Allahdan bağışlanma diləyir və ona tövbə edirəm.
4) Şeyx Kuleyninin İmam Sadiqdən (ə) nəql etdiyi bu duanı oxumaq:
اَللّٰهُمَّ هٰذَا شَهْرُ رَمَضَانَ الَّذِيْ اَنْزَلْتَ فِيْهِ القُرْاٰنَ وَقَدْ تَصَرَّمَ،
Ey Allahım, bu, ramazan ayıdır və Sən Quranı bu ayda nazil etdin, indi isə getmək üzrədir.
وَاَعُوْذُ بِوَجْهِكَ الْكَرِيْمِ يَارَبِّ
Ey Rəbbim, Sənin kərim zatına pənah aparıram ki,
اَنْ يَطْلُعَ الْفَجْرُ مِنْ لَيْلَتِيْ هٰذِهِ
məbada bu gecənin sübhü mənim üçün açılsın
اَوْ يَتَصَرَّمَ شَهْرُ رَمَضَانَ
və ya ramazan ayı mənim üçün ötüb keçsin,
وَلَكَ قِبَلِيْ تَبِعَةٌ اَوْ ذَنْبٌ تُرِيْدُ اَنْ تُعَذِّبَنِيْ بِهِ يَوْمَ اَلْقَاكَ۔
lakin mənim üzərimdə Sənə qarşı işlətdiyim bir günah və əvəzi pis olan bir əməl olmuş olsun ki, buna görə Səninlə görüş günündə mənə əzab verəsən.
5) Əllərini göyə qaldırıb bu duanı oxu:
يَامُدَبِّرَ الْاُمُوْرِ،
Ey işləri idarə edən,
يَابَاعِثَ مَنْ فِي الْقُبُوْرِ،
ey qəbirdəkiləri ayağa qaldıran,
يَامُجْرِيَ الْبُحُوْرِ
ey dəryaları cərəyan etdirən,
يَامُلَيِّنَ الْحَدِيْدِ لِدَاوُدَ
ey Davud üçün dəmiri yumşaldan!
صَلِّ عَلٰى مُحَمَّدٍ وَاٰلِ مُحَمَّدٍ
Məhəmmədə və Ali-Məhəmmədə salam göndər,
وَافْعَلْ بِي كَذا وَكَذا
mənim üçün belə və belə et
6) Ramazan ayı ilə vidalaşmaq: vida dualarını böyük alimlərimiz öz kitablarında qeyd etmişlər. Bunlar arasında ən yaxşı dua "Səhifeyi Səccadiyyə"nin 45-ci duasıdır. Həmin dua belə başlayır:
اَللّٰهُمَّ يَا مَنْ لَا يَرْغَبُ فِيْ۔۔۔۔
Ey insanlara verdiyin nemət müqabilində muzd istəməyən!...
Seyid İbn Tavus nəql edir ki, İmam Sadiq (ə) buyurmuşdur: "Hər kim ramazan ayının axırıncı gecəsi bu ayla vidalaşsa və bu duanı oxusa, sübh olmamışdan qabaq Allah onu bağışlayar, ona tövbə etmək uğurunu əta edər:
اَللّٰهُمَّ لَا تَجْعَلْهُ اٰخِرَ الْعَهْدِ مِنْ صِيَامِيْ لِشَهْرِ رَمَضَانَ،
Ey Allahım, bunu mənim ramazan ayının orucu ilə axırıncı görüşüm etmə.
وَاَعُوْذُ بِكَ اَنْ يَطْلُعَ فَجْرُ هٰذِهِ اللَّيْلَةِ اِلَّا وَقَدْ غَفَرْتَ لِي۔
Sənə pənah aparıram ki, məbada bu gecə mənim üçün sübh olsun, lakin məni bağışlamamış olasan.
Cabir ibn Abdullah Ənsari nəql edir ki, ramazan ayının axırıncı cümə günü Həzrət Peyğəmbərin (s) hüzuruna getmişdim. O həzrət mənə buyurdu: "Bu gün ramazan ayının axırıncı cüməsidir, onunla vidalaş və de:
اَللّٰهُمَّ لَا تَجْعَلْهُ اٰخِرَ الْعَهْدِ مِنْ صِيَامِنَا اِيَّاهُ
Ey Allahım, bunu bizim üçün ramazan ayının orucu ilə axırıncı görüş qərar vermə,
فَاِنْ جَعَلْتَهُ فَاجْعَلْنِيْ مَرْحُوْمًا وَلَا تَجْعَلْنِيْ مَحْرُوْمًا۔
əgər belə etmisənsə, onda bizi mərhumlardan et, məhrumlardan deyil.
Həzrət Peyğəmbər (s) daha sonra buyurdu: "Hər kim bu gün bu duanı oxusa, iki yaxşı xislətə nail olar, yaxud gələn ramazan ayını görər, yaxud Allahın bağışlanmasına və sonsuz rəhmətinə qovuşar."
7) Həzrət Rəsulallahın (s) buyurduğu bu on rəkət namazı qılmaq: Ramazan ayının axırıncı gecəsi on rəkət (iki rəkət-iki rəkət) namaz qıl: belə ki, hər rəkətdə bir dəfə Fatihə və on dəfə İxlas surəsini oxu. Rükuda və səcdələrdə on dəfə de:
سُبْحَانَ اللهِ
Allah pak və təmizdir,
وَالْحَمْدُ لِلّٰهِ
həmd olsun Allaha,
وَلَآ اِلٰهَ اِلَّا اللهُ
Allahdan başqa məbud yoxdur,
وَاللهُ اَكْبَرُ۔
Allah böyükdür.
Hər iki rəkətdən sonra təşəhhüdü və salamı de. On rəkət namaz tamamlandıqdan sonra min dəfə de:
اَسْتَغْفِرُ اللهَ وَاَتُوْبَ اِلَيْهِ۔
Allahdan bağışlanma diləyir və ona tövbə edirəm.
İstiğfardan sonra səcdəyə gedib de:
يَاحَيُّ يَاقَيُّوْمُ،
Ey diri, ey əbədi,
يَاذَا الْجَلَالِ وَالْاِكْرَامِ،
ey cəlalət və ikram sahibi,
يَارَحْمٰنَ الدُّنْيَا وَالْاٰخِرَةِ وَرَحِيْمَهُمَا،
ey dünya və axirətin rəhmanı və bu ikisinin rəhimi,
يَااَرْحَمَ الرَّاحِمِينَ،
ey rəhimlilərin ən rəhimlisi,
يَااِلٰهَ الْاَوَّلِيْنَ وَالْاٰخِرِيْنَ،
ey əvvəlkilərin və sonrakıların Məbudu,
اِغْفِرْ لَنَا ذُنُوْبَنَا،
bizim günahlarımızı bağışla,
وَتَقَبَّلْ مِنَّا صَلَاتَنَا وَصِيَامَنَا وَقِيَامَنَا۔
namazlarımızı, oruclarımızı və gecə ibadətlərimizi qəbul et.
Həzrət Rəsulallah (s) buyurub: "Hər kim bu əməlləri yerinə yetirsə, məni peyğəmbərliyə göndərənin haqqına and olsun ki, Cəbrail İsrafildən və İsrafil də öz Rəbbindən mənə xəbər verdi ki, bu şəxs başını səcdədən qaldırmamış Allah onu bağışlayar və ramazan ayını ondan qəbul edər, onun günahlarından keçər..."