⚙️ EN اردو RO AZ
🌐
⚙️
English اردو Roman Azerbaijani
🏠 Home ⭐ Favorites 🔍 Search ⚙ Settings 🎥 Videos
🏠 🔍
RAMAZANIN AXIRINCI ON GECƏSİNİN ƏMƏLLƏRİ
1) Mərhum Şeyx Kuleyni dəyərli "Usuli-kafi" kitabında İmam Sadiqin (ə) bu hədisini nəql edir: "Ramazan ayının axırıncı on günündə hər gecə bu duanı oxu:
اَعُوْذُ بِجَلَالِ وَجْهِكَ الْكَرِيْمِ
Sənin kərim zatının cəlalətinə pənah aparıram ki,
اَنْ يَنْقَضِيَ عَنِّي شَهْرُ رَمَضَانَ
məbada ramazan ayı mənim üçün ötüb keçsin,
اَوْ يَطْلُعَ الْفَجْرُ مِنْ لَيْلَتِيْ هٰذِهِ
yaxud bu gecə mənim üçün səhər olsun,
وَلَكَ قِبَلِيْ ذَنْبٌ اَوْ تَبِعَةٌ تُعَذِّبُنِيْ عَلَيْهِ۔
lakin hələ də Sənin dərgahında bir günahım və ya əvəzi pis olan bir işim olsun və buna görə Sən mənə əzab verəsən.
2) "Bələdul-əmin"in haşiyəsində Mərhum Kəf'əmidən belə nəql olunur: İmam Sadiq (ə) ramazan ayının axırıncı on gecəsində vacib və nafilə namazlardan sonra bu duanı oxuyarmış:
اَللّٰهُمَّ اَدِّ عَنَّا حَقَّ مَا مَضٰى مِنْ شَهْرِ رَمَضَانَ
Ey Allahım, ramazan ayının ötən günlərinin haqqını bizim üçün ödə,
وَاغْفِرْ لَنَا تَقْصِيْـرَنَا فِيْهِ،
bu ayda bizim təqsirlərimizi bağışla,
وَتَسَلَّمْهُ مِنَّا مَقْبُوْلًا،
onu bizdən qəbul olunmuş təhvil al,
وَلَا تُؤَاخِذْنَا بِاِسْرَافِنَا عَلٰى اَنْفُسِنَا،
özümüzə qarşı etdiyimiz təcavüzkarlığa görə bizi cəzalandırma,
وَاجْعَلْنَا مِنَ الْمَرْحُوْمِيْنَ
bizi rəhmətə qovuşanlardan qərar ver,
وَلَا تَجْعَلْنَا مِنَ المَحْرُوْمِيْنَ۔
bizi məhrumlardan qərar vermə.
3) Seyid İbn Tavus "İqbal" kitabında nəql edir ki, İmam Sadiq (ə) ramazan ayının axırıncı on gecəsində bu duanı oxuyardı:
اَللّٰهُمَّ اِنَّكَ قُلْتَ فِيْ كِتَابِكَ الْمُنْزَلِ
Ey Allahım, Sən nazil olan Kitabında buyurmusan:
شَهْرُ رَمَضَانَ الَّذِيْ اُنْزِلَ فِيْهِ الْقُرْاٰنُ
Ramazan o aydır ki, Quran bu ayda nazil olmuşdur.
هُدًى لِلنَّاسِ وَبَيِّنَاتٍ مِنَ الْهُدٰى وَالْفُرْقَانِ
İnsanları hidayət edən, hidayət dəlillərini ehtiva edən və haqqı batildən ayıran,
فَعَظَّمْتَ حُرْمَةَ شَهْرِ رَمَضَانَ
Beləliklə, Sən ramazan ayının hörmətini böyük etdin
بِمَا اَنْزَلْتَ فِيْهِ مِنَ الْقُرْاٰنِ،
bu ayda Quranı nazil etməklə,
وَخَصَصْتَهُ بِلَيْلَةِ الْقَدْرِ
Qədr gecəsini bu aya məxsus etdin
وَجَعَلْتَهَا خَيْرًا مِنْ اَلْفِ شَهْرٍ،
və onu min aydan üstün etdin.
اَللّٰهُمَّ وَهٰذِهِ اَيَّامُ شَهْرِ رَمَضَانَ قَدِ انْقَضَتْ،
Ey Allahım, bu, mənim üçün ötüb keçən ramazan ayının günləridir,
وَلَيَالِيْهِ قَدْ تَصَرَّمَتْ،
və bu, ramazan ayının gecələridir ki, onlar da mənim üçün ötüb keçdi.
