⚙️ EN اردو RO AZ
🌐
⚙️
English اردو Roman Azerbaijani
🏠 Home ⭐ Favorites 🔍 Search ⚙ Settings 🎥 Videos
🏠 🔍
RAMAZANIN İYİRMİ YEDDİNCİ GECƏSİ
Bu mübarək gecədə bir neçə əməli yerinə yetirmək nəql olunmuşdur: 1) Qüsl etmək: İmam Sadiqin (ə) buyurduğu hədisdə buna işarə olundu; 2) Otuz rəkət namaz qılmaq: bu namazın qaydasını "Ramazan ayının gecələrinin əməlləri" başlığı altında qeyd etdik; 3) Zeyd ibn Əli nəql edir ki, atam Əli ibn Hüseyn (ə) ramazan ayının iyirmi yeddinci gecəsi gecənin əvvəlindən axırınadək bu duanı oxuyardı:
اَللّٰهُمَّ ارْزُقْنِيْ التَّجَافِيْ عَنْ دَارِ الْغُرُوْرِ،
Ey Allahım, yalan (fani) evdən uzaqlaşmağı
وَالْاِنَابَةَ اِلٰى دَارِ الْخُلُوْدِ
və əbədi evə tərəf qayıtmağı,
وَالْاِسْتِعْدَادَ لِلْمَوْتِ قَبْلَ حُلُوْلِ الْفَوْتِ۔
ölüm çatmamışdan qabaq onun üçün hazırlaşmağı mənə ruzi et.
RAMAZANIN İYİRMİ YEDDİNCİ GECƏSİNİN DUASI
يَا مَآدَّ الظِّلِّ
Ey kölgəni uzadan,
وَلَوْ شِئْتَ لَجَعَلْتَهُ سَاكِنًا،
əgər istəsəydin onu hərəkətsiz edərdin,
وَجَعَلْتَ الشَّمْسَ عَلَيْهِ دَلِيْلًا
günəşi kölgə üçün başçı qərar verdin,
ثُمَّ قَبَضْتَهُ اِلَيْكَ قَبْضًا يَسِيْرًا،
sonra tədricən onu asanlıqla Özünə tərəf çəkdin!
يَا ذَالْجُوْدِ وَالطَّوْلِ
Ey səxavət və bəxşiş,
وَالْكِبْرِيَاۤءِ وَالْاٰلَاۤءِ،
ucalıq və nemətlər sahibi!
لَا اِلـٰهَ اِلَّا اَنْتَ
Səndən qeyri ilah yoxdur,
عَالِمُ الْغَيْبِ وَالشَّهَادَةِ
qeybi və şəhadəti bilənsən,
الرَّحْمٰنُ الرَّحِيْمُ،
Rəhman və Rəhimsən!
لَا اِلٰهَ اِلَّا اَنْتَ
Səndən qeyri ilah yoxdur,
يَا قُدُّوْسُ يَا سَلَامُ
ey hər nöqsandan pak, ey salamatlıq verən,
يَا مُؤْمِنُ يَامُهَيْمِنُ
ey əmniyyət bəxş edən, ey bəndələri qoruyan,
يَا عَزِيْزُ يَاجَبَّارُ
ey izzətli, ey üstün gələn,
يَا مُتَكَبِّرُ يَا اَللهُ
ey alicənab, ey Allah!
يَا خَالِقُ يَا بَارِئُ يَا مُصَوِّرُ،
Ey xəlq edən, ey icad edən, ey surət bəxş edən!
يَا اَللهُ يَا اَللهُ يَا اَللهُ،
Ey Allah, ey Allah, ey Allah!
لَكَ الْاَسْمَاۤءُ الْحُسْنٰى،
Sənə məxsusdur gözəl adlar,
وَالْاَمْثَالُ الْعُلْيَا،
uca misallar,
وَالْكِبْرِيَاۤءُ وَالْاٰلَاۤءُ،
böyüklük və nemətlər!
اَسْاَلُكَ اَنْ تُصَلِّيَ عَلٰى مُحَمَّدٍ وَاٰلِ مُحَمَّدٍ،
Səndən istəyirəm ki, Məhəmmədə və Ali-Məhəmmədə salam göndərəsən,
وَاَنْ تَجْعَلَ اسْمِيْ فِي هٰذِهِ اللَّيْلَةِ فِي السُّعَدَاۤءِ،
bu gecədə mənim adımı xoşbəxtlərin zümrəsində qərar verəsən,
وَرُوْحِيْ مَعَ الشُّهَدَاۤءِ،
ruhumu şəhidlərlə birlikdə edəsən,
وَاِحْسَانِيْ فِيْ عِلِّيِّيْنَ،
yaxşı əməllərimi cənnətin uca dərəcələrində qərar verəsən,
وَاِسَاۤءَتِيْ مَغْفُوْرَةً،
günahlarımı bağışlayasan;
وَاَنْ تَهَبَ لِيْ يَقِيْنًا تُبَاشِرُ بِهِ قَلْبِيْ،
mənə elə bir yəqin əta edəsən ki, daim qəlbimlə birgə olsun,
وَاِيْمَانًا يُذْهِبُ الشَّكَّ عَنِّيْ،
və mənə elə bir iman əta edəsən ki, şəkk-şübhəni məndən uzaqlaşdırsın;
وَتُرْضِيَنِيْ بِمَا قَسَمْتَ لِيْ،
mənə qismət etdiklərinə məni razı et;
وَاٰتِنَا فِي الدُّنْيَا حَسَنَةً
dünyada mənə gözəl nemət ver,
وَفِي الْاٰخِرَةِ حَسَنَةً
və axirətdə gözəl nemət ver,
وَقِنَا عَذَابَ النَّارِ الْحَرِيْقِ،
məni yanar odun əzabından qoru;
وَارْزُقْنِيْ فِيْهَا ذِكْرَكَ وَشُكْرَكَ وَالرَّغْبَةَ اِلَيْكَ
bu gecədə Öz zikrini və şükrünü, Sənə tərəf rəğbəti mənə ruzi et,
وَالْاِنَابَةَ وَالتَّوْبَةَ وَالتَّوْفِيْقَ لِمَا وَفَّقْتَ لَهُ مُحَمَّدًا وَاٰلَ مُحَمَّدٍ صَلَّى اللهُ عَلَيْهِ وَعَلَيْهِمُ السَّلَامُ۔
qayıdışı və tövbəni, mənə ruzi et o işlərə müvəffəq olmağı ki, Məhəmmədi və Ali-Məhəmmədi Allahın salamı olsun ona və onlara bu işlərə müvəffəq etmisən.