bu dua "qəməri" il, həmçinin "şəmsi" il başlandıqda qəsdi-qürbət (Allaha yaxınlaşmaq niyyəti) ilə oxunsun.