وَقَدْ صِرْتُ يَا اِلـٰهِيْ مِنْهُ اِلٰى مَا اَنْتَ اَعْلَمُ بِهِ مِنِّي
İlahi, bu aydan necə olduğumu Sən məndən daha yaxşı bilirsən
وَاَحْصٰى لِعَدَدِهِ مِنَ الْخَلْقِ اَجْمَعِيْنَ،
və sayına bütün insanlardan daha yaxşı agahsan.
فَاَسْاَلُكَ بِمَا سَاَلَكَ بِهِ مَلَآئِكَتُكَ الْمُقَرَّبُوْنَ
Müqərrəb mələklərinin Səni çağırdıqları ilə Səni çağırır və istəyirəm,
وَاَنْبِيَآؤُكَ الْمُرْسَلُوْنَ،
göndərdiyin peyğəmbərlərinin,
وَعِبَادُكَ الصَّالِحُوْنَ،
ləyaqətli bəndələrinin,
اَنْ تُصَلِّيَ عَلٰى مُحَمَّدٍ وَاٰلِ مُحَمَّدٍ
Məhəmmədə və Ali-Məhəmmədə salam göndərəsən,
وَاَنْ تَفُكَّ رَقَبَتِيْ مِنَ النَّارِ،
məni Cəhənnəm odundan azad edəsən,
وَتُدْخِلَنِى الْجَنَّةَ بِرَحْمَتِكَ،
Öz rəhmətinlə məni Cənnətə daxil edəsən,
وَاَنْ تَتَفَضَّلَ عَلَيَّ بِعَفْوِكَ وَكَرَمُكَ
Öz əfvin və kərəminlə mənə əta edəsən,
وَ تَتَقَبَّلَ تَقَرُبِيْ
mənim Sənə yaxınlaşmağımı qəbul edəsən,
وَ تَسْتَجِيْبَ دُعَآئِيْ
duamı müstəcab edəsən,
وَتَمُنَّ عَلَيَّ بِالْاَمْنِ يَوْمَ الْخَوْفِ
qorxu və vəhşət günündə mənə aman verməklə mənə minnət qoyasan,
مِنْ كُلِّ هَوْلٍ اَعْدَدْتَهُ لِيَوْمِ الْقِيَامَةِ،
Qiyamət günüm üçün Sənin hazırladığın qorxudan.
اِلـٰهِيْ وَاَعُوْذُ بِوَجْهِكَ الْكَرِيْمِ،
İlahi, Sənin kərim zatına pənah aparıram,
وَبِجَلَالِكَ الْعَظِيْمِ
əzəmətli cəlalına,
اَنْ يَنْقَضِيَ اَيَّامُ شَهْرِ رَمَضَانَ وَلَيَالِيْهِ
məbada ramazan ayının gündüzləri və gecələri ötüb keçsin,
وَلَكَ قِبَلِيْ تَبِعَةٌ اَوْ ذَنْبٌ تُؤَاخِذُنِيْ بِهِ
lakin mənim üzərimdə Sənə qarşı işlətdiyim bir günah və ya əvəzi pis olan bir əməl olmuş olsun ki, məni buna görə cəzalandırasan;
اَوْ خَطِيْئَةٌ تُرِيْدُ اَنْ تَقْتَصَّهَا مِنِّيْ لَمْ تَغْفِرْهَا لِيْ
yaxud bir xətam olsun ki, onun əvəzini məndən çıxmaq istəyəsən və onu bağışlamamış olasan.
سَيِّدِيْ سَيِّدِيْ سَيِّدِيْ
Ey Ağam, ey Ağam, ey Ağam,
اَسْاَلُكَ يَا لَا اِلٰهَ اِلَّا اَنْتَ
Səndən isətəyirəm, ey o kəs ki, Səndən qeyri İlah yoxdur,
اِذْ لَا اِلٰهَ اِلَّا اَنْتَ
çünki Səndən qeyri İlah yoxdur,
اِنْ كُنْتَ رَضَيْتَ عَنِّي فِيْ هٰذَا الشَّهْرِ
əgər bu ayda məndən razı qalmısansa,
فَازْدَدْ عَنِّيْ رِضًا،
onda məndən olan razılığını artır;
وَاِنْ لَمْ تَكُنْ رَضَيْتَ عَنِّي
yox əgər məndən razı qalmamısansa,
فَمِنَ الْاٰنَ فَارْضَ عَنِّيْ
onda elə indi məndən razı ol,
يَا اَرْحَمَ الرَّاحِمِيْنَ،
ey rəhimlilərin ən rəhimlisi.
يَا اَللهُ يَا اَحَدُ يَا صَمَدُ
Ey Allah, ey tək, ey ehtiyacsız,
يَا مَنْ لَمْ يَلِدْ وَلَمْ يُوْلَدْ
ey o kəs ki, doğmayıb və doğulmayıb,
وَلَمْ يَكُنْ لَهُ كُفُوًا اَحَدٌ۔
Onun tayı-bərabəri yoxdur.
Həmçinin bunu çox de:
يَا مُلَيِّنَ الْحَدِيْدِ لِدَاوُدَ عَلَيْهِ السَّلَامُ،
Ey Davud üçün dəmiri yumşaldan, salam olsun ona,
يَا كَاشِفَ الضُرِّ وَالْكُرَبِ الْعِظَامِ عَنْ اَيُّوْبَ (عليه السلام)،
ey Əyyub üçün böyük giriftarlığı və narahatlığı aradan qaldıran, salam olsun ona,
اَيْ مُفَرِّجَ هَمِّ يَعْقُوْبَ عَلَيْهِ السَّلَامُ،
ey Yaqub üçün kədəri aradan aparan, salam olsun ona,
اَيْ مُنَفِّسَ غَمِّ يُوْسُفَ عَلَيْهِ السَّلَامُ،
ey Yusif üçün qəm-qüssəni dağıdan, salam olsun ona!
صَلِّ عَلٰى مُحَمَّدٍ وَاٰلِ مُحَمَّدٍ،
Məhəmmədə və Ali-Məhəmmədə salam göndər,
كَمَا اَنْتَ اَهْلُهُ اَنْ تُصَلِّيَ عَلَيْهِمْ اَجْمَعِيْنَ،
elə bir salam ki, Sən onların hamısına salam göndərməyə layiqsən.
وَافْعَلْ بِيْ مَا اَنْتَ اَهْلُهُ،
Mənim barəmdə Özünün layiq olduğunu et,
وَلَا تَفْعَلْ بِيْ مَا اَنَا اَهْلُهُ۔
mənim layiq olduğumu deyil.
4) "Misbahul-mutəhəccid" və "Usuli-kafi" kitablarında qeyd olunan bu duanı oxuyun:
يَامُوْلِجَ اللَّيْلِ فِي النَّهَارِ،
Ey gecəni gündüzə daxil edən,
وَمُوْلِجَ النَّهَارِ فِي اللَّيْلِ،
və gündüzü gecəyə daxil edən,
وَمُخْرِجَ الْحَيِّ مِنَ الْمَيِّتِ،
ölüdən dirini çıxaran,
وَمُخْرِجَ الْمَيِّتِ مِنَ الْحَيِّ،
və diridən ölünü çıxaran!
يَا رَازِقَ مَنْ يَشَاۤءُ بِغَيْرِ حِسَابٍ،
Ey istədiyinə hesabsız ruzi verən!
يَااَللهُ يَارَحْمٰنُ،
Ey Allah, ey Rəhman,
يَااللهُ يَارَحِيْمُ،
ey Allah, ey Rəhim!
يَااللهُ يَااللهُ يَااللهُ
Ey Allah, ey Allah, ey Allah!
لَكَ الْاَسَّمَاۤءُ الْحُسْنٰى،
Sənə məxsusdur gözəl adlar,
وَالْاَمْثَالُ الْعُلْيَا،
uca misallar,
وَالْكِبْرِيَاۤءُ وَالْاٰلَاۤءُ،
böyüklük və nemətlər!
اَسْاَلُكَ اَنْ تُصَلِّيَ عَلٰى مُحَمَّدٍ وَاٰلِ مُحَمَّدٍ،
Səndən istəyirəm ki, Məhəmmədə və Ali-Məhəmmədə salam göndərəsən,
وَاَنْ تَجْعَلَ اسْمِيْ فِيْ هٰذِهِ اللَّيْلَةِ فِي السُّعَدَاۤءِ،
bu gecədə mənim adımı xoşbəxtlərin zümrəsində qərar verəsən,
وَرُوْحِيْ مَعَ الشُّهَدَاۤءِ،
ruhumu şəhidlərlə birlikdə edəsən,
وَاِحْسَانِيْ فِي عِلِّيِّيْنَ،
yaxşı əməllərimi Cənnətin uca dəcələrində qərar verəsən,
وَاِسَآئَتِيْ مَغْفُوْرَةً،
günahlarımı bağışlayasan;
وَاَنْ تَهَبَ لِيْ يَقِيْنًا تُبَاشِرُ بِهِ قَلْبِيْ،
mənə elə bir yəqin əta edəsən ki, daim qəlbimlə birgə olsun,
وَاِيْمَانًا يُذْهِبُ الشَّكَّ عَنِّي،
və mənə elə bir iman əta edəsən ki, şəkk-şübhəni məndən uzaqlaşdırsın;
وَتُرْضِيَنِيْ بِمَا قَسَمْتَ لِي،
mənə qismət etdiklərinə məni razı et,
وَاٰتِنَا فِي الدُّنْيَا حَسَنَةً،
dünya və axirətdə mənə gözəl nemət ver,
وَفِي الْاٰخِرَةِ حَسَنَةً،
və axirətdə gözəl nemət ver,
وَقِنَا عَذَابَ النَّارِ الْحَرِيْقِ،
məni yanar odun əzabından qoru;
وَارْزُقْنِيْ فِيْهَا ذِكْرَكَ وَشُكْرَكَ وَالرَّغْبَةَ اِلَيْكَ،
bu gecədə Öz zikrini və şükrünü, Sənə tərəf rəğbəti mənə ruzi et,
وَالْاِنَابَةَ وَالتَّوْفِيْقَ لِمَا وَفَّقْتَ لَهُ مُحَمَّدًا وَآلَ مُحَمَّدٍ عَلَيْهِ وَعَلَيْهِمُ السَّلَامُ۔
qayıdışı və mənə ruzi et o işlərdə müvəffəqiyyəti ki, Məhəmmədi və Ali-Məhəmmədi – salam olsun ona və onlara – həmin işlərdə müvəffəq etmisən.
4) Mərhum Şeyx Kəf'əmi Seyid İbn Baqidən nəql edir ki, ramazan ayının iyirmi birinci gecəsi bu duanı oxuyun:
اَللّٰهُمَّ صَلِّ عَلٰى مُحَمَّدٍ وَاٰلِ مُحَمَّدٍ
Ey Allahım, Məhəmmədə və Ali-Məhəmmədə salam göndər,
وَاقْسِمْ لِي حِلْمًا يَسُدُّ عَنِّيْ بَابَ الْجَهْلِ،
qismət et mənə elə bir səbir ki, cəhalət qapısını mənim üzümə bağlasın;
وَهُدًى تَمُنُّ بِهِ عَلَيَّ مِنْ كُلِّ ضَلَالَةٍ،
elə bir hidayət ki, onun vasitəsilə məni hər azğınlıqdan uzaqlaşdırmaqla mənə minnət qoyasan;
وَغِنًى تَسُدُّ بِهِ عَنِّيْ بَابَ كُلِّ فَقْرٍ
elə bir zənginlik ki, onun vasitəsilə hər növ yoxsulluq qapılarını mənim üzümə bağlayasan;
وَقُوَّةً تَرُدُّ بِهَا عَنِّي كُلَّ ضَعْفٍ،
elə bir qüvvət ki, onun vasitəsilə hər növ zəifliyi məndən uzaqlaşdırasan;
وَعِزًا تُكْرِمُنِيْ بِهِ عَنْ كُلِّ ذُلٍّ،
elə bir izzət ki, onun vasitəsilə məni hər bir zillətdən girami edəsən;
وَرِفْعَةً تَرْفَعُنِيْ بِهَا عَنْ كُلِّ ضَعَةٍ،
elə bir ucalıq ki, onun vasitəsilə məni hər bir alçaqlıqdan ucaldasan;
وَاَمْنًا تَرُدُّ بِهِ عَنِّيْ كُلِّ خَوْفٍ،
elə bir əmniyyət ki, onun vasitəsilə hər qorxunu məndən uzaqlaşdırasan;
وَعَافِيَةً تَسْتُرُنِي بِهَا عَنْ كُلِّ بَلَاۤءٍ،
elə bir sağlamlıq ki, onun vasitəsilə məni hər bəla qarşısında örtəsən;
وَعِلْمًا تَفْتَحُ لِيْ بِهِ كُلَّ يَقِيْنٍ،
elə bir elm ki, onun vasitəsilə hər bir yəqinliyi mənim üzümə açasan;
وَيَقِيْنًا تُذْهِبُ بِهِ عَنِّيْ كُلَّ شَكٍّ،
elə bir yəqinlik ki, onun vasitəsilə hər şəkk-şübhəni məndən uzaqlaşdırasan;
وَدُعَاۤءً تَبْسُطُ لِيْ بِهِ الَاِجَابَةَ فِيْ هٰذِهِ اللَّيْلَةِ وَفِي هٰذِهِ السَّاعَةِ،
elə bir dua ki, onun vasitəsilə bu gecədə və bu saatda icabəti mənim üçün açasan,
السَّاعَةِ السَّاعَةِ السَّاعَةِ يَا كَرِيْمُ،
bu saatda, bu saatda, bu saatda, ey Kərim;
وَخَوْفًا تَنْشُرُ لِيْ بِهِ كُلَّ رَحْمَةٍ،
elə bir qorxu ki, onun vasitəsilə hər rəhməti mənim üçün açasan;
وَعِصْمَةً تَحُوْلُ بِهَا بَيْنِيْ وَبَيْنَ الذُّنُوْبِ
elə bir mühafizə ki, mənimlə günahlarım arasında onu sədd edəsən
حَتَّى اُفْلِحَ بِہَا عِنْدَ الْمَعْصُوْمِيْنَ عِنْدَكَ
və bu yolla Sənin dərgahının məsumları qarşısında nicat tapım;
بِرَحْمَتِكَ يَآ اَرْحَمَ الرَّاحِمِيْنَ۔
Öz rəhmətinə xatir, ey rəhimlilərin rəhimlisi.
5) Bu gecənin fəzilətli əməllərindən biri də İmam Zamanın (ə.f) salamatlığı və zühurunun tezləşməsi üçün dua etməkdir. Seyid İbn Tavusun Həmmad ibn Osmandan nəql etdiyi hədisdə oxuyuruq: Mübarək ramazan ayının 21-ci gecəsi mən İmam Sadiqin (ə) hüzuruna getdim. O həzrət məndən: "Qüsl etmisənmi?"- soruşdu. Mən: "Bəli"- dedim. İmam (ə) bir həsir istədi və məni öz kənarına çağırdı. O, namaz qılmağa başladı və mən də onun kənarında namaz qıldım. Namazları qılıb qurtardıqdan sonra o həzrət dua etdi, mən də "Amin" dedim. O, sübhə qədər dua etdi. Sübh namazı olduqda İmam (ə) azan və iqamə dedi, xidmətçilərdən bir neçəsini çağırdı və biz o həzrətin imamlığı ilə sübh namazını qıldıq. Namazdan sonra İmam Sadiq (ə) Allaha təsbih və təqdis dedi, Peyğəmbərə (s) salam göndərdi, möminlər üçün dua etdi. Sonra səcdəyə getdi və bir saatadək səcdədə qaldı. Bu müddətdə biz ancaq o həzrətin nəfəs səsini eşidirdik. Daha sonra o, bir dua oxudu:
لَا اِلٰهَ اِلَّا اَنْتَ مُقَلِّبَ الْقُلُوْبِ وَ الْاَبْصَارِ۔۔۔۔
Allahdan başqa məbud yoxdur, qəlblərin sahibidir...
Bu uzun dua Seyid ibn Tavusun "İqbalul Amal" kitabında qeyd olunub.
İyirmi birinci gecədən etibarən ramazan ayının axırıncı on günü başlanır. Bu fəzilətli gecələri və gündüzləri qənimət bilmək lazımdır. Bu gecələrdə - hər gecə - qüsl etmək müstəhəbdir. Rəvayət olunur ki, Həzrət Rəsulallah (s) ramazan ayının axırıncı on gecəsində hər gecə qüsl edərmiş.
Həmçinin bu gecələrdə cami məscidlərdə etikaf etmək müstəhəbdir. Hədislərin birində Həzrət Rəsulallah (s) buyurmuşdur ki, ramazan ayının axırıncı on günündə etikaf etmək iki həcc və iki umrəyə bərabədir.
Həzrət Rəsulallah (s) ramazan ayının axırıncı on gününü məsciddə etikaf edərdi. O həzrət yatağını yığar, bütün gecəni ibadətlə məşğul olardı (müsəlmanların əksəriyyəti də o həzrət kimi edərdilər). Təəssüflər olsun ki, bəzi qafillər Qədr gecələrindən sonra mübarək ramazan ayının fəzilətli əməllərinin bitdiyini hesab edirlər